Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   ...   145

________Milli Kitabxana________

11

dirici  fəaliyyətlə məşğul  olanların  hamısına  aiddir.  Təsadüfi



deyildir  ki,  dünyanın  digər  ölkələrindəki  mədəni  quruculuğun

nəzəri  təminatı  ölkəmizdə də mədəniyyət  konsepsiyasının

mühüm  şərtidir.  Mədəniyyət  faktları  ilə əlaqəsi  olan  ictimai

elmin  konkret  və ixtisaslaşdırılmış  sahələrindən  fərqli  olaraq,

bu  konsepsiya  mədəniyyət  haqqında  bütöv  və ümumiləş-

dirilmiş konsepsiyadır.

Müasir şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasəti

və mənəvi  dəyərlər  mövzusunda  aparılmış  bu  araşdırmada

həmin əsərlərə istinad  edilmişdir  ki,  onların  müəllifləri

içərisində F.Qasımzadə (61; 62), B.Qurbanov (66; 67; 68; 106;

107),  F.Məmmədov  (81;  128;  129;  130;  131;  132;  133),

A.Şükürov  (99;  100;  101), Ə.Tağıyev  (30;  102),  N.Cəfərov

(20;  21),  R.Bədəlov  (139;  161),  S.Məmmədəliyeva  (139),

S.Dadaşova  (23),  R.Aslanova  (8),  M.Süleymanlı  (92;  93;  94;

95;  96;  97;  114;  115),  İ.Hüseynov  (51;  52;  53;  54;  55;  56),

M.Manafova (19; 59; 70; 76; ), N.Axundova (7), N.Əfəndiyeva

(28; 29; 56; 76), M.Əsədli (19; 37; 38; 76) S.Əliyeva (19; 59;

76),  O.Sultanov  (23),  A.Əlizadə (34;  35),  İ.Əliyeva  (32),

A.Haqverdiyev  (42),  Y.Əliyeva  (33)  kimi  azərbaycanlı

kulturoloqların tədqiqatları xüsusilə qeyd edilməlidir.

Monoqrafiyada  yeri  gəldikcə Avropa  (121;  136;  138;  158;

160),  Rusiya  (120;  122;  123;  125;  127;  137;  159)  və Türkiyə

(104;  105;  109;  116;  117;  118;  119;  141;  142;  143;  144)

alimlərinin əsərlərindən  faydalanılmış,  Azərbaycan  Respubli-

kasının və Türkiyə Cümhuriyyətinin mədəniyyət siyasətinə dair

qəbul  etdiyi  proqramlardan  (109;  117;  118;  139;),  rəsmi

statistik  məlumatlardan,  mədəniyyətin  inkişafına  istiqamətlən-

miş  tədbirlər  planından,  Mədəniyyət  və Turizm  Nazirliyinin

beynəlxalq təşkilatlar üçün hazırladığı hesabat xarakterli “Milli

Məruzə”dən,  habelə

YUNESKO-nun  tövsiyələrindən  və

Avropa  Şurası  ekspertlərinin  hesabatlarından  (139;  157;  161)

istifadə edilmişdir.



________Milli Kitabxana________

12

Azərbaycan  dövlətinin  mədəniyyət  sahəsində siyasətini



tədqiq  edən  alimlər  içərisində tarix  elmləri  doktoru,  professor

F.Məmmədovun və onun rəhbərlik etdiyi mədəniyyət assosiasi-

yasının  fəaliyyəti  xüsusilə qeyd  edilməlidir.  Onun  “Kulturolo-

giya”ya dair dərslik və elmi monoqrafiyalarında (81; 128; 129;

130;  131;  132;  133)  dövlətin  mədəniyyət  siyasəti  hərtərəfli

nəzərdən  keçirilmişdir.  Bundan əlavə “Azərbaycan  və müasir

dünya”  məcmuəsində “Azərbaycanda  yeni  mədəniyyət  siyasə-

tinin  vəzifələri  haqqında”  məqaləsi  nəşr  edilmişdir.  Eyni

zamanda  2001-ci  ilin  27-29  iyununda  “Azərbaycanda  yeni

mədəniyyət  siyasətinin  formalaşdırılmasına  yardım”  layihəsi

üzrə Açıq  Cəmiyyət  İnstitutu-Budapeşt  SOROS  Fondunun

himayəsi  ilə keçirilmiş  Beynəlxalq  konfransın  və sosioloji

tədqiqatın  sənəd  və materialları  məcmuəsində (81)  Fuad

Məmmədovun,  Nigar  Axundovanın,  Fuad  Qasımzadənin,  Sol-

mina  Dadaşovanın,  Oqtay  Sultanovun, Əli  Abasovun,  Cəmilə

Səttarovanın,  Rəhman  Bədəlovun  və xarici  ölkə alimlərinin

mədəniyyət  siyasəti  haqqında  məqalələri  çap  olunmuşdur.

Həmin  məcmuədə layihənin  mahiyyəti  anketlərin  nəticələri  və

s.  materiallarda  öz əksini  tapmışdır.  Artıq    ilk  sayı  işıq  üzü

görmüş  “Simurq”  jurnalında  (Baş  redaktor:  F.Məmmədov)  da

mövzuyla əlaqəli elmi yazılar dərc edilmişdir.

Mədəniyyət  və Turizm  Nazirliyinin  “Mədəniyyət  siyasəti”

şöbəsinin  hesabat  və nəşrlərində,  habelə nazir  müavini

professor  Sevda  Məmmədəliyevanın  “Azərbaycanda  mədəniy-

yət  siyasəti”  (elmi  icmal,  2002),  “Azərbaycanın  mədəniyyət

siyasəti”  (Avropa  Şurasının  “Stage”  layihəsi əsasında,  2003),

“Qloballaşma  dövründə mədəniyyət”  (2004)  və “Mədəniyyət

və insan”  (2005)  monoqrafiyalarında  (139)  mövzuya  dair  çox

dəyərli elmi təhlillər yer almaqdadır.

Azərbaycan  Dövlət  Mədəniyyət  və İncəsənət  Universite-

tinin  elmi nəşri kimi və bu vaxta qədər AAK-ın  elmi nəşrləri-

nin  qeydiyyatında  olan  kulturologiyaya  dair  yeganə məcmuə

olan  “Mədəniyyət  dünyası”nın  (Baş  redaktoru:  M.Süleymanlı)



________Milli Kitabxana________

13

bütün  buraxılışlarında  (2001–2008-ci  illər ərzində cəmi  on



dörd sayı  nəşr  edilmişdir)  mədəniyyətin ən  müxtəlif  problem-

lərinə həsr edilmiş elmi yazılar çap edilmişdir.

Azərbaycan mədəniyyətinin bəzi problemlərini işıqlandıran

namizədlik  və doktorluq  dissertasiyalarının  yazılması  da

mövzuya olan ciddi elmi-tənqidi münasibəti əks etdirməkdədir

ki,  müəllif  yeri  gəldikcə bu  tədqiqat əsərlərindən  də yararlan-

mışdır. Belə ki, son vaxtlar mövzuyla bağlı İlhamə Əliyevanın

“Azərbaycan  bayramları  və milli  mənəvi  dəyərlərimiz”  (32),

Anar  Haqverdiyevin  “Müstəqil  Azərbaycan  Respublikasının

mədəniyyətinin  aktual  problemləri”  (42),  Yeganə Əliyevanın

“Azərbaycanda  kulturoloji  fikrin  tarixi  inkişaf  mərhələləri”

(33),  Fatimat  Məmmədovanın  “Azərbaycan  mühacirətinin

elmi-nəzəri  tədqiqatlarında  dil  kulturoloji  baxışlar  konteks-

tində”  (82),  Zaur  Cəfərzadənin  “Şərq  mədəniyyətlərinin  tarixi

tipologiyasının  metodoloji  problemləri”  (22),  Fərqanə Hüsey-

novanın “Müstəqillik dövründə Azərbaycan – Türkiyə əlaqələ-

rinin  kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)”  (57)  adlı

namizədlik  dissertasiyaları  və Nigar Əfəndiyevanın  “Azərbay-

canlı  özünüdərki  və özünüidentifikasiyanın  kulturoloji-fəlsəfi

problemləri  qloballaşma  kontekstində”  (29)  mövzusunda

doktorluq  işi  diqqəti  cəlb  edir.  Həmin  dissertasiyaların

mövzusu  bilavasitə Azərbaycan  dövlətinin  mədəniyyət  siyasə-

tinə və mənəvi dəyərlərimizə həsr olunmasa da, bu və ya digər

paraqraflarda həmin problemlərə toxunulmuşdur.

Lakin  müasir  şəraitdə Azərbaycan  dövlətinin  mədəniyyət

siyasəti  və mənəvi  dəyərlərin  inkişaf  amilləri  mövzusu  məhz

bu monoqrafiyada ilk dəfə sistemli şəkildə araşdırılmışdır.

Tədqiqatın əsas  məqsədi  mədəniyyət  siyasətinin  elmi,

müqayisəli  və tənqidi  təhlilini  verməkdən,  bu  siyasətin  milli-

mənəvi  dəyərlərimizin  inkişafındakı  rolunu  araşdırmaqdan  və

şərh etməkdən ibarətdir. Araşdırmada  yeni mədəniyyət siyasə-

tinin  milli-mənəvi  dəyərlərimizin  inkişafındakı  rolu  və yerinin

müəyyənləşdirilməsi,  mədəniyyətdə qloballaşma  prosesinin



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə