www.abubakr-mescidi.com
ميحرلا نمحرلا الله مسب
Dəstəmaz:
Dəstəmaz almaq istəyən hər bir kəs, ilk olaraq qəlbində niyyət edir. Sonra Bismilləh deyərək əllərini üç dəfə
biləklərə qədər yaxalayır. Ağzını və burnunu üç dəfə, üç ovuc su ilə yuyur. Sonra üzünü və qollarını dirsəklərinə qədər üç dəfə
yuyur. Başına
(əlini isladaraq iki əli ilə başını ön tərəfindən başlayaraq arxaya, sonra əks istiqamətdə)
və qulaqlarına
(şəhadət barmağını
qulaq boşluğuna, baş barmağını isə qulağın arxa tərəfinə qoyaraq)
bir dəfə məsh çəkir, ayaqlarını üç dəfə topuqlara qədər yuyur.
Sonra bu duanı oxuyur:
“Əşhədu ən lə iləhə illəllah, vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və
rasuluhu. Allahumməc alni minət-təvvabin vəc əlni minəl mutətahhirin”
.
Dəstəmaz alarkən əllərin və ayaqların yuyulmasında ilk olaraq sağ tərəfi yumaq sünnədəndir. Həmçinin ümumiyyətlə
əzaların yuyulması ardıcıl və fasiləsiz olmalıdır.
Təyəmmüm:
təyəmmüm müəyyən zəruri və çətin hallarda: - su olmadıqda və ya xəstələnmə təhlükəsi zamanı edilir.
Təyəmmüm almaq üçün əllər torpağa vurulur və üzə sürtülür, sonra sol əli sağ, sağ əli isə sol əlin üzərinə sürtərək məsh çəkilir.
Dəstəmazı pozan amillər: Cinsiyyət orqanlarından çıxan ifrazat. Qadına şəhvət ilə yaxınlaşmaq. Dərin yuxu.
Qüsl:
Cinsi əlaqədən və ya heyzdən
(aybaşıdan)
sonra qüsl almaq üçün birinci əllər, sonra cinsi orqanlar və bulaşmış
yerlər yuyulur. Sonra kamil dəstəmaz alınır, baş üç dəfə su ilə yaxalanır, bundan sonra dütün bədən, sağ tərəfdən başlayaraq
yuyulur.
Azan:
İqamə
Allahu əkbər (4 dəfə).
Allahu əkbər (2 dəfə).
Əşhədu əllə iləhə illəllah (2 dəfə).
Əşhədu əllə iləhə illəllah (1 dəfə).
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə).
Əşhədu ənnə Muhəmmədən rəsulullah (1 dəfə).
Həyyə aləs-saləh (2 dəfə).
Həyyə aləs-saləh (1 dəfə).
Həyyə aləl-fələh (2 dəfə).
Həyyə aləl-fələh (1 dəfə).
“əssalatu xeyrun minən-novm”(2 dəfə).
Bu söz yalnız Sübh
namazının azanında deyilir.
Qadiqamətus - saləh (2 dəfə).
Allahu əkbər (2 dəfə).
Allahu əkbər (2 dəfə).
Lə iləhə illəllah. (1 dəfə)
Lə iləhə illəllah. (1 dəfə)
Namazların gün ərzində beş vaxtda vacib edilməsinə Quran və sünnədən dəlillər. Allah təala buyurur:
"Günortadan
(gün
batmağa meyl edəndən)
gecənin qaranlığınadək namaz
(günorta, ikindi, axşam və gecə namazları)
qıl. Sübh namazını da qıl.
Çünki sübh namazı
(gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən)
müşahidə olunur"
(əl-İsra: 78)
.
"
(Ya Rəsulum!)
Namazı gündüzün iki başında
(günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya
günün iki başında, yəni səhər-axşam)
və gecənin
(gündüzə yaxın)
bəzi saatlarında
(axşam və gecə vaxtı)
qıl. Həqiqətən,
(beş
vaxt namaz kimi)
yaxşı əməllər pis işləri
(kiçik günahları)
yuyub aparar. Bu,
(Allahın mükafatını və cəzasını)
yada salanlara
öyüd-nəsihətdir
(xatırlatmadır)
"
(Hud: 114).
"
(Ya Peyğəmbər!)
Artıq onların dediklərinə
(batil sözlərinə)
səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl
Rəbbini təqdis edib şəninə təriflər de!"
(Qaf: 39)
"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin)
dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə
şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta
radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük
savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
" (Taha: 130)
Cümə namazı və onun fəziləti:
Möhtərəm müsəlmanlar! Dinimizdə Cümə namazının böyük əhəmiyyəti və rolu vardır.
Allah təala bu namazı bizə vacib buyuraraq buyurmuşdur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman
Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!. Namaz qılınıb qurtardıqdan
sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!
(Yenə öz işinizə qayıdın!)
Və Allahı çox zikr edin ki, nicat
tapıb səadətə qovuşasınız!
(Hər iki dünyada muradınıza yetişəsiniz!)
” (62: 9-10).
Qeydlər:
qadın ilə kişinin namazında heç bir fərq yoxdur. Sadəcə olaraq qadınlar üz və əllər müstəsna olmaqla bütün
bədən üzvlərini örtməlidirlər. Kişilər isə adət edilən normal paltar ilə namaz qıla bilərlər.
Namaz qılarkən üzü qibləyə, kəbə
(Məkkə)
istiqamətində dayanmaq lazımdır.
Namazda oxunan bəzi surələrin tərcüməsi:
əl-Fatihə (Kitabı açan) surəsi (Məkkədə nazil olmuşdur, 7 ayədir)
1 - Mərhəmətli,
rəhmli Allahın adı ilə! 2 - Həmd
(şükür və tərif)
olsun Allaha, aləmlərin Rəbbinə, 3 -
(Bu dünyada hamıya)
mərhəmətli,
(axirətdə isə
ancaq möminlərə)
rəhmli olana, 4 - Haqq-Hesab
(qiyamət)
gününün sahibinə! 5 - Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən
kömək diləyirik! 6 - Bizi doğru
(düz)
yola yönəlt! 7 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və
(haqdan)
azmışların
(yoluna)
yox!
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 -
(Ya
Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə)
de: “
(Mənim Rəbbim olan)
O Allah birdir
(heç bir şəriki yoxdur)
;
2 - Allah
(heç kəsə, heç nəyə)
möhtac deyildir!
(Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
3 - O, nə doğmuş, nə də doğulmuşdur!
(Allah Özünə heç bir övlad götürməmişdir!)
4 - Onun heç bir tayı-bərabəri
(bənzəri)
də yoxdur!”
Möhtərəm müsəlman qardaş və bacı! Namaz və ya İslamın digər əhkamları ilə bağlı suallara bu saytın Forum bölümündə
cavab tapa bilərsiniz.