70
Hər üç cilddə «Ön söz» verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah olun-
muş və sabahı proqnozlaşdırılmışdır. Eyni zamanda K.Abdullayev və F.Veysəllinin yazdıqları
dilimizə və dilçiliyimizə dövlət qayğısı əsaslandırılmışdır. Burada deyilir: «Hazırda dilimizin
müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir
tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya,
morfologiya və morfonologiya, leksikoqrafiya və leksikologiya, sintaqmatika, praqmatika və
semantika sahələrində müəyyən tədqiqatlarımız və uğurlarımız danılmazdır. Azərbaycanda son 20
il ərzində ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya,
neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi kimi yeni elm sahələri forma-
laşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi, funksional dil-
çilik və koqnitiv dilçilik sahəsində yeni istiqamətlər formalaşmaqdadır, bu aspektlər üzrə ciddi elmi
araşdırmalar aparılır (c. 3, s.6).
Qeyd edək ki, Azərbaycan dilçiliyinin inkişaf konsepsiyasına müvafiq olaraq aparılan
tədqiqatlar təkcə şəxsi karyera üçün aparılmamış, dövlətin, cəmiyyətin maraq və ehtiraslarına
xidmət etmişdir (akad. R.Mehdiyev).
Bu gün yüksək səviyyədə hazırlanmış müntəxəbat da dünya elm məkanına inteqrasiya kimi
qiymətləndirilməlidir.
Müntəxəbatın I cildi Mahmud Kaşğaridən Birinci Türkoloji Qurultaya qədərki dövrü əhatə
edir. Bu cild vaxtı ilə Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri özündə inikas et-
dirir. Həmin cilddə M.Kaşğari, Mirzə Kazımbəy, Bəkir Çobanzadə, Ə.Cəfəroğlu kimi görkəmli
türkoloqların elmi əsərlərindən müəyyən hissələr və fraqmentlər verilmişdir. I cilddə eləcə də Bi-
rinci Türkoloji Qurultayın materiallarından-məruzələrdən seçmələr və onlar barədə dilçilərimizin
verdikləri dəyərli fikirlər, qiymət əksini tapmışdır.
Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti bəllidir. 1926-cı ildən sonra orada deyilmiş
fikirlər, oxunmuş məruzələr arxivlərin künc-bucağında qalmış, məlumatsızlıq xeyli müddət
davam etmişdir. Azərbaycan öz müstəqilliyini qazanandan sonra F.Ağazadənin, N.Aşmarinin,
B.Çobanzadənin, F.Köprülüzadənin, L.Şerbanın, N.Yakovlevin, H.Zeynallının məruzələri əldə
edildi və bu müntəxəbatda da çap həllini tapdı. Birinci Türkoloji Qurultayın məruzələrindən
seçmələrdə türk dilində imla qaydaları (F.Ağazadə), türkologiyanın keçmişi və onun hazırkı
vəziyyəti haqqında (N.Aşmarin), türk ləhcələrinin yaxın qohumluğu haqqında, elmi terminologiya
sistemi haqqında (B.Çobanzadə), türk xalqlarında ədəbi dilin inkişafı (F.Köprülüzadə), doğma
dilin tədrisi metodikasında ən yeni cərəyanlar (L.Şerba), orfoqrafiyanın əsas prinsipləri və onların
sosial əhəmiyyəti (L.Şerba), türk millətlərinin sosial və mədəni şəraiti ilə əlaqədə əlifba sis-
teminin qurulması proqramı (N.Yakovlev), türk dilləri üzrə elmi terminologiya sistemi haqqında
(H.Zeynallı) maraqlı tarixi məlumatlara yiyələnmək mümkündür.
Müstəqillik illərində respublikamızda Birinci Türkoloji Qurultayın 80-illiyi təntənəli şəkildə
keçirildi. Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxından iştirak et-
dilər. Tarixi məruzələrə müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın I cildində qurultaydakı məru-
zələrə verilmiş dəyərləndirmələr də bu baxımdan xüsusilə seçilir. A.Axundovun «Birinci
Türkoloji Qurultay və müasir türk dünyası», T.Hacıyevin «Birinci Türkoloji Qurultayın ədəbi dil
məsələləri», S.Mehdiyevanın «Azərbaycan dili tarixi Türkoloji Qurultay işığında», Əbülfəz
Quliyevin «80 ildə qədim türk etnonimlərinin öyrənilməsi məsələləri», M.Musaoğlunun «Tür-
koloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra», F.Veysəllinin «Birinci Türkoloji Qu-
71
rultay – 80 il əvvəl, sonra və əlifbamızın həll olunmamış problemləri». Bu qiymətləndirmə me-
yarları da sözügedən müntəxəbatda görünür və bu vəsaitin dəyərini bir daha artırır.
Müntəxəbatın II cildi Birinci Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədərki dövrü
əhatə edir. Bu mərhələni N.Ağazadə, Q.Bağırov, C.Cəfərov, S.Cəfərov, M.Cahangirov,
Ə.Dəmirçizadə,
Ə.Əfəndizadə,
F.Kazımov,
A.Qarayev,
Ə.Mahmudov,
H.Mirzəzadə,
R.Məhərrəmova, Ə.Orucov, M.Hüseynzadə, Ə.Şükürlü, M.Şirəliyev, M.Tağıyev, Z.Tağızadə,
A.Vəliyev, F.Zeynalov kimi görkəmli dilçilər təmsil etmişlər. Həmin dilçilər haqqında da müəy-
yən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar müntəxəbatın sözügedən
cildində verilmişdir. Həmin parçalardan məlum olur ki, N.Ağazadə müasir Azərbaycan ədəbi
dilində şəkil kateqoriyasını ilk dəfə modallıq kateqoriyası ilə müqayisədə öyrənmiş; Q.Bağırov
dilimizdə feillərin leksik-semantik inkişafını xalqımızın tarixi inkişafı ilə bağlı araşdırmış;
C.Cəfərov tədqiqatlarını üç istiqamətdə – metodiki, tərcüməçilik və leksikoqrafik, elmi-nəzəri
yönlərdə qurmuş; S.Cəfərov dilimizin lüğət tərkibini, söz yaradıcılığı prosesini hərtərəfli araş-
dırmış; M.Cahangirov Azərbaycan milli ədəbi dilinin təşəkkülü, təkamülü, aparıcı üslubları
haqqında öz sözünü demiş; Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirmiş,
müasir dilimizin fonetikası, üslubiyyatı, tarixi qrammatikası barədə tutarlı fikirlər demiş;
Ə.Əfəndizadə Azərbaycan dili orfoqrafiyasının prinsipləri, qaydaları və tədrisinin elmi əsaslarını
müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas problemlərini tədqiq etmiş; F.Kazımov dilimizdə fone-
mi müəyyənləşdirmək üsullarını aydınlaşdırarkən dilimizin sait fonemləri üçün güclü mövqe söz
kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası baxımından yanaşmış, ingilis dili ilə
müqayisələr aparmış; A.Qarayev müasir Azərbaycan dilində Avropa mənşəli sözlərin semantik-
statistik təhlilini vermiş, həmin sözlərin izahlı lüğətini yaratmış; Ə.Mahmudov Azərbaycan dilinin
fonetik sisteminin və onunla əlaqədar olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini apar-
mış; H.Mirzəzadə nəsr dili, tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlilər vermiş; R.Məhər-
rəmova ədəbi dil tariximiz, funksional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı
kitablar yazmış; Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri
əsaslarının hazırlaması və həmin lüğətin dörd cilddə nəşr etməsi olmuş; M.Hüseynzadə Dövlət
Mükafatına layiq görülmüş morfologiya yazmış; Ə.Şükürlü qədim türk yazılı abidələrinin dilini
tədqiq etmiş; dilimizə məxsus köməkçi nitq hissələrinin fonomorfoloji inkişaf tarixini nəzərdən
keçirmiş; M.Şirəliyev Azərbaycan dialektologiyasının, Bakı dialektinin əsaslarını hazırlamış;
M.Tağıyev rusca-azərbaycanca frazeoloji lüğətlərin nəzəri və praktik məsələləri ilə məşğul
olmuş; Z.Tağızadə eksperimental fonetika, mürəkkəb cümlə məsələlərinə aydınlıq gətirmiş;
A.Vəliyev Azərbaycan dilində keçid şivələrini xüsusi tədqiqat obyekti seçmiş; F.Zeynalov türk
dillərində nitq hissələrini təsnif etmiş, əsas və köməkçi nitq hissələrinin müqayisəli qrammatikasını ya-
ratmışdır. Göründüyü kimi, tərtibçilər sözügedən müəlliflərin çox dəyərli və bir-birindən fərqli konsep-
siyalarını əsk etdirən mətnlərə müraciət etmişlər.
Həcmcə ən böyük cild III cilddir. Müntəxəbatın III cildi XX əsrin 60-cı illərindən günümüzə
qədərki dövrü əhatə edir. Bu mərhələni müntəxəbatda görkəmli və tanınmış dilçilər – Ə.Abdullayev,
M.Adilov, V.Aslanov, A.Axundov, H.Bayramov, Z.Budaqova, T.Hacıyev, Ə.Cavadov, A.Ələkbərov,
T.Hacıyev, M.Qasımov, M.Qarayeva, A. Qurbanov, A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil
etmişlər. Müəllif-tərtibçi Ə.Abdullayevin «Azərbaycan dilində r–n nisbəti» məqaləsini, həmçinin onun
«Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr» monoqrafiyasından «Müasir Azərbaycan
dilində mürəkkəb cümlənin təkamül meyilləri» adlı parçanı; M.Adilovun M.Füzulinin poetik dili
və üslubunu əks etdirən «Semantik-üslubi xüsusiyyətlər» adlı hissəni; V.Aslanovun Azərbaycan