MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə1/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
  1   2   3   4   5   6   7   8   9   ...   157


 

 

______________________ 



MÜSTƏQİLLİYİMİZ 

ƏBƏDİDİR 

______________________ 

 

 



 


____________________________________________ 

2

 



 

 

 



ç ı x ı ş l a r   



  n i t q l ə r 



__________________________________ 

 

                   b ə y a n a t l a r   



   m ü s a h i b ə l ə r 



          ___________________________________ 

 

               m ə k t u b l a r   



  m ə r u z ə l ə r 



            ____________________________________ 

 

               m ü r a c i ə t l ə r  



  f ə r m a n l a r 



           __________________________________ 

 

 

 

 

 

 

AZƏRNƏŞR 

BAKI-2004 


____________________________________________ 

3

 



 

 

 



 

 

 

 



MÜSTƏQİLLİYİMİZ 

_________________________ 

ƏBƏDİDİR 

_________________________ 

  o n   ü ç ü n c ü   k i t a b 

_________________________ 



oktyabr, 1997 - dekabr, 1997 

_________________________ 

 

 



 

 

 

AZƏRNƏŞR 

BAKI-2004 


____________________________________________ 

4

BBK  32  



Ə-56 

Buraxılışına məsul 

 

RAMİZ MEHDİYEV 

 

 



ƏLİYEV HEYDƏR 

Ə 56   Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2004, 520 s. 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin çoxcildlik 



əsərlərinin bu cildinə 1997-ci ilin oktyabrından dekabr ayına qədər olan 

dövrdəki çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, 

müraciətləri, fərmanları daxil edilmişdir. Burada respublika Prezidentinin 

Azərbaycan yazıçılarının X qurultayı  ərəfəsində  ədəbiyyatımızın yaşlı  və 

gənc nəslinin nümayəndələri ilə görüşləri, qurultayda yalnız  ədəbiyyat və 

mədəniyyətin deyil, bütövlükdə müasir Azərbaycanın problemlərini  əks 

etdirən parlaq nitqi, Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə 

birgə  işlənilən "Çıraq" neft yatağından ilkin neftin çıxarılmasına həsr 

olunmuş mərasimin materialları, Tehranda İslam Konfransı Təşkilatının VIII 

zirvə görüşündə  İslam ölkələrinin dövlət və hökumət başçıları ilə apardığı 

dərin məzmunlu danışıqları, müxtəlif səviyyəli görüşlərdəki söhbətləri, 

bəyanatları öz əksini tapmışdır. 

Cildə daxil edilmiş materiallarda həmçinin Azərbaycan ilə MDB ölkələri 

arasındakı  ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi, 

müstəqil dövlətimizin Milli Ordusuna ümumxalq qayğısı  və diqqətinin 

artırılması, respublikamızın ictimai-siyasi və iqtisadi-mədəni həyatının vacib 

məsələləri, daxili və xarici siyasətinin başlıca istiqamətləri əks edilir. 

 

 



 

Ə

2004



)

07

(



651

0801000000



M



elansız 

   


 

 

 



 

 

 



 

BBK-32  


    

© Azərnəşr, 2004 

  



____________________________________________ 

5

 



 AZƏRBAYCAN YAZIÇILARININ 

 

X QURULTAYI  ƏRƏFƏSİNDƏ 

 YAŞLI  NƏSİLDƏN OLAN YAZIÇILARIN 

 

BİR QRUPU  İLƏ GÖRÜŞDƏ 

 

GİRİŞ SÖZÜ 

 

 Prezident 



sarayı 

 

 



28 oktyabr 1997-ci il 

 

 Adətən biz bu salonda dövlət işləri ilə  əlaqədar olan 



məsələləri müzakirə etməyə toplaşırıq. Ancaq mənim burada 

olduğum zamanda ilk dəfədir ki, yazıcıların böyük bir 

nümayəndə heyəti ilə görüşürəm. Bunu özüm üçün çox 

əlamətdar hadisə hesab edirəm. 

Sizin, demək olar, hamınızla uzun illərdir ki, şəxsən tanışam, 

bir yerdə yaşamışıq, işləmişik, bir yerdə çox işlər görmüşük. 

İndi də bir yerdəyik, ancaq tez-tez görüşməyə imkan olmur. 

Sizin də imkanınız olmur, başınız qarışıqdır, mənim də imkanım 

olmur. Ancaq indi hadisələr məcbur edibdir. Siz istəsəniz də, 

istəməsəniz də, mən də istəsəm də, istəməsəm də görüşmək 

lazımdır. Çünki siz yeni, növbətı qurultayın ərəfəsindəsiniz. 

Mən düşünürəm ki, Azərbaycan xalqının müsbət 

xüsusiyyətlərindən biri də odur ki, mədəniyyətə,  ədəbiyyata 

daim diqqət, qayğı göstərib və hörmət edibdir. Bilmirəm, bəlkə 

səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim 

Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə  də az yerlərdə 

tapılar. Bunun kökləri var. Çünkı bizim ədəbiyyatımız da, 

mədəniyyətimiz də zəngindir, ədəbiyyatı- 




____________________________________________ 

6

 



 

mızı, mədəniyyətimizi və tariximizi zənginləşdirən dahi 

şəxsiyyətlərimiz də olubdur. Ona görə də xalq bu şəxsiyyətlərlə 

həmişə  fəxr edərək, onların yaratdıqlarını  həmişə sevə-sevə 

oxuyaraq mədəniyyətə,  ədəbiyyata hörməti nəinki saxlayıb, 

hətta artırıbdır. 

Biz məmnun olmalıyıq ki, həyatımızın bu keçid, ağır 

dövründə  də bu hissiyyatlar, münasibətlər dəyişməyibdir. Mən 

belə hesab edirəm. Şübhəsiz, mədəniyyətə, ədəbiyyata həm xalq, 

insanlar, həm də dövlətlər tərəfindən qayğı həmişə lazımdır. Bu 

qayğı  mənəvi nöqteyi-nəzərdən keçmiş zamanlara nisbətən 

bəlkə indi də azalmayıbdır. Amma ola bilər bəzi maddi imkanlar 

nöqteyi-nəzərindən o qədər deyildir. Ancaq bunlar hamısı 

keçicidir, daimi deyildir. Hesab edirəm bizim ədəbiyyatımız, 

mədəniyyətimiz əsrlər boyu çox ağır sınaqlardan, mərhələlərdən 

keçərək, yaşadığı kimi, bu gün də bu çətin dövrü birlikdə 

yaşayıb keçəcəyik. Güman edirəm ki, sizin qurultayınız da bu 

məsələlər ətrafında fikir mübadiləsi aparacaqdır. 

Şübhəsiz ki, mən sizin qurultayın işlərinə qarışmaq fikrində 

deyiləm və bilirsiniz ki, keçmiş zamanlarda da qarışmamışam. 

Keçmiş zamanlarda, totalitar rejim dediyimiz vaxtda ən 

toxunulmaz yerlərdən biri bizim yazıçılar, mədəniyyət sahəsi 

olubdur. O vaxt bizim mədəniyyətdə, 

ədəbiyyatda, 

ümumiyyətlə, bu mühüm mədəni sahədə bir ideoloji xətti-

hərəkət vardısa, indi bu da götürülübdür, yoxdur. Bir partiyanın 

ideologiyası yoxdur, bir hakim ideologiya yoxdur. Hamımızın 

bir ideologiyası var: Azərbaycan müstəqilliyi və müstəqilliyin 

əbədiliyi. Ona görə də indi yazıçılar və Yazıçılar Birliyi daha da 

sərbəst, müstəqildir. Ancaq buna baxmayaraq, sizin bir 

oxucunuz kimi, eyni zamanda ədəbiyyatı sevən adam kimi, bir 

də ki, dövlət başçısı olaraq bu məsələlərdən kənarda qalmamaq 

üçün bu gün bu görüşə gəlmişəm. Sizi dinləmək istəyirəm. 

  

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə