MüSTƏQİl elmi-praktik independent scientific



Yüklə 36,5 Kb.
tarix01.08.2018
ölçüsü36,5 Kb.
#60143


MÜSTƏQİL ELMİ-PRAKTİK INDEPENDENT SCIENTIFIC

HÜQUQ MƏRKƏZİ PRACTICAL LEGAL CENTRE




Ünvan: Bakı şəhəri, Möhsün Sənani 7B Address: 7B Mohsun Sanani Street, Baku

Telefon: (+994 12) 596 47 13 Telephone: (+994 12) 596 47 13

Faks: (+994 12) 441 39 57 Fax: (+994 12) 441 39 57

E-mail: isplc_org@yahoo.com E-mail: isplc_org@yahoo.com


Bakı 17 iyul, 2007
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi “Layihənin planlaşdırılması və layihə təklifinin hazırlanması” mövzusunda 3 günlük təlim keçdi
11-13 iyul, 2007-ci il tarixdə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi Novxanıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, Counterpart İnternational və onun təşkilati tərəfdaşları Urban İnstitutu və Beynəlxalq Qeyri-Kommersiya Hüququ üzrə İnstitut tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində “Layihənin planlaşdırılması və layihə təklifinin hazırlanması” mövzusunda 3 günlük təlim keçirmişdir.
Müxtəlif QHT-ləri təmsil edən 17 nəfərin iştirak etdiyi təlimin əsas məqsədi iştirakçılara donorlarla münasibətlərin qurulması, layihə təkliflərinin hazırlanması və idarə olunması ilə bağlı bilik və vərdişlər vermək idi.
Təlimin birinci günündə Vətəndaş Cəmiyyəti Layihəsində Təşkilati Davamlılıq üzrə Məsul işçi Anar Aslanov Vətəndaş Cəmiyyəti Layihəsi haqqında məlumat vermişdir.
Təcrübəli təlimçilər, MEPHM-in Bacarıqların artırılması üzrə əlaqələndiriciləri Nigar Filiyeva və Əliağa Şahmalıyev layihənin planlaşdırılması, maraqlı şəxslərin müəyyənləşdirilməsi, problemin analizi, məntiqi çərçivə, göstəricilər, planın hazırlanması, nəzarət və qiymətləndirmə, layihənin tərtib edilməsi qaydaları və təqdimatı ilə bağlı interaktiv qaydada, iştirakçıların fəal müdaxiləsi ilə təlim keçmişlər.
Təlimdə iştirakçılar mövzular üzrə geniş müzakirələr aparmış, mini mühazirələr dinləmiş, qruplarda çalışmış, praktik məşğələlər keçmişlər.
Təlimin sonunda qiymətləndirmə aparılmış, iştirakçılara sertifikatlar verilmişdir.
Leyli Quliyeva

MEPHM-in media koordinatoru


Civil Society Project of USAID is a 5-year initiative being implemented by Counterpart International in partnership with Urbane Institute and International Center for Not-for-Profit Law.


Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə