4
m
əntiqi daha ardıcıl təqdim olunmuşdur: “Doğuluşumuza mane olmaq bizdən asılı
deyildir: lakin bu s
əhvi - çünki bəzən bu, səhvdir - biz aradan qaldıra bilərik. Əgər
özünü m
əhv edərsənsə, böyük hörmətə layiq iş görmüş olarsan: bununla, demək olar
ki, yaşamağa layiqsən... Cəmiyyət, mən deyərdim ki, həyatm özü də qapalılıq, zəif
taq
ətsizlik və digər məziyyətlərdə olan hansısa “həyat”a nisbətən bundan daha böyük
m
ənfəət əldə edir...” [55, s. 12-13].
Naturalist-praqmatik etikan
ın əsas istiqamətləri evtanaziyanın mənəvi-etik
“
hüquqauyğunluğu”, “əhalinin sağlamlığı” üzərində tibbi genetikanın “proqnoz”
n
əzarətinin iqtisadi və demoqrafik məqsədəuyğunluğu, həyatın rüşeym və döl sə-
viyy
əsində məhv edilməsinin qanuniliyi, transplantoloji əməliyyatların uzadılma-
lar
ının “qiymətlərinin” artması və “beyin ölümü” meyarı ilə həyatın başa çatdırılması
v
ə s. kimi məsələlərin əsaslandırılmasının tam mənada başlıca məsələləridir.
M
əlum olduğu kimi, ötən əsrin ikinci yarısında “yeni etik standartlar”ın ilk
bloku formalaşır. “Ölümün mənəviliyi”, “həyatı dəstəkləyən aparatların söndürül-
m
əsinin mənəviliyi” - bu anlayışlar məqalələrin sərlövhələri, elmi konfransların
mövzuları səviyyəsində inkişaf tapır. “Ləyaqətlə yaşamaq - ləyaqətlə ölmək” - ev-
tanaziya t
ərəfdarlarının şüarı; “beyin ölümü” - transplantologiyanın şüarı, insan
biomaterial
ının tədqiq edilməsi və istifadəsi üzərində təkcə tibbi deyil, habelə etik
sanksiya t
ələb olunur; “orqanların bağışlanması”; “uşaq doğuşu texnologiyası” -bu
gün artıq biznesin yeni növlərindən birinin adıdır və gəlirləri ilbəil artmaqdadır;
“ail
ənin rasional planlaşdırılması”; “genetik siyasət”, “təbii seçimin səhvlərini
düz
əltmək” məqsədilə irsi xəstəliklərə “genetik hücum”; prenatal diaqnostika “süni
seçim” vasit
əsi kimi və s. bu bloka aiddir. Bu “etik standartlar” bioetikanın liberal
formas
ının struktur elementləridir [3, s. 64-67].
Bizc
ə, naturalist-praqmatik etikanı və liberal ideologiyanı ümumi ilkin bünövгə
birl
əşdirir ki, bu da insanın təbii hüquqlarının və anadangəlmə tələbatlarının
üstünlüyüdür. Bu zaman
əhəmiyyətli olan məsələ odur ki, yüksək dəyərlər səviy-
y
əsinə qaldırılan təbii tələbatlar təbiilik rejimindən çıxır. Веlə ki, təbiət “icazə”
verm
ədiyi hallarda belə, uşaq doğmaq, yaşamaq hüququnu təbiət aldığı təqdirdə də
yaşamaqda davam etmək, təbii proseslərin əksinə olaraq “rahat” ölüm, təbiətin
5
əleyhinə öz cinsini dəyişmək, təbiət bəxş etdiyi zaman həyatı məhv etmək tərəfdarı
olan liberal bioetikada m
əhz bunlar baş verməkdədir.
Bioetika probleml
əri həyatın hər hansı formasının mütləq dəyərliliyi, istər sı-
naqdan keçiril
ən heyvan və ya insan rüşeymi, istərsə də bitki, yaxud hətta mikro-
orqanizm olsun - h
əyatın һəг bir formasının hüquqları haqqında biomərkəzçi tə-
s
əvvürlərlə sıx bağlıdır.
D.Dollar
ın fikrincə, söhbət е1ə bir yeni hüquqşünaslıqdan gedir ki, burada insan,
amöb v
ə çiçək xəstəliyi virusları “hansısa yüksək mənada” bərbər hüquqlara malik
olacaqlar. Üst
əlik, hər hansı digər məntiq “bu və ya digər növün diskriminasiyasına,
t
əbiətin dəyişdirilməsinə gətirib çıxaracaq (məsələn, çayların yatağının dəyişdirilməsi
layih
ələri və başqa fəlakətlər), bir çox ölkələr üçün isə sənayeləşmiş istehlak
c
əmiyyətinin görünən təhlükələridir” [12, s. 89-92]. Öz növbəsində, K.D.Danişevski
biohüquqşünaslığın əsasına “böyük müxtəlifliyin bütün komponentləri qarşısında
insan
ın təqsirlilik prezumpsiyası” haqqında qanunun qoyulmasını təklif edir.
Biosiyas
ətçi və hüquqşünas K.Qorov belə bir məsələ qaldırır: insanların özləri
üçün heç bir m
ənfəət güdmədən planetdə canlıların mühafizəsi məqsədilə kifayət
q
ədər böyük vəsaitlər xərcləməsinə nесə nail olmalı? Alim bunun həllini təbiətə zi-
yan vuranlar
ın sərt cəzalandırılmasını nəzərdə tutan qanunların qəbul edilməsində;
biomüxt
əlifliyin dostları üçün “şirnikləndirici həvəsləndirmələr” sisteminin iş-
l
ənməsində; biohüquqşünaslıq normalarının hazırlanması və gerçəkləşməsi sahəsində
f
əallara yetərli maliyyə dəstəyi göstərilməsində görür [15, s. 81-89]. Bununla belə,
“
qamçı və şirni” prinsipi üzrə bütün hüquqi və iqtisadi tədbirlər (biomühitin
mühafiz
əsi sahəsində neqativ və pozitiv sanksiyalar), K.Qorovun fikrincə, fəqət,
qısamüddətli səmərə verə bilər. Planetin çirklənməsi ilə mübarizədən tutmuş
heyvanlar üz
ərində əzabverici sınaqların dayandırılmasına qədər “bütün cəbhələrdə”
biosun maraqlar
ının dəstəklənməsi işində möhkəm əsasların işlənilməsi təkcə “qamçı
v
ə şirni” metodunu deyil, е1эсэ də biosiyasət və bioetika sosiumunda insanın
mentallığının uzunmüddətli dəyişdirilməsini tələb edir [15, s. 91-125].
Biohüquqşünaslıq canlıların müxtəlif formalarının hüquqlarından savayı, insa-
nın özünə də bir sıra hüquqlar şamil edir:
6
- öz b
ədəni, orqan və toxumaları ilə istədiyini etmək hüququ;
- r
əngarəng biosla vəhdətdə yaşamaq hüququ; ekoloji fəlakət, məsələn, ozon
qatının dağıdılması nəticəsində ultrabənövşəyi şüalanmanın nəticələrindən qo-
runmaq hüququ.
O.Dobromıslovanın göstərdiyi kimi, biohüquqşünaslıq ətraf mühit problemləri
üzr
ə qanunvericiliklə sıx bağlıdır [43].
Genetik işləmələrin əksər biosiyasi aspektlərinin (xüsusilə, klonlaşdırma, ge-
netik terapiya) mühüm etik h
əddi var. Etik komponent Cənub və Şimal arasında gen-
müh
əndis ehtiyatlarının ədalətli ("etik") bölüşdürülməsinə nail olmaq vəzifəsində də,
şübhəsiz ki, iştirak edir. Bizim bir qədər sonra nəzərdən keçirəcəyimiz bəzi hallarda
da etik komponentin mövcudluğu şəksizdir. Ona görə də müasir genetik
texnologiyalar t
əkcə biosiyasətçilərin deyil, habelə bioetiklərin də diqqət
m
ərkəzindədir. Robin Qosmanm fikrincə, biosiyasətdə praktik istiqamətlə bioetika
aras
ındakı sərhəd canlılar haqqında elmlərin digər sosial sərhədləri kimi, genetik
texnologiyalar
ın siyasi və etik aspektlərinin sıx qovuşmasına görə yetərincə incə və
müt
əhərrikdir [28, s. 88-89].
Bioetika genetik texnologiyalardan başqa, bir çox problemləri də əhatə edir:
- orqanlar
ın transplantasiyası, abort, evtanaziya (xəstənin iztirablarına son
qoymaq m
əqsədilə onun həyatının dayandırılması), süni mayalanma, surroqat analıq
v
ə s.də müasir texnologiyalardan istifadə zamanı yaranan bioetika problemləri; bu
aspektd
ə bioetika ənənəvi həkim etikası ilə ("həkim-pasiyent" qarşılıqlı
münasib
ətlərinin etik normaları) sıx bağlıdır və sağalmaz xəstələrə, əlillərə, qüsurlu
doğulanlara münasibət normalarını da əhatə edir [9, s. 433-442].
Bioetika, elmi aspektd
ə aşağıdakı prinsiplərə əsaslanır: 1) "ziyan vurmama"
prinsipi; 2) "fayda ver" prinsipi; 3) pasiyentin muxtariyy
ətinə, onun şəxsiyyət kimi
hüquqlar
ına hörmət prinsipi; 4) ədalət prinsipi (təxminən bu mənanı verir: "hər bir
k
əs mənəvi haqqı çatan şeyləri almalıdır"). Lakin bu prinsiplərin konkret təfsiri və
gerç
əkləşməsi ciddi mənəvi dilemmalar və praktik problemlər - müstəqil beynəlxalq
birlik kimi bioetik komit
ələrin fəaliyyəti üçün meydan yaradır [5, s. 115-128].
Dostları ilə paylaş: |