23
22
və passivlərin vaxt strukturunun optimallaşdırılması
və müddət üzrə aktiv və passivlər arasında fərqin
azaldılması bank sistemində likvidlik riskinin
azalmasına təsir göstərmişdir. Likvidliyin aktiv və
öhdəliklər üzrə müddət təhlili də likvidliyin məqbul
səviyyədə (01.01.12-ci il -8%-+6% intervalında
aktivlərə nisbəti) olmasını əks etdirir.
Kapital
2011-ci ildə banklarda kapital bazasının
möhkəmlənməsi davam edib. Azərbaycan bank
sisteminin kapital adekvatlığı məqbul səviyyədə
qeydə alınıb. Bankların məcmu kapitalı 12,7%
artaraq 2138,7 mln. manata çatıb. Ümumilikdə,
bank sisteminin məcmu kapital adekvatlığı yüksək
səviyyədə qalmış (16,3%) və Mərkəzi Bankın
müəyyən etdiyi minimal normanı (12%) və beynəlxalq
təcrübədə qəbul olunan minimal səviyyəni (8%) xeyli
üstələyib. Eyni zamanda birinci dərəcəli kapitalın
adekvatlığı da normadan iki dəfə çoxdur (13,1%).
Maliyyə nəticələr
2011-ci ildə bank sektorun maliyyə nəticələri
ümumilikdə müsbət və qənaətbəxş hesab etmək
olar. Ölkə banklarının əldə etdikləri mənfəət (vergi
ödənilənədək) 160,8 mln. manat olmuş, vergilər
ödənildikdən sonra isə xalis mənfəətin həcmi əvvəlki il
ilə müqayisədə 17,5% artaraq 141,4 mln. manat təşkil
edib. Bankların 71%-zi ili 187,6 mln. manat həcmində
mənfəətlə, 30% isə 46,3 mln. manat həcmində zərərlə
başa vurub. Zərərlə işləyən bankların ümumi bank
sisteminin aktivlərində xüsusi çəkisi təxminən 20%
təşkil edib.
Bankların faiz gəlirləri 2010-cu il ilə müqayisədə 4%
artmış və 1099,8 mln. manata çatmışdır. Bu zaman
müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri 7%
artaraq 1011,6 mln. AZN təşkil edib. Bankların ümumi
gəlirləri bu zaman 1420,8 mln. AZN-nə bərabər
olub ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən
7,1% çoxdur. 2011-ci ildə bütün faiz gəlirlərinin
ümumi gəlirlərdə xüsusi çəkisi 77,4% olmuşdur. Öz
növbəsində faiz xərclərin artımı ötən il 6,3% bərabər
olub, onların ümumi həcmi isə 586,3 mln. manat
təşkil edib. Banklarda faiz xərclərinin mütləq artımına
baxmayaraq, bu göstəricinin sektorun orta aktivlərinə
nisbəti 4,5%-ə düşmüşdür. Nəticə kimi il ərzində
bankların ümumi xalis faiz mənfəəti 1,9% artmışdır və
513,4 mln. AZN-ə çatmışdır. Həmin dövrdə bankların
qeyri-faiz xərcləri 19,3% artmış və 538,4 mln. AZN
təşkil etmişdir.
2011-ci ildə bank sektorunun aktivlərinin gəlirliliyi
(vergi ödənilənədək xalis mənfəətin orta aktivlərə
nisbəti kimi hesablanmış - ROA) 1,1%, kapitalın
gəlirliliyi (vergi ödənilənədək xalis mənfəətin orta
kapitala nisbəti kimi hesablanmış - ROE) 7,8% təşkil
etmişdir.
Beynəlxalq reytinqlər
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi
2011-ci ildə “Unibank” Kommersiya Bankı ASC-nin
uzunmüddətli reytinqlərini yenidən “B -” səviyyəsində
təsdiqləyib. Bu zaman Bankın qısamüddətli reytinqi
“B” kimi, fərdi reytinq “D/E” kimi, dəstəklənmə
reytinqi isə “5” səviyyəsində elan olunub. Əsas
reytinq dərəcəsi üzrə agentliyin proqnozu “sabit” kimi
açıqlanıb.
Ötən il “Fitch” tərəfindən alınan reytinqlər, “Unibank”-
ın daha dayanaqlı balansını, inkişaf edən korporativ
idarəetməsini, artan kapitallaşdırılma səviyyəsini və
beynəlxalq maliyyə təsisatların səhmdar kapitalında
əhəmiyyətli minoritar paylara malik olmasını əks
etdirir. “Fitch”-in hesabatında xüsusi ilə qeyd edilir ki,
yaxın gələcəkdə Bankın reytinqinə pozitiv təsir edə
biləcək əsas amil aktivlərin və kapitallaşmanın məqbul
keyfiyyəti şəraitində gəlirlik göstəricilərin artması
olacaq.
Öz növbəsində, digər beynəlxalq reytinq agentliyi –
“Moody's Investors Service” “Unibank”-ın xarici və milli
valyutalarda öhdəlikləri üzrə uzunmüddətli reytinqini
yenidən “B2” səviyyəsində təsdiqləyib. Qlobal və
lokal maliyyə bazarlarında reytinqlərin aşağı düşməsi
şəraiyində, “Moody's Investors Service” 2011-ci
ildə, Bankın maliyyə dayanıqlılığı reytinqini (BFSR -
Bank Financial Strength Rating) «E+» səviyyəsində
dəyərləndirərək, əsas reytinq üzrə proqnozunu bu
dəfə «sabit» kimi elan edib. Bankın kifayət dərəcədə
likvidliyi və kapitallaşdırılması ilə bərabər, reytinq
agentliyinin hesabatında daha çox kredit fəallığı qeyd
olunub. “Moody's” 2008-ci ilin sonundan “Unibank”-a
qarşı ilk müsbət reytinq addımını kredit portfelinin və
gəlirlərin əhəmiyyətli dərəcədə artması ilə şərtləndirir
və gələcəkdə bu tendensiyaların davam edəcəyi
təqdirdə yeni müsbət qiymətləndirmələri istisna etmir.
FITCH Kredit reytinqləri
Sonuncu
(01.04.2011 il)
Əvvəlki ilə nisbətən, %-lə
(08.02.2010 il)
Proqnoz
SABİT
SABİT
Xarici valyutada emitentin uzunmüddətli defolt reytinqi
«В - » («В MİNUS»)
«В - » («В MİNUS»)
Milli valyutada emitentin uzunmüddətli defolt reytinqi
«В - » («В MİNUS»)
«В - » («В MİNUS»)
Xarici valyutada qisamüddətli reytinq
«B»
«B»
Fərdi reytinq
«D/E»
«D/E»
Dəstək
reytinqi
5
5
MOODYS Kredit reytinqləri
Sonuncu
(11.11.2011 il)
Əvvəlki ilə nisbətən, %-lə
(10.08.2010 il)
Proqnoz
«SABİT»
«NEQATİV»
Xarici valyutada uzunmüddətli reytinq
«Ba2»
«Ba2»
Xarici valyutada qisamüddətli reytinq
«B2»
«B2»
Xarici valyutada uzunmüddətli reytinq
«Baa2»
«Baa2»
Milli valyutada qisamüddətli reytinq
«Prime-2 (P-2)».
«Prime-2 (P-2)».
Maliyyə dayaniqliq reytinqi (BFSR)
«E+»
«E+»
2011-ci il
0%
5%
10%
15%
20%
25%
30%
35%
40%
2010-cu il
Aktivlər
Məcmu
kapital
Kreditlər
Əhalinin
əmanətləri
Bank sektoru üzrə əsas göstəricilərinin dinamikası, %-lə
Azərbaycan bank sektoru 2011-ci ildə