Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
1   ...   4   5   6   7   8   9   10   11   12

35

34

Azərbaycan xanlıqlarının 



sikkələri

Qarabağ və Gəncə xanlığında zərb olunan gümüş abbası (2) və yarımabbası (3). 

İrəvan və Şəki xanlığında dövr edən mis fuluslar (1,4), XVIII-ci əsr

1

2



3

4



37

36

Pul köçürmələri;



2011-ci ildən “Unibank” ASC-si daha iki pul 

köçürmələri sistemi – «Allure» və «Bıstraya Poçta» ilə 

əməkdaşlığa başladı. Ötən il ərzində həmçinin “Lider” 

və “MİGOM” pul köçürmələri sistemləri ilə əməkdaşlıq 

bərpa olundu və Bank Azərbaycanda eyni zamanda 

beynəlxalq pul köçürmələri sistemləri operatorlarının 

sayını 14-ə çatdıran maliyyə qurumları sırasında 

birincilərdən oldu. Bankın yeni və əvvəlki tərəfdaşı 

olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda 

fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili 

qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan 

hər biri pul köçürmələrini tez, rahat və etibarlı 

şəkildə, istiqamətindən və xidmət məntəqəsindən 

asılı olmayaraq 0,3%-dən başlayan tariflərlə həyata 

keçirməyə imkan verir.

Bank xidmətləri bazarının bu seqmentində müşahidə 

olunan kəskin rəqabətə baxmayaraq, «Unibank» 

pul köçürmələrinin həcmini yenidən artırdı. Belə ki, 

2011-ci ilin yanvar-dekabr aylarında pul köçürmələri 

üzrə Bankın dövriyyəsi 76,4 mln. manat təşkil edib 

ki, bu da ötən ilin analoji göstəricisindən 55% çoxdur. 

Fiziki şəxslər tərəfindən hesab açılmadan həyata 

keçirilən təcili pul köçürmələrinin sayı hesabat ili 

ərzində ilk dəfə olaraq 137 mini ötüb və müvafiq 

olaraq 63% artıb. Bu zaman ay ərzində «Unibank»-ın 

xidmət şəbəkəsi vasitəsi ilə aparılan köçürmələrin orta 

miqdarı 7,9 mindən 13,7 minə qədər artaraq, 2010-cu 

ilin orta aylıq göstəricisini ikiqat üstələyib. Nəticədə 

bazarın bu seqmentində “Unibank”-ın payı 5,2% təşkil 

edib. Orta hesabla bir pul köçürmənin məbləği 554 

AZN bərabər olub.

Qeyd etmək lazımdır ki, bu xidmət növünə tələbatı 

stimullaşdırmaq üçün oktyabrın-dekabr aylarında 

“Unibak”-ın bütün filial və şöbələrində “LİDER-dən 

kompliment” aksiyası keçirilib. “LİDER” beynəlxalq 

pul köçürmələri sistemi ilə birgə təşkil olunan aksiya 

çərçivəsində, Bankın, bu sistem vasitəsilə ən azı 5 pul 

köçürməsi göndərmiş bütün müştəriləri (köçürmənin 

məbləğindən asılı olmayaraq) “Park Cinema” 

kinoteatrında seanslara pulsuz iki nəfərlik biletlər əldə 

ediblər. Bundan əlavə, Bank, köçürmələrin sayına görə 

5 qabaqcıl müştəriyə smartfonlar hədiyyə edib.

Xatırladaq ki, «Unibank»-da pul köçürmə sistemləri 

vasitəsi ilə gün ərzində 500$/500EUR (və ya 20 

000 RUR) həcmində məbləği göndərən və ya qəbul 

edən müştərilər əlavə bonus kimi mobil telefonları 

üçün danışıq kartı hədiyyə qazanırlar. Bu bonuslar 

“Unibank”-ın paytaxtdakı, eləcə də Gəncə, Sumqayıt, 

Şəmkir, Quba, Mingəçevir, Şəki və Lənkəran 

filiallarında verilir.

Xidmət şəbəkəsi

Əhali və biznes-dairələrinin keyfiyyətli bank xidmətləri 

ilə təmin olunması üçün “Unibank” 2011-ci ildə 

xidmət şəbəkəsində bir sıra tədbirlər keçirdi. İlk 

əvvəl filiallarda növbələri tənzimləyən cihazların 

quraşdırılması aparıldı. Bundan başqa, Bank yeni 

ATM və “Cash-in” cihazların alınmasına və onların 

proqram təminatının sazlanması başladı. Bu cihazların 

quraşdırılması 2012-ci il ərzində aparılacaq. Bankın 

xidmət şəbəkəsində müvafiq texniki, inzibati və təmir 

işləri ilə bərabər, filialların yerləşməsində optimizasiya 

keçirilib. Nəticədə “Unibank”-ın Baş ofisi yaxınlığında 

yerləşən 17 saylı filial fərdi müştərilər üçün daha 

rahat olan ünvana - Bül-Bül prospekti 10-a keçirildi. 

Paytaxtın “Sahil” metro stansiyasına yaxın olan bu 

ünvanda filialın iş rejimi də genişləndi – müştərilərə 

müvafiq xidmətlər artıq saat 21-dək göstərilir.

Xidmət şəbəkədə aparılan optimallaşdırma bölgələrdə 

fəaliyyət göstərən filiallardan da kənar keçməyib. 

Belə ki, ötən ilin avqust ayında “Unibank”-ın Şəki 

filialı bu məqsədlər üçün yeni tikilən inzibati binaya 

köçüb. Nəticədə Bankın xidmət nöqtəsi güclü işgüzar 

ənənələri ilə seçilən Şimal bölgədə ən iri bank filialına 

çevrildi. Filial Şəki şəhərin mərkəzində yerləşir və 

Azərbaycan Respublikası Mərkəzi Bankının bütün 

tələblərinə cavab verir. Yeni binada Şəki, Qax və 

Zaqatala bölgələrinin əhalisinə və yerli müəssisələrə 

bütün növ bank məhsulları və xidmətləri təklif 

olunur. Bundan başqa, 2011-ci ildə Gəncə şəhərində 

yerləşən Bank şöbəsinə filial statusu verildi. Oğuz və 

Tovuz şəhərlərində isə müvafiq olaraq Şəki və Şəmkir 

filiallarının nəzdində xüsusi mikrokreditləşdirmə 

üzrə məsləhətlər ofisləri açıldı. Nəticədə, “Unibank”-

ın xidmət şəbəkəsi bölgələrdə 10 nöqtəyədək 

genişləndi. Qeyd edək ki, hesabat ilinin sonuna Bakı, 

Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Mingəçevir, Quba və 

Lənkəranda yerləşən Bank filiallarında xidmət alan 

müştərilərin sayı ilk dəfə olaraq 220 min təşkil etdi.

“Unibank”-ın xidmət şəbəkəsi Mərkəzi ofislə bərabər 

27 filial və şöbədən ibarətdir:

1. 

Mərkəzi ofis,



 Bakı şəhərində fəaliyyət göstərir;

2. 


“Gəncə” filialı,

 1993-cü ilin iyun ayının 22-dən 

Gəncə şəhərində fəaliyyət göstərir;

3. 


“STB” filialı,

 2002-ci ilin oktyabr ayının 15-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

4. 


“Yasamal” filialı,

 2005-ci ilin aprel ayının 7-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

5. 


“Neftçilər” filialı,

 2006-cı ilin may ayının 26-dan 

Bakı şəhərində fəaliyyət göstərir;

6. 


“Sumqayıt” filialı,

 2006-cı ilin avqust ayının 28-dən 

Sumqayıt şəhərində fəaliyyət göstərir;

7. 


“Nərimanov” filialı,

 2007-ci ilin may ayının 1-dən 

Bakı şəhərində fəaliyyət göstərir;

8. 


“Əcəmi” filialı,

 2007-ci ilin may ayının 11-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

9. 


8 saylı filial,

 2007-ci ilin sentyabr ayının 10-dan 

Bakı şəhərində fəaliyyət göstərir;

10. 


9 saylı filial,

 2007-ci ilin noyabr ayının 20-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

11. 


10 saylı filial,

 2007-ci ilin oktyabr ayının 22-dən 

Bakı şəhərində fəaliyyət göstərir;

12. 


12 saylı filial,

 2008-ci ilin fevral ayının 1-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

13. 


13 saylı filial,

 2008-ci ilin fevral ayının 25-dən 

Bakı şəhərində fəaliyyət göstərir;

14. 


14 saylı filial,

 2008-ci ilin mart ayının 30-dan Bakı 

şəhərində fəaliyyət göstərir;

15. 


15 saylı filial,

 2008-ci ilin mart ayının 24-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

16. 


16 saylı filial,

 2008-ci ilin iyun ayının 17-dən Bakı 

şəhərində fəaliyyət göstərir;

17. 


17 saylı (“Sahil”) filialı

, 2008-ci ilin yanvar ayının 

7-dən Bakı şəhərində fəaliyyət göstərir;

18. 


“Şəki” filialı,

 2008-ci ilin iyul ayının 1-dən Şəki 

şəhərində fəaliyyət göstərir;

19. 


“Şəmkir” filialı,

 2008-ci ilin iyul ayının 29-dan 

Şəmkir şəhərində fəaliyyət göstərir;

20. 


“Quba” filialı,

 2008-ci ilin sentyabr ayının 8-dən 

Quba şəhərində fəaliyyət göstərir;

21. 


19 saylı filial,

 2008-ci ilin dekabr ayının 16-dən 

Bakı şəhərində fəaliyyət göstərir;

22. 


“Mingəçevir” filialı,

 2009-cu ilin yanvar ayının 15-

dən Mingəçevir şəhərində fəaliyyət göstərir;

23. 


“Kəpəz” filialı,

 2010-cu ilin yanvar ayından Gəncə 

şəhərində fəaliyyət göstərir;

24. 


“Lənkəran” filialı,

 2010-cu ilin fevral ayının 3-dən 

Lənkəran şəhərində fəaliyyət göstərir;

25. 


Xırdalan filialı,

 2012-ci ilin aprel ayının 13-dən 

Xırdalan şəhərində fəaliyyət göstərir;

26. 


Tovuz bölməsi,

 2011-ci ilin mart ayından Tovuz 

rayonun Tovuz şəhərində fəaliyyət göstərir;

27. 


“1 saylı” Mübadilə Şöbəsi,

 2010-cu ilin dekabr 

ayının 10-dan Bakıda fəaliyyət göstərir.

8000000


7000000

6000000


5000000

4000000


3000000

2000000


1000000

0

I



II

III


IV

V

VI



VII

VIII


IX

X

XI



XII

2011-ci il, mln. AZN-lə

2010-cu il, mln. AZN-lə

2010-2011-ci illərdə pul köçürmələri üzrə dövriyyə, mln. AZN-lə

Pərakəndə biznes



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə