Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
1   2   3   4   5   6   7   8   9   ...   12

17

16

nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat fəaliyyəti 



ilə məşğul olan müəssisələr tərəfindən göstərilib. İl 

üzrə yük nəqliyyatı ilə 203.5 milyon ton daşınmışdır. 

Bu göstərici ötən il ilə müqayisədə 3.6% çoxdur. Qeyri-

neft yüklərinin həcmi isə il ərzində 9.6% artmışdır. 

Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 54% 

avtonəqliyyat, 29% boru kəməri, 10.9% dəmir yolu, 

6.1% dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Rabitə


İnformasiya və rabitə sektoru öz inkişaf sürətinə 

görə iqtisadiyyatın digər sahələrini qabaqlamış, ötən 

ildə təsərrüfat subyektlərinə və əhaliyə 1.2 milyard 

manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli 

qiymətlərlə 11.8% çox xidmət göstərilmişdir. Əhaliyə 

göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 

72.7% təşkil edib. Xidmətlərdən əldə olunan gəlirlərin 

61.8% mobil telefon rabitəsindən yaranmış. 2010-

cu il ilə müqayisədə bu xidmətlərin həcmi 3.6% 

artaraq 770 milyon manat təşkil edib. Mobil telefon 

abunəçilərinin sayı son bir il ərzində 162.5 min artıb. 

Ümumi hesabda cari ilin əvvəlinə abunəçilərdə 9.1 

milyon nömrə mövcud olmuş və onların 7 milyonu 

aktiv olmaqla istifadə olunmuşdur.

İstehlak bazarı və pullu xidmətlər

2011-ci ildə ticarət və xidmət şəbəkələrində 

istehlakçılara 21.8 milyard manatlıq və ya əvvəlki il ilə 

müqayisədə 9.9% çox istehlak malları satılan və pullu 

xidmətlər göstərilib. Hesabat ilində hər bir ölkə sakini 

orta hesabla ayda 200.5 manatlıq müxtəlif istehlak 

malları almış və pullu xidmətlərdən istifadə etmişdir. 

İstehlak bazarından alınmış məhsulların 60.9% ərzaq 

məhsulları, 39.1% qeyri-ərzaq malları təşkil edib. 

Ərzaq məhsullarının satışı 3.2%, qeyri-ərzaq mallarının 

satışı isə 28.2% artmışdır. Ölkənin hər bir sakini ticarət 

şəbəkəsindən orta hesabla 1816.6 manatlıq müxtəlif 

istehlak malları almışlar.

2011-ci ildə əhaliyə göstərilən pullu xidmətlərin 

həcmi 7.8% artaraq 5332.4 milyon manata çatmışdır. 

Artımın 62.9% hüquqi şəxslərin müəssisələrində 

yaranan və bu müəssisələrdə əhaliyə 4096.1 milyon 

manatlıq və ya 6.3% çox pullu xidmətlər göstərilmişdir. 

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 

ayda 49.1 manatlıq müxtəlif pullu xidmətlərdən 

istifadə etmişdir.

2011-ci ildə əvvəlki ilin yanvar-dekabr aylarına 

nisbətən istehlak mallarının qiymətləri və xidmət 

tarifləri 7.9% bahalaşıb. Ölkənin iqtisadi rayonları 

üzrə 2011-ci ilin dekabr ayında istehlak qiymətləri 

indeksinin dəyişməsi aşağıdakı kimi olmuşdur:

Əhalinin gəlirləri

2011-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə 

müqayisədə 19.6% artaraq 30.6 milyard manata 

çatmış, onun hər nəfərə düşən həcmi 18.1% artaraq 

3383.8 AZN və ya ayda orta hesabla 282 manat 

təşkil edib. Hər nəfərə düşən gəlirlərin artım sürəti 

istehlak qiymətlərinin bahalaşmasını 10.2 faiz bəndi 

üstələmişdir.

Gəlirlərin 63.3% son istehlaka, 7.9% vergilər, sosial 

sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 

27% isə əmanətlərin və kapitalın artırılmasına 

yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 28.2 

milyard AZN təşkil edib və əvvəlki ilə nisbətən 20.5% 

artıb.


Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta 

aylıq əmək haqqı əvvəlki il ilə müqayisədə 9.5% 

artaraq 363.1 AZN təşkil edib. Bu zaman neft 

sektorunda çalışanların orta əmək haqqı 1176.6 AZN, 

milli iqtisadiyyatının qeyri-neft sahələrində işləyən 

vətəndaşların orta əmək haqqları 340.5 AZN-nə 

bərabər olub. 

Xarici ticarət

2011-ci ildə Azərbaycanda fəaliyyət göstərən hüquqi 

və fiziki şəxslər dünyanın 149 ölkəsindəki tərəfdaşları 

ilə 36326,9 milyon ABŞ dolları məbləğində ticarət 

əməliyyatları aparmışlar. Bu əmtəə dövriyyəsinin 

ümumi həcminin 73.1% ($26 570,9 milyon) ölkədən 

ixrac olunmuş mallar, 26.9% ($9756 milyon) idxal 

məhsulları təşkil edib. İxrac idxalı üstələmiş və 

nəticədə $16814,9 milyon müsbət xarici ticarət 

saldosu yaranmışdır. Əvvəlki il ilə müqayisədə xarici 

ticarət dövriyyəsinin fiziki həcmi 3.9%, o cümlədən 

1622.3 min ton süd, 1008.1 milyon ədəd yumurta, 

16.2 min ton yun istehsal olunub. Bu zaman ət 

istehsalı 4.3%, süd istehsalı 5.6%, yun istehsalı 3.7% 

artıb, yumurta istehsalı 14.5% azalıb.

Tikinti

Tikinti kompleksində aparılan inşaat işləri üçün 2011-



ci ildə bütün maliyyə mənbələrindən 12.8 milyard 

manat məbləğində investisiyalar istifadə edilib. 

Ümumi məbləğdən 7.8 milyard manat məhz tikinti-

quraşdırma işlərinə xərclənib. İnvestisiyanın 43.1% 

məhsul istehsalı obyektlərinin inşasına sərf olunub. 

İl ərzində ümumi sahəsi 1922.3 min kv.metr yaşayış 

evləri istifadəyə verilib.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən 

inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 26.9% 

üstələyib. Görülən ümumi tikinti işlərinin 76.5% yeni 

tikinti, yenidənqurma və genişləndirmə, 16.2% əsaslı 

təmir, 7.3% isə cari təmir və sair tikinti işləri təşkil 

edib. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə 

yetirilən ümumi inşaat işlərinin 25.2%-ni, müvafiq 

olaraq özəl tikinti müəssisələri isə - 74.8% həyata 

keçiriblər.

Nəqliyyat

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından 

biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir. 

Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də nəqliyyat 

sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın 

hərəkət heyətinin yenilənməsi, yeni avtomobil 

yollarının çəkilişi, yenidən qurulması davam edib

həyata keçirilən transmilli layihələr bu sahənin 

inkişafına müsbət təsir göstərib. Hesabat ilində 

nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat 

subyektləri tərəfindən iqtisadiyyatın müxtəlif 

sahələrinə və əhaliyə göstərilən xidmətlərin üçdə iki 

hissəsi dəmir yolu nəqliyyatı, 9% dəniz, 15.3% hava 

Qiymət və tarif indeksləri bölgələr üzrə

Cəmi mallar və 

xidmətlər üzrə

Ərzaq məhsulları, 

içkilər, tütün

Qeyri-ərzaq 

malları


Xidmətlər

Bakı şəhəri

100,6

100,9


100,0

100,6


Abşeron

100,9


101,4

100,4


100,2

Gəncə-Qazax

101,2

102,3


100,0

100,5


Şəki-Zaqatala

100,9


101,4

100,2


100,4

Lənkəran


101,1

102,0


100,2

100,1


Quba-Xaçmaz

100,6


101,3

99,9


100,0

Aran


101,2

102,4


99,9

100,1


Yuxarı Qarabağ

100,9


101,2

100,2


101,2

Dağlıq Şirvan

100,5

100,9


100,4

100,1


Naxçıvan

100,0


100,0

100,0


100,0

idxal 45.3% artmış, ixrac isə 11.3% azalmışdır.

Xarici ticarət dövriyyəsinin 80.5% İtaliya, Fransa, 

Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, 

Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya

Çin, Koreya Respublikası və Gürcüstan dövlətlərinin 

hesabına formalaşmışdır. İdxal olunan malların 31.1% 

maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 

17.3% quru, hava və su nəqliyyatı vasitələri, 13.6% az 

qiymətli metallar və onlardan hazırlanan məmulatlar 

təşkil etmişdir. İxrac olunmuş malların ümumi 

həcminin 94.5% mineral məhsullar, o cümlədən 92% 

neft və neft emalı məhsulları təşkil etmişdir.

Xarici investisiyalar

2011-ci ildə milli iqtisadiyyatına 8673,9 milyon ABŞ 

dolları həcmində və ya əvvəlki ildəkindən 5.2% çox 

xarici investisiya yönəldilib. Sərmayələrin 49.5% 

($4293,8 milyon) iqtisadiyyata birbaşa investisiyalar, 

42.6% ($3692,5 milyon) isə maliyyə kreditləri 

şəklində daxil olmuşdur. Bu dövrdə qeyri-neft 

sektoruna $886 milyon birbaşa xarici investisiyalar 

yönəldilmişdir.

Xarici ölkə və beynəlxalq təsisatların 

əsas kapitala qoyuluşlardakı payları

Böyük Britaniya 48%

Norveç 5%

Dünya Bankı 5%

ABŞ 48%


Türkiyə 4%

Avropa Yenidənqurma 

və İnkişaf Bankı 4%

Yaponiya 10%

Çexiya 4%

Azərbaycan iqtisadiyyati 2011-ci ildə





Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə