hökumətinin rəsmi nümayəndələri tərəfindən hörmət-izzətlə
qarşılanır. Və ona Naxçıvanın ən mərkəzində, Bazar çayının
üzərində (indiki Came məscidinin yaxınlığında) gözoxşayan
mülk tikməyə icazə verilir. Sözarası deyək ki, həmin mülk
çox böyük ərazidə yerləşirdi. Hətta ətrafında böyük bağ da
vardı. 1920-ci ildən sonra orada Naxçıvanın NKVD-si
(enkavede) yerləşirdi. Onun yay evi isə Pionerlər Sarayı
olmuşdu. Yeri gəlmişkən, bir maraqlı faktı da demək istə
yirik. İbrahim ağanın həyat yoldaşı Zivər xanım Şahtaxtin-
skaya deyirdi ki, ora bizim yay mülkümüz idi. Əksər ziyafət
lər yayda, o mülkün üstündəki meydançada verilərdi. Biz
orta məktəbdə təhsil alanda həmin meydançada pionerlər
rəqs edirdilər. Hər iki mülk bitişik idi. O mülk indi də qalır.
Böyük, memarlıq üslubu ilə fərqlənən nəhəng binanı isə
1972-73-cü illərdə sökdülər. Hacı Vəli ağanın şəhərdə ikinci
mülkü indiki respublika kitabxanasının yerində, Bazarçayın
üstündə idi. Onun ata-baba kəndi olan Şahtaxtında mərkəz
də, "Ağalıq" deyilən meydanda, axarlı-baxarlı yerdə böyük
mülkü vardı. Həyətindəki bağın bir hissəsi indi də qalmaq
dadır. Şahtaxtinskilərin böyük dövlət imtiyazları olduğun
dan onlar yaşayan əraziyə indi də "Ağalıq yeri" deyirlər.
Həmin mülkün bir hissəsi 1920-ci ildən sonra məktəbə çev
rilmiş, XX yüzilliyin axırlarında sökülmüşdür.
İbrahim ağanın atası Hacı Vəli ağa dövrünün maarif
pərvər ziyalılarından olub. Varidatının xeyli hissəsini Şah
taxtı kəndindəki məktəbə xərcləyib. Biz Naxçıvan maarifi
nin tarixini səhifələsək, Şahtaxtı məktəbinin o illərdə məşhur
təhsil ocağı olduğunu görərik. Hacı Vəli ağanın adını Naxçı
van ziyalılarının, yazıçılarının adları ilə bağlı sənədlərdə tez-
tez oxumaq mümkündür. O, Şahtaxtinskilərin başbiləni və
58
ağsaqqalı sayılıb. Çünki bu nəsildən olanların Avropanın,
Rusiyanın ən nüfuzlu zadəgan gimnaziyalarında, univer
sitetlərində təhsil almalarına himayədarlıq etmişdir. Hələ-
likdə tapdığımız sənədlərdə onun aşağıdakı övladlarının adı
qeyd edilib (deyilənə görə bu siyahı tam deyil): İbrahim ağa,
Əliqulu ağa, Kərim ağa, Uribanu xanım, Səkinə xanım, So
na xanım və Heydər ağa.
Sənədlərin dili ilə desək, Əliqulu ağa rus ordusunun
mayoru olub. Varisləri Naxçıvandan Qaxa sürgün ediliblər.
Onlarla əlaqə yarada bilmişik, indi Bakıda, Moskvada və
Bərdədə yaşayırlar. Əliqulu ağanın iki oğlu Çingiz ağa və
İlyas ağa məşhur Çanaqqala döyüşlərinin qazilərindən olub.
ibrahim ağanın şəxsi işini hələlik tapa bilmədiyimizdən
onun təhsil illəri haqqında ətraflı heç nə deyə bilmirik. Təkcə
o məlumdur ki, 1913-1914-cü illərdə Bakıda, Suraxanıda
jandarm idarəsində polis işləyib. Bu geyimdə şəkli də var.
Hacı Vəli ağa 1911 -ci ildə vəfat etdiyindən (arxiv sənə
dinə görə) onun oğlanları Kərim ağa, Əliqulu ağa Şahtaxtı
kəndində yaşamalı olurlar. Heydər ağa isə Qarsda, Sürmə
lidə polis işləyib. Gənc ikən qəzaya düşüb həlak olub. Onun
Nazlı xanım (əsl adı Zeynəbağa xanım) Kəngərlidən
Oxucuların marağı üçün deyək ki, görkəmli akademik
Həbibulla Şahtaxtinski ibrahim ağanın bacısı Sona xanımın
oğludur. Sona xanımın həyat yoldaşı isə əmisi oğlu Baxşəli
ağa olmuşdur. Elə görkəmli alim Məhəmməd ağa Şahtax
tinski də İbrahim ağanın doğmaca əmisi oğludur. İbrahim
ağanın anası Fatma xanım Şərur mahalının Aşağı Aralıq
'
t
kəndində yaşayan Seyidbəylilərdəndir. Oz vəsiyyətinə görə
həmin kənddə məscidin yanında dəfn olunmuşdur.
1915-ci ildən sonra Naxçıvana qayıdan ibrahim ağa
1918-ci ildə Zivər xanım Rzabəyli ilə ailə qurur. Onun atası
qarxunlu Hacı Ağa da 1920-ci ildən sonra sürgün edilib. Bu
izdivacdan onların beş övladı - Böyükağa, İsa Sultan, Kə-
rimağa, Kamil ağa və uşaqkən vəfat edən digər bir oğlu dün
yaya gəlib. İbrahim ağanın 1929-cu ildə doğulan oğlu Kamil
ağa hazırda Naxçıvan şəhərində yaşayır. Uzun illər Kənd
Təsərrüfatı Nazirliyində işləyib, indi təqaüddədir. Şahtax-
tinskilərin şəcərələrinin hazırlanmasında Zivər xanımın,
onların ailəvi dostları Əziz Şərifin və Kamil ağanın kömək
ləri olub. Şəcərəni akademik İsa Həbibbəyli ilə birlikdə
işləmişik. Uzun illərin axtarışlarının bəhrəsi olan şəcərə artıq
nəşr olunub.
İbrahim ağanın 1920-ci ildən sonrakı taleyi yaxşı, son-
ralar isə acınacaqlı olmuşdur. Əvvəlcə onu deyək ki, İbrahim
ağa 1918-1920-ci illərdə Naxçıvanın, o cümlədən Şərur ma
halının fəal müdafiəçisi olmuşdur. Həmin illərdə Şahtaxtı
kəndi mühüm geosiyasi-strateji əhəmiyyət kəsb etdiyindən
daşnakların hədəfində idi. Bir növ döyüşlərin mərkəzinə çev
rilmişdi. Naxçıvanın köməyinə gələn türk qoşunları Şahtaxtı
kəndində qərargah yaratmışdılar. Bu haqda türk hərbçilə
rinin maraqlı xatirələri də işıq üzü görüb. Məsələn, məşhur
türk generalı Veysəl Ünüvar yazdığı kitabında onu hörmətlə
xatırlamışdır: "Saat 13:30-da Araz körpüsünü keçdik və şah-
taxtılıların səmimiyyəti ilə qarşılandıq. Buranın ziyalıların
dan İbrahim ağa hamı kimi bizi də qonaq etdi. 1918-ci ilin
yazında tanıdığım ibrahim ağaya Qafqazın ən iri adamı
deyərdilər. Kommunist Behbud Şahtaxtinskinin qohumu və
Naxçıvan: təlatüm və burulğanlar (1920-1921), Naxçıvan-
2006,səh. 15)
60
Dostları ilə paylaş: |