MüNDƏRİcat ön söZ ÖLKƏ İQTİsadiyyati və neft fondu


Cədvəl 7.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə gəlirləri



Yüklə 323,32 Kb.
səhifə5/5
tarix27.03.2018
ölçüsü323,32 Kb.
#35166
1   2   3   4   5

Cədvəl 7.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə gəlirləri




Gəlir mənbələri

Gəlirlərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 388, 6

13 117, 4

98,0

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3, 3


3, 0


90,0


3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8,1

7,9

97,0

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

1,6

1,6

100,0

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

319,2



544,0

170,3

6.

Digər gəlirlər və daxilolmalar

0,9

0,3

28,0




Cəmi gəlirlər

13721,8

13674,1

99,7




Büdcədənkənar gəlirlər




253,4





Xərclər. Hesabat ili ərzində Fondun büdcə xərclərinin ümumi məbləği 10 573,6 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana (10 751,3 milyon manat) nisbətən 98,4% səviyyəsində yerinə yetirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində il ərzində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 300 milyon manat vəsait ayrılmışdır. Bu xərc maddəsi Fondun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitə nisbətən 100% səviyyəsində icra olunmuşdur.
Azərbaycan Respublikasının 2012-ci il üzrə dövlət büdcəsinə transfert. 2012-ci ildə Dövlət Neft Fondunun büdcə xərclərinin mühüm hissəsini (93,7 %) dövlət büdcəsinə transfert ödənişləri təşkil etmişdir. 2012-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 905,0 milyon manat məbləğində vəsait köçürülmüşdür. Bu maddə üzrə xərclər Fondun 2012-ci il üzrə büdcəsində nəzərdə tutulana nisbətən 100% səviyyəsində icra edilmişdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. 2012-ci ildə Dövlət Neft Fondunun 200 milyon manat məbləğində vəsaiti Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir və bu maddə üzrə Fondun xərcləri büdcədə nəzərdə tutulana nisbətən 100% səviyyəsində yerinə yetirilmişdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. 2012-ci ildə Dövlət Neft Fondu tərəfindən 119,0 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmiş və bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (252,5 milyon manat) 47,1% səviyyəsində icra olunmuşdur.
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi. 2012-ci ildə Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 20 milyon manat vəsait yönəldilmişdir.
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri. 2012-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri Fondun təsdiq edilmiş smeta xərclərinə nisbətən (73,8 milyon manat) 40,1% yerinə yetirilərək 29,6 milyon manat təşkil etmişdir. Smeta xərclərinin büdcədə nəzərdə tutulana nisbətən aşağı faizlə yerinə yetirilməsi Fondun yeni inzibati binasının tikintisi, eləcə də xarici menecerlərin idarəetmə haqlarının ödənilməsi üçün ayrılan xərclərdən il ərzində aşağı səviyyədə istifadə olunması ilə izah edilir.
Cədvəl 7.2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə xərc istiqamətləri



Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq olunmuş

faktiki

1.

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

300,0

300,0

100,0


2.

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert

9905,0

9905,0

100,0

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

200,0

200,0

100,0

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

252 ,5

119,0

47,1

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

20,0

20,0

100,0

6.

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

73,8

29,6

40,1




Cəmi xərclər

10751, 3

10573,6

98,4




Yüklə 323,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə