MüNDƏRİcat ön söZ ÖLKƏ İQTİsadiyyati və neft fondu


Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi



Yüklə 323,32 Kb.
səhifə2/5
tarix27.03.2018
ölçüsü323,32 Kb.
#35166
1   2   3   4   5

Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. 2012-ci ildə Neft Fondunun vəsaiti hesabına aşağıdakı mühüm infrastruktur və sosial yönümlü layihələrin, habelə ölkənin insan kapitalının inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının maliyyələşdirilməsi davam etdirilmişdir:
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər. 2012-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 300,0 milyon manat vəsait ayrılmışdır. 2001-ci ildən etibarən bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 1 157,8 milyon manat vəsait yönəldilmişdir. Bu tədbirlər çərçivəsində 20 778 ailə üçün fərdi evlərdən ibarət 61 qəsəbə, hündürmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. Tədbirlərin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisini həyata keçirməkdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması. 2012-ci ildə bu layihənin maliyyələşdirilməsinə 200,0 milyon manat vəsait ayrılmışdır. 2006-cı ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 895,5 milyon manat vəsait ayrılmışdır. Layihənin sifarişçisi olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişlərinə əsasən 2012-ci ildə ayrılmış vəsaitin 82,9 milyon manatı Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisinə, 80,8 milyon manatı Taxtakörpü-Ceyranbatan kanalının tikintisinə, 35,8 milyon manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə, 0,5 milyon manatı layihə işçi qrupunun saxlanılmasına ayrılmışdır. Layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi. 2012-ci ildə bu layihənin maliyyələşdirilməsinə 119,0 milyon manat ayrılmışdır. 2007-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 341,5 milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etmək və bununla region ölkələrinin tranzit potensialının artırılmasıdır. Bu məqsədlə Türkiyə ərazisində 76 km və Gürcüstanın ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Marabda-Axalkalaki yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İnsan kapitalının artırılması
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı. Bu proqramın icrası sayəsində “qara qızılın insan kapitalı”na çevrilməsi ideyası reallığa çevrilir. 2008-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 54,8 milyon manat vəsait ayrılmışdır. 2012-ci il ərzində Dövlət proqramının maliyyələşdirilməsi üçün 20 milyon manat məbləğində vəsait istifadə olunmuşdur. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (11,9 milyon manat), təhsil haqqı (6,6 milyon manat), yol (0,8 milyon manat), tibbi sığorta (0,3 milyon manat), viza və qeydiyyat (0,1 milyon manat), digər (0,3 milyon manat), o cümlədən Dövlət Proqramı çərçivəsində Azərbaycanlı gənclərin xaricdə təhsilini təşkil etmək məqsədilə Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaş qurumların idarəetmə və təşkilati xərclərinin (0,13 milyon manat) ödənilməsinə yönəldilmişdir. 01 yanvar 2013-cü il tarixinə bu proqram vasitəsi ilə xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı 1 590-a çatmış və 370 tələbə məzun olmuşdur. 2007-2012-ci illərdə qeyd olunan proqramda Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş prioritet sahələr üzrə təhsil alan tələbələr arasında tibb, dövlət idarəetməsi, sənaye və informasiya və kommunikasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələr üstünlük təşkil etmişdir. Xaricdə təhsil alan tələbələrin prioritet istiqamətlər üzrə bölgüsü Qrafik 2.3.3.-də verilmişdir.
Qrafik 2.3.3. Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsü
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-3-3.jpg
Fondun idarə edilməsi ilə bağlı xərclər. Dövlət Neft Fondunun 2012-ci il üzrə təsdiq edilmiş büdcəsinin “Dövlət Neft Fondunun idarəetmə xərcləri” maddəsi çərçivəsində hesabat ili ərzində Fond tərəfindən 29,6 milyon manat vəsait ayrılmış və bu vəsait Fondun büdcə xərclərinin 0,3 %-ni təşkil etmişdir.

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin tərkibində əməyin ödənişi fondu üzrə xərclər 2,35 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər 0,94 milyon manat, təqaüdlər və sosial müavinətlər 0,06 milyon manat, qrant və digər ödənişlər 0,04 milyon manat, digər xərclər 4,59 milyon manat, qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər 21,64 milyon manat təşkil etmişdir.



3. İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

3.1. 2012-ci ildə dünya iqtisadiyyatı

2012-ci il həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempinin azalması ilə müşahidə olunmuşdur. Dünya iqtisadiyyatının artım tempi 2012-ci il üçün ilin əvvəlində 3,4% olaraq proqnozlaşdırılan gözləntilərin əksinə olaraq cari ilin sonunda 2,9% təşkil etmişdir. Avrozonada artım tempi ilin əvvəli üçün 0,2% olaraq proqnozlaşdırılsa da, bu göstərici 2012-ci ilin sonunda -0,6%-ə bərabər olmuşdur. Ümumilikdə isə Avrozona və Böyük Britaniya iqtisadiyyatında cari il ərzində tənəzzül müşahidə edilmişdir. 2012-ci ildə ÜDM-in artım tempi Çində 7,7%, Braziliyada isə 1,0% olmuşdur. Bütün bunlarla yanaşı Amerika Birləşmiş Ştatlarında (ABŞ) iqtisadiyyatın artım tempi gözlənildiyi kimi 2,2% təşkil etmişdir.



Qrafik 3.1.1. ABŞ, Avrozona və Böyük Britaniya üzrə ÜDM-in dinamikası (2005-2012-ci illər, faiz ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-1.jpg

Mənbə: Blumberq

Avrozonada iqtisadi böhranın dərinləşməsi dünyadakı iqtisadi mühitin kəskin şəkildə pisləşməsində əhəmiyyətli təsirə malik olmuşdur. Ümumdünya ticarət dövriyyəsi 2011-ci ildə 4,5% təşkil etdiyi halda bu göstərici 2012-ci ildə 2,5%-ə qədər geriləmişdir. Avropada fiskal və monetar siyasətin daha da sərtləşdirilməsi, eləcə də inkişaf etmiş ölkələrin özəl sektorunda şirkətlərin borc öhdəliklərinin azaldılması istiqamətindəki fəaliyyətləri dünyanın bir sıra ölkələrində iqtisadi artımın geriləməsində mühüm amillərdən olmuşdur. Bununla yanaşı ABŞ-da iqtisadi artımın yüksəldilməsinə xidmət edən siyasət 2012-ci ildə də stabil artım tempinin qorunub saxlanılması ilə nəticələnmişdir. Yaponiya iqtisadiyyatında da Fukuşima fəlakətinin ardından inkişaf meylləri davam etmişdir.

Ümumilikdə, dünya iqtisadiyyatının artım tempi (alıcılıq qabiliyyəti paritetinə görə) 2011-ci ildə 3,8% təşkil etmişdisə, bu göstərici 2012-ci ildə təqribən 1% aşağı düşərək 2,9% təşkil etmişdir. 2011-ci ildə müşahidə olunmuş ciddi inflyasiya artımından sonra əksər ölkələrdə bu göstərici azalmağa başlamışdır.

Qrafik 3.1.2. ABŞ, Avrozona və Böyük Britaniya üzrə inflyasiyanın dinamikası (2005-2012-ci illər, faiz ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-2.jpg

Mənbə:Blumberq

ABŞ-da ilin ən mühüm hadisələrindən biri ölkədə keçirilən prezident seçkiləri olmuşdur. Lakin ölkədə son iki il davam edən siyasi konfiqurasiyanın qorunub saxlanılması Barak Obamanın yenidən prezident seçilməsi ilə nəticələnmişdir.

ABŞ-da iqtisadi artım tempi 2011-ci ildə 1,8% təşkil etmişdisə, bu göstərici 2012-ci ilin sonunda gözləntilərə uyğun olaraq 2,2%-ə bərabər olmuşdur. Ölkədə 2012-ci ildə iqtisadi artımın stimullaşdırılmasına xidmət edən siyasətin həyata keçirilməsi bu nəticədə önəmli rol oynamışdır. ABŞ-da 2012-ci ildə həyata keçirilən fiskal və monetar siyasət daha çox liberal xarakter daşımış və nəticədə, 2011-ci ildə 8,6%-ə bərabər olan fiskal defisit 2012-ci ildə 6,7% təşkil etmişdir.

2011-ci ildə xammal qiymətlərindəki ciddi artımın səbəb olduğu kəskin inflyasiya göstəricisi 2012-ci ildə bu qiymətlərdəki azalmadan sonra ciddi şəkildə geriləmişdir. Belə ki, 2011-ci ildə 3,2% təşkil edən inflyasiya dərəcəsi 2012-ci ildə 2,1%-ə qədər enmişdir.

2012-ci il ərzində ölkədə 1,8 milyon yeni iş yeri açılmışdır ki, bunun da nəticəsində yanvar ayında 8,3% təşkil edən işsizlik göstəricisi dekabr ayında 7,7%-ə qədər enmişdir. Ölkədə daşınmaz əmlak sektorunda da ciddi irəliləyişlər nəzərə çarpmışdır. Belə ki, istər yaşayış sahələrinə, istərsə də daşınmaz əmlaka bağlı olan qiymətli kağızlara investisiyalarda artım müşahidə olunmuş və bu sektorda qiymətlər artan trend üzrə inkişaf etmişdir. Bununla yanaşı ölkədə ev təsərrüfatlarının istehlak səviyyəsində keçən illə müqayisədə azalma müşahidə olunmuş və bu göstərici 2011-ci ildəki 2,5%-lik dərəcədən cari ildə 1,8%-ə qədər geriləmişdir.

Avrozonada dərinləşməkdə olan suveren borc böhranı üzv ölkələrdə iqtisadi və sosial vəziyyətin daha da kəskinləşməsi ilə səciyyələnmiş, regionun iqtisadi artımının geriləməsində önəmli faktor olmuşdur. İstər suveren borc böhranından daha çox əziyyət çəkən ölkələr, istərsə də digər Avrozona ölkələri həm aparılan sərt fiskal siyasətin, həm də Avropa Mərkəzi Bankının müdaxilələrinin bəzi mənfi təsirlərinə məruz qalmışlar. Bununla bərabər qeyd edilən tədbirlər bu ölkələrin maliyyə sektorunda ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnmişdir.

2011-ci ildə olduğu kimi Avrozonanın iqtisadiyyatı öz heterogenliyi ilə səciyyələnmişdir. Belə ki, birlik ölkələrinin bəzilərində, məsələn Almaniyada (+1%) pozitiv iqtisadi artım qeydə alınsa da, digər ölkələrdə iqtisadi tənəzzül davam etmişdir. İtaliya və İspaniyada 2011-ci ilin ikinci yarısından başlayan kəskin iqtisadi problemlər 2012-ci ildə də davam etmiş, nəticədə iqtisadi artımın səviyyəsi geriləyərək müvafiq olaraq -2,1% və -1,6% təşkil etmişdir. Fransa iqtisadiyyatı isə 0,1% artım göstərərək iqtisadi tənəzzüldən xilas ola bilmişdir. Böyük Britaniyada iqtisadi artım geriləyərək 2012-ci il üçün 0,2% təşkil etmişdir.

Avrozonada 2011-ci ildə ÜDM-ə nəzərən 4,1%-ni təşkil edən fiskal defisit 2012-ci ildə 3,5%-ə qədər geriləmişdir. İstər özəl sektorda borc öhdəliklərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər, istərsə də iqtisadi tənəzzülün mənfi təsirləri bəzi birlik ölkələrində fiskal defisitin azalması yönündə əsas maneələrdən olmuşdur.

Avrozonada orta illik inflyasiya dərəcəsi 2,5% təşkil etsə də, ilin sonuna doğru bu göstərici aşağı düşməyə başlamışdır. ÜDM-in artım tempi ilə yanaşı, işsizliyin səviyyəsi də birlik ölkələri arasında müxtəlifliklərlə səciyyələnmişdir. Belə ki, 2012-ci ildə Almaniyada işsizlik həddi 7,5%-dən 6,83%-ə düşdüyü halda Fransada bu göstərici 9,62%-dən 10,24%-ə qalxmışdır. Ümumilikdə Avrozonada işsizliyin səviyyəsində artım müşahidə olunmuş və ilin əvvəlində 10,16% təşkil edən bu göstərici dekabrda 11,37%-ə barəbər olmuşdur. İspaniyada isə işsizliyin səviyyəsində artım daha da kəskin olmuş və bu göstərici 26,06% təşkil etmişdir.

Qrafik 3.1.3. ABŞ, Avrozona və Böyük Britaniya üzrə işsizliyin dinamikası (2005-2012-ci illər, faiz ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-3.jpg

Mənbə: Blumberq

2012-ci ildə bir sıra dünya ölkələrində monetar siyasətin əsas hədəfi həm fiskal defisitin, həm də özəl sektorda borc öhdəliklərinin azalmasının iqtisadi tənəzzüldəki mənfi təsirlərinə qarşı mübarizə olmuşdur. Hesabat ilində inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları monetar siyasətlərini əsas uçot dərəcələrinin aşağı salınması yolu ilə həyata keçirdikləri halda, inkişaf etmiş ölkələrin analoji qurumları əsas uçot dərəcələrinin daha öncədən aşağı olması səbəbindən qeyri-ənənəvi vasitələrdən istifadə etmişlər. Çin Mərkəzi Bankı ehtiyat tələblərinə tətbiq edilən normanı aşağı salmış və əsas uçot dərəcəsini il ərzində iki dəfə olmaqla (iyul və avqust aylarında) 6,56%-dən 6%-ə qədər endirmişdir. Hindistanda da əsas uçot dərəcəsi 0,50% aşağı salınaraq 8% həddinə gətirilmişdir. Rusiya Mərkəzi Bankı isə yüksək inflyasiya səbəbindən əsas uçot dərəcəsini 8,5% həddinə qaldırmışdır.

ABŞ-ın Mərkəzi Bankı olan Federal Rezerv 2010-cu ildə başlamış olduğu dövlət borc öhdəliklərinin alınması siyasətini davam etdirmişdir. 2011-ci ilin oktyabr ayında Federal Rezervin monetar siyasət vasitələrindən biri olan qısamüddətli borc öhdəliklərinin satılması və uzunmüddətli borc öhdəliklərinin alınması siyasətində ümumi dövriyyənin 267 milyard ABŞ dollarına çatdırılması məqsədilə bir sıra dəyişikliklər həyata keçirilmişdir. Uzunmüddətli faiz dərəcələrinin aşağı saxlanılması məqsədilə Federal Rezerv qısamüddətli borc öhdəliklərinin satılması və uzunmüddətli borc öhdəliklərinin alınması prosesini davam etdirmişdir. 2012-ci ilin sentyabr ayından etibarən Federal Rezerv aylıq olaraq 40 milyard ABŞ dolları həcmində ipotekaya bağlı qiymətli kağızların (MBS) alınması yolu ilə yumşaq pul siyasətinin (Quantitative Easing) üçüncü fazasının icrasına başlamışdır. Qeyd edilənlərlə yanaşı 2012-ci ilin dekabr görüşündə Federal Rezerv 2013-cü ildən etibarən yeni bir proqramın, aylıq olaraq 45 milyard ABŞ dolları dəyərində dövlət istiqrazlarının alınacağına başlanılmasını bəyan etmişdir.

Qrafik 3.1.4. Aparıcı ölkələrin mərkəzi banklarının uçot dərəcələri (2002-2012-ci illər, faiz ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-4.jpg

Mənbə: Blumberq

Hesabat ilində istər genişmiqyaslı iqtisadi tənəzzülün daha da kəskinləşməsinə, istər banklararası qısamüddətli faiz dərəcələrinin artması ilə əlaqədar yaranan likvidlik problemlərinə, istərsə də suveren borc böhranına qarşı mübarizə aparmaq məqsədilə Avropa Mərkəzi Bankı (AMB) aktiv şəkildə qeyri-ənənəvi monetar siyasətini davam etmişdir. 2012-ci ilin iyul ayında AMB rəsmi olaraq Qiymətli Kağızlar Bazarı proqramının başa çatdığını və Birbaşa Monetar Əməliyyatlar proqramının başlandığını elan etmişdir. Bu proqram qaytarılma müddəti 3 ilədək olan dövlət qiymətli kağızlarının AMB tərəfindən maliyyə bazarlarından alınmasını özündə əks etdirir. AMB 2012-ci ildə yerli bankları qaytarılma müddəti 3 il olmaqla qeyri-məhdud həcmdə likvidliklə təmin etmişdir. Adıçəkilən qurum eyni zamanda fevral ayında növbəti dəfə kifayət qədər uzunmüddətli maliyyələşmə əməliyyatı həyata keçirmişdir ki, bunun da ümumi həcmi 530 milyard Avro təşkil etmişdir. Cari ilin iyul ayında Avropa Mərkəzi Bankı əsas uçot dərəcəsini 0,25% aşağı salaraq 0,75%-ə gətirmişdir ki, nəticədə də bu göstərici ilk dəfə olaraq 1%-dən aşağı səviyyədə yer almışdır. İqtisadi artımın zəifləməsinin nəticəsi olaraq qısamüddətli faiz dərəcələrində ciddi azalma müşahidə olunmuşdur ki, bunu həm də əlavə likvidlik və bank sektoru riskinin azalması kimi amillərlə də izah etmək olar.

Böyük Britaniya Mərkəzi Bankı 2012-ci ildə dövlət borc öhdəliklərinin alınması proqramını davam etdirərək daha 100 milyard İngilis funt sterlinqi dəyərində dövlət istiqrazlarını əldə etmiş və beləliklə proqramın ümumi dəyəri 375 milyard İngilis funt sterlinqinə bərabər olmuşdur. Əlavə olaraq cari ilin avqust ayında adıçəkilən qurum yeni proqramın həyata keçirilməsinə başlamışdır ki, burada da əsas məqsəd dörd il müddətində yerli bankları aşağı faizli kredit ilə təmin etmək olmuşdur.

Yaponiya Mərkəzi Bankı da öz növbəsində iqtisadiyyatda mövcud olan deflyasiyanın qarşısını almaq, eləcə də ökənin milli valyutası olan yenin məzənnəsini aşağı salmaq məqsədilə dövlət borc öhdəliklərinin alınması proqramının həyata keçirilməsinə başlamışdır.


Qrafik 3.1.5. Bəzi Avropa ölkələrinin 5 illik Kredit Defolt Svopu (CDS)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-5.jpg

Mənbə:Blumberq___Daşınmaz_əmlak'>Mənbə:Blumberq___Səhm_Bazarı'>Mənbə:Blumberq

Səhm Bazarı

2012-ci ildə dünyanın bir sıra ölkələrinin mərkəzi banklarının, xüsusilə də AMB-nin səyləri nəticəsində səhm bazarı indekslərində müsbət dinamika müşahidə olunmuşdur. Dünyanın 24 inkişaf etmiş ölkəsinin önəmli şirkətlərinin səhmlərinin daxil olduğu MSCİ World İndex ili 12,2%, inkişaf etməkdə olan ölkələrin səhm bazarı indeksi olan MSCİ EM İndex isə 15,1% gəlirlə başa vurmuşdur. ABŞ-ın əsas səhm bazarı indekslərindən biri olan S&P500, xüsusilə indeksə daxil olan şirkətlərin cari ildə yüksək mənfəət əldə etmələri hesabına 2012-ci ili 13,4% gəlirlə bağlamışdır. İlin ilk yarısı əsasən mərkəzi bankların monetar siyasətləri çərçivəsindəki müdaxilələri və səhm bazarları indekslərinin dəyərlərindəki yüksəlmə ilə müşayiət olunmuşdusa, ikinci yarımillik makroiqtisadi və siyasi risklər, eləcə də MSCİ World və MSCİ EM indekslərinin geriləməsi ilə səciyyələnmişdir. AMB, Federal Rezerv və Çin Mərkəzi Bankının birgə səyləri nəticəsində ilin üçüncü rübündə Avropanın səhm bazarı indekslərinin dəyərlərində artım müşahidə olunmuşdur. İspaniyada davam edən qeyri-stabil vəziyyət ilin dördüncü rübündə səhm bazarlarında ciddi qiymət dəyişkənliyi ilə nəticələnmişdir. Ümumilikdə Avropanın səhm bazarlarında ciddi canlanma yaşanmış, regionun önəmli səhm bazarı indeksi olan Eurostoxx 2012-ci ili 15,2% gəlirlə başa vurmuşdur. Avropada ölkələr üzrə ayr-ayrı səhm bazarı indekslərinə gəldikdə isə, Almaniyanın əsas səhm bazarı indeksi olan DAX ili 29,1%-lə, Fransanın CAC 40 indeksi isə 14,6% gəlirliliklə başa vurmuşlar. Suveren borc böhranının başladığı əvvəlki illərdən etibarən ciddi enişdə olan İspaniya, İtaliya və Portuqaliya səhm bazarları indeksləri 2012-ci ildə də yenə mənfi və ya aşağı gəlirlilik nümayiş etdirmişlər. Belə ki, İspaniyanın İBEX, İtaliyannın MİB və Portuqaliyanın PSİ səhm bazarı indeksləri ili müvafiq olaraq -5,1%, +7,8% və +3%-lik göstəricilərlə yekunlaşdırmışlar. Avropa Birliyi ölkələrinin Yunanıstanı Avropa Birliyində saxlamaq istiqamətində göstərdikləri ciddi səylərin nəticəsi olaraq ölkənin əsas səhm bazarı indeksi olan Athex 2011-ci ildə qeydə alınmış -52%-lik geriləmədən sonra 2012-ci ili 32,5% gəlirlə bağlamışdır.

Asiyada isə Yaponiyanın əsas səhm bazarı indeksi olan Nikkei 225 2012-ci ili 23% gəlirlə başa vurmuşdur. Bu 2005-ci ildən sonra adıçəkilən indeks üzrə ən yüksək göstərici olmuşdur. Bu nəticədə yeni seçilmiş hökumətin uzun illərdən bəri ölkədə mövcud olan iqtisadi durğunluğa qarşı mübarizədə müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçiriləcəyi ilə bağlı verdiyi vədlər önəmli rol oynamışdır.

Qrafik 3.1.6. MSCİ World indeksi (2002-2012-ci illər, faiz ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-6.jpg

Mənbə:Blumberq

Daşınmaz əmlak

2012-ci ildə dünya daşınmaz əmlak bazarında yaşanan müsbət dinamika gözlənildiyindən daha yüksək səviyyədə olmuşdur. Bu sektorda 2012-ci ildə investisiyaların ümumi həcmi keçən ilə nisbətən təxminən 2% artmışdır. Bu nəticədə kommersiya daşınmaz əmlak sektoruna edilən investisiyalarda xüsusi canlanmanın yaşanması önəmli rol oynamışdır. Hal-hazırda dünya bazarlarında mövcud olan aşağı faiz dərəcələri mühiti, eləcə də həm makroiqtisadi vəziyyətdə, həm də borc bazarında yaşanan müsbət dəyişiklik investorların bu sahəyə olan maraqlarının artmasına səbəb olmuşdur. Xüsusilə təkrar daşınmaz əmlak bazarında yüksək gəlirlilik potensialının mövcud olması səbəbindən 2013-cü ildə dünya daşınmaz əmlak bazarında investisiyaların həcminin daha da artacağı proqnozlaşdırılır. Cari il ərzində daşınmaz əmlak bazarının icarə istiqamətində nisbətən durğunluq yaşanmışdır ki, burada da bu sektorun əsas iştirakçıları olan şirkətlərin yeni inkişaf strategiyalarından daha çox məhsuldarlığın artırılması və istehsal xərclərinə qənaətə xüsusi diqqət ayırmaları önəmli rol oynamışdır. Lakin bu sahədə də 2013-cü il ərzində müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir.



Xammal bazarları

Neft qiymətlərində 2012-ci ildə baş verən dəyişiklikləri əsasən tələb-təklif və geopolitik amillərlə izah etmək mümkündür. İlin ilk rübündə Çinin neftə olan yüksək tələbatı qiymət artımında önəmli rol oynamışdır. Bununla yanaşı Avropa İttifaqının İran neftinə embarqo tətbiq edəcəyi barədə açıqlamalarından sonra İran hökuməti Hörmüz körfəzini bağlaya biləcəyi barədə bəyanatlar vermiş və bütün bunların nəticəsi olaraq Brent markalı neftin bir barelinin qiyməti mart ayında 126 ABŞ dolları həddinə çatmışdır. 2012-ci ilin ikinci rübündə isə dünya bazarında neftin qiymətlərində 28%-ə qədər eniş yaşanmışdır ki, nəticədə də iyun ayında bir barel neftin qiyməti 90 ABŞ dollarına bərabər olmuşdur. Burada ən önəmli səbəb məhz Avrozonada yaşanan suveren borc böhranının daha da dərinləşməsi fonunda dünyada neftə olan tələbatın azalması olmuşdur. Neft qiymətlərindəki əks trend, yəni yüksəlmə meylləri isə iyul ayının 1-dən etibarən Avropa İttifaqı və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə birgə başlamışdır. Bundan əlavə ABŞ və Avropa İttifaqında neftə olan mövsümi tələbin artması qiymətlərin daha da yüksəlməsinə təkan vermişdir. Dördüncü rübdə isə Nigeriyada baş verən təbii fəlakətlə əlaqədar ölkənin neft istehsalı və ixracı sahəsində yaşanan ciddi geriləmə neft qiymətlərinin yüksək həddə qalmasında önəmli faktor olmuşdur.



Qrafik 3.1.7. Xam neftin qiymətinin aylar üzrə dinamikası (2012-ci il, ABŞ dolları/barel)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-7.jpg

Mənbə:Blumberq

Qızıl

2012-ci ildə qızılın qiymətinə təsir göstərən ən önəmli amillər mərkəzi bankların artan tələbi, Çin və Hindistanın istehlak tələbi və bir çox inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən həyata keçirilən yumşaq pul siyasətləri (quantitative easing) olmuşdur. Dünyanın bir çox ölkəsinin mərkəzi bankları öz ehtiyatlarının diversifikasiyasını yüksəltmək məqsədiylə cari ildə qızıl ehtiyatlarının həcmini köklü surətdə artırmışlar. Xüsusilə 2012-ci ildə Türkiyə, Rusiya, Filippin, Qazaxıstan və Koreya mərkəzi bankları öz ehtiyatlarındakı qızılın payını ciddi şəkildə artırmışlar. İl ərzində Çinin Honq Konqdan idxal etdiyi qızılın miqdarında ciddi yüksəliş, Hindistanın isə qızıl istehlakında ciddi eniş yaşanmışdır. Buna əsas səbəb kimi ölkənin xarici ticarət balansında uzun illərdən bəri yaşanan defisitin aradan qaldırılması istiqamətində aidiyyatı dövlət orqanlarının həyata keçirdikləri müvafiq islahatları göstərmək olar. Mərkəzi bankların həyata keçirdikləri yumşaq pul siyasətinin də qızılın qiymətində önəmli təsiri olmuşdur. Belə ki, bu siyasətin üçüncü mərhələsinin həyata keçirilməyə başlanılması ilin üçüncü rübündə qızılın qiymətinin təxminən 12%-ə qədər yüksəlməsi ilə nəticələnmişdir.



Qrafik 3.1.8. Qızılın qiymətinin illər üzrə dinamikası (1972-2012-ci illər, ABŞ dolları/1 unsiya)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-1-8.jpg
Yüklə 323,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə