MüNDƏRİcat ön söZ ÖLKƏ İQTİsadiyyati və neft fondu



Yüklə 323,32 Kb.
səhifə1/5
tarix27.03.2018
ölçüsü323,32 Kb.
#35166
  1   2   3   4   5



MÜNDƏRİCAT
ÖN SÖZ
2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

2.1. Makroiqtisadi mənzərə

2.2. Neft Fondunun gəlirləri

2.3. Neft Fondunun xərcləri


3. İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

3.1. 2012-ci ildə dünya iqtisadiyyatı

3.2. Neft Fondunun investisiya portfeli

3.3. Neft Fondun gəlirliliyi

3.4. İnvestisiya məhdudiyyətləri

3.5. Risklərin idarə edilməsi


4. İDARƏETMƏ
5. NEFT FONDU—ŞƏFFAF SUVEREN FOND

5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri

5.2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye

Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət

5.3. Suveren Fondların Beynəlxalq Forumu
6. BİZİM DƏYƏRLƏRİMİZ: HÖRMƏT, KOLLEKTİV İŞ,

İNAM, ŞƏFFAFLIQ
7. DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI
8. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI

ƏLAVƏ

ÖN SÖZ
Azərbaycan xalqının milli sərvəti olan qara qızılın satışından əldə edilmiş gəlirlərin toplanması, idarə edilməsi və bu vəsaitlərin gələcək nəsillərə çatdırılması missiyasını yerinə yetirən Azərbaycan Respublikası Dövlət Neft Fondu 2012-ci ildə yaradılmasının 13-cü ilini qeyd etmişdir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə Neft Fondunun vəsaitində artım qeydə alınmışdır. Fondun vəsaiti il ərzində 14,5% artaraq ilin sonuna 34,1 milyard ABŞ dollarına çatmış, Fondun daxilolmalarının 22,7%-i yığıma yönəldilmişdir.

Dövlət Neft Fondunun investisiya portfelinin diversifikasiyası baxımından 2012-ci il uğurlu il hesab oluna bilər. 2012-ci ildən etibarən qəbul edilmiş yeni investisiya siyasətinə uyğun olaraq Dövlət Neft Fondunun investisiya portfelinə yeni aktivlər, o cümlədən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr, daşınmaz əmlak daxil edilmişdir. Eyni zamanda Fondun valyuta portfelinə Rusiya rublu, Türkiyə lirəsi və Avstraliya dolları əlavə edilmişdir.

2011-ci ildən başlayaraq Neft Fondu tərəfindən qəbul edilmiş 5 illik qərara əsasən Fond tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Dövlət Neft Fondunun 2012-ci il üzrə illik hesabatı Azərbaycan dilində fəlsəfi şeirin banisi, görkəmli şair İmadəddin Nəsimiyə həsr edilmişdir.

Qeyd edək ki, 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə, 2011-ci ildə isə Məhəmməd Füzuliyə həsr edilmişdir. Ədəbi əsərlərlə zənginləşdirilmiş illik hesabatın yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaqdır.



2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU


2.1. Makroiqtisadi mənzərə
Dünya iqtisadiyyatında, xüsusilə də Avrozonada davam edən maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamışdır. Neft hasilatının aşağı düşməsi və buna səbəb olaraq neft sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının azalması fonunda qeyri-neft sektorunda artım makroiqtisadi inkişafın əsas mənbəyinə çevrilmişdir. 2012-ci ildə qeyri-neft sektorunun hesabına formalaşan iqtisadi artım 2,2% təşkil etmişdir. 2012-ci ildə qeyri-neft sektorunda artım 9,7% təşkil edərək qlobal maliyyə böhranından sonrakı dövrdə ÜDM-in strukturunda ən yüksək səviyyəyə çatmışdır.

2012-ci ildə əsas kapitala 15,3 milyard manat həcmində investisiyalar yatırılmış, bunun təqribən 79%-ni daxili investisiyalar, 21%-ni isə xarici investisiyalar təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 5,9 min manat səviyyəsində olmuş, əhalinin gəlirləri real ifadədə 12,5% artmış, işsizlik 5,2%, yoxsulluq 6%-ə kimi azalmışdır. İnflyasiya əvvəlki illərlə müqayisədə ən aşağı səviyyəsinə 1,1%-ə çatmışdır.


Real sektor. 2012-ci ildə neft hasilatında azalma sənaye istehsalı həcminin 3,8%-ə qədər aşağı düşməsinə səbəb olmuşdur. Real ifadədə ÜDM-in artımı əvvəlki ilə nəzərən daha böyük olmuş, ÜDM istehsalında və artımında qeyri–neft sektorunun çəkisi neft sektorunu üstələmişdir. Qeyri-neft sektorunun ÜDM-də çəkisi 52,7%-ə çatmışdır (Qrafik 2.1.1.).

Qrafik 2.1.1 Qeyri-neft sektorunun ÜDM-də çəkisi

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-1.jpg
Mənbə: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
ÜDM-in istehsal üzrə strukturunda əsas yeri sənaye istehsalı tutmuş və bu sahənin ÜDM-də çəkisi 50,0%-ə bərabər olmuşdur. Bununla yanaşı, qeyri-neft sektorunun sahəvi inkişafında da əhəmiyyətli artımlar baş vermişdir. Belə ki, tikinti sahəsində real artım 18,4%, xidmətlərin istehsalı sahəsində 7,6%, məhsula və idxala xalis vergilər üzrə 7,0%, kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 5,8% təşkil etmişdir. İstehsal sahələrinin ÜDM-dəki çəkisi və artım dinamikaları Qrafik 2.1.2. və 2.1.3.-də göstərilmişdir.

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-2.jpg

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-3.jpg

Mənbə: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Mənbə: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Yerli və beynəlxalq aidiyyatı təşkilatların proqnozlarına əsasən artımın növbəti ildə daha pozitiv olması gözlənilir. Belə ki, Dünya Bankının (DB), Beynəlxalq Valyuta Fondunun (BVF), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), eləcə də Asiya İnkişaf Bankının (AİB) son hesabatlarına əsasən 2013-cü ildə ölkədə iqtisadi artımın 4% ətrafında olması proqnozlaşdırılır.



Qrafik 2.1.4. Gözlənilən iqtisadi artım

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-4.jpg

Strateji valyuta ehtiyatları. 2012-ci ilin əvvəlinə 29 800,0 milyon ABŞ dolları təşkil etmiş Fondun vəsaiti il ərzində 4 329,4 milyon ABŞ dolları və ya dollarla ifadədə 14,5% artaraq ilin sonuna 34 129,4 milyon ABŞ dolları təşkil etmişdir.
Qrafik 2.1.5. 2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun vəsaitinin artım dinamikası (31.12.2012 tarixinə, milyon ABŞ dolları ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-5.jpg
Son illər ərzində Neft Fondunun vəsaitinin ÜDM-də çəkisi əhəmiyyətli dərəcədə artmışdır və 2012-ci ildə bu göstərici 50% səviyyəsində olmuşdur.
Qrafik 2.1.6. Dövlət Neft Fondunun vəsaitinin ÜDM-ə nisbəti

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-6.jpg
31 dekabr 2012-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları ilə birlikdə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 45,8 milyard ABŞ dollarını keçmişdir ki, bu vəsaitin 74,5%-ə qədəri Neft Fondunun vəsaiti hesabına formalaşmışdır.


Qrafik 2.1.7. Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları (milyard ABŞ dolları ilə)
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-7.jpg

2001-2012-ci illər ərzində Neft Fondunun daxilolmaları 83,7 milyard ABŞ dolları təşkil etmiş, 2012-ci ildə isə bu vəsaitin təqribən 40,8%-i yığıma yönəldilmişdir. Neft Fondunun yığım səviyyəsi Qrafik 2.1.8.-də göstərilir.


Qrafik 2.1.8. 2001-2012-ci illər ərzində Neft Fondunun yığım səviyyəsinin dinamikası (milyon ABŞ dolları ilə)
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-8.jpg
Ümumilikdə ötən ilin sonuna kimi Fonda daxil olan vəsaitlərin 41%-ə qədəri yığıma, 59%-i isə istifadəyə yönəldilmişdir.


Qrafik 2.1.9. 2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun yığım səviyyəsi

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-9.jpg
Fiskal dayanıqlığın təmin edilməsi. Son illərdə ölkədə fiskal dayanıqlığın təmin edilməsində Neft Fondunun rolu artmaqda davam etmişdir. 2008-ci ildən sonrakı illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmində ciddi artımlar baş vermişdir. 2012-ci ildə Neft Fondundan 9 905,0 milyon manat dövlət büdcəsinə transfert edilmiş və bu vəsait dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutmuşdur.
Qrafik 2.1.10. 2003-2012-ci illər ərzində Dövlət Neft Fondundan transfertin dövlət büdcə gəlirlərində nisbəti
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-1-10.jpg
Dövlət Neft Fondunun fəaliyyətinin mühüm istiqamətlərindən biri olaraq, 2012-ci ildə Fondun vəsaitinin bir hissəsi ölkənin sosial-iqtisadi inkişafını təmin edən strateji əhəmiyyətli ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ildə Neft Fondunun vəsaiti hesabına yoxsulluğun azaldılması üzrə dövlət proqramları və tədbirlər həyata keçirilmiş, infrastruktur sahələri, habelə xaricdə təhsil hesabına insan kapitalının inkişafı üzrə vəsaitlərin ayrılması təmin edilmişdir.
Xarici ticarət. Qlobal iqtisadi böhranın mənfi təsiri xarici ticarətdən də yan keçməmişdir. Dünya ticarət dövriyyəsində qabaqcıl ölkələrin mövqeyi əvvəlki ilə nisbətən daha da zəifləmişdir. Belə ki, 2012-ci ildə qabaqcıl ölkələrdə ixracın artım həcmi 2011-ci ildəki 5,6%-dən 2,1%-ə qədər, inkişaf edən ölkələrdə 6,6%-dən 3,6 %-ə qədər aşağı düşmüşdür.
2012-ci ildə dünya bazarlarında xam neftin qiymətlərinin yüksək olması ilə əlaqədar xarici ticarətdə Azərbaycanın mövqeyi əlverişli olmuşdur. Xarici ticarət dövriyyəsi 33 560,8 milyon dollar, o cümlədən ixrac əməliyyatlarının həcmi 23 908,0 milyon ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 9 652,9 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət balansı təqribən 14 255 milyon dollar həcmində profisitlə bağlanmışdır (Mənbə:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi).
Eyni zamanda ixrac əməliyyatlarının həcmində ötən il ilə müqayisədə 10%, idxal əməliyyatlarının həcmində isə 1%-dən artıq azalma olmuşdur. 2012-ci ildə ölkə ixracında azalmaya neft sektorunda hasilatın azalması təsir göstərmişdir.
2.2. Neft Fondunun gəlirləri
2012-ci il Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər və digər daxilolmalar təşkil etmişdir. Ötən il ərzində göstərilən mənbələr üzrə Fonda ümumi həcmi 13 674,1 milyon manat (17 405,4 milyon ABŞ dolları) təşkil edən vəsait daxil olmuşdur.
Qrafik 2.2.1.2012-ci il ərzində Neft Fondunun gəlirlərinin formalaşma mənbələri (milyon ABŞ dolları ilə)
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-2-1.jpg

Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2012-ci il ərzində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından Neft Fonduna 13 117,4 milyon manat və ya 16 695,8 milyon ABŞ dolları daxil olmuşdur. Gəlirlərin strukturu Qrafik 2.2.2.-də göstərilir.
Qrafik 2.2.2. 2012-ci il ərzində mənfəət nefti və qazın satışı üzrə gəlirlərin yataqlar üzrə strukturu (milyon ABŞ dolları ilə)
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-2-2.jpg

Mənfəət neftinin satışı ilə bağlı məbləğlər Dövlət Neft Fonduna köçürülərkən neftin



nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən tutulur.
Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 544,0 milyon manat və ya 693,5 milyon ABŞ dolları təşkil etmişdir. 2012-ci ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2,2% təşkil etmişdir.
Tranzit haqları ilə bağlı daxilolmalar. 2012-ci ildə Neft Fondunun digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) təşkil etmişdir və bu mənbə üzrə Fondun gəlirləri 7,9 milyon manat və ya 10,0 milyon ABŞ dolları səviyyəsində olmuşdur. Tranzit haqları ilə bağlı Fonda daxilolmalar Cədvəl 2.2.1.-də göstərilir.
Cədvəl 2.2.1. 2012-ci ildə Neft Fondunun tranzit haqları ilə bağlı daxilolmaları


Vəsaiti köçürən qurumun adı

Tarix

Məbləğ

mln. ABŞ dolları

mln. AZN

ABƏŞ

12.01.2012

0,6

0,5

ABƏŞ

14.02.2012

1,0

0,8

ABƏŞ

02.04.2012

0,9

0,7

ABƏŞ

12.04.2012

1,0

0,8

ABƏŞ

24.05.2012

1,0

0,7

ABƏŞ

14.06.2012

0,4

0,3

ABƏŞ

12.07.2012

0,4

0,3

ABƏŞ

14.08.2012

1,0

0,8

ABƏŞ

13.09.2012

1,0

0,8

ABƏŞ

12.10.2012

0,9

0,7

ABƏŞ

14.11.2012

0,8

0,7

ABƏŞ

13.12.2012

1,0

0,8

Cəmi




10,0

7,9


Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Neft Fondunun digər daxilolma mənbəyini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər təşkil etmişdir. Hesabat ilində Dövlət Neft Fonduna daxil olmuş akrhesabı ödənişlərin ümumi məbləği 3,0 milyon manat və yaxud 3,8 milyon ABŞ dolları təşkil etmişdir. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 2.2.2.-də göstərilir.

Cədvəl 2.2.2. 2012-ci ildə Fondun akrhesabı ödənişlər ilə bağlı daxilolmaları



Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

mln.ABŞ dolları

mln. AZN

GDF SUEZ E&P ABŞERON Bi.Vi.

Abşeron

28.06.2012

0,5

0,4

Total E & P Azərbaycan Bi.Vi.

Abşeron

29.06.2012

1,0

0,7

BP İnternational

Şəfəq-Asiman

29.06.2012

2,1

1,7

Bahar Enerji Opereytinq Limited

Bahar və Qum-dəniz

10.10.2012

0,2

0,2


                  Cəmi




3,8

3,0


Bonus ödənişlərindən əldə edilən gəlirlər. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilmiş bonuslar (mükafatlar) Neft Fondunun növbəti daxilolmasını təşkil etmişdir. 2012-ci ildə Fonda daxil olmuş bonus ödənişlərinin ümumi məbləği 1,6 milyon manat və yaxud 2,0 milyon ABŞ dolları təşkil etmişdir (Cədvəl 2.2.3.).
Cədvəl 2.2.3. 2012-ci ildə Neft Fonduna bonus ödənişləri ilə bağlı daxilolmalar


Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ







mln.ABŞ dolları

mln. AZN

 

UQE-LANSER

Balaxanı

02.02.2012

2,0

1,6

 

CƏMİ







2,0

1,6

 


Digər gəlirlər və daxilolmalar. Hesabat ilində neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun daxilolmaları 0,2 milyon manat və yaxud 0,3 milyon ABŞ dolları təşkil etmişdir.
2.3. Neft Fondunun xərcləri
2012-ci ildə Neft Fondunun xərcləri 10 573,6 milyon manat təşkil etmişdir. Fondun vəsaitlərinin istifadəsi aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

  1. Dövlət büdcəsinə transfert;

  2. Sosial layihələrin maliyyələşdirilməsi;

  3. İnfrastruktur layihələrinin maliyyələşdirilməsi;

  4. İnsan kapitalının inkişaf etdirilməsi;

  5. Fondun idarə edilməsi ilə bağlı xərclər.


Qrafik 2.3.1. Neft Fondunun 2012-ci il üzrə xərclərinin strukturu (milyon manat ilə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-3-1.jpg
Dövlət büdcəsinə transfert. 2012-ci ildə 9 905,0 milyon manat Neft Fondundan dövlət büdcəsinə transfert edilmişdir ki, bu da Fondun ümumi xərclərinin 93,7%-ni təşkil etmişdir. 2003-cü ildən etibarən Neft Fondundan dövlət büdcəsinə transfertlərin ümumi məbləği 35 085,0 milyon manat təşkil etmişdir.
Qrafik 2.3.2. 2003-2012-ci illərdə Neft Fondundan dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü (milyon manat ilə)
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_2-3-2.jpg

Yüklə 323,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə