101
İxtisaslaşdırılmış Tibbi Yardım Dəstəsi hansı
müəssələrin bazasında yaradılır?
A)Çoxprofilli xəstəxanaların
B)İnfeksion xəstəxanaların
C)Tibb Universitetlərin
D)Təcili yardım stansiyalarının
E)Poliklinikaların
102
İlk Həkim Yardımı Dəstəsi neçə şöbədən ibarətdir?
A)İdarə və 7 şöbə
B)İdarə və 6 şöbə
C)İdarə və 5 şöbə
D)İdarə və 8 şöbə
E) 7 şöbə
103
İxtisaslaşdırılmış Tibbi Yardım Dəstəsinin
vəzifəsi
hansıdır?
A)İlk Həkim Yardımının göstərilməsi
B)İlk Tibbi Yardımın göstərilməsi
C)Təkmilləşdirilmiş tibbi yardım
D)Diaqnozun qoyulması
E)Qəbul-təxliyyənin həyata keçirilməsi
104
Səyyari İnfeksion hospitalın tərkibində bu şöbələrdən
hansı yoxdur?
A)Qəbul-diaqnostika
B)Bağırsaq infeksiyası şöbəsi
C)Tənəffüs infeksiyası şöbəsi
D)Bakterioloji laboratoriya
E)Əməliyyat sarğı şöbəsi
105
İlk Həkim Yardımı Dəstəsinin tərkibində bu
şöbələrdən hansı yoxdur?
A)Əməliyyat sarğı
B)Terapevtik
C)Hospital
D)Laboratoriya
E)Tibbi təxliyyə
106
Epidermioloji Kəşfiyyat Qrupunun vəzifəsi hansıdır?
A)İlkin tibbi yardımı göstərmək
B)Analizlər aparmaq
C)Ətraf mühitdən müayinə materialları götürmək
D)Xəstələri fərdi mühafizə vasitələri ilə təmin etmək
E)Ayaqqabı və paltarları dezenfeksiya etmək
107
Aşağıdakılardan hansı parenximatoz qan axmanın
əlaməti deyildir.
A)Yara bütün səthilə qanıyır,
B)Yarada gözlə görünən qanayan damar olmur
C)Parenximatoz üzvülərin zədələnməsi zamanı baş
verir.
D)Konsistensiyası yumşaq olduğundan tikişlər
asanlıqla cırılır.
E)Bu qanaxmada yalnız kapillyarlar damarlar
zədələnir.
108
Qarın boşluğu üzvülərinin zədələnmələri zamanı nə
etmək lazımdır?
A)Bütün hallarda qarına soyuq qoymaq lazımdır
B)Peristaltikanı artıran dərman maddələrindən
istifadə etmək
C)Xəstəyə təmizləyici imalə etmək
D)Xəstəni imalə edib sonra qidalandırmaq
E)Antibiotiklər təyin etmək
109
Reanimasiya zamanı ürək masajı və süni tənəfüs nə
qədər vaxtdan artıq darandırıla bilməz?
A)5-10 san. B)10-15san. C)15-25 san.
D)25-30 san. E)30-40 san
110
Fredrix üsulu ilə yaraların birincili işlənməsi zamanı
hansı üsullar həyata keçirilmir?
A)Yaranin ətrafı tüklərdən təmizlənilir.
B)3%-li hidrogen peroksidlə yuyulur.
C)Cərrahi əməliyyat sahəsi üç dəfə betadin və ya 3%-
li hidrogen peroksid məhlulu ilə yuyulur
D)Yerli 0,25%-li novakain və ya ümumi anesteziya
ilə ağrısızlaşdırılır.
E)Yara təmiz su ilə üç dəfə yuyulur.
111
Bunlarda hansı qanaxmaların müvəqqəti
dayandırılması üsullarına aid deyildir?
A)Qanaxan ətrafın yuxarı qaldırılması
B)Damarın yarada əllə sıxılması
C)Yaraya sıxıcı sarğnın qoyulması
D)Zədələnmiş damarın yarada bağlanması
E)Damarın şuntlanması
112
Qrqanizmdəki boşluqlarına münasibətinə görə
yaraların hansı növləri vardır?
A)Daxilə keçən və daxilə kəçməyən yaralar
B)Səthi və dərin yarlar
C)Aseptik ,təzə infeksiyalaşmış və irinli yaralar
D)Deşilmiş,kəsilmiş əzilmiş yaralar
E)Müştərək və kombinəolunmuş yaralar
113
Kliniki ölümün bioloji ölümə keçməsini yoxlamaq
üçün reanimasiya üsulları ən azı nə qədər davam
etdirilməlidir?
A)15-20 dəq. B)20-25 dəq. C)25-30 dəq.
D)30-35 dəq. E)35-40 dəq.
114
Qatı turşularla zəhərlənmələr zamanı mədəni nə ilə
yumaq əks göstəriş sayılır?
A)Bitki yağı ilə B)Çay sodası ilə C)İlıq su ilə
D)Maqnezium sulfat ilə E)Süd ilə
115
Sanitar çantaya nələr daxildir?
A)Naşatır spirti,nanə cövhəri,marqans,fərdi apteçka
B)Ağrıkəsici,şinalar,əl fənəri,çay sodası
C)Tənzif,dəsmal,çay sodası,yod,antidot
D)Plastr,şinalar,nanə cövhəri,bakteriya əlehinə
dərman
E)Pambıq,marqans,radiasiya əlehinə dərman,şpris
tubik.
116
Kliniki ölümün əlamətlərinə aiddir.
A)Yuxu arteriysı üzərində nəbzin zəifləməsi
B)Kəskin taxikardiya
C)Yuxu arteriyası üzərində nəbzin itməsi
D)Mil arteriyası üzərində nəbzin itməsi.
E)Kəskin bradikardiya.
117
Esmarx kəmərinin düzgün qoyulmasını
təsdiq edən
əlamətlər hansılardır?
1.Arterial qanaxma dərhal dayanır.2.Ətrafın rəngi
avazıyır.3.Dəridə nekrozun olması.4.Ətrafdakı
dərialtı venalar yapıxır.5.Ətrafda qanqrena əmələ
gəlir.6.Kəmərdən aşağı pulsasiya itir.
A)1.3.6. B)2.4.5.6. C) 1.3.5.6. D) 1. 2.4.6.
E) 3.4.5.6.