Mülki Müdafiə haqqında


Madd ə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri



Yüklə 64,65 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix22.03.2024
ölçüsü64,65 Kb.
#182694
1   2   3   4   5   6   7   8   9
420 q

Madd
ə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və 
onu həyata keçirmək; 
2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair 
hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul 
etmək və onların icrasına nəzarət etmək; 
3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək 
və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək; 
4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin 
dərəcələrini müəyyən etmək
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin 
strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-
texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında 
həll etmək; 
6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və 
bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən 
məqsədi və düzgün istifadə olunmasını təmin etmək; 
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə 
vəsaitləri ehtiyatı yaratmaq; 
8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət 
nəzarətini və ekspertizasını həyata keçirmək
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək; 
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə 
olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək; 


11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi 
və kollektiv müdafiə vasitələri ilə təmin etmək; 
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı 
təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin 
etmək; 
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün 
mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri 
insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək; 
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək; 
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə 
hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə 
və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və 
obyektiv məlumat vermək
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması 
üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə 
saxlanılmasını təmin etmək; 
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək; 
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları 
müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və 
sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa 
olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi 
üçün tədbirlər görmək; 
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi 
tədbirlər həyata keçirmək; 
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq 
əməkdaşlığı həyata keçirmək; 
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək. 

Yüklə 64,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə