Mühazirə otağı/Cədvəl 11 Məhsəti küç. (Neftçilər korpusu), #417, Çərşənbə axşamı 12: 00-15: 00



Yüklə 39,97 Kb.
tarix08.07.2018
ölçüsü39,97 Kb.
#54023
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

ETR 234- Analog and digital electronics - 3 kredit

Departament

Elektronika və telekomunikasiya

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz, 2016

Fənni tədris edən müəllim

Nuru Səfərov, Ph.D., BEA professoru

E-mail:

Nsafarov@khazar.org

Telefon:

(+994 12) 421-10-93 (daxili 255)

Mühazirə otağı/Cədvəl

11 Məhsəti küç. (Neftçilər korpusu), #417, Çərşənbə axşamı 12:00-15:00




Konsultasiya vaxtı

Cümə axşamı, 15:00 – 16:00

Prerekvizitlər

Fizika

Tədris dili

Azəri

Fənnin növü (məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Ədəbiyyat

  1. N.Ə.Səfərov, Əhmədov Q.M. Radioelektronikanın əsasları. Bakı,MBM, 2009, 188s.

Əlavə ədəbiyyat

  1. Analog Integrated Circuit Design. David Johns, Ken Martin, 1997
    Hardcover: 720 pages. http://developersbooks.com/ebooks/books/17/0/0.html

  2. Analog electronics. Ian Hickman. 1999 , 294 pages. Second edition.

  3. Scott Hamilton. An analog electronics companion: basic circuit design for engineers and scientists. Cambridge University Press, 2003 - pages: 649

  4. Lecture Notes for Digital Electronics.

http://zebu.uoregon.edu/~rayfrey/432/DigitalNotes.pdf.

  1. 3.Digital electronics. http://faraday.physics.utoronto.ca/IYearLab/digital.pdf

Kursun vebsaytı

https://cloud.mail.ru/public/Bm4y/XPXkhEqGh


Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Praktiki məsələnin təhlili

x

Digər

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq







Tapşırıq və testlər




20

Kurs işi (Layihə)




10

Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Bu kurs rəqəmsal sxemlərin əsaslarını, o cümlədən məntiqi sxemləri, sayğac və registrləri əhatə edir. Kurs kombinə olunmuş və ardıcıl məntiqi sxemləri əhatə edir. Mövzular say sistemləri, Bul cəbri, rəqəmsal-analoq və analoq – rəqəmsal çeviriciləri əhatə edir. Kurs tədris olunduqca tələbələrin praktik sxemlərlə işləmə bacarığı inkişaf etməlidir.

  • Kurs tədris olunduqca tələbələr inkişaf etməlidir və növbəti bacarıqları özündə cəmləməlidir:

  • Analitik düşüncə

  • Tənqidi mühakimə

  • Praktik vərdişlər

  • Sınaqların aparılması

  • Təqdimat və müqayisəvi analiz

Kursun məqsədləri

Bu kurs Xəzər Universitetinin elektronika ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır.

Kursun məqsədləri:

  • Tələbələri akademik cəhətdən dəstəkləmək, onların potensiallarını üzə çıxarmaq şanslarını və onların başa düşməsini yaxşılaşdırmaq

  • Tolerantlığın və münasibətin qarşılıqlı təsirlərini, üzə çıxarmaq imkanını yaratmaq

  • Kursun mahiyyətinin başa düşməsini inkişaf etdirmək.

  • Əyani vəsaitlərlə tələbələri təmin etmək

  • Laboratoriya işlərinin yerinə yetirilməsi

  • Rəqəmsal elektronikanın əsaslarını tələbələrə aşlamaq və onların rəqəmsal elektronikanın cihazlarının iş prinsipini başa düşməsini yaxşılaşdırmaq

  • Rəqəmsal elektronikanın analoq elektronika ilə muqayisədə əsas fərqləndirici xüsusiyyətlərini anlatmaq

  • Qarşılıqlı olaraq analoq və rəqəmsal siqnalların bir-birinə çevrilməsi üsulları və cihazlarının öyrənilməsi.

  • Tələbələrin rəqəmsal elektronikanın əyani vəsaitləri ilə laboratoriyada işləmələrini təmin etmək

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonuna tələbələr bu bacarıqlara malik olmalıdır:

  • Analoq və rəqəmsal elektronikanın sirrlərinə bələd olmaq

  • Müxtəlif elektronik qurğularda yaranan problemləri həll etmək

  • Texniki çatışmazlıqları alternativ üsullarla aradan götürmək

  • Elektronikadan öyrəndiyləri əsasında işlək elektronik qurğu yaratmaq

  • Tədris olunan və öyrənilən metodika əsasında tələbələr rəqəmsal sxemlərlə işləmə bacarığına yiyələnəcəkdir.

  • Laboratoriyada mövcud olan avadanlıqların köməyi ilə rəqəmsal sxemləri yoxlaya biləcəklər və lazım gəldikdə çatışmazlıqları aradan qaldıra biləcəklər.

Qaydalar (Tədris siyasəti və davranış)

  • Sinif üçün hazırlıq

Bu kursun strukturu sinifin xaricində sizin fərdi tədqiqatınızı və hazırlığınızı çox vacib edir. Mühazirə materialı mətndə təqdim edilən əsas məsələlər üzərində fikrini cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək. Mühazirənin və ya fəsilin sonunda siz tipik imtahan suallarını, qeydlərinizi, həll edilmiş problemləri və hadisələri öyrənməlisiniz.


  • Effektivlik (keçid /uğursuzluq)

Bu kurs ardıcıl olaraq Mühəndislik fakultəsinin apardığı qiymətləndirmə siyasətini ciddi izləyir. Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır. Müvəffəqiyyətsizlik halında, o növbəti müddət və ya ili kursu təkrar etməyə məcbur olacaq.


  • Yalan/ plagiat

Yoxlama sorğuları, aralıq və buraxılış imtahanları ərzində aldadaraq və ya başqa plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir. Bu halda tələbə avtomatik olaraq heç bir müzakirələrsiz sıfır (0) alacaq.


  • Professional davranış direktivləri

Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

09.02.2016

Gücləndirici kaskadlar.

Gücləndirici kaskadların qurulma prinsipləri. Ümumi emitterli kaskad

Ümumi kollektorlu kaskad


VIII fəsil

Səh. 74-83



2

16.02.2016

Fazoinvers kaskad. Ümumi bazalı kaskad

Sahə tranzistorları əsasında gücləndirici kaskadları

Gücləndirici kaskadların tezlik xarakteristikaları

Çoxkaskadlı gücləndiricilər

Gücləndiricilərin təsnifatı

Kondensator əlaqəli gücləndirici

Transformator əlaqəli gücləndirici


VIII fəsil

Səh. 83-93



3

23.02.2016

Çoxkaskadlı gücləndiricilər

Rezonans gücləndirici

Sabit cərəyan gücləndiricisi

Güc gücləndiricisi

A sinifli birtaktlı transformator gücləndiricisi

B sinifli ikitaktlı transformator gücləndiricisi



IX fəsil

Səh.93-98

X fəsil

Səh. 99-103



4

01.03.2016

Güc gücləndiricisi

B sinifli transformatorsuz gücləndirici



X fəsil

Səh.103-105



5

15.03.2016

Əməliyyat gücləndirici

Differensial kaskad. Stabil cərəyan generatoru

Əməliyyat gücləndiricisinin quruluşu


XI fəsil

Səh. 106-112



6

29.03.2016

Əməliyyat gücləndirici

İnvert gücləndirici. Qeyri –invert gücləndirici

Virtual qapanma prinsipi.

Differensial gücləndirici

Gücləndiricilərdə əks əlaqə


XI fəsil

Səh. 112-121



7

05.04.2016

Sinusodial rəqs generatoru

Faza və amplituda balansı şərti

Generatorun özü-özünə həyəcanlanması


XII fəsil

Səh. 122-129



8

12.04.2016

Sinusodial rəqs generatorlar LC RC- generatorlar

Aralıq imtahan

XII fəsil

Səh. 129-132



9

19.04.2016

Məntiq cəbri

Məntiq əməliyyatı

Məntiqi funksiyalar

Məntiq elementləri

OR (və ya) məntiq elementi

AND məntiq elementi

NO məntiq elementi


XIV fəsil

14.1-14.2

XV fəsil

15.1-15.3



10

26.04.2016

Məntiq elementləri

OR-NO məntiq elementi

AND-NO məntiqi elementi

Tranzistor-tranzistor məntiqi



XV fəsil

15.4-15.6



11

03.05.2016

İmpuls texnikası

Tranzistor açarı. Komparator



XIII fəsil 13.1

XIII fəsil 13.2



12

10.05.2016

İmpuls texnikası

Şmidt triqqeri Multivibrator



XIII fəsil 13.3

XIII fəsil 13.4



13

17.05.2016

Triqqerlər

Triqqerlərin təsnifatı. RS-triqqer



XVI fəsil 16.1

XVI fəsil 16.2



14

24.05.2016

Triqqerlər

RSI-triqqer

Sinxron RS-triqqer



D-triqqer

Düşgülərlə taktlaşan triqqerlər

Hesab triqqeri

JK-triqqeri


XVI fəsil

16.3-16.4

16.516.6


15

31.05.2016

Rəqəmsal qurğular

İkili kod

Registrlər

Sayğaclar

Deşifrator


XVII fəsil

17.1-17.2



17.3-17.4







Final imtahan




Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 39,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə