Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


ƏRZAQ TƏMİNATI STRATEGİYASINDA QİDA TƏHLÜKƏSİZLİYİ VACİB ŞƏRTDİR



Yüklə 1,38 Mb.
səhifə2/16
tarix18.05.2018
ölçüsü1,38 Mb.
#44698
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16

ƏRZAQ TƏMİNATI STRATEGİYASINDA QİDA TƏHLÜKƏSİZLİYİ VACİB ŞƏRTDİR

Tarixən zamandan və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir. Yəqinliklə demək olar ki, istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur. Bunu çox yaxşı bilən böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə həyata keçirilmiş birinci Dövlət Proqramı bu sahədə böyük uğurların qazanılmasına şərait yaratmış, ölkə Prezidentinin 14 aprel 2009- cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın isə icrasına başlanmışdır. Əminliklə demək olar ki, ikinci Dövlət Proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olacaqdır. Bundan əlavə, möhtərəm Prezidentin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da uğurla icra olunur və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Azərbaycan açıq və sərbəst iqtisadi sistemə, qloballaşan istehsal münasibətlərinə malik bir dövlətdir. Dünyada baş verən iqtisadi proseslər təbii ki, Azərbaycandan yan ötmür və öz təsirini göstərməkdədir. Ümumdünya ərzaq bazarının konyukturasında baş verən proseslər milli istehsalların strukturunun və bazar konyukturasının formalaşmasında mühüm rol oynayır.
Son dövrlərdə yer kürəsində baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının erroziya proseslərinin sürətlənməsi, habelə dünya əhalisinin artım tempi ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq məhsullarına tələbatın artım tempi ilə mövcud istehsal resursları arasında yaranan kəskin disparitetlik artan dünya əhalisinin ərzaq təminatında bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Belə bir şəraitdə istehsalın artım dinamikasının tələbatın artım dinamikası ilə harmonizasiyası, tələblə təklifin sinxronlaşdırılması müasir dünyanın ən aktual problemlərindən biri olaraq qalır. Bu səbəbdən də ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə və alət kimi istifadə olunmaqdadır.
Bunlar arasında gen mühəndisliyi və genetik cəhətdən modifikasiya olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş yayılmışdır. Təbii ki, bu vasitələr və elmi-texniki nailiyyətlər istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə edilmədikdə qida sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Bundan əlavə, tələbatın artım tempi istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullarının yer almasına da şərait yaradır. Keyfiyyətin və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin mövcud çağırışlara qeyri-adekvatlığı, qida təhlükəsizliyi sahəsində əhalidə bilik və informasiyaların yetərincə olmaması aqrar siyasətin bu komponentinə diqqətin artırılmasını zəruri edir. Bu məsələ, əsasən, inkişaf etməkdə olan və iqtisadi-siyasi sistemi transformasiyaya uğrayan ölkələrdə daha qabarıqdır.
Azərbaycan Avropa İttifaqına və inkişaf etmiş dünyaya inteqrasiya yolunu seçmişdir. Qeyd etmək lazımdır ki, bu yolda xeyli uğurlar əldə edilmiş və hazırda işlər davam etdirilməkdədir. Respublikanın qanunvericilik və hüquqi-normativ bazasının Avropa İttifaqının qanunvericiyliyinə uyğunlaşdırılması, respublikanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə əlaqədar sanitar və fitosanitar tədbirlərin modernləşdirilməsi və s. üçün xeyli işlər görülmüşdür. Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir. Lakin qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin modernləşdirilməsi xeyli vaxt və vəsait, bilik və informasiya, səriştə və bacarıq tələb etdiyi üçün qabaqcıl təcrübənin öyrənilməsi, Azərbaycan şəraitində səmərəli işləyə biləcək mexanizmlərin tətbiq edilməsi üçün seçim edilməsi və uyğun olanların təbliği üçün əsaslar yaradılması olduqca vacibdir.

Qida təhlükəsizliyi sahəsində müasir idarəetmə sistemləri haqqında danışmazdan öncə qida təhlükəsizliyi ilə bir çox hallarda qarışdırılan və ya səhv salınan bir neçə digər amillərə aydınlıq gətirmək məqsədəmüvafiqdir. Bunlar ərzaq təhlükəsizliyi və ərzaq keyfiyyəti kriteriyalarıdır. Bir çox hallarda ərzaq təhlükəsizliyi və ərzaq keyfiyyəti anlayışları qida təhlükəsizliyi ilə səhv salınır və ya onları eyniləşdirirlər. Yəni, bu terminlərin eyni məna daşıdığını yəqin edir və sinonim sözlər kimi istifadə etməyə çalışırlar. Lakin bunlar tamamilə müxtəlif və fərqli terminlər olmaqla müxtəlif mahiyyət daşıyıcılarıdır.

Ərzaq təhlükəsizliyi dedikdə istehlakçı üçün ərzağın əlyetərliyi – istehlak bazarında ərzağın fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün həmin ərzağı almaq, əldə etmək imkanı başa düşülür. Yəni, ərzaq təhlükəsizliyi ərzağın istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir.

Ərzaq keyfiyyəti ərzağın istehlakçı üçün dəyərliliyi ilə xarakterizə olunur. Ərzaq keyfiyyəti ərzaq xammalının növü, istehsal texnologiyası, dad, rəng, struktur quruluşu və s. kimi müsbət, habelə xarab olma, torpaqla çirklənmə, rəngin, iyin, dadın dəyişməsi və s. kimi mənfi atributları özündə əks etdirir. Qida təhlükəsizliyi dedikdə hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Qida təhlükəsizliyi hər hansı bir qidanın insan, heyvan və ətraf mühüt sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi – sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.

Təhlükəli qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Yuxarıda qeyd olunduğu kimi, təhlükəli faktor üç qrupa – bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit çirkləndiriciləri, kimyəvi çirkləndiricilər, allergenlər və s; fiziki təhlükəli faktorlar qrupuna metal qırıntıları, şüşə qırıntıları, işçilərə məxsus və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və s. daxildir.

Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər. Məhsul xammalının istehsalı və saxlanması, xammalın daşınması, emalı və qablaşdırılması, hazır məhsulun saxlanması və daşınması, ticarət və ictimai iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq və ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir. Ona görə də qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün elə idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun. Yəni, qida təhlükəsizliyinin idarəetmə mexanizmi ərzaq məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem halında fəaliyyət göstərməlidir. Göstərilən mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaqdır. Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər də səmərəli olmamış və qida təhlükəsizliyinin idarəedilməsi mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsalı zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarəedilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.

Hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükəli Faktorların Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarəedilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların identifikasiyası, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Təhlükəli faktor – insan sağlamlığı üçün təhlükə mənbəyi olub ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir. Kritik Nəzarət Nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

HACCP müasir dövrdə qida təhlükəsizliyinin idarəedilməsi üçün istifadə edilən ən səmərəli sistem hesab edilir. Bir neçə beynəlxalq təşkilat bu sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş və qida təhlükəsizliyinin idarəedilməsi üzrə texniki-normativ qaydalar hazırlanmışdır. Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization (ISO)) HACCP sistemini İSO 22000:2005 “Ərzaq məhsullarının təhlükəsizliyinin idarəedilməsi sistemləri - ərzaq məhsullarının istehsalı zəncirində iştirak edən təşkilatlara qarşı tələblər” adlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.
HACCP sistemini standartlaşdırmış beynəlxalq təşkilatlardan biri də Codex Alimentarius Komissiyasıdır. Yeri gəlmişkən, bu komissiya haqqında bir qədər ətraflı danışmaq yerinə düşərdi. Codex Alimentarius (və yaxud Ərzaq Kodeksi) Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi komissiyadır. Bu komissiyanın əsası 1961-ci ildə qoyulmuş, onun əsas məqsədi ərzaq məhsullarına dair beynəlxalq statuslu standartların və qida təhlükəsizliyinə dair qaydaların hazırlanıb qəbul edilməsindən, bununla da qlobal ticarət şəbəkəsində ərzaq məhsulları ilə vicdanlı ticarətə şəraitin yaradılmasından ibarətdir.

Codex Alimentarius Komissiyası qida təhlükəsizliyi sahəsində dünyanın ən mötəbər təşkilatıdır. Bu komissiyanın standartları və qaydaları bütün dünyada istifadə olunur, dünya ölkələrinin əksəriyyəti bu komissiyanın üzvüdür. Codex Alimentarius Komissiyası ərzaq məhsullarına aid standartların hazırlanmasında və hormonizasiya olunmasında, onların qlobal miqyasda tətbiq edilməsində üzv dövlətlərin və beynəlxalq təşkilatların birgə əməkdaşlıq etmələri üçün geniş imkanlar açır. Azərbaycanın da bu komissiyaya üzv olması üçün müvafiq tədbirlər görülür və yəqin ki, yaxın zamanlarda bu məsələ öz müsbət həllini tapacaqdır. Codex Alimentarius Komissiyasının işində yaxından iştirak etməklə qida təhlükəsizliyinin idarəedilməsi üzrə milli sistemlərin beynəlxalq standartlara uyğunlaşdırılması üçün geniş imkanlar əldə ediləcəkdir.

Qeyd etmək lazımdır ki, HACCP kifayət qədər mürəkkəb bir sistemdir. Qida təhlükəsizliyinin idarəedilməsi mexanizmini sadələşdirmək məqsədilə Codex Alimentarius Komissiyası onu məqbul səviyyəyə qədər sadələşdirmiş və yeddi prinsipi əsas götürmüşdür. Bu prinsiplər aşağıdakılardan ibarətdir: təhlükəli faktorların analizinin aparılması; kritik nəzarət nöqtələrinin müəyyən edilməsi; kritik hədlərin təyin edilməsi; kritik nəzarət nöqtələrinin monitorinq sisteminin yaradılması; monitorinq zamanı kritik nəzarət nöqtəsinin nəzarətdən çıxdığı qeydə alındıqda istifadə edilmək üçün korrektəedici fəaliyyətlərin müəyyən edilməsi; HACCP sisteminin səmərəli işlədiyini təsdiqləmək üçün sınaq üsulunun müəyyən edilməsi; bu prinsiplərə və onların tətbiqinə aid olan üsulun və qeydiyyatın sənədləşdirilməsi qaydasının müəyyən edilməsi.

Göründüyü kimi, əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan və heyvan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində önəmli rol oynayır. Qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəsl yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir. Ona görə də hər bir dövlət, o cümlədən Azərbaycan hökuməti öz aqrar siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir. Bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi və mövcud qanunvericilik aktlarında dəyişikliklərin aparılması vacibdir. Ona görə də qida təhlüksizliyinin idərəedilməsi sistemlərinin yeniləşdirilməsi və onların bu sahədə mövcud olan beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması üçün hüquqi-normativ bazanın modernləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilməlidir.

Qida təhlükəsizliyinin təmin edilmsində həyata keçirilən dövlət tədbirləri ilə yanaşı, ərzaq məhsullarının istehsalçıları, emalçılar, ərzaq məhsullarının ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə də böyük məsuliyyət düşür. Yuxarıda haqqında danışdığımız qida təhlükəsizliyinin idarəedilməsi mexanizminə əsasən məhz ərzaq istehsalı zəncirinin iştirakçıları qida təhlükəsiziliynə görə cavabdehdirlər. İstehsalçılar və ticarətçilər öz fəaliyyətlərində qida məhsullarının təhlükəsizliyini əsas tutmalı, istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılmasını özlərinin ən müqəddəs və şərəfli öhdəlikləri kimi qəbul etməlidirlər. Əhalinin sağlamlığı dövlətçilik prinsiplərinin əsas qayələrindən biridir və hər bir kəsin iqtisadi maraqlarından qat-qat üstündür.

XX-XXI əsrlərdə sənayenin, energetikanın, nəqliyyatın və kənd təsərrüfatının kimyalaşması nəticəsində ətraf mühitin antropogen yüklənməsi artmış, həmçinin heyvandarlıq məhsullarının müxtəlif mənşəli ksenobiotiklərlə çirklənmə təhlükəsi yüksəlmişdir. Suni kimyəvi maddələrin nəzarətsiz geniş istifadəsinin, onların bioloji səmərəsinin nəzərə alınmamasının nəticəsi olaraq, geri dönməyən ağır fəsadlara gətirib çıxartmışdır:

- torpaqda, qida məhsullarında, dərman və yem bitkilərində insan üçün zərərli olan maddələrin toplanması;

- torpaq, su və digər obyektlərin bioloji, qarşılıqlı münasibətlərinin pozulması;

- münbit torpaqların, meşə massivlərinin, biçin və otlaq sahələrinin azalması;

- müalicəvi əhəmiyyətli, qiymətli yabani dərman bitkilərinin, yosunların, təbii qida və dərman substratlarının məhvi və ya azalması, planetin nadir və faydalı sakinləri olan həşəratların, balıqların, quşların və heyvanların məhv olması və azalması;

- mutasiya nəticəsində genefond potensialının dəyişməsi, insan həyatının və aktivliyinin azalması.

Daim torpaqların erroziyasının miqyasının böyüməsi, flora və faunanın növmüxtəlifliyinin azalması, aqrolanşaftların unifikasiyası və ətraf mühitin pestisidlərlə, nitratlarla, ağır metallarla çirklənməsi, kənd təsərrüfatının fəaliyyəti ilə şərtləndirilir.

Torpaq sahələrinin azalması və çirklənməsi və həmçinin torpagın münbitliyinin azalması tək kənd təsərrüfatı istehsalının azalmasına yox, eyni zamanda qida məhsullarının keyfiyyətinə də təsir edir.

Bu problem 20-ci əsrin sonlarından aktualdır, lakin havanın, suyun, torpağın toksin maddələrlə çirklənməsi nəticəsində 21-ci əsrin əvvəllərində çox kəskinləşdi.

Çernobılda baş vermiş partlayış nəticəsində, ətraf mühit uzunmüddətli yaşayan radionuklidlərlə çirklənmişdi.

Radioaktiv tullantılar əhali və ətraf mühit üçün çox təhlükəlidir. Yüksək radiasiya fonu olan zonalarda, texnogen mərkəzlərdən kənd təsərrüfatında ksenobiotiklərin yayılması baş verir və bu da bütün göstəricilərə təsir edir. Bu mühitdə inkişaf edən kənd təsərrüfatı heyvanları, fizioloji tələbatlara cavab vemrir. Bunun hətta uzaqdan da görmək olur.

Biosferanın çirklənməsi şərtlərində insanların tam yararlı qidalanması, tək istifadə etdikləri qidanın miqdarından yox eyni zamanda onun keyfiyyət dərəcəsindən də asılıdır. Qidanın keyfiyyəti dedikdə onun insan orqanizminin yüksək fizioloji tələblərini təmin etməsi başa düşülür. Məhsulun orqanoleptik göstəriciləri insanın saglamlığı üçün təhlükəsiz olmalıdır. Lakin qida-insan orqanizmi üçün tək lazım olan plastik və enerqetik material deyil. Onun tərkibində ətraf mühitdən insan orqanizminə daxil olan maddələr, müxtəlif növ patoloji proseslərə gətirib çıxara bilər, lakin kənd təsərrüfatı ali məktəblərinin tədris planında bu problemin öyrənilməsi və kənd təsərrüfat məhsullarının ekoloji təhlükəsizliyi və onlardan alınan qida məhsullarının tərkibinin öyrənilməsi nəzərdə tutulur.

Ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının alınmasının əsasları

Ekoloji təhlükəsiz qida məhsullarının istehsalı üçün ekoloji təhlükəsiz xammal tələb olunur. Bu xammal ətraf mühitin (torpaq, hava, su, flora) uyğun şəraitində həmçinin heyvanların sağlam vəziyyətində almaq olar. Məhsullar tam bioloji dəyərli olmalıdır ki, kimyəvi və bioloji tərkibi insan orqanizmində maddələr mübadiləsinin normal gedişini təmin etsin. Qida məhsullarının ekoloji təhlükəsizliyi torpağın kimyəvi, bioloji və mexaniki tərkibindən asılıdır.

Bitkiçilikdə ekoloji təhlükəsizlik

Heyvandarlıq müəssisələrini yemlə təmin edən əlverişli ekoloji xammal zonasının yaradılması, intensiv yem istehsalı sistemi olmadan mümkün deyil. Bu sistem səmərəli növbəli əkin sistemi tətbiq etməklə, xəstəlik və zəzrərvericilərlə mübarizədə bioloji təhlükəsiz kimyəvi maddələrin istifadə edilməsi ilə, bitkilərin bioloji mühafizə metodları ilə mühafizə edilməsi ilə yüksək məhsuldar bitki sortlarından istifadə etməklə, alaqlarla mübarizədə tolerant və mənfi təsirli herbisidlərin başqası ilə əvəz edilməsi ilə baş tutur.

Kənd təsərrüfatı bitkilərinin “təmizliyi, torpağın öz özünə təmizlənməsi torpağın buferliyi ilə təyin olunur ki, bu da xeyli dərəcədə torpaqda humusun, turşuluğun və çürüntünün miqdarından, sıxlıqdan, qranulometrik və mineral tərkibdən, oksidləşmə-reduksiya reaksiyasından asılıdır.

Torpağın öz özünə təmizlənməsində, çürüntü (humus) böyük rol oynayır. O nəinki torpağın toksiki maddələrini udur, hətta torpağın biotlarını aktivləşdirir və mikrobioloji tərkibini normallaşdırır. Ona görə orqanik maddələrlə zəngin olmayan torpaqlarda becəirilən bitkilərin ekoloji təhlükəliliyi qara torpaqlara nisbətən xeyli böyükdür. Torpağın turşuluğu toksinlərin həll olunmasına və bitkilərə daxil olmasına təsir edir. Reaksiyası neytrala yaxın olan torpaqlarda onların ağır metallarla çirklənmə təhlükəsi azalır. Torpaqda turşuluğun və ya qələ-

viliyin miqdarının artması ağır metalların həll olunması artır və onların bitkidə miqrasiyası yüksəlir. Torpağın turşuluğu, onun mikrobioloji struktur tərkibinə təsir edir və onun aktivliyini artırır. Təhlükəsiz məhsulların alınması üçün, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində, torpağın faktiki turşuluğunu nəzərə almaq lazımdır.

Turşuluq çox olduğundan torpağın gübrələnməsi tələb olunur. Torpağın qranulimetrik və mineral tərkibi, kation mübadiləsinə və onların bitkilərə daxil olma dərəcəsinə təsir edir. Mineral maddələrlə zəngin olan torpaqlarda becərilən kənd təsərrüfatı bitkiləri toksikantlarla asan çirklənir. Həddən artıq soyumuş torpaqlarda kənd təsərrüfatı məhsullarının ağır metallarla çirklənməsi təhlükəsi yüksəlir. Torpaqda suyun aşağı valentliyi olan metalların əmələ gəlməsinə gətirib çıxarır.

Torpağın bərkiməsi, metalların hərəkətliyini çoxaldır və orada kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi təhlükəli olur.

Torpaqda olan canlı orqanizmlər, yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətinə təsir edir. Torpağa düşmüş toksikantların növbəti hərəkətləri mikrob senozlarından asılı olur, hansı ki, torpağın özünü təmizləmək qabiliyyətini təyin edir. Misal üçün pestisidlər qara torpaqda intensiv dəyişir. Həmçinin qara torpaq toksinlərin torpağa düşməsinin qarşısını alır. Nəticə etbarı ilə, torpaqda olan çürüntünün qorunması və çoxalması, onun qurudulması, ekoloji təhlükəsiz bitkilərin becərilməsinin ən vacib şərtlərindəndir.

Ekoloji təhlükəsiz məhsulların alınmasının problemi ksenobiotiklərin tərkibinin aşağı salınması həlli üç istiqamətdə mümkündür:

Bitkilərin və sortların seçimi (xüsusi ilə də torpaqda olan radionuklidlər).

Torpağım seçimi və relyefin şərtlərini, bitkilərin və sortlar üçün uyğun olması və ksenobiotiklər ən az miqdarda yığılması.

Kənd təsərrüfatı bitkilərinin təkmilləşmiş texnologiya ilə becərilməsi.

Ekolji təhlükəsiz məhsulların alınması üçün daxil olan gübrələrin miqdarının ölçülməsi tələb olunur. Ekoloji təhlükəsiz bitkiçilik məhsullarının alınması üçün tələb olunur.

Vəsait qoruyucu və təbiət qoruyucu texnologiyalar və onların tullantısız istehsal müəssisələrində yaradılması.

Aqrolanşaftların qorunması üçün ziyanvericilərin, xəstəlik törədicilərin əlverişli şəkildə təbii mexanizm ilə təmizlənmsi.

Bioloji proseslərlə effektiv idarə etmə və ekosistemlərin, landşaftların lazımi xüsusiyyətlərlə yaradılması.

Mineral gübrələrin istifadə zamanı neqativ nəticələrin aradan qaldırılması üçün ekoloji və gigiyenik istifadəsi nizama salınmalıdır. Torpağın radionuklidlərlə çirklənməsi zamanı, torpağın emalı üçün əhəng məhlulundan istifadə olunur.

Kimyəvi və mikrobioloji çirklənmə ətraf mühitinn və kənd təsərrüfatının qorunması üçün böyük əhəmiyyət daşıyır. Göstəricilərə görə kənd təsərrüfatı torpaqlarının bir çox hissəsi çirklənmişdir. Ildə bir dəfə torpaqların ağır maşınlarla işlənməsi, gübrələrin zəhərli kimyəvi maddələrin nizama salınmamış istifadəsi, heyvanın, torpağın, bitkinin və insanın ekoloji sisteminə təsir edir, hansı ki, onların münbitliyini azaldır. Beləliklə sosial-iqtisadi inkişaf üçün məhsulların ekoloji təhlükəsizliyi çox vacibdir. Bu məsələnin kökündən həll etmək tələb olunur. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün elə texnologiyalar vardır ki, onların vasitəsilə tam təhlükəsiz və bioloji qida məhsulları və xüsusilə də uşaq, pəhriz, müalicə profilaktiki qidalar əldə etmək olur.

Növbəli əkinin qurulması

Bu sistem torpağı eroziyadan qorumaq üçün tələb olunur:

- paxlalılar fəsiləsindən olan otları növbəli əkinə daxil etmək lazımdır, çünki bu torpağı eroziyadan 3-8 dəfə çox qoruyur;

- xassələrinə görə fərqlənən müxtəlif növ bitkilərin istifadəsi tələb olunur (inkişafın biolo, ziyanvericilərlə zədələnməsi, xəstəliklərlə zədələnməsi, kökünün möhkəmliyi, ayrı-ayrı qida elementlərinin və nəmliyinin hopması);

- əkin yerinin uzun müddətli heriyə qoyulmasına yol verilməməlidir.

- gübrələnmə məqsədi ilə növbəli əkinə heç omasa bir dənə ciderat gübrə kimi və ya yem məqsədilə aralıq bitki daxil edilməlidir.

- ekstremal vəziyyətdə bu və ya digər bitkinin məcburi olaraq dəyişdirilməsi üçün növbəli əkinin elastikliyini yaratmaq lazımdır.



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə