MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
 
И.М.Сеченов Рефлексы головного мозга.Избранные 
философские психологические произведения.М.Госполитиз- 
дат, 1974, c. 176. 
 
10 
downloaded from KitabYurdu.org


bütün dünyada psixologiya elminin inkişafına əsaslı təsir gös-
tərdilər. Bir qədərdən sonra Vundtun laboratoriyası əsasında 
dünyada ilk Eksperimental Psixologiya İnstitutu təşkil olundu. 
Beləliklə, psixologiya eksperimental bir elm olmaqla yanaşı, həm 
də müstəqil bir elm kimi inkişaf etməyə başladı. 
Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə 
F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. 
Azərbaycanda da psixologiya elmi özünəməxsus inkişaf yolu 
keçmişdir. 
Biz Azərbaycanda ilk psixoloji təsəvvürlərə aid xalqımızın 
adət-ənənəsində, ailə və rnəişət (toy, yaş, və s.) mərasimlərində də 
təsadüf edirik. Molla Nəsirəddin, Bəhlul Danəndə insanları yaxşı 
tanıyırdılar. Azərbaycanın xalq nağılları və dastanlarında müxtəlif 
psixoloji hadisələr geniş təsvir olunmuşdur. 
"Kitabi-Dədə Qorqud" dastanında insanların qarşılıqlı mü-
nasibətləri təhlil olunur. Dastanda davranış normalarında özünü 
büruzə verən xəyanət, həsəd, qorxaqlıq fərarilik kimi mənfi 
surətlər tənqid edilmişdir.
1
XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfi 
traktat və bədii ədəbiyyat nümunələrində daha çox təsadüf olunur. 
Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar
Xəqani, Şirvani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin 
Nəsimi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, 
M.F.Axundov, Ü.Hacıbəyov, Hüseyn Cavid, C.Cabbarlı kimi 
mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur. 
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarif-
çiləri mütərəqqi rus pedaqoq və psixoloqlarının əsərləri ilə tanış 
olmaq imkanı qazandılar. Artıq Azərbaycan pedaqoqlarının 
əsərlərində yaş və pedaqoji psixologiya məsələlərinə daha çox yer 
ayrılmağa başladı. Bu halda aydın təsəvvür əldə etmək üçün 
görkəmli Azərbaycan pedaqoqu Məhəmməd Tağı Sidqinin 
"Nümunəyi-əxlaq" əsərini xatırlamaq kifayətdir.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə