Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 
 
 
 
 
 
1.6.İnformatikanin  yeni elm   sahəsi  kimi   inkişafi. İnformatikanın fundamental 
elm  olmasına  baxmayaraq  onun  dinamik  inkişafı  bir  çox  elm  sahələri  ilə  üzvi  surətdə 
əlaqədardır.  Bu  sahədə  birinci  növbədə  informatikanın  riyazi  əsaslarını  –  riyazi 
informatikanı qeyd etmək lazımdır. Bununla yanaşı informatikanın texniki əsasları fiziki, 
texniki  elmlərin  nailiyyətlərinə  əsaslanır.  İnformatikanın  tətbiqi  ilə  bağlı  irəliləyişlər  isə 
onun  iqtisadi-riyazi  əsasları  ilə  şərtlənir.  Cəmiyyət  miqyasında  informatikanın  sosial-
iqtisadi  və  humanitar  əsaslarının  da  inkişafı  müvafiq  problemlərin  müsbət  həllinə  şərait 
yaradır.  Hazırda  həm  informatika,  həm  də  İKT  müstəqil  və  yeni  elm  sahəsi  kimi 
formalaşır.  İKT-ın tədqiqat obyekti informasiya  proseslərinin səmərəli  təşkili üsullarıdır, 
tədqiqat pedmeti isə İKT-ın nəzəri əsasları və yaradılması üsullarıdır. 
İKT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və 
fundamental  informatikanın  bir  bölməsidir.  Onun  nəzəri  əsaslarını  nəzəri  informatika  və 
ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir. 
İnformatika, eləcə də  İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi 
terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal 
olaraq:  İnfokommunikasiya,  informasiya  infrastrukturu,  informasiyalaşma,  informasiya 
mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-
video  konfrans,  telekonfrans,  axtarış  serverləri,  relevant  informasiya,  spam,  provayder, 
host,  çat,  meynfreym,  LAN,  WAN,    HTTP  və  s.  göstərmək    olar.  Kompüter  qrafikası, 
rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri,        intellektual 
korporativ  şəbəkələr, neyroşəbəkə  texnologiyaları, tərcümə proqramları, virtual sistemlər 
və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və 
tətbiqi tədqiqat istiqamətləridir.  
 
          1.7. Elmi tədqiqat  işlərinin  yerinə yetirilməsində  informatikanın   rolu və 
vəzifələri.  Elmi  sahələrdə  informasiyalaşdırma,  kompüter,  telekommunikasiya 
texnologiyalarının  və  müasir  informasiya  sistemlərinin  tətbiqi  yeni  səviyyədə  və 
keyfiyyətdə  biliklərin  alınmasını,  ümumiləşdirilməsini,  yaranmasını  və  istifadəsini  təmin 
edir.  Alim  və  mütəxəssislərin  zəruri  elmi  informasiyalarla  vaxtında  təmin  edilməməsi 
elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni 
İKT-dan  istifadə  etməklə,  informasiya  fondlarını  elektronlaşdırmaqla,  başqa  sözlə  elmi 
tədqiqat  işlərinin  yerinə yetirilməsində  ən müasir İKT-in tətbiqini reallaşdırmaqla almaq 
olar.  Bu  proses  İKT-in  elm  sahəsində  tətbiqinin  artması  ilə  əlaqədar  daha  da 
sürətlənməkdədir. 
Müasir  informasiya  texnologiyalarının  tətbiqi  ilə  ölkədə  elmi  fəaliyyətin  elektron 
mühitə  gətirilməsi,  elmi  tədqiqatların  müasir  standartlar  səviyyəsində  aparılması,  o 
cümlədən Azərbaycan elminin beynəlxalq elmi aləmə inteqrasiyası üçün bu sahədə xüsusi 
fəaliyyət proqramının hazırlanması zəruri məsələlərdəndir. 
Respublikanın  elmi  qurumlarının  strukturunun  müəyyənləşdirilməsi,  elmi 
tədqiqatların  müasir  standartlar  səviyyəsində  aparılması  və  maliyyələşdirilməsi,  ölkənin 
elmi  kadr  potensialının  artırılması  və  onun  sosial  müdafiəsinin  gücləndirilməsi, 
Şəkil 1. İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi 
 
KitabYurdu.az 
7
 


 
 
bütövlükdə  elmin  inkişafı  üzrə  milli  strategiyanın  həyata  keçirilməsi  proseslərinin 
sürətləndirilməsi  bu  proqramın  işlənilməsi  və  həyata  keçirilməsi  məsələlərini 
aktuallaşdırmışdır.  Belə  bir    proqramın  reallaşdırılmasında  başlıca  məqsəd  Azərbaycan 
elminin  müasir  tələblərə  uyğun  inkişaf  etdirilməsi,  elmi  idarəçiliyin  təkmilləşdirilməsi, 
respublikanın  elmi  qurumlarında  İKT-nin  geniş  tətbiq  edilməsi,  Azərbaycan  alimləri  ilə 
dünya  alimləri  arasında  əməkdaşlıq  əlaqələrinin  möhkəmləndirilməsi,  müxtəlif  elmi 
problemlərlə bağlı fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşdürülməsi üçün vahid 
milli  elmi  informasiya  fəzasının  formalaşdırılması,  alimlərin  sosial  şəbəkəsinin 
yaradılması,  tədqiqat  işlərinin  səmərəliliyinin  yüksəldilməsi  və  bununla  da  dünya  elmi 
məkanına inteqrasiyasına nail olmaqdır.  
Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-
kütləvi,  təhsil,  mədəni-maarif və  s. tipli saytlar-portallar,  tədris proqramları,  informasiya 
sistemləri,  elektron  dərsliklər,  distant  tədris  texnologiyaları  yaradılır  və  istifadə  edilir. 
Əksər  sahə  və  akademik  elmi  tədqiqat  institutları,  kitabxanaları,  muzeyləri,  arxivləri 
kompüterləşdirilmiş  və  İnternetə  qoşulmuşdur.  Bununla  yanaşı  bir  çox  məsələlərin 
kompleks həlli tam həyata
 
keçirilməmişdir və bu sahədə işlər davam etdirilir:  

 
İnformasiya resuslarının elektronlaşması; 

 
Elektron kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi; 

 
ET-da kompüter modelləşdirmənin, riyazi-statistik təhlil və s. kimi müasir tədqiqat 
metodlarının tətbiqi; 

 
Elmi verilənlər bazasının yaradılması və ona sərbəst girişin təmini

 
Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi; 

 
Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;   

 
Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi; 

 
Elmi-tədqiqatların 
və 
innovasiyaların 
kommersiyalaşdırılması 
prosesinin 
sürətləndirilməsi; 

 
İKT yönümlü Milli innovasiya sisteminin yaradılması. 
 
1.8.Tətbiqi  informatika  və  elmi-tədqiqatlarda  multidistiplinar  yanaşma 
problemləri. İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi 
ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki 
sistemlərdə,  həmçinin  təbiətdə  və  cəmiyyətdə  informasiya  və  informasiya  prosesləri 
haqqında  olan  fundamental  elmə  çevirdi.  İnformatika  həmçinin  elmlər  sistemində 
birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və 
inkişafına səbəb olmuşdur.  
İnformatikanın  çox  tətbiq  olunan  sahələrindən  biri    iqtisadiyyat  olduğundan    və 
əvvəlki dövrlərdə iqtisadi sahələrə aid  daha çox informasiyaların  emalına  xüsusi ehtiyac 
yarandığından    informatika    ilə  iqtisadiyatın    çox    cəhətli    qarşılıqlı    əlaqələrinin  
öyrənilməsi  digərlərindən  daha  nümunəvi  xarakter  daşıyır.  Ona  görə  də  iqtisadiyyat 
elminin  nümunəsində  İnformatikanın  tətbiqi  məsələləri  daha  qabarıq  nəzərə  çarpır. 
Riyaziyyatın  iqtisadiyyata    tətbiqi  ilə  bağlı  iqtisadi-riyaziyyatın,  iqtisadi-riyazi  üsul  və 
modellərin  inkişafı  da  informatikanın  iqtisadiyyatda  tətbiqinə  geniş  yol  açmış
 

 
informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşmışdır.   
İnformatika  və  iqtisadiyyat  arasında  sintez  prosesləri  daha  mürəkkəb  xarakter 
almışdır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan vermiş 
və  iqtisadi  informatika  yaranmışdır.  Bundan  başqa,  informatika    elmi    və  müasir 
KitabYurdu.az 
8
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə