Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 
Azərbaycan  Respublikasında  informasiyanın  əldə  olunması  azaddır.    Hər  kəs  özü 
birbaşa  və  ya  nümayəndəsi  vasitəsilə  informasiya  sahibinə  müraciət  etmək, 
informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 
 İnformasiyanın  əldə  edilməsinə  o  şərtlə  icazə  verilir  ki,  bu,  Azərbaycan 
Respublikasının  siyasi,  iqtisadi,  hərbi,  maliyyə-kredit  və  valyuta  siyasəti  sahələrində 
maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər 
şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, 
məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 
 İnformasiya  əldə  etmək  Qanunun  məqsədləri  üçün  istifadə  olunan  və  informatika 
elmində də tez-tez rast gəlinən  əsas anlayışlar bu qanun çərçivəsində aşağıdakı mənaları 
ifadə edir: 

 
informasiya  -  yaranma  tarixindən,  təqdimat  formasından  və  təsnifatından  asılı 
olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, 
rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar

 
şəxsi və ailə həyatına dair məlumat (fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya 
dolayısı  ilə  identikləşdirməyə  imkan  verən  hadisələr,  fəaliyyətlər,  vəziyyətlər 
barədə faktlar, rəylər, bilgilər; 

 
informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin 
etmək üçün göstərilən fəaliyyət

 
informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün dövlət 
orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi 
şəxslər və fiziki şəxslər

 
informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət

 
informasiyanın  açıqlanması  -  informasiyanın  sorğu  verilmədən  kütləvi 
informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında 
yayılması,  İnternet  informasiya  ehtiyatlarında  yerləşdirilməsi,  brifinqlərdə, 
mətbuat  relizlərində  və  ya  konfranslarında  elan  edilməsi,  rəsmi  və  ya  kütləvi 
tədbirlərdə bildirilməsi. 
 İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır: 

 
 informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin 
edilməsi; 

 
 dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi; 

 
informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi; 

 
informasiya  əldə  etmək  hüququnun  dövlət  tərəfindən  qorunması,  o  cümlədən 
məhkəmə yolu ilə müdafiəsi

 
informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin 
məsuliyyət daşıması; 

 
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri 
olmadan  və  ya  etirazına  baxmayaraq  kütləvi  informasiya  vasitələrinin 
nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, 
səs  yazısına  və  digər  bu  cür  hərəkətlərə  məruz  qalması  qanunvericiliklə 
müəyyən edilmiş məsuliyyətə səbəb olur.  
    Sənədləşdirilmiş  informasiya  haqqında.  Maddi  daşıyıcıda  mətn,  səs  və  ya  təsvir 
formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya 
mənbəyindən,  saxlanma  yerindən,  rəsmi  statusundan,  mülkiyyət  növündən,  mənsub 
KitabYurdu.az 
5
 


 
 
olduğu  təşkilat  tərəfindən  yaradılıb-yaradılmadığından  asılı  olmayaraq  sənədləşdirilmiş 
informasiya (sənəd) hesab olunur.   
   İnformasiya  ehtiyatlarının  yaradılması.  Dövlət  orqanları  və  bələdiyyələr  ictimai 
informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar.  Müvafiq icra 
hakimiyyəti  orqanları  onların  tabeliyində  olan  dövlət  orqanlarının  İnternet  informasiya 
ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar.  
İnternet  informasiya  ehtiyatlarının  yaradılması  formaları  və  qaydaları  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyənləşdirilir.    İnternet  informasiya  ehtiyatlarına 
verilən tələblər:  

 
İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;  

 
köhnəlmiş,  natamam,  qeyri-dəqiq  və  ya  çaşqınlıq  yaradan  informasiyaları  İnternet 
informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;  

 
İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.  
İnformasiya  sahibi  İnternet  informasiya  ehtiyatlarında  yerləşdirilən  ictimai 
informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaratmalıdırlar. 
 
1.5.İnformasiya  prosesləri  və  onların  avtomatlaşdırılması.  İnformatika  elmi 
inkişaf  etdikcə  onun  müxtəlif  sahələrdə  tətbiqi  intensiv  xarakter  aldı.  Nəticədə 
fundamental  informatikanın  yeni  bölümləri  formalaşdı.  Bunlardan  biri  də  informasiya 
proseslərinin avtomatlaşdırılmasına imkan yaradan İKT-dir. İKT-in  yaranması və inkşafı 
nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir. 
İnformasiyanın ötürülməsiToplanan informasiyanın emal edilməsi üçün o, simli və 
ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir. 
İnformasiyanın  saxlanması.  İnformasiya  emal  edilməzdən  əvvəl  və  sonra  müasir 
kompüterlərdə  istifadə  olunan  daşıyıcılarlda  -    flaş  disklərdə  və    digər  qurğularıda 
saxlanılır. 
İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli 
deməkdir.  Bunun  üçün  əvvəlcədən  hazırlanmış  alqoritmlərdən  və  proqramlardan  istifadə 
olunur.  Avtomatlaşdırılmış  üsulla  kompüterdə  emal  olunan  informasiya  istifadəçilərə 
adətən  kompüterin  xarici  qurğuları  ilə  (monitor,  printer,  qrafikçəkən  qurğu  və  s.)  mətn, 
cədvəl, qrafik və s. şəklində çatdırılır. 
İnformasiya  proseslərinin  aftomatlaşdırılmasının  ümumi  sxemi  1-ci  şəkildə 
verilmişdir. 
 
 
 
 
 
                            
 
 
 
 
 
 
İdarəetmə 
obyekti 
(istifadəçi)
 
İnformasiyanın toplanması 
prosesinin həyata  
keçirilməsi
 
İnformasiyanın 
saxlanması, 
axtarışı, emalı
 
 
Nəticələrin  alınması 
           İnformasiyanın ötürülməsi 
 
            və ya verilməsi 
 
 
informasiyanın 
ötürülməsi 
   mərhələsi 
KitabYurdu.az 
6
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə