Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

26 
 
dəmir (Fe yekun)                                  0,3                                     QOST 4011 
üzrə 
manqan (Mn yekun0                            0,1                                     QOST 4974 
üzrə 
mis (Cu
2+ 
 yekun)                                 1,0                                     QOST 4388 
üzrə 
qalıq polisulfatlar (PO
3
 üzrə)                3,5                                    QOST 
18309 üzrə 
sulfatlar (SO
4
2-
)                                    500                                    QOST 4389 
üzrə 
xloridlər (Cl
-
)                                       350                                     QOST 
4245 üzrə 
zink (Zn
2+
)                                            5,0                                     QOST 
18293 üzrə 
quru qalıq                                            1000                                    QOST 
18164 üzrə 
 
Q  e  y  d:  1.  Sanitar-epidemioloji  xidməti  orqanları  ilə  razılaşmaya  əsasən 
xüsusi  emaldan  keçirilməmiş  su  verən  boru  kəməri  üçün  yol  verilir:  quru  qalığın 
kütləvi  qatılığı  1500  mq/dm

qədər;  dəmir  1mq/  dm

qədər;  manqan  0,5  mq/dm
3
 
qədər; ümumi codluq 10 mq/dm

qədər. 
 
 2.  Xloridlərin  və  sulfatların  kütləvi  qatılıqlarının,  bu  maddələrin  ayrı-
ayrılıqda  hər  biri  üçün  yol  verilə  bilən  qatılıqların  hissələrlə  ifadə  olunan  cəmi  1-
dən böyük olmamalıdır. 
Suyun  codluğu  yarımfabrikatların  biotexnoloji  xarakteristikalarına,  hazır 
məmulatların keyfiyyətinə təsir göstərir və  emal edilən unun üstünlüklərindən asılı 
olaraq  nizamlanmalıdır.  Suda  duzların  miqdarını  ion-mübadilə,  əhəng-soda  və  ya 
əks  osmos  metodları  ilə  dəyişmək  mümkündür.  Əks  osmos  metodu  suyun 
deminerallaşdırılması  üçün  səmərəli  texnologiya  olub,  çörək  zavodlarında 
müvəffəqiyyətlə  tətbiq  edilir.  Suyu  duzdan  təmizləmək  üçün  içiboş  liflər  şəklində 


27 
 
yastı  kameralı  və  ya  boruşəkilli  filtirləyici  elementlərdən  və  membran 
elementlərdən ibarət membran aparatlarından istifadə olunur.  
Hal-hazırda çörəkbişirmə müəssisələrində seçmə qabiliyyətindən asılı olaraq 
üç  tip  membranlardan  istifadə  olunur:  asetat-sellüloza,  poliamid  və  ya  nazik 
pərdəşəkilli,  polisulfon.  Membranın  tipini  başlanğıc  suyun  tərkibindən  və 
təmizlənmiş suyun keyfiyyətinə qoyulan tələblərə uyğun olaraq seçirlər. 
Suyun  təmizlənməsinin  texnoloji  sxeminə  ilkin  təmizləmə,  əks  osmos 
bölgüsü və suyun tərkibinin korreksiyası mərhələləri daxildir.  
Əks osmos sisteminin əsas hissəsi membran moduludur (şək. 3.13). 
Şəkil 3.13. Əks osmos sisteminin membran modulu. 
1,2-  qidalandırıcı  su  və  filtrat  üçün  giriş  qol  borusu;  3-  duz  qatları;  4
filtratın magistral xəttinin birləşdirici borusu; 5- təzyiq korpusunun sonluq lövhəsi; 
6- konsentratın çıxış qol borusu; 7- korpus. 
Deminerallaşdırıcılarla  müqayisədə  əks  osmos  qurğularının  üstünlüyü  ― 
təcavüzkar  tullantıların  yaranmaması  və  xidmətin  sadə  olmasıdır.  Qurğunun 
məhsuldarlığı 0,05-dən 100 m
3
/saata qədərdir. 
Suyu  qida  məhsullarının  istehsalı  üçün  hazırlayan  avtomatlaşdirılmış 
komplekslər  (şək.  3.14)  mexaniki  təmizləmə,  suyun  yumşaldılması  və 
zərərsizləşdirilməsi,  dəmir,  manqan  və  hidrogen-sulfidin  kənarlaşdırılması,  pH-
mühitin  düzəldilməsi,  tənzimlənən  duzsuzlaşdırılma,  suyun  parametrlərinin 
ölçülməsi və nəzarəti, dozalaşdırma və s. proseslər həyata keçirir. 
Şəkil. 
3.14.  Suyu  qida 
məhsullarının  istehsalı  üçün  hazırlayan 
avtomatlaşdırılmış komplekslər 
1- idarəetmə pultu; 2- Kİİ; 3- su kəməri; 4- suyun ilkin hazırlanması sistemi; 
5- membran-osmotik modulları olan korpus. 
Suyun zərərsizləşdirilməsi   üçün  həm də, müxtəlif kimyəvi reaktivlər tətbiq 
edilir.  Xlorla  müqayisədə  xlor-dioksidin  (ClO
2
)  istifadəsi  bir  sıra  üstünlüklərə 
malikdir:  triqalometanlar  (TNM),  üzvi  halogenlər  və  xlorfenollar  əmələ  gəlmir, 
NH
+
4
  və  azot  birləşmələri  ilə  reaksiya  baş  vermir.  Bundan  başqa,  ClO
2
  suayırıcı 
sistemlərdə 
mikroblara 
öldürücü 
təsiri 
uzun 
müddət 
saxlayan 
güclü 


28 
 
dezinfeksiyaedici  təsir  göstərir.  Onun  qoxusu,  dadı  və  rəngi  olmadıqda  zamanı 
mikroorqanizmlərin  sporlarına,  viruslara  və  yosunlara  effektiv  təsir  edir,  Fe
2+
  və 
Mn
2+
  üzvi  birləşmələrini  oksidləşdirir.  ClO
2
-
 
nin  oksidləşdirmə  qabiliyyəti  pH-
mühitdən və suda NH
+

ionlarının varlığından asılı deyildir. 
Suda  qalıq  xlor  ionlarını  tam  kənarlaşdırmaq  üçün  suyu  aktiv  kömürlə 
birlikdə süzgəcdən keçirərək xlorsuzlaşdırırlar: C + 2Cl
2
 + 2H
2
O = CO
2
 + 4HCl. 
Xlora  anoloji  olaraq  ozon  da  mikroblara  öldürücü  təsir  göstərir. 
Ozonlaşdırılmış  suyun  üstünlüyü  ondan  ibarətdir  ki,  ozonun  təsiri  altında 
zərərsizləşdirmə  ilə  eyni  zamanda  dad  və  qoxular  kənarlaşdırılır  və  suyun 
rəngsizləşdirilməsi  baş  verir,  bu  zaman  onun  təbii  xassələri  dəyişmir.  Belə  ki, 
ozonun  artığı  bir  neçə  dəqiqədən  sonra  oksigenə  çevrilir.  Dizinfeksiyaedici  agent 
kimi ozon xlordan 15-20 dəfə tez təsir göstərir.  
Uzunluğu  100-400  nm  olan  ultrabənövşəyi  şüalarla  suyun  dizinfeksiya 
edilməsi  reaktivsiz  fiziki  üsuldur.  UB-şüaların  zərərsizləşdirici  xassələri  200-295 
nm, daha çox 245  nm  dalğa uzunluğunda  görünür. Bir qayda olaraq, təmizlənmiş, 
şəffaf  suyu  dizinfeksiya  edirlər,  çünki,  asılı  maddələr  və  kolloid  qatışıqlar  işığı 
yayır  və  UB-şüaların  suyun  dərin  qatlarına  nüfuz  etməsinə  mane  olur.  UB-şüalar 
suyun  fiziki-kimyəvi  və  orqanoleptiki  xassələrini  dəyişmədən  bakteriyalara,  spor 
və viruslara effektiv təsir göstərir. 
Suyun  keyfiyyətinə  daimi  nəzarət,  nəzdində  içməli  su  təhcizatının 
mərkəzləşdirilmiş  sistemləri  olan  idarə  və  təşkilatlar  tərəfindən  həyata  keçirilir. 
Suyun  keyfiyyətinə  dövlət  nəzarətini  sanitar-epidemioloji  xidmət  orqanları  həyata 
keçirir.  İçməli  suyun  keyfiyyətinə  nəzarət  QOST  P  51232–98  ,  içməli  suyun 
analizi  üçün  sınaq  nümunəsinin  seçilməsi  və  onun  dadı,  qoxusu,  rəngi  və 
bulanıqlığının  müəyyən edilməsi isə QOST 24481-80 və QOST 3351-74 standartı 
üzrə  həyata  keçirilir.  İçməli  suyun  ümumiləşdirilmiş  keyfiyyət  göstəricilərinin 
təyin  edilmə  üsulları,  onun  orqanoleptiki  üsulları,  bəzi  üzvi  maddələrin,  suyun 
emalı prosesində daxil olan və əmələ gələn zərərli kimyəvi maddələrin miqdarı və 
suyun radiasiya təhlkəsizliyi QOST 51232-98 –da göstərilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə