Şəkil 1. Sarınmış - dolanmış cütlük kabeli
Koaksial kabel [coaxial cable]. Əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər kompyuter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: silindrik formalı ekrandan və onun içərisində izolə edilmiş mərkəzi teldən ibarət olur. Koaksial kabeldən keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr isə koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə baxmayaraq, bu kabellər sarınmış cütlük kabellərinə nisbətən bahadır.
Dostları ilə paylaş: |