Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

16 

 

    9)  Özünü  kiçikltmə  ideyaları  sayıqlama  ideyalarının  böyük  bir  qrupunu  təşkil 



edir.  Bu  sayıqlamaların  ümuni  cəhəti  odur  ki,  xəstələrdə  bədəninin  müəyyən 

hissələrinin və ya orqanlarının tam sağlam olmaması və ya bacarıqsız, qabiliyyətsiz 

olmaları  haqqında  inam  yaranır.  Bəzən  xəstələrə  elə  gəlir  ki,  onların  həyatı  səhv 

hərəkətlərlə doludur. Belə sayıqlamalar özünü təqsirləndirmə adlanır. 

     Şəxsiyyətin  kiçildilməsi  bəzən  fiziki  çatışmazlıq  şəklində  özünü  büruzə  verə 

bilər.  Belə  xəstələrə  elə  gəlir  ki,  onlar  ağır  xəstədirlər,  bədənləri,  orqanları 

parçalanır, çürüyür. Bəzi xəstələr heç bir  əsas olmadan deyirlər ki, vərəm, sifilis, 

xərçəng,  spid  xəstəliyinə  tutulmuşlar.  Belə  ideyalar  ipoxondrik  sayıqlamalar 

adlanır. Bir sıra hallarda bu ideyalar daha kobud, mənasız olur və xəstələr ayrı-ayrı 

orqanlarının  varlığını  inkar  edirlər.  Belə  fikirlər  nigilistik,  inkar  sayıqlamaları  və 

ya Kotar sindromu adlanır. 

     Qeyd  etmək  lazımdır  ki,  sayıqlama  ideyaları  bəzən  sistemli  xarakter  daşıyır. 

Onlar yanlış ideyalara, lakin doğru sübutlara əsaslanır. Bu paranoyal sayıqlamadır

Bir xəstə tələbəlik illərində miroskop altında erntrositlərdə “sirrli” yağıntı –toplantı 

görür. Belə hesab edir ki, o, eritrositlərin faqositar qabiliyyətini kəşf etmişdir. Bu 

kəşfi  sübut  etmək  üçün  o  bir  sıra  eksperimantal  müayinələr  aparır.  Texniki 

cəhətdən dəqiq aparılmayan təcrübələrində o, yalnız kəşfini təsdiq edən əlamətləri 

görür,  qalan  proseslərə  isə  əhəmiyyət  vermirdi.  Birinci  elmi  cəmiyyətdən  mənfi 

cavab  alan  xəstə  digər  elmi  cəmiyyətə  müraciət  edir,  mümkün  olan  yerlərə  ərizə 

yazır, şikayət edir. Onun mübarizəsi uzun illər davam edir. 

    Paronoyal  sayıqlamalardan  fərqli  olaraq  paranoid  sayıqlama  sistemsiz,  ardıcıl 

olmur,  yalançı ideyalara  əsaslanır və  mənasız  sübutlarla  “təsdiq”  edilir.  Parafren 



sayıqlamalar  sistemləşmiş,  fantastik  məzmunu  ilə  xarakterizə  olunur.  Belə 

sayıqlamalar üçün fantaziya və konfabulyasiya xarakterikdir. 

      Sayıqlamaların  patofizioloji  əsasını  İ.P.Pavlova görə, beyin  qabığında patoloji 

oyanma  ocağının  meydana  gəlməsi təşkil edir.  Həmin  nahiyə  ətrafında induksiya 

qanunu əsasında ləngimə sahəsi əmələ gəlir ki, bu da durğun oyanmasının intensiv 

surətdə ətrafa yayılmasının qarşısını alır. 



      Sarışın  ideyalar.  Şəxsin  iradəsindən  asılı  olmayaraq  meydana  çıxan,  lakin 

xəstə  tərəfindən  tənqidi  münasibət  bəslənilən  yersiz,  arzuolunmaz  fikirlərə, 

xatırlamalara,  qorxulara,  hərəkətlərə  və  meyllərə  sarışan  hallar  (ideyalar)deyilir. 

Bir qayda olaraq, xəstələr sarışan  ideyalar  üzərində öz  hakimiyyətlərini  itirmirlər. 

İradənin  köməkliyi    ilə  onlar  bu  fikirləri  özlərindən  uzaqlaşdırmağa  cəhd 

göstərirlər. Lakin bu halda xəstələrdə yenə də narazılıq, qəmginlik, həyəcan hissi 




17 

 

qalır. Sarışan halların geduşi dəyişkən, bəzən də dərinləşərək ağır şəkil alır. Bəzən 



tamamilə  keçib  keçmiş  sarışan  hallar  müəyyən  müddətdən  sonra  daha  kəskin 

formada təzahür etməyə başlayır. Sarışan ideyaların aşağıdakı formaları vardır: 

       a) Sarışan fikirlər – istənilmədən yaranan yersiz fikirlərdir. 

       b)  Sarışan  şübhələr  –  şəxs  daima  öz  hərəkətlərinin,  nitqinin  düzgün 

olmamasından şübhələnir. 

       v)  Sarışan  meyllər  –  mənasız,  təhlükəli,  ləyaqətsiz  bir  iş  görməyə  şiddətli 

meylin əmələ gəlməsidir. 

       q) Sarışan hərəkətlər qorxu və şübhələrdən azad olmaq məqsədi güdən və bir 

növ  müdafiə  xarakteri  daşıyan  hərəkətlərdir.  Bəzən  xəstənin  qorxu  və 

şübhələrindən azad olmasına, nisbətən sakitləşməsinə sarışan halların məzmunu ilə 

heç bir əlaqəsi olmayan müəyyən hərəkətlərin həyata  keçirilməsi kömək edir. Belə 

hərəkətlər sarışan rutuallar adlanır. 

      d)  Sarışan  xatırlamalar  zamanı  xəstə  qorxulu,  bəzən  də  mənasız  hadisələri 

yadına salır. 

       e)Sarışan qorxular və ya fobiyalar bir neçə formada təzahür edir: aqarofobiya 

–  açıq  sahədən,  geniş  küçədən  qorxmaq,;  oksifobiya  –  iti  əşyadan  qorxmaq; 

akrofobiya  –  hündürlükdən  qorxmaq;  antropofobiya  –  izdihamdan  qorxmaq; 

klaustrofobiya  –  bağlı  qapıdan  qorxmaq;  dismorfobiya  –  eybəcərlikdən  qorxmaq; 

nozofobiya  –  ağır  xəstəliyə  tutulmadan qorxmaq; tonofobiya  –  ölümdən qorxmaq 

və s. 


    İ.P.Pavlov  hesab  edirdi  ki,  sarışan  halların  və  sayıqlamaların  fizioloji 

mexanizmini biri-birindən ayıran əlamət oynama ocağının patoloji durğunluğa olan 

münasibətidir.  Yəni  patoloji  durğunluq  zəif  olarsa  sarışan  hallar,  güclü  olarsa 

sayıqlama əlamətləri meydana çıxır. 

     Yüksək  qiymətli ideyalar. Real varlığa  əsasən  əmələ  gələn, böyük emosional 

gərginliklə  müşayiət  olunan  və  düşüncədə  üstün  yer  tutan  səhv  mühakimələrə 



yüksək  qiymətli  ideyalar  deyilir.  Müəyyən  haqsızlıqdan  incimiş  şəxs  onu  unuda 

bilmir,  hadisəni  aramsız  təhlil  edir.  Bu  hissiyyat  onun  düşüncəsində  domunatlıq 

təşkil edir və intiqam əhvali-ruhiyyəsi yaradır. 

      Yüksək qiymətli ideyalar sayıqlama ilə səhv fikirlər arasında olan vəziyyətdir. 

Yüksək qiymətli ideyalar psixi xəstəliyə dəlalət etməsə də, patoloji hal sayılır. Belə 

ideyalar  psixopatlarda,  emosiyaları  müvazinətsiz,  ahəngsiz  olan  şəxslərdə  rast 

gəlinir. Onları sayıqlama ideyalarından ayıran  əsas cəhət real hadisələrlə əlaqədar 

olmasıdır. 




18 

 

                                Təəssürat sferasının pozuntuları 

      Bu ad altında təsvir olunan mənəvi hissiyyatlarda əlaqədar proseslər emosiyalar 

adlanır.  Emosiyalar  insan  həyatının  bütün  cəhətlərini:  əmək  fəaliyyətini, 

istirahətini, adamlar  arasında ünsiyyəti  və.s.-ni  daima  müşayiət  edən, onun  əxlaqi 

davranışına  təsir  göstərən  proses  olub  müxtəlif  qıcıqlara  qarşı  orqanizmin 

mürəkkəb psixofizioloji reaksiyasıdır. Emosiyaların təsiri altında insan özünə xoş 

gələn  nə  varsa  ona  doğru  meyl  göstərir  və  əksinə    xoşagəlməyən  qıcıqlardan 

uzaqlaşmağa çalışır.Təəssüratla bağlı olan hisslərimiz nəinki psixoloji, bioloji, eyni 

zamanda  sosioloji  bir  prosesdir.  Emosional  reaksiyaların  rəngarəngliyi, 

coşğunluğu,  davamlılığı  və  s.  Hər  bir  adamın  yaşı,  intellekti,  mədəni  səviyyəsi, 

xasiyyəti və digər şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. Belə ki, iki eyni cür sevinən 

və ya əsəbiləşən adam yoxdur. Hər kəsin özünə məxsus gülüş və kədərlənmə tərzi 

vardır. 


     Emosiyaların başlıca mənbəi instiktiv tələblərimizlə əlaqədar olan hərəkətlərdir 

desək  səhv  etmiş  olarıq.  Axı,  belə  ibtidai  emosiyalar  –  yeməklə,  yatmaqla  və  s. 

əlaqədar  olan  müsbət  və  mənfi  hisslər  heyvanlarda  da  vardır.  Bununla  belə 

emosiyaların yaranmasında instiktlərin rolunu inkar etmək olmaz. İnsan üçün daha 

məzmunlu,  zəngin  və  olduqca  mürəkkəb  olan  ali  (yüksək)  emosiya  vardır.  Ali 

emosiyaların  mənbəi  estetik  tələblərimizi  ödəyən  qıcıqlardır.  Bunlara  musiqi, 

incəsənət, gözəllik, məhəbbət, dostluq, vətənpərvərlik və s. Aiddir. İnsanın mədəni 

səviyyəsi,  zövqünün  zənginliyi  ali  emosiyaların  xüsusi  çəkisini  müəyyən  edir. 

İnsan  “yemək  üçün  yaşamır,  yaşamaq  üçün  yeyir”,  yaxud  Nizami  Gəncəvinin 

“Eşqsiz bir insan bir neydir qırıq, yüz canı olsa da öldür artıq” kəlamları yuxarıda 

deyilənləri əks etdirir. 

       Emosional  halın  dəyişməsi  orqanizmin  bütün  orqan  və  sistemlərinə  təsir 

edərək  olduqca  mürəkkəb  bioloji  reaksiyalara  səbəb  olur.  Məsələn,  müsbət 

emosional  reaksiyalar  zamanı  qanda  şəkərin,  katexolaminlərin  miqdarının,  mənfi 

emosional reaksiyalar da isə adrenolunun, serotinin miqdarının artması buna misal 

ola bilər. 

        İnsan  daima  xarici  və  daxili  aləmdən    gələn  qıcıqların  təsiri  altında  ya 

şənlənir,  ya  da  məyus  olur.  Xəstəlik  nəticəsində  müydana  çıxan  ağrı,  aclıq, 

soyuğun təsiri və s.  narazılıq hissi xoş xəbər, yaxın dostu ilə görüş isə razılıq hissi 

yaradır.  Bütün  bunlar  bütövlükdə  insanın  bu  və  ya  başqa  anda  meydana  çıxan 

əhvali-ruhiyyəsini  müəyyən  edir.  Əhvalın  orta  həddi  qıcıqların  cəminə  bərabər 

olur.  Gün  ərzində  bu  göstəricilər  dəfələrlə  dəyişə  bilər.  Əhvali-ruhiyyənin 




19 

 

vəziyyəti hər bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti, xasiyyəti 



ilə  də  əlaqədardır.  Həyatda  nikbin  adlandırdığımız  şəxslər  əhvalı  bəbbin 

adamlardan  kəskin  surətdə  fərqlənir.  Az  əhəmiyyətli,  mənfi  bir  qıcıq  nikbin 

adamların  vəziyyətinə  bəzən  heç  bir  təsir  göstərmədiyi  halda,  bədbin  adamlarda 

xeyli müddət davam edən məyusluğa səbəb olur. 

       Güclü  qıcıqların  təsiri  altında  (məsələn,  yaradıcılıqla  məşğul  olmaq,  sevmək) 

meydana çıxan və uzun müddət davam edən emosional hala etiras deyilir. 

      Emosional halın dəyişməsini əks etdirən zahiri əlamətlərə aşağıdakılar aiddir: 

       1)Mimiki reaksiyalar; 2)Hərəkət reaksiyaları; 3)Vegetativ-visseral reaksiyalar. 

Bu  reaksiyalar  insanın  razılıq,  həm  də  narazılıq  hisslərinin  əks  etdirən  obyektiv 

əlamətlər olmaqla hər adamda özünəməxsus tərzdə təzahür edir. Məsələn, ucadan 

gülmək  heç  də  müsbət  qıcığın  gücünü  göstərmir.  Uşaqları,  intellekti  aşağı  olan 

çəxsləri güldürmək yaşlılara, ağıllı adamlara nisbətən xeyli asan olması hamımıza 

yaxşı məlumdur. 

      Emosional  halın  güclü  və  qısamüddətli  dəyişməsinə  affekt  deyilir.  Affektə, 

başqa sözlə, mənəvi sarsıntı, etirasın coşması və ya emosional partlayış da demək 

olar.  Affekt  fizioloji  (normal)  və  patoloji  (qeyri-normal)  olmaqla  iki    formaya 

bölünür.  Fizioloji  affekt  adkvat  qıcıqlar  nəticəsində  yaranır,  bu  zaman  düşüncə 

pozulmur,  ona  görə  də  şəxs  ictimai  təhlükəli  hərəkətlər  etmir,  edərsə  məsuliyyət 

daşıyır.  Fizioloji  affektin  səbəbi    bəd  xəbər,  məsul  bir  vəzifəni  yerinə  yetirərkən 

kobud səhv etmək, qiymətli bir şey itirmək, təhqirəməruz qalmaq və s. ola bilər. 



       Patoloji  affekt  qeyri-adekvat  səbəblər  nəticəsində  yaranır,  düşüncə  bu  və  ya 

başqa dərəcədə pozulduğundan şəxs öz hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman 

ictimai 

təhlükəli 

hərəkət 

edərsə 


cinayət 

məsuliyyəti 

daşımır.(Bu 

Azərb.Respublikasının 

cinayət  məcəlləsinin  11-ci  maddəsində  nəzərdə 

tutulmuşdur).  Patoloji  affekt  mərkəzi  sinir  sisteminin  orqanik  xəstəlikləri  olan 

şəxslərdə, psixopatlarda, isteriya nevrozu olan şəxslərdə müşahidə oluna bilər. 

    Klinikada tez-tez rast gəlinən emosiya pozuntularına aşağıdakılar aiddir: 

    1.Maniya  –  səbəsiz  olaraq  əhvali-ruhiyyənin  yüksəlməsi  ilə  təzhür  edən  hal 

olub,  başlıca  olaraq  üç  əlamətlə  özünü  büruzə  verir:  a)əhvalın  yüksəlməsi; 

b)hərəkətlərin fəallığı; b)nitqin sürətlənməsi. 

    Maniakal hal zamanı xəstə daim şən və gülərüz olur, oxuyur, oynayır, bir yerdə 

qərar  tuta  bilmir,  hərəkətləri  və  davranışı  ilə  hamını  əyləndirməyə  çalışır.  Əsasən 

maniakal  depressiv  psixozun  maniakal  fazasında  və  bir  sıra  digər  hallarda  rast  

gəlinir. 



20 

 

     2.Depressiya  –  səbəbsiz    olaraq  əhvali-ruhiyyənin  enməsi  olub,  yuxada 



göstərilən üç əlamətin (triadanın) əksinə cərəyan etməsi ilə xarakterizə olunur: a) 

əhvalın  enməsi;  b)hərəkətlərin  və  v)nitqin  tormozlanması.  Depressiya  zamanı 

əhvalın enməsi  o dərəcədə güclü ola bilər ki, həyya xəstə özünə sui-qəsd edə bilər. 

Xəstə bütün günü qəm-qüssə içərisində olur, yeməkdən imtina edir, xarici görkəmi 

ağır  zərər  çəkən,  bədbin,  ümidsiz  adamı  xatırladır.  Belə  xəstələri  bir  an  belə 

gözdən  qoymaq  olmaz,  onları  təcili  stasionara  yerləşdirmək  və  yalnız  orada 

müalicə etmək lazımdır. 

     3.Eyforiya  -  əhvali-ruhiyyənin  az  hərəkətləri,  laqeyd  və  məzmunsuz  olaraq 

yeksəlməsinə deyilir. Narkomanlarda, alkoqol qəbul edən adamlarda, mərkəzi sinir 

sisteminin orqanik pozuntularında rastn gəlinir. 

    4.Disforiya  -  əhvali-ruhiyyənin  acıqlı,  kədərli,  hər  şeydən  narazı  halda 

enməsidir.  Belə  vəziyyət  keçirən  xəstə  olduqca  tez  əsəbiləşir,  ən  cüzi  səbəbdən 

özündən  çıxaraq    ətrafdakıları  təhqir  edir,  gərginlik  yarada  bilir.  Onların  qəfləti 

aqressiv  hərəkətlərinin  qarşısını  almaq  məqsədi  ilə  lazımi  tədbirlər  görülməli,  ilk 

növbədə,  xəstəxana  şəraitində  tibbi  nəzarət  təşkil  olunmalıdır.  Disforiya  halı 

epilepsiya  zamanı,  kəllə  travması  keçirmiş  alkoqoliklərdə  və  bir  sıra  başqa 

xəstəliklərdə təsadüf edilir. 

      5.Emosional  ləbillik    əhvali-ruhiyyənin  səbəbsiz  və  asanlıqla  dəyişməsinə 

deyilir. Belə şəxslər ani olaraq bir haldan (məsələn, qəmginlikdən) digər hala (şən 

hala)  keçə  bilir.  Lakin  bu  zaman  nə  qəmginlik,  nə  də  hal  üçün  xarakter  olan 

emosional görkəm qeyd olunmur. 

      6.Emosional kövrəklik – emosional zəiflik əlamətləri ilə özünü büruzə verən 

hala deyilir. Bu zaman xəstə olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa hazır olan 

görkəm  alır.  Beyinin  damar,  orqanik,  intoksikasion  və  infeksion  xəstəlikləri 

zamanı  rast  gəlinir  (məsələn,  hipertoniya,  ateroskleroz,  beyin  siflisi,  ağır  keçən 

xronik alkoqolizm və s.). 



     7.Emosional  ambivalentlik  eyni  zamanda  iki  bir-birinə  zidd  emosional  halın 

meydana  çıxmasına  deyilir.  Məsələn,  kədər  və  sevinc,  məhəbbət  və  nifrət  eyni 

vaxtda,  eyni  şəxsdə  təsadüf  edir.  Bu  vəziyyət  şizofreniya  zamanı  tez-tez  rast 

gəlinir. 



    8.Laqeydlik  –yaxın  adamlara,  ətrafda  cərəyan  edən  hadisələrə  qarşı  biganə 

olmaq  əlamətinə  deyilir.  Lakin  bu  zaman  şəxs,  marağına,  instiktiv  tələblərinə 

laqeyd qalmır. 



21 

 

    9.Emosional  kütlük  –  emosional  çatışmazlığın  daha  ağır  forması  olub 



laqeydlikdən  və  emosional  düşkünlükdən  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə 

fərqlənir.  Xəstələrin  marağı  ancaq  instinqtiv  tələbləri  ətrafında  toplanır. 

Xəstəxanaya  görüşə  gələn  bacısından  bir  xəstə  ancaq  yemək  üçün  nə  gətirdiyini 

soruşar,  ağır  xəstə  olan  anası  ilə  nəinki  maraqlanmaz,  hətta  bacısının  bu  barədə 

söhbətini  yarımçıq  qoyaraq  deyərdi:  artıq  onun  70  yaşı  var,  o,  ölsə  rahat  olarıq, 

mənzilimiz genişlənər. Emosional kütlük şizofreniyanın son dövrü üçün xarakterik 

sayılan əlamətlərdəndir. 

     10.  Qorxu  –  həm  nevrozlar,  həm  də  psixozlar  zamanı  tez-tez  rast  gəlinən 

əlamətlərdən  olub  müxtəlif  formalarda  təsadüf  edir.  Nevrozlar,  reaktiv  hallar 

zamanı  rast  gəlinən  qorxu,  gərginlik  və  ümumi  narahatlıqla  müşayiət  olunur. 

Sarışan  hallar  nevrozunda  rast  gəlinən  qorxu  zamanı  şəxs  ağır  xəstəliklərə 

tutulmaqdan,  geniş  meydanlardan  keçməkdən,  otaqda  tək  qalmaqdan  və  s. 

involyusion psixozlarda isə xəstə ailə üzvlərinin başına bir iş gələcəyindən qorxur. 

    11.Həyəcan  –  həm  özünün.  Həm  də  yaxın  adamlarının  əmin-amanlığının 

pozulması  ilə  diqqəti  cəlb  edir.  Lakin  bir  sıra  hallarda  bu  əlamət  kədər,  qorxu 

hissləri ilə birləşərək daha da mürəkkəbləşir və təhlükəli xarakter alır. Qocalıqönü 

psixozlarda  və  nevrozlarda,  reaktiv  depressiyalarda  və  bir  sıra  digər  hallarda 

təsadüf edir. 

   Emosional pozuntuların patofizioloji mexanizmini izah edən müxtəlif nəzriyyələr 

mövcuddur. Bu sahədə ciddi tədqiqatlar aparan P.E.Simonovun fikrincə emosional 

reaksiyaları  tənzim  edən  konkret  mərkəzlər  deyil  beyinin  müxtəlif  sahələrinin 

müştərək  fəaliyyətidir.  Ali  sinir  fiziologiyasında  aparılan  bəzi  eksperimental 

təcrübələrdən  məlumdur  ki,  hipotalamus  və  uzunsov  beyinin  qıcıqlandırılması 

nəticəsində  emosional  reaksiyalarla  müşayiət  olunan  bir  sıra  simpatik  və 

parasimpatik  effektlər  almaq  mümkündür.  Görmə  qabarının  bəzi  nüvələrini, 

subtalmik sahəni qıcıqlandırmaqla aşağıdakı reaksiyaları müşahidə etmək mümkün 

olmuşdur: 

     1.Bədənin  müxtəlif  nahiyələrində  və  ətraflarda  əks  olunan  xoşagələn 

hissiyyatların (bəzən isə əksinə) meydana çıxması; 

     2.Qısamüddətli və kəskin cərəyan edən qorxu, dəhşət və ya sevinc hissi

     3.Əvvəlcə əhvalın yüksəlməsi, sonra eyforiya və daha sonra depressiya ilə əvəz 

olunan emosional halın meydana çıxması və s. 



22 

 

     İ.P.Pavlov  və  onun  ardıcılları  göstərmişlər  ki,  emosiya  reaksiyalarının 



patofizioloji  əsasını  təşkil  edən  beyinqabığı  və  qabıqaltı  törəmələr  arasındakı 

funksional əlaqələrin pozulmasıdır. 



                                         Diqqətin pozuntuları 

       Psixi  fəaliyyətin  (düşüncənin)  bu  və  ya  başqa  istiqamətə  yönəlməsi  və  hər 

hansı  bir  obyekt  üzərində  cəmlənməsi  prosesinə  diqqət  deyilir.  Diqqətin  obyekti, 

xarici  aləmdə  mövcud  olan  cisim  və  hadisələr,  özümüzə  aid  olan,  orqanizmdə 

yaranan  hisslərimiz,  fikirlərimiz  və  s.  ola  bilər.  Diqqətin  hansı  istiqamətə 

yönəlməsi, həmin anda dominatlıq təşkil edən qıcıqdan asılıdır. Mühazirəyə qulaq 

asan  tələbənin  üzünə  baxsa  da  fikirləri  ağır  halda  xəstəxanada  yatan  anasının 

yanındadır.  Buna,  Əlbəttə,  diqqətin  qeyri-normal  yayınması  kimi  baxmaq  olmaz. 

Hazırda həmin tələbənin diqqətini daha çox cəlb edən, dominat qıcıq anasıdır. 

     Düşüncəli  olaraq  diqqətin  idarə  olunması,  ətrafda  cərəyan  edən  bu  və  başqa 

qıcığın hərtərəfli və aydın təsəvvür edilməsinə imkan verir. Gündəlik həyatımızda, 

adətən,  diqqətimiz  daha  maraqlı,    məzmunlu  obyektlərə  doğru  yönəlir.Normal 



sayılan bu hal qeyri-ixtiyari diqqət adlanır. 

 

  

Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə