Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

11 

 

itiləşmiş və anlaşılmaz olur. Zahirən belə nitq bir çox hallarda şizofaziyanı (nitqin 



qırıqlığı)  xatırlada  bilər,  lakin  diqqətlə  təhlil  etdikdə,  məlum  olur  ki,  burada 

təfəkkürün qırıqlığından fərqli olaraq müəyyən fikir ardıcıllığı və məzmun vardır. 

Belə hal MDP-nin maniakal fazası üçün xarakterikdir. 

    2)Təfəkkürün  ləngiməsi.  Təfəkkürün  sürətlənməsinin  əksinə  olaraq  bu  zaman 

xəstələr  çətinliklə  danışır,  fikirlər  sanki  tormozlanmış  olur.  Xəstələr  bəzən  qeyd 

edirlər  ki,  fikirlərinə  heç  nə  gətirə  bilmirlər,”deməyə  sözləri  yoxdur”.  Bir  qayda 

olaraq, həkimin suallarına “hə” və ya “yox” deyə cavab verirlər, həm də bu sözləri 

demək  üçün  xeyli  fikirləşirlər.  Belə  xəstələr  bütün  günü  danışmaya  bilər,  sanki 

onların  danışmağa  marağı  yoxdur.  Təfəkkürün  ləngiməsi  MDP-nin  depressiv 

fazasında digər depressiyalarda, şizofreniya xəstəliyində rast gəlir. 

    3)Təfəkkürün  patoloji  müfəssəlliyi.  Nitqin  (fikirlərin)  ləngiməsi,  eyni  zamanda 

uzunçuluğu  ilə  diqqəti  cəlb  edir.  Belə  pozuntusu  olan  şəxslər  bir  söhbətdən 

digərinə keçə bilmir, üçüncü dərəcəli (lazımsız) fikirlərlə doldurur, belə adamları 

dinləmək yorucu olur. 

    Bir nəfər epilepsiya xəstəliyinə tutulmuş qadın şahid sifərilə məhkəmə prosesinə 

dəvət  olunur.  Hakimin:  “Qonşuluğunuzda  məktəb  binasının  yanması  təvsilatı 

haqqında  nə  deyə  bilərsiniz?  Sualına  belə  cavab  vermişdir:  “Həmin  gün  adətim 

üzrə səhər saat 7-də yuxudan oyandım, gedib qazı yandırdım, çay qoydum, sonra 

əl-üzümü yuyub səhər  yeməyi yedim, saat 8-ə 15 dəqiqə qalmış nəvəmi məktəbə 

yola  saldım,  mətbəxə  gedib  günorta  yeməyi  hazırlamaq  üçün  soyuducunu  açıb 

oradan  ət  və  digər  lazım  olan  ərzağı  çıxartdım...Hadisə  gecə  saat  12-də  baş 

vermişdir,  şəxs  o  ərəfədə  görüb-bildiklərini  danışmaq  əvəzinə,  gündüz  olan 

hadisələr haqqında saatlarla danışmış və nəhayət demişdir: “Həmin gün saat 11-də 

yuxuya  getmişəm,  yanğının  nə  vaxt  və  necə  baş  verdiyini  görməmişəm.  Səhər 

qonşulardan  eşitmişəm  kməktəb  binası  yanıb...”  Bir  çox  hallarda  təfəkkürün 

patoloji  müfəssəlliyi  olan  xəstələrin  nə  demək,  hansı  fikri  anlatmaq  istədiklərini 

başa düşmək olmur. Belə pozuntu epilepsiya xəstəliyinə tutulmuş şəxslərdə tez-tez 

rast gəlinir. 

    4)Təfəkkürün perseverasiyası. Təfəkkürün müfəssəlliyindən fərqli olaraq burada 

xəstənin öz cavablarını təkrar etməsi nəzəri cəlb edir. Bəzən xəstə eyni söhbətləri 

bir  neçə  dəfə  təkrar  edir,  müxtəlif  suallara  eyni  məzmunlu  cavablar  verir. 

Epilepsiyada,  beyinin  orqanik  pozuntularla  əlaqədar  baş  verən  psixozlarında  rast 

gəlinir. 




12 

 

    5)Təfəkkürün  steriotipiyası.  Eyni  sözlərin  və  fikirlərin  məcburi  təkrar  olunması 

kimi  özünü  göstərir.  Bəzən  eyni  hərəkətlərin  təkrarı  ilə  birlikdə  təzahür  edir.  Bir 

xəstə  əllərini  bir-birinə  vuraraq,  başını  yana  hərəkət  etdirməklə  dəfələrlə  “mən 

bilirəm,  mən  bilirəm...”  sözlərini  təkrar  edirdi.  Tibb  işçiləri  isə  əbəs  yerə  xəstəni 

sakitləşdirməyə çalışırdı. Belə vəziyyət şizofreniya xəstəliyində tez-tez rast gəlinir. 

    6)Rezonyorluq  boş  mühakimələr,  mənasız  sözlərdən  nitq  formasında  özünü 

göstərir.  Xəstələrdən  biri  yoldaşı  ilə  söhbət  edərkən  müxtəlif  formada,  dəfələrlə 

aşağıdakı  sözləri  təkrar  etmişdir:  “...mənim  kim  olduğumu  hamı  çox  gözəl  bilir. 

Kimliyimi  heç  kəsə  sübut  etmək  fikrində  deyiləm,  onsuz  da  hamı  bilir  mən 

kiməm...” 

     7)Məntiqsiz təfəkkür. Fikirlərin məntiqsizliyi. Bəzən əlaqəsizliyi ilə xarakterizə 

olunur. Hadisələri izah edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli 

mülahizələr yürüdür, eyni zamanda ağıla sığmayan söhbətlər danışırlar. Məsələn, 

bir xəstə demişdir: “Mən gənc yaşlarımda at belində çox gəzmişəm, ona görə də E 

vitamininə ehtiyacım olmayıb”. Başqa birisi isə demişdir: “Mən heç vaxt dəvə əti 

yeməmişəm, ona görə də dişlərim tüz tökülüb və riyaziyyatı çətin qavramışam”.  



     8)Təfəkkürün  (nitqin)  qırıqlığı.  Fikirlərin  dolaşıqlığı,  əlaqəsizliyi,  “söz  yığımı” 

şəklində təzahür edir. Bu pozuntu dərəcəsinə görə 3 formada rast gəlinir: a)nitqin 

assosiasiyası; b)qrıqlığı; v)şizofaziya (söz yığımı). Assosiativ pozuntu zamanı fikir 

tamlığı,  məzmunun  bütövlüyü  olmur.  Qırıqlıqda  cümlələr  arasında,  şizefaziya 

zamanı isə hətta sözlər arasında əlaqə olmur. Bir xəstədən soruşduqda şikayətiniz 

nədir,  o  belə  cavab  vermişdir:  “Başım  ağramır,  şor  qabından,  nahaq  danışma,  nə 

danışırsan,  həkimkimdi,  poçtalyon  gəlmədi,  Ərəbzəngi  mənəm,  çıx  get”. 

Təfəkkürün qırığlığının bütün formaları, o cümlədən şizofaziya şizifreniya zamanı, 

ağır infeksion, intoksikasion psixozlarda rast gəlinir. 

      9)Aytistik  təfəkkür  real  həyatdan  uzaqlaşmaq,  xəstənin  daxili  aləmi  ilə  (səhv 

təsəvvürləri  ilə)  bağlı,  obyektiv  təcrübəyə  əsaslanmayan,  dialektik  izaha  tabe 

olmayan  təfəkkür  formasıdır.  Bu  vəziyyət  şizofreniya  xəstəliyinin  xarakter 

əlamətlərindən  biri  olan  autizm  (özünə  qapanma)  sindromu  çərçivəsində  rast 

gəlinir. 

     10)Təfəkkürün ambivalentliyi (qoşalaşması) xəstədə eyni vaxtda bir-birinə ziddi 

fikirlərin  meydana  çıxmasıdır.  Məsələn,  xəstə  ona  vurulan  iynəni  ən  güclü 

müalicəvi  təsirə  malik  dərman,  həm  də  xərçəng  xəstəliyinə  səbəb  olan  maddə 

hesab edir. 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə