Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

13 

 

    11)  Simvolik  təfəkkür.  Normal  mühakimələrin  məntiqsiz,  mənasız  müəyyən 



simvollarla bağlı olan mühakimələrlə əlaqələndirilməsidir. Məsələn, xəstə həkimlə 

salamlaşarkən onun başını aşağı əyməsini yaxın vaxtlarda yas düşəcəyinə, kiminsə 

öləcəyinə işarə kimi qiymətləndirir. 

     12)Neologizm psixi pozuntu ilə əlaqədar meydana çıxan yeni sözlərə, ifadələrə 

deyilir. Xəstələr bu sözlərə özlərinə məxsus mənalar verir, sonralar isə (sağalarkən) 

onu  unudurlar.  Məsələn,  söhbət  zamanı  xəstənin  işlətdiyi  “söndüm”  sözünün 

mənasını soruşduqda o, demişdi: bu söz söyüd ağacının dibində olmaq deməkdir. 

     İ.P.Pavlovun  fikrincə  təfəkkürün  sürətlənməsinin  beyin  qabığında  oynamanın 

güclənməsi  və  daxili  şərti  ləngimənin  zəifləməsi  ilə,  təfəkkürün  tormozlanmasını 

isə beyin qabığında daxili ləngimənin oynamaya üstün gəlməsi ilə izah etmək olar. 

Təfəkkürün  müfəssəlliyi  əsas  sinir  proseslərinin  patoloji  durğunluğu  ilə 

əlaqədardır. Perseverasiya isə beyninin müəyyən sahələrində əmələ gələn patoloji 

durğunluğun  oyanması  ilə  izah  edilir.  Təfəkkürün  qırıqlığı  zamanı  ikinci  siqnal 

sisteminin əhatə edən sahələrin tormozlanması müşahidə olunur. 

 

Təfəkkürün məzmunca (keyfiyyətcə) pozuntuları 

 

   Bu növ pozuntuları təfəkkürün patologiyası ilə əlaqədar meydana çıxan patoloji 

məhsulat  da  adlandırılır.  Bunlara  sayıqlama  ideyaları,  sarışın  hallar  (ideyalar)  və 

yüksək qiymətli ideyalar aiddir. 



    Sayıqlama ideyaları. Psixi xəstəliklərlə əlaqədar əsassız yaranan və həmin şəxs 

tərəfindən  tənqidi  münasibət  bəslənilməyən  əqli  nəticələrə  (ideyalara,  fikirlərə  və 

münasibətlərə) deyilir. 

    Sayıqlamalar  psixi  xəstəliklər  zamanı  tez-tez  rast  gəlinən  əlamətlərdəndir. 

Təfəkkürün  forma  pozuntularından  fərqli  olaraq  burada  xəstənin  söylədiyi 

fikirlərin  məzmununun  düzgün  olmaması  nəzəri  cəlb  edir.  Bəzi  psixi  sağlam 

şəxslərdə  rast  gəlinən  səhv  fikirlər,  mülahizə  və  ümumiləşdirmələri  sayıqlama 

adlandırmaq  olmaz.  Bir  sıra  hallarda  (məsələn,  istintaq  prosesində)  yalan 

mülahizələrin söylənilməsini də sayıqlamalardan təcrid etmək lazımdır. Sayıqlama 

fikirlərinin  məzmununa    xəstələr  nəinki  inanır,  eyni  zamanda  onu  inadkarcasına 

sübuta yetirməyə çalışırlar. Bir qayda olaraq, sayıqlama fikirləri olan xəstələrdə bir 

sıra  başqa  psixi  əlamətlərində  olması  diqqəti  cəlb  edir.  Belə  adamlar  heç  bir 

məqsəd  güdmədən  “fikirlərini”  sübuta  yetirməyə  can  atırlar.  Bu  məqsədlə  maddi 



14 

 

və  mənəvi  ziyan  çəkməsinə  baxmayaraq  öz  məqsədindən  çəkinmir.  Məsələn,  bir 



nəfər orta savadı olan, mühasib köməkçisi işləyən şəxs “Yeni ulduz” kəşf etdiyini 

sübut  etmək  üçün  müxtəlif  elmi  idarələrə,  nazirliklərə,  mətbuat  orqanlarına 

müraciət edir, həftələrlə işə çıxmır və s. 

    Xəstədə sayıqlama fikirlərinin olmasını təsdiq etmək üçün təkcə onun söylədiyi 

ideyalarla deyil, eyni zamanda onun digər hərəkətləri ilə də maraqlanmaq lazımdır. 

Məsələn,  ailə  üzvlərinə  münasibəti,  iş  yerində  özünü  necə  aparmalı,  əmək 

fəaliyyətini dəyişməsi, xəstənin xarici gərgin, davranışı və s. təhlil edilməlidir. 

     Bəzi  müəlliflər  sayıqlamaları  birincili  və  ikincili  olmaqla  iki  qrupa  bölürlər. 

Qavrama  pozuntuları  ilə  (illüziyalar,  hallüsinasiyalar)  əlaqədar  olaraq  meydana 

çıxan  sayıqlama  ideyaları  isə  ikincili  adlanır.  Belə  bölgü  təcrübü  cəhətdən  az 

əhəmiyyətlidir.  Sayıqlama  ideyalarını  məzmununa  görə  fərqləndirmək  daha 

məqsədəuyğundur. 

    Sayıqlama ideyalarını 3 böyük qrupa bölmək mümkündür: 

    1.Münasibət sayıqlamaları; 

    2.özünü böyütmə sayıqlamaları; 

    3.özünü kiçiltmə sayıqlamaları. 

   Münasibət  sayıqlamaları  müşahidə  edilən  xəstələr  belə  hesab  edirlər  ki,  ətraf 

mühitdə olan hər şey onlarla müəyyən dərəcədə əlaqədardır. Xəstəyə elə gəlir ki, 

bütün tanışlar və yadlar ona mənalı surətdə baxır, pıçıldaşır, onu lağa qoyurlar və s. 

Belə  hallarda  normal  davranış,  xəstəni  əhatə  edən  adamlarla  qarşılıqlı  münasibət 

xeyli  çətinləşir.  Bunun nəticəsində  xəstədə “mənə    niyə  belə  baxırsınız”,  “hamı 

mənə  nifrət  edir”,  “məni  həbs  etmək  üçün  faktlar  toplayırlar”  və  s.  sayıqlama 

mülahizələri meydana çıxır. 

   Münasibət sayıqlamalarının aşağıdakı kliniki formalarına rast gəlinir. 

  1)Təqib  sayıqlamaları  zamanı  xəstələrə  elə  gəlir  ki,  bir  qrup  adamlar,  bəzən  isə 

bir  nəfər  naməlum  şəxs  “xüsusi  tapşırığa”  əsasən  onu  izləyir,  onun  bütün 

hərəkətlərini, kimlərlə görüşməsini qeydə alır. 

    2)Təsir sayıqlamalarında xəstə güman edir ki, ona müxtəlif vasitələrlə, məsələn, 

hupnoz,  rentgen  və  lazer  şüaları  ilə  təsir  göstərirlər.  Beləliklə,  onun  fikirlərini 

çaşdırır, hərəkətlərinə mane olur və ya onu xəstələnməyə vadar edirlər. Bir nəfər 

xəstə  ona  göstərilən  “təsiri”  belə  izah  edirdi:  “Mənim  qeyri-adi  ixtiyarlarımı, 

allahla  olan  əlaqəmi  bir  qrup  adamlar  öyrənmək  üçün  xüsusi  aparatdan  istifadə 

edir,  həmin  aparat  onların  süni  gözlərinin  içərisində  yerləşmişdir.  O  aparatlar 



15 

 

mənim  fikirlərimi  yazır,  sonra  isə  beynimi  kütləşdirir.  Məqsədləri  ixtiramı 



mənimsəmək, məni isə dəli etməkdir”. 

      3)  Zəhərləmə  sayıqlamalarında  xəstə  söyləyir  ki,  onu  zəhərləmək,  xəstəliyə  

düçar  etmək  və  ya  öldürmək  istəyirlər.  Bu  məqsədlə  yeməyinə  dərman  tökür, 

yaxud  da  müalicə  dərmanı  əvəzinə  güclü  təsirə  malik  kimyəvi  maddələr  verirlər. 

Belə  sayıqlamaları  olan  xəstələr  çox  vaxt  yeməkdən  və  dərman  qəbul  etməkdən 

imtina edirlər. 

       4) Cadu sayıqlamalarında xəstələr inanır ki, onları cadu ediblər. Ona görə də 

bədənləri zəifləyib, gücdən düşübdür. 

       5)  Taqsırlandırma  sayıqlamaları  zamanı  xəstələr  təkidlə  sübut  etməyə 

çalışırlar ki, ətrafdakı adamlar:  iş yoldaşları və ya qohumları onu hər hansı bir pis 

hərəkətdə (məsələn, ərizəbazlıqda, demaqoqluqda, nəlayiq hərəkətlərdə, oğurluqda 

və s.) təqsirləndirirlər. Ona görə də onunla hanı küsülü kimi rəftar edir, ondan üz 

döndəriblər.  Belə  xəstələr bəzən günlərlə evdən  bayıra  çıxmır,  aramsız  olaraq bu 

sözləri təkrar edirlər: “Mən heç vaxt oğru və ləyaqətsiz adam olmamışam. Nə üçün 

mənə  inanmırsınız?”.  Bu  növ  sayıqlamalar  qocalıq  önü  psixozlarda  tez-tez  rast 

gəlinir. 

       6)  Qısqanclıq  sayıqlamalarında  xəstə  öz  həyat  yoldaşını  əsassız  olaraq 

qısqanır, kiminləsə görüşməkdə günahlandırır. Bir xəstə söyləyirdi ki, əri hər gün 

işdən evə bir saat gec gəlir. Bu müddətdə o, sevimlisinin yanına gedir. Əri bazara 

getdiyini söylədikdə xəstə inanmır və deyirdi ki, yox o, bazara günorta fasiləsində 

gedib.  Başqa  bir  xəstə  60  yaşlı  həyat  yoldaşını  hər  gecə  saat  1-də,  əri  yuxuya 

getdikdən  sonra  yataqdan  durub  harayasa  getdiyini  söyləyirdi.  Sübut  üçün  yataq 

otağının  qapısına  tüpürcəklə  yapıdırdığı  qəzet  parçasının  yerə  düşdüyünü 

göstərirdi. 

       7) Məhəbbət sayıqlamalarında xəstə kiminsə onu alovlu sevdiyini söyləyir. 35 

yaşı olmasına baxmayaraq, ərə getməmiş qadın, bir nəfərin onu sevdiyini  söyləyir  

və  deyirdi:  nə  olsun  ki,  o,  evlidir  və  iki  uşağı  var,  o,  yalnız  məni  sevir,  bu 

yaxınlarda  həyat  yoldaşını  atıb  mənimlə  evlənəcək.  Nəyə  əsasən  belə 

fikirləşirsiniz?  Deyə  soruşduqda  xəstə  cavab  vermişdir:  hər  dəfə  məni  görərkən 

mənimlə salamlaşır və mənalı nəzərlərlə mənə baxır. 

      8) Özünüböyütmə sayıqlamaları zamanı xəstələr özlərini həddindən artıq gözəl 

qeyri-adi istedada malik şəxs hesab edir, olduqca dövlətli, güclü, bilikli olduqlarını 

söyləyirlər.  Bəzən  özlərini  hökmdar,  sərkərdə,  alim,  yaxud  da  allah  kimi  qələmə 

verirlər. 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə