Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

 

   1.Anadangəlmə ağıl zəifliyi – oliqofreniya 



   2.Qazanılma ağıl zəifliyi – demensiya 

   3. Yalançı ağıl zəifliyi – psevdodemensiya. 

  Oliqofreniya  və  ya  anadangəlmə  ağıl  zəifliyi  (kəmağıllıq)  etiologiyası  müxtəlif 

olan  bir  çox  xəstəlikləri  əhatə  edir.  Onların  hamısı  üçün  xarakterik  olan  iki  əsas 

xüsusiyyət bunlardır: 

1)

 



Müxtəlif dərəcəli intellektual çatışmazlıq; 

2)

 



bu çatışmazlığın daimi xarakter daşıması. 

   Oliqofreniya  başlıca  olaraq  irsi  çatışmazlıq  (Daun  xəstəliyi  və  s.)  patoloji 

hamiləlik:  ana  bətnində  dölün  infeksiyaya  və  ya  intoksikasiyaya  məruz  qalması, 

valideynlərdə  narkomaniyaya,  o  cümlədən,  alkoqolizm  xəstəliyi  ilə  əlaqədar 

meydana  çıxır.  Bir  sıra  hallarda  patoloji  doğuş,  o  cümlədən,  instrumental 

metodların düzgün tətbiq olunmaması, vaxtından əvvəl doğuş, körpə vaxtı müxtəlif 

beyin  infraksiyalarına  (meningit,  ensefalit)  və  ya  travmalara  məruz  qalmaq 

nəticəsində də yarana bilər. 

   Oliqofreniya, bir qayda olaraq, beynin ayrı-ayrı törəmələrin inkişafdan qalması və 

ya beyin  maddəsinin diffuz xarakterli disturda dəyişiklikləri ilə əlaqədar meydana 

çıxır.  Ağıl  zəifliyi  özünü  yalnız  idrak  prosesinin  (əqli  qabiliyyətin)  zəifləməsində 

deyil,  bir  sıra  digər  psixi  proseslərdə,  o  cümlədən,  danışıq  qabiliyyətinin, 

davranışın,  şəxsi  keyfiyyətlərin  pozuntularında  göstərir.  Belə  adamlarda 

qavramanın, diqqətin, yaddaşın, mücərrəd təfəkkürün qeyri-normallığı, özünə qarşı 

tənqidin enməsi tipik əlamətlərdəndir.  

    Ağıl  zəifliyinin  ikinci  forması  demensiyadır.  Qazanılma  ağıl  zəifliyi  və  ya 

demensiya  mərkəzi  sinir  sistemində  gedən  patoloji  prosesin  xarakterinə  görə  iki 

qrupa bölünür: a) qlobar (diffuz); b)lokunar (hissəvi) demensiya. Qlobar demensiya 

zamanı intellektual qabiliyyətin bütün sahələri pozulur, şəxsiyyət enir, özünətənqid 

itir.  Lokunar  demensiya  zamanı  isə  şəxsi  keyfiyyətlərin  əsas  cəhətləri  mühafizə 

olunur, əmək qabiliyyəti, özünütənqid yüksək dərəcədə pozulur. 

    Müxtəlif xəstəliklərlə əlaqədar meydana çıxan demensiya kliniki xüsusiyyətlərinə 

görə  bir-birindən  fərqlənir.  Məsələn:  beyin  hüceyrələrində  gedən  destruktiv 

dəyişikliklərlə  əlaqədar  meydana  çıxan  demensiya  zamanı  (serebral  atereskleroz, 

Pik və Altsheymer xəstəlikləri, beyin siflisi) başlıca əlamətlər aşağıdakılardan ibarət 

olur:  daima  artan  yaddaş  zəifliyi  və  əqli  qabiliyyətin  azalması,  nitqin,  yazı 

qabiliyyətinin pozulması. Belə xəstələr özlərini normal idarə edə bilmir, sərsəm və 

huşsuz görünürlər. 




 

    Epilepsiya  xəstəliyi  ilə  əlaqədar  meydana  çıxan  demensiya  zamanı  (buna 



epileptik demensiya deyilir)şəxsi keyfiyyətlərin kobud şəkildə dəyişməsini – nitqin, 

baxışın,  hərəkətlərin  durğunluğu,  təfəkkürün  müfəssəlliyi,  mimikada  əks  olunan 

donuqluq və s. bu kimi əlamətlər diqqəti cəlb edir. 

    Şizofrenik  demensiya  üçün  xarakter  son  dövrünə  yaxınlaşdıqca  daha  da  artır. 

Bəzən  yaddaşı,  bilik  ehtiyatları  ciddi  pozulmayan  belə  xəstələrin  nitqi    kasad,  

davranışı,  xarici  görkəmi  acınacaqlı,  emosiyaları  isə  sönmüş  olur.  Zünətənqidin 

olmaması  nəticəsində  şəxs  kobud,  gülünc,  bəzən  iyrənc  hərəkətlər  edir.  Hamının 

gözü  qarşısında  ananizmlə  məşğul  olur,  yeyilməsi  mümkün  olmayan  şeyləri 

(tabaşir,  torpaq,  yerdən  tapdığı  yemək  qırıntıları)  yeyir,  bədənini  tamailə 

çılpaqlaşdırmaqdan utanmır və s. 

    Ağıl zəifliyinin üçüncü forması psevdodemensiyadır. Bu sindrom bir sıra peaktiv 

hallarla  (o  cümlədən  psixozlarla)  əlaqədar  meydana  çıxır.  Müvəqqəti  xarakter 

daşıyır.Yəni digər ağıl zəifliklərindən fərqli olaraq davamlı olur. 

 

Təfəkkür pozuntuları 

 

   Təfəkkür  ali  psixi  fəaliyyətin  insana  məxsus  bir  forması  olub,  cisim  və 



hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq 

qabiliyyətinə  deyilir.  Təfəkkür  prosesinin  əsasını  əqli  qabiliyyət  (insana  məxsus 

olan həyat təcrübəsi, bilik ehtiyatları) təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin 

aktiv fəaliyyət forması da demək olar. 

    Duyğu,  qavrama,  təsəvvür  proseslərindən  fərqli  olaraq  təfəkkür  zamanı  insan 

faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və 

digər  münasibətləri  nəzərdən  keçirir,  bunların  əsasında  mühakimə  yürüdür. 

Təfəkkür  prosesi  zamanı  biz,  subyektiv  hissiyyata  əsaslanan  faktlara  deyil, 

hadisələrin  daxili  varlığndan,  mücərrəd  keyfiyyətlərindən  yaranan  və  onların  əsil 

mahiyyətini  aşkar  edən,  başqa  sözlə,  real  varlıqdan  yaranan  faktlara  əsaslanırıq. 

Məsələn,  qanaxma  ilə  xəstəxanaya  daxil  olan  xəstəni  müayinə  edərkən  həkim 

nəinki  qanaxmanın  nəyin  təsirindən  baş  verməsini,  itirilən  qanın  miqdarını, 

gələcəkdə  nə  kimi  ağırlaşmaların  ola  biləcəyini  təsəvvür  edir  və  bunlara  əsasən 

tədbir görür. 

    Təfəkkür  assosiativ  təsəvvürlərin  oxşarlığı,  uyğunluğu,  ahəngdarlığı  və  eyni 

zamanda  meydana  çıxması  kimi  proseslərə  əsaslanır.  Lakin,  təfəkkür 




10 

 

assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür 



məlum faktlar əsasında yeni fikir, yeni məzmun yaradır. 

    Təfəkkür  prosesinə  təsəvvür  və  anlayışların  inteqrasiyası  və  təhlili  əsasında 

müvəqqəti  əlaqələrin  yaranması  kimi  də  baxmaq  olar.(İ.P.Pavlov).  Təfəkkürün 

mərkəzi  sinir  sistemində  optimal  oynamanın  yaranması  və  induksiya  qanununa 

əsasən lazımsız fikirlərin və assosiyaların ləngiməsinə (tormozlanmasına)əsaslanır. 

Başqa  sözlə,  təfəkkür  məqsədəuyğun  şəkildə  müəyyən  istiqamətə  yönəlmiş 

proseslərin ardıcıl, müntəzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin 

ləngiməsi fonunda meydana çıxır. 

     Təfəkkür  normal  fəaliyyəti  yalnız  düşüncə  aydın  olduğu  halda  mümkündür. 

Düşüncənin  bu  və  ya  başqa  dərəcədə  pozulması  təfəkkürün  yeknəsəkliyinə, 

əlaqəsizliyinə, bəzən isə avtomatik  fəaliyyət göstərməsinə səbəb olur. 

     Təfəkkür  insanın  yaradıcı  fəaliyyətinin  əsasını  təşkil  edir.  Ona  əsaslanaraq  biz 

maddi  nemətlər  istehsal  edir,  sənət  əsərləri  yaradır  və  fəaliyyətimizi  idarə  edirik. 

Təfəkkür  prosesi  zamanı  biz  faktları  təhlil  edir,  umumiləşdirir  və  yeni  nəticələrə 

gəlirik. Məsələn, həkimin xəstəni müayinə etməsi, diaqnoz və müalicə təyin etməsi. 

    Təfəkkür  idrak  prosesinin  yüksək  bir  forması  olmaqla  özü  də  bir  neçə 

mərhələdən ibarətdir: 

   1.Təsəvvürlər – keçmişdə qavranılmış və yaddaşımızda iz buraxmış hadisələrdir. 

Bunlar real varlığı əks etdirən faktlar olub konkret təfəkkürün əsasını təşkil edir. 

   2.Anlayış–təsəvvürlərin ümumiləşdirilməsi, onların əlaqələndirilməsi, abstraksiya 

formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır. 

   Təfəkkürün  ifadə  forması  nitqdir  və  yazıdır.  Nitq  insan  cəmiyyətinin  inkişafının 

müəyyən  mərhələsində meydana çıxmış və onun tarixi inkişafının başlıca cəhətini 

təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiyyətin əsasını təşkil edir. 

     Görkəmli  fizioloq  İ.P.Pavlov  ikinci  siqnal  sisteminə  aid  olan  tədqiqatları  ilə 

təfəkkürün  əsasında  duran  bioloji  proseslərin  mahiyyətini  aydınlaşdırdı.  Məlum 

oldu ki, ikinci siqnal sistemi təfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən 

ali prosesidir. 

     Təfəkkürün pozulması özünü iki formada göstərir: 

     I.Təfəkkürün kəmiyyətcə (formaca) pozulması; 

    II.Təfəkkürün keyfiyyətcə (məzmunca) pozulması. 

   Təfəkkürün kəmiyyət pozuntularına aşağıdakıları aid etmək olar: 



   1)Təfəkkürün sürətlənməsi fikirlərin axını, sürətlə bir-birini əvəz etməsi şəklində 

təzahür  edir.  Xəstələr  bəzən  sözləri  ardıcıl  ifadə  etməkdə  çətinlik  çəkirlər.  Nitq 




Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə