Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
1   2   3   4   5   6   7

 

     Anteroqrad  amneziya  –  travmadan  sonrakı  hadisələrin  bu  və  ya  başqa  müddət 

ərzində unudulmasına deyilir. Anteroqrad amneziyanın müddəti bir neçə dəqiqədən 

bir neçə günədək ola bilər. 

    Bəzən amneziya həm travmadan (hadisədən) əvvəlki, həm də travmadan sonrakı 

dövrləri əhatə edə bilər. Buna retroanteroqrad amneziya deyilir. 



    Retardik  amneziya  zamanı  xəstə  tutma  halından  çıxdıqdan  sonra  müəyyən 

hadisələri yadına gətirir. Lakin bir neçə gündən sonra hər şeyi unudur. Epilepsiya 

xəstəliyi  ilə  əlaqədar  düşüncənin  alaqaranlıq  pozuntularında,  beyin  damarlarının 

xəstəliklərində təsadüf edilir. 

    İnsanın  öz  şəxsi  həyatının  bəzi  mühüm  anlarının,  xüsusilə  ağır  təəssüratlarla 

əlaqədar  hadisələrin  unudulması  affektogen  amneziya  adlanır.  Bu  mərkəzi  sinir 

sisteminin  orqanik  xəstəliklərində  (beyin  damarlarının  aterosklerozu,  qocalıq 

psixozları) və isteriya nevrozu zamanı təsadüf edilir. 

     Bir  sıra  hallarda  xəstələr  əşyaların  adlarını  yadlarına  sala  bilmir.  Məsələn, 

qaşığın  adını  deyə  bilmir,  əvəzində  “bununla  xörək  yeyirik”  deyə  cavab  verir 



(amnestik  afaziya).  Bəzən  isə  xəstələr    harda  olduqlarını,  vaxtı  və  s.  unudur. 

Qocalıq ağıl zəifliyində rast gəlinən bu əlamət amnestik dezopientasiya adlanır. 



    Fiksatsion  amneziya  –  yadda  saxlama  qabiliyyətinin  pozulmasına  deyilir.  Bu 

zaman  o,  eşitdiyi,  şahid  olduğu  hadisələri  dərhal  unudur,  bəzən  bir  qədər  əvvəl 

gördüyü  adamla  yenidən  salamlaşır,  eyni  sözü  dəfələrlə  soruşur  və  s.  Korsakov 

amnestik  sindromunda,  kəllə  travmalarında,  beynin  şişlərində  və  digər  orqanik 

pozuntularda rast gəlinir. 

   Tədricən artan (proqressiv) amneziya – adından məlum olduğu kimi yavaş-yavaş 

güclənən  yaddaş  pozuntusu  olub  beyin  damarlarının  patologiyasında,  qocalıq 

psixozlarında rast gəlinir. Bu zaman, ilk növbədə, yaxın zamanda olan hadisələrin 

unudulması  nəzərə  çarpır.  Keçmişdə  olmuş  hadisələrə  qarşı  isə  yaddaş  uzun 

müddət  pozulur.  Bu  növ  yaddaş  pozuntularından  əziyyət  çəkən  məşhur  fransız 

yazıçısı  Stendal  məktublarının  birində  öz  vəziyyətini  təsvir  edərək  yazmışdır: 

”Artıq  6  aydır  ki,  dəhşətli  baş  ağrılarından  əzab  çəkirəm.  Qəflətən  mən  bütün 

fransız  sözlərini  unuduram.  Hətta  mənə  bir  stəkan  su  verin  –  deyə  bilmirəm.  Bu 

zaman  özümü  acgözlülüklə  müşahidə  eləyirəm.  Belə  hal  8-10  dəq.  davam  edir, 

sonra  sözlərə  qarşı  yaddaşım  bərpa  olur,  lakin  yorğunluq  hissi  məni  tərk  etmir. 

Fikirlərim  tamamilə  öz  qaydasında  olduğu  halda,  sözləri  unuduram”  .  Bir  ildən 

sonra Stendal insult xəstəliyindən vəfat etmişdir. 



 

     II.Yaddaşın  keyfiyyət  pozuntuları.  Paramneziyalar  (yunan  sözü  olub  raqa-

yanında, ətrafında, mnema –yaddaş, xatırlama deməkdir) adı altında təsvir olunan 

təhrif 


olunmuş 

yalançı 


xatırlamalara 

 

kriptomieziya, 



akekforiya, 

psevdoreminisensiya və konfabulyasiya aiddir. 



    Kriptomieziya  (kquryov-yunan  sözü  olub,  gizli  deməkdir)  başqasının  başına 

gələn  hadisələri,  onlara  məxsus  xidmətləri  öz  adına  çıxmaqla  xarakterizə  olunan 

yaddaş  pozuntusudur.  Xəstələr  bildikləri,  eşitdikləri  hadisələrin  kimə  məxsus 

olduğunu,  nə  vaxt  baş  verdiyini  unudaraq  onları  öz  adına  çıxır,  keçmişdəki 

hadisələri  isə  təzə  baş  vermiş  hadisə  kimi  qələmə  verirlər.  Başqa  sözlə 

kriptomieziyalarda məlumatın mənbəyi və vaxtı unudulur. Bunun üçün şəxs həmin 

hadisələri  öz  başına  gələn  hadisə  kimi  yadına  salır.  Xəstələrin  bu  qəsdən  və 

müəyyən məqsəd üçün etmədikləri söhbət əsasında asanlıqla aydın olur. 



      Akekforiya  –  yada  salmanın  çətinləşməsi  ilə  xarakterizə  olunan  pozuntudur. 

Deyiləcək sözün (fikrin) əvvəlini şəxsin yadına salan kimi hər şey yada düşür. 



      Psevdoreminisensiya  -  yanlış,  düzgün  olmayan,  yalançı  yaddaş  (xatırlamalar) 

olub hadisələrin vaxtının, tarixinin təhrif edilməsi ilə xarakterizə olunur.Məsələn, 

qardaşının dostu ilə qarşılaşan bir şəxs, ona qardaşının üç gün bundan əvvəl böyük 

müvəffəqiyyətlə  dissertasiya  müdafiə  etdiyini  söyləyir.  Əslində  isə  qardaşı  6  il 

bundan  əvvəl  dissertasiya  müdafiə  etmişdir.  Psevdopeminisensiya  alkoqol 

psixozlarında,  beynin  şişlərində,  travmatik,  postinfeksion  psixozlarda,  mərkəzi 

sinir sisteminin sifilisində və s. hallarda təsadüf olunur. 

     Konfabulyasiya  –  heç  vaxt  baş  verməmiş  və  baş  verməsi  mümkün  olmayan 

qeyri-real, fantastik məzmunlu, hadisələrin “xatırlanmasına” deyilir. Məsələn, uzun 

illər psixiatriya xəstəxanasında müalicə olunan 60 yaşlı bir xəstə şöbədə yeni bir 

adam görən kimi keçmişdəki işlərindən söhbət açaraq deyərmiş ki, Bakı şəhərinin 

1930-cu  ildə,  yanvar  ayının  1-dən  2-nə  keçən  gecə  mən  saldırmışam.  100  min 

qullarım  var  idi,  əmr  etdim  onlarda  tikdi.  Başqa  bir  xəstə  bütün  balıqların  və 

quşların  dilini  bildiyini  söyləyirdi.  Bu  pozuntu  beyin  siflisində  proqressiniflic 

xəstəliyində təsadüf edilir. 

 

                             Yaddaşın bioloji mexanizmi 

    Bəzən  müəlliflərməlumatların  beyində  toplanmasında  qlial  hüceyrələrə  və 

limbik  sistemə  böyük  əhəmiyyət  verirlər.  İ.P.Pavlova  görə  yaddaşın  fizioloji 

əsasını  şərti  reflektor  fəaliyyət  təşkil  edir.  Şərti  reflekslərin  hərtərəfli  tədqiqi 



Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə