Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   ...   23

Bununla bağlı bir məsələ də, seçicilərin əminliklə tələb etmələri və siyasətçilərin onları buna 

inandırmasıdır.   Siyasətçilər   deyirlər   ki,   onların   müxtəlif   sosial   problemlərin   həllinə   yönəlik 

atdığı   addımlar   işləkdir   və   onların   opponentlərinin   fikirləri   məzəmmətə   layiqdir.   Lakin   bu 

iddialar aldadıcı və azdırıcıdır. Bir şeyin işlək olmasına görə isə zəmanət yoxdur. 

İnsanlıq tarixinə baxanda bu gün baş verən dəyşikliklər daha da sürətlə yaranır və proqressiv 

olaraq   baş   verir.   Problemlər   də   öz   miqyasına   görə   yaranır   və   bəzi   hallarda   bu   tamamilə 

spiralvari şəkildə əyilərək nəzarətdən çıxır. Misal üçün, qlobal istiləşmə haqda bu gün real 

olaraq   inamsızlıq   mövcuddur   (yox   əgər   bu   varsa,   onda   niyə   pis   təsirini   göstərmir). 

Qabaqcadan yer planetinin nə qədər qızacağını demək mümkünsüzdür. Yer planetində olan 

bütün buzlaqların hamsının tam əriməsinın nə ilə nəticələnməsi təsvir olunmazdır.

Bu gün biz dəyşikliyə həmişəkindən daha çox məruz qalırıq.  Biz indi könüllü olaraq risqlər 

edən   və   bunun   nəticəsi   haqda   mühakimələr   yürüdən,   yeni-yeni   davranışlar   və   liderlərin 

olmasını tələb edirik. Bunun əvəzinə biz, yenilikdən qaçan seçilmiş rəsmilər və bizi saymayan 

elektorat  tərəfindən bataqlığa cəlb olunuruq. 

Əminsizlik dinlə olan mütəşəkkil əlaqəsinə görə də demokratiya və dövlət üçün ikinci əsas 

əhəmiyyətə malikdir. Dinlər isə yuxarıdakı fikri qəti şəkildə inkar edirlər. Onlar ən nəhayyət öz 

hesab etdikləri kimi həyatda ən vacib olan məsələlər haqda danışırlar ki, (məqsədlərinin nə 

olduğunu və biz ölərkən nələrin baş verəcəyini) bu da qətiyyətsizlik kimi başa düşülmür və bu 

iddialar apokalips və nağıllardan yaranmış etiqada əsaslanır. Heç bir sübut da yoxdur. 

İnsanlar istədiklərinə inanmaq hüququna malikdirlər. Buna görə də din azadlığı deyilən bir 

məqam   da   var   ki,   burada   demokratiya   mütləq   şəkildə   qorunub   saxlanmalıdır.   Lakin   bu   o 

demək deyil ki, din hüquqları ona olunan etiqadın üzrəinə düşməlidir. Dövlətdə bu baş verirsə 

və ölkə xüsusi din tərəfindən idarə olunursa onda buna teokratiya deyilir. 

Teokratiya   tələb   edir   ki,   dominant   dinin   əsaslandığı   xüsusi   möcüzələrə   sən   də 

inanasan. Misal üçün isam teokratiyalarnda vətəndaşların Məhəmməd Peyğəmbərin yaşadığı 

əfsanələrə inanması tələb olunur. Bundan başqa hazırkı İslam liderləri inanırlar ki, onlar “ilahi 

səlahiyyətə” malikdirlər, buna görə də onlar öz nəsillərini Peyğəmbərin ailəsindən olması ilə 

əlaqələndirirlər. Məlumata görə Məhəmməd Allahla danışıbmış (və ya onun arzu-istəyi Cəbrail 

mələyi tərəfindən çatdırılırdı) və bununla da belə bir səlahiyyətə malik olur və müsəlmanlar da 

inanırlar ki, bu səlahiyyət gələcək nəsillərə ötürülüb.

İlahi səlahiyyət qeyri-legitimdir. Müsəlmanlar öz etiqadlarını etməkdə azaddırlar. Lakin 

onlar bunu öz yaşadığı cəmiyyətlərindən tutmuş eləcə də, hər yerdə, kimə gəldi, məcbur edə 

bilməzlər. Digər sözlə dövlət demokratik və “dünyəvi” olmalıdır. Dünyəvi olmaq da o demək 

deyil   ki,   hökümət   allahsızdır,   amma   cəmiyyət   üzvüləri   həyatda   dini   məsələlər   haqda 

istədiklərinə inanmaqda azaddırlar.

Demokratiya   prinsipləri   nöqteyi-nəzərincə   baxsaq   teokratiyada   insanlar   bərabərdir. 

Ancaq gərək onlar bunu tam mənada icra etsinlər. Bu zaman şəxsi azadlıq çox ciddi olaraq 

məhdudlaşdırılmış   olur.   Bura   məsuliyyət   də   aid   edilir   yəni   bu,   sadəcə   izləmək   üçün 

seçilməmişdir. 

-11-



Biz   bir   çox   müəmalarla   əhatə   olunmuşuq.   Həyat   etibarsızdır,   buna   görə   də   biz   seçim 

etməliyik. Burada bir sual meydana gəlir: Biz seçimimizi hansı əsasa görə aparmalıyıq? Öz 

azad istəyimizi necə ifadə etməliyik? 

Buna   cavab   fikrin   dəyərləndirilməsindən   başlayır.   Biz   dünyaya   nəzər   salaraq   nəyin   vacib 

olduğunu və məhz nəyi dəyərləndirmək barədə qərara gələ bilərik.

Bizim   planetdə   son   3.5   milyard   il   ərzində   həyatın   bütün   tərzləri   və   təbii   olaraq   vərdişləri 

formalaşıb. Bu arada xüsusi bir növ kimi inkişaf edən  Homo sapnis  son dərəcə fövqəladə 

olaraq   bəşəriyyət   mədəniyyətlərinın   əsasını   qoyub.   Bu   növ   müxtəlifliyi   Yer   planetinin 

doğurdan da necə bənzərsiz və gözəl olmasını göstərir. Bu bizim dünyanın əsil dəyərinin nə 

olduğunu müəyyən edir. 

Növ müxtəlifliyi getdikcə sıradan çıxır, təbii yaşayış mühitləri azalır, hər zaman təbii bəşəriyyət 

mədəniyyətləri   müasir   dünya   tərəfindən   “assimlyasiya”   olunur   və   belə   olduğu   təqdirdə   bu 

dəyərin bir hissəsi əbədi olaraq itirilir. 

Dəyər   anlamını   insanların   qrup   və   ya   fərd   halında   hansısa   etdikləri   fəaliyyət   kimi   də 

qiymətləndirmək   olar.   Əgər   belə   fəaliyyətlər   ətraf   mühitin   növ   müxtəlifliyini,   eləcə   də, 

mədəniyyətin   müxtəlifliyinin   qorunmasına   və   bunların   inkişaf   etdirilməsi   üçün   mühit 

yaradılmasına yönəlik olursa, onda bunlar qəbul ediləndir. Əgər bu fəaliyyət bir başa və ya 

dolayı da olsa növ müxtəlifliyinə bundan sonrakı inkişafı ləngidərək pis təsir edirsə onda bu, 

qəbul edilən deyil.

Bu o demək deyil ki, müasir dünyamızda dəyər veriləsi heç bir şey yoxdur. Yaxın son on il 

ərzində həm öz-özlüyündə, həm də praktiki nəticəsinə görə (xüsusilə ekonomik həyatda) idrak 

partlayışları   baş   vermişdi,   hansı   ki,   əlbətdə   dəyərli   hesab   olunur.   Lakin   bütün   müasir 

məziyyətlərin bu cür oxşar dəyərləri olmur. Əksər müasir məziyyətlərin nəticəsi bunu yeni 

başa düşənlər üçün bir tərəfli olur və ya dünyanın inkişaf etdirilməsində korporativ axtarışlar 

pul   qazanmaq   üçün   olunur.   Burada   sonuncu   ətraf   mühit   və   mədəni   növ   müxtəlifliyinə   və 

həmçinin   bizim   bərabərliyimizin   əsas   prinsiplərinə   hücum   etdiyinə   görə   tez-tez   dərin,   pis 

aqibətlə üzləşir.

5. ETIKA 

Əgər   biz   seçimimizdə   azadıqsa   və   yaxşı   seçim   etmək   üçün   məsuliyyət   daşıyırıqsa   bu   o 

deməkdir ki, onda bizə həyatımızı yaşadığımız müddətə də, təsəvvürümüzdən kənarda olsa 

da belə, ona hörmət etmək, qorumaq və onu hərtərəfli inkişaf etdirmək üçün buna  bir əsas 

olmalıdır.   Bu   əsas   -   etika   adlanır.  Sadəcə   nəzər   salmaqla   bilinən   etika   -   davranışın 

güzgüsüdür. Bütün mümkün olan situasiyalarda bizim davranışımızın idarə edilməsində bir 

çox prinsiplər mövuddur.

Etikanın əsası əvvəlcədən edəcəyin aktın nə ilə nəticələnəcəyini nəzərə almaqla başlayır. Hər 

dəfə davranışın digər insanlara, ətraf mühitə eləcə də mədəniyyətinə və millətinə zərər verirmi 

deyə özün-özündən soruşmalısan. Sən bu barədə narahat olmağa başlayanda bu hər zaman 

özünə bəraət qazandımaqla başa çatmamalıdır (eləcə də, həyatınızı dolğun, mənalı yaşamaq 

üçün şəxsi etika mövcuddur). Beləliklə etikanın funksiyası bizim təbii insani eqoizmimizə qarşı 

-12-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə