Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   ...   23

İkinci   görünməz   şərt-   azad   istəyin   olmasıdır.   Əgər   bu   mövcud   deyilsə   fərdi   azadlıqdan 

danışmaq da faydasızdır. Doğurdan da həyatda azad istəyin olması çox vacib məsələdir. Bu 

istəklə biz öz seçimimizi edə bilərik, etdiyimiz seçimin düzgün olmasına çalışmaqla isə bütün 

məsələləri yaxşılığa doğru dəyişə bilərik. Bu güc bizdə var. 

Siz   öz   şəxsiyyətinizin   bəzi   qeyri-genetik   aspektlərinin   təsiri   altına   düşməsəz   nəyi   edib-

etməməniz barədə qərara gəlmək imkanına malik olacaqsız. Bu istək sizin verdiyiniz bütün 

qərarları, ən kiçiyindən tutmuş ən böyüyünəcən yəni, hal hazırda, nə etmək lazım olduğunu 

və özünün istədiyin bir adam olmaq üçün həyatda hansı kursu tutmalı olmağın haqda düzgün 

istiqamət verə bilər. 

Bundan başqa, burda xülya azad istək kimi bir problem də var. Bu o zaman baş verə bilər ki, 

özünüzün hesab etdiyiniz hərəkət əslində başqa birinin istəyi ilə olub. Buna misal- reklam 

olunmadır ki, insanlar inanarlar ki, öz şəxsi istəkləri ilə alış-veriş edirlər, lakin, onlar əslində 

onlarda dərin təsir yaratmış reklam vasitəsilə çatdırılan dinamik modeli icra edirlər.

Bundan başqa kollektiv istək deyilən belə bir şey də mövcuddur. Bu, ümumi məqsədə çatmaq 

üçün fərdi istəklərin birləşməsidir. Kollektiv istəkdə də yalnışlıq ola bilər. Bu, biz mənfi sosial 

təsirlər ucbatından qayda-qanunu gözləmədən qrup halında yox,  izdihamın ardınca qaçan 

zaman baş verə bilər.

İstək həmçinin ləyaqətin olmasından qaynaqlanır. Bu sizin özünüzü ağır və çətin tapşırıqların 

öhdəsindən gəlməyinizə imkan verir. Belə olması öz növbəsində öhdəçilik və bir çox hallarda 

cəsarət   tələb   edir.   Başqa   sözlə   deyiləni   etməkdənsə   istədiyin   hər   şeyi   et,   ən   yaxşısı   isə 

tanımadığına qarşı ol... Misal üçün: azad istəkdən qaynaqlanan qoçaqlıq diktatorluq əleyhinə 

olan üsyana görədir. Diktatorluqda sizin azad istəyiniz sizin özünüzdən oğurlanmışdır, gərək 

siz onu vuruşmaqla geri alasınız.

Biz öz cəsarətimizi, hələ yeni digər bir “yox” prinsipi meydana çıxan zaman və ya vərdişlərlə 

mübarizə apararkən də göstəririk. Mübarizə zamanı hətta aydın eşidilən səslə belə “Yox, mən 

bunu bir daha yenidən heç vaxt təkrar etməyəcəm”  demək daha asandır, amma xətaları bir 

daha etməmək əslində çox çətindir. 

Diplomat və siyasətçilər tərəfindən heç bir vaxt yerinə yetirilməyən bu prinsipə aid bir digər 

misal onların heç bir vaxt dünyada diktaturanın törətdiyi qəddarlıqlara qarşı sərt və ona qarşı 

aktiv olaraq son qoyulmasına cəhd etməmələridir. 

Nəhayyət azad istək demokratiya üçün çox əhəmiyyət omaqla, həmçinin bunu etməkdə azad 

olan   elektoratın   əsaslı   seçim   etmək   iqtidarında   olmasının   mövcudluğunu   da   öz   üzərinə 

götürür.  

Üçüncü şərt – etdiyiniz hər şeyin dünyaya və özünüzə təsiri var və bunun üçün siz məsuliyyət 

daşıyırsınız. Siz qurban deyilsiz. Siz deyə bilməssiniz ki, bunun günahkarı mən deyiləm. Sizin 

də öz düşüncəniz var, siz də öz-özünüzü dərkə maliksiniz (ümumi qəbul edildiyi kimi tam yox), 

ona görə də siz nə etdiyinizi bilirsiniz, siz məsuliyyət daşıyırsız.  

-9-



Həqiqi  şəxsi   məsuliyyətı   görə   bilmək   çox   vacibdir.   Həm   bir   fərd,   həm   də,   bir   qrup   kimi, 

daşıdığınız o məsuliyyət ki, sizə bu barədə, sən də sosial vəzifəni yerinə yetirməlisən deyirlər. 

Belə sosial tələblərin diktatorluğa zəmin yaratmasının səbəbi sizin onunla çox götür-qoydan 

sonra   məhz   razılaşaraq   qəbul   etdiyiniz   zaman  baş   verir.   Beləliklə,   belə   qrupların   sizdən 

etdikləri tələbə görə öz şəxsi azadlığınızdan imtina etmək sizə çox ağır başa gələr.

Bununla əlaqədar olaraq şəxsi məsuliyyətin mövcud olması, yaşadığımız bütün problemlərin 

səbəbini günahkar bildiyimiz sosial institutlar, hakimiyyət, dinlər, məktəblər, koorparasiyalar, 

media və elə bizim özümüzük və bu, bizim bir insan kimi şəxsi zəifliyimizi göstərir. Beləliklə 

individual   insanlar   xudbin   olduqları   üçün   əməkdaşlıq   etmək   əvəzinə   yarışa   girirlər, 

cəmiyyətdəki institutlar eyni ilə belə edirlər. Siz ilk olaraq davranışınızı dəyişə bilmirsinzsə 

sonra da heç nə edə bilməyəcəksiniz. Biz nəyə layiqiksə eləcə də dövlətimiz və bütün digər 

sosial institutlarımız var. 

 

4. İNAMSIZLIQ VƏ LƏYAQƏT

Həyatda   olan   çətinliklərə   görə   şəxsi   məsuliyyət   daşımaq   bundan   irəli   gəlir   ki,   dünya   çox 

mürəkkəb   və   mütləq   şəkildə   qeyri-müəyyəndir.   Biz   öz   çalışdığımız   fəaliyyətin   necə 

nəticələnəcəyinə əmin ola bilmirik. 

Bizim etdiyimiz hər şey dəyişikliyə və risqə məruz qalır. Bundan o tərəfə çıxış yoxdur. Biz hər 

şeyə əl atmalıyıq ki, nəyin necə olmağını görək və bilək. Səhvlər bu zaman yarana bilər, bu 

isə xərc deməkdir. 

Doğurdan da, hər şeyi səhv edə-edə və onun nəticəsindən əziyyət çəkərək öyrənirik. Bu əlini 

isti sobaya toxunduran uşağa aid tarixi bir atalar sözünə bənzəyir. “İstidir” sözünü özü əlini 

ona toxunduranacan anlamır.

Burdan belə çıxır ki, həyatın bizə bəxş edə biləcəyi, lakin, əslində isə azad olmayan şey, şəxsi 

azadlıqır. Həyat tələb edir ki, biz ziddiyətli, həm də öhdəmizdə olan məsələlər barədə fürsət 

olduqca və bəlkə də, bir az qətiyyətsiz də, olsa mühakimə edək və qərarlar verək.

Qətiyyətsizlik   məsələsi   demokratiyada   dərin   əhəmiyyətə   malikdir.   Demokratik   sistemlər 

çevikliyini və əhəmiyyətliyini saxlamaq üçün dövlət məmurlarının mütəmadi olaraq dəyişilməsi 

tələb olunur. Elektorat vasitəsi ilə baş verən bu dəyşikliklər bu işdə olan yeni insanlara fürsət 

və yeni ideyalar verir.

Bir çox demokratik dövlətlərdə yaranan belə bir problem vardır ki, əminlikdən doğan şövq 

hazırki vəzifəli şəxslərin istefa verməsini demək olar ki, mümkünsüz edir. Bu pis bir hal kimi 

səciyyələndirilir və hətta korrupsiyalaşmış olurlar, lakin seçicilər bundan ehtiyyat edərək hansı 

yolla   olursa-olsun   yenidən   onları   seçirlər   ki,   sonra   gələnlər   bundan   da   pis   ola   bilər 

(ehtiyyatlılığın yaradılması məsələsi vəzifədə olanları gücləndirir “siyasi reklam”).

Bu demokratik sistemlərin müddətinin niyə məhdud olmasının bir səbəbidir. Bir il müddətində 

hansısa bir vəzifəsi olan adam öz işi ilə məşğul ola bilər. Mübahisəli məsələlərdən biri də 

bunun bütün elektorial rəhbərliyə aid edilməsi və hətta vəzifələrin də təyin edilməsidir.

-10-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə