Müəlliflik hüququ Roland O



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10501
1   2   3   4   5   6   7   8   9   ...   23

universal seçkinin keçirilməsi zəruriyyətini də ortaya qoyur,  bununla da hər bir kəs uyğun 

yaşda səs vermək hüququnu əldə edir. İlk demokratik dövlətlərdən olan Birləşmiş Ştatların 

bünövrəsi qoyulduqdan sonra ancaq mülkiyyət sahibi olanların səs vermək hüququ var idi. Bu 

cür   standartın   tətbiq   olunmasının   özü   qeyri   –   demokratik   hesab   olunur.   Bu   cür   oxşar 

situasiyalara qadınların səs vermək hüququndan məhrum edilməsi və ya digər irqi və etnik 

qrupların   üzvülərinin,   yaxud   da   ayrı   dinə   pərəstiş   edənlərin   bu   kimi   hüquqlarının 

məhdudlaşdırılması aid idi. Bərabərlik dedikdə nə cəmiyyət, nə də dövlətin diskriminasiyaya 

getməməsi fikirləri də burada yer alır. Əgər biz bərabəriksə xarakterimizin necə olmasının 

mətləbə dəxli olmamalı və davranışımız kimsəyə zərər yetirməməlidir. Biz bərabər deyil, azad 

doğulduğumuz   üçün   bu   prinçiplər   bizə   bərabər   azadlığa   malik   olmamıza,   həyatımızı 

seçdiyimiz kimi yaşamağa,  istənilən yerə getməyimizə və istədiymizi etməyimizə imkan verir. 

Lakin bu prinsipcə belə olsa da, reallıqda bundan çox fərqlidir. 

Bizim   azadlığımız   bir   sıra   müxtəlif   səbəblərdən   məhdudlaşdırılır.   Cəmiyyətdən-cəmiyyətə 

şəxsi azadlığına  görə  fərdin öz hüquqlarını nə dərəcədə  başa  düşüb-düşməməsi   barədə 

müxtəlif fikirləri olur. Ümumi məhdudiyyətə birinin digər bir dinə etiqad edib - etməməsi aiddir. 

Misal üçün, sən Səudiyyə  Ərəbistanında bir müsəlman ailəsində yaxud da, başqa bir çox 

digər   müsəlman   olkələrindən   birində   dünyaya   gəlmisənsə   bu   zaman   sən   də   müsəlman 

olmalısan.   Sizin   burada   deməyə   heç   bir   sözünüz   də   olmaz,   yox,   buna   etiraz   edərsinizsə 

güllələnmə verilməsə də, ən azından  həbs olunarsınız. Bunun əksinə olaraq Çində xristianlığı 

qəbul etmək üçün isə dövlətin özünün seçdiyi kilsələrdən başqa digərlərinə getmək qadağan 

sayılır.  Yaranan   digər   çətinliklərdən   biri   də     azadlıq   və   bərabərlik   arasında   ziddiyyətlərin 

olmasıdır. Hər ikisi arasında mütəmadi olaraq konfiliktlər baş verir. Bu səbəbdən də bizim 

əsas   məqsədimizin   hansı   olması   barədə   dəqiq   qərar   verməliyik.   “Biz,   insanların   bərabər 

yaradılmasının döğruluğuna və bunun da, bütün çılpaqlığı ilə hamıya bəlli oduğunu hesab  

edirik”. Bu məsələ Birləşmiş Statlarda demokratik idealların tarixi əsaslarla tam təsdiq etdiyi 

“Azadlıq   haqda   Bəyannamədə”   aşkar   şəkildə   öz   həllini   tapmışdır.   Amerika   azadlıq 

bəyannaməsi bərabərlik haqda olan bəyannamə ilə başlayır, yəni burada birinci bərabərlik 

məsələsi   gəlir.  Əsil   azadlıq   təbii   qanunun   olması,   yaxud   da   güclülərin   zəiflər   üzərində 

dominantlığı kimi başa düşülür.  Belə olduğu təqdirdə cəmiyyətin gücü hüquqa əsaslanır və 

əgər   sənin  gücün  varsa   təbii  ki,   istədiyin   hər  şeyi   edə  bilərsən.   Belə   gücdə   olmaqla   sən 

diktator da ola və həmçinin, hamını qul vəziyyətinə sala da bilərsən.Tam bəllidir ki, təbii qanun 

qəbul   edilməzdir,   lakin   buna   qiymət   verərkən   çətinliklər   yaradan   digər   situasiyalar   da 

meydana çıxır. Azadlığın əsası-ləyaqət azadlığı, ağır işdə işləmək azadlığı və fərqli olmaq 

azadlığıdır. Ləyaqət öz-özlüyündə bir prinsip olmaqla öz nüfuzunu və səlahiyyətini uşaqlarına 

keçirən əsas nepotizm və valideyinlik kriteriyasıdır. Hər hansı birinin sosial vəziyyəti hansısa 

imtiyaza   deyil,   bacarığı   və   qazandığı   nəaliyyətə   əsaslanmalıdır.   Elə   məsələ   də   məhz 

burasındadır ki, ləyaqətdən daha çox qeyri- bərabərlik olan yerlərdə dəm vurulur. İnsanların 

ağır   işlə   məşğul   olması   onların   yalnız   fərd   kimi   inkişaf   etməsi   demək   deyil,   bu,   onları 

digərlərindən üstün edən həmçinin bir rəqabət vasitəsi kimi də anlaşılır. Onlar daha yaxşı 

olacaqlarına və buna görə daha yüksək qiymətləniriləcəklərinə hər zaman inanırlar. Aydındır 

ki, məqsədimiz bərabərliyi qoruyub saxlamaqdırsa onda, bəzən xöşbəxtlikdən, az olmasına 

baxmayaraq   və   bəzən   də   qeyri-   etik   hesab   edilən,   malik   olduğumuz   azadlığı   qurban 

verməliyik.   Digər   tərəfdən     hədəfimizdə   olan   azadlığı   yarışmaq,   udmaq,   zəbt   etmək   kimi 

ənənəvi üsullarla əldə etsək də, bərabərliyimizi qoruyub saxlaya bilməyəcəyik. Buna görə də 

biz bərabərliyi azadlıqdan daha üstün tutmalıyıq, ancaq burada sonuncu yenə də məqsəd 

olaraq qalır. Biz qeyri etik, bərabərliklə konfliktdə olmayan fəaliyyətin azadlığını axtarırıq.

-7-



3. ŞƏXSI  MƏSULIYYƏT

Demokratiya bir sıra prinsiplərə əsaslanır. Lakin onun çox zaman fikir vermədən ötürülən üç 

əsas şərti var. 

Onlardan ilki - həyatın əsas qaydalarından olan fəaliyyətin və onun aqibətinin necə olacağıdır. 

Həyat haqda bəzi fikirlər var ki, onlar qətidir, lakin bizim ondan nəticə çıxaracığımız bir şey də 

var. O budur: etdiyin və kiminsə tərəfindən edilən hər şeyin mütləq mənada nəticəsi olur.

İkincisi, bizim hamımız azad istəyə malikik. Biz həyatda mümkün ola bilən bir çox seçimlər 

arasında öz seçimimizi etməkdə azadıq.  Doğurdan da, azad istək olmasa idi fərdi azadlıq 

deyilən şey də olmazdı. 

Üçüncüsü,   əgər   fəaliiyətin   nəticəsi   olursa   və   həmçinin   seçimimizdə   azadıqsa,   deməli 

seçimimiz də mütləq yaxşılıqla nəticələnməlidir. Biz cavabdehik, nəticəsi olan, həm bir fərd 

yaxud qrup halında, bizə aid olan bütün şeylərə görə şəxsi məsuliyyət daşıyırıq.

Nəticə bir çox müxtəlif formalara malikdir. Bura bilə-bilə və qeyri-ixtiyari edilənlərin hər ikisi də 

aiddir. Bundan başqa, istənilən katiqoriya və dərəcələrdə fərdi hərəkətin hər iki formasının da 

bir sıra müxtəlif nəticələri ola bilər.      

Bilməyərəkdən   olan  aqibətlərdən  başqa,   görünməz  olaraq  baş   verənləri  də  var.   Biz   hətta 

onun necə yarandığını hiss belə etmirik. Aqibətin bu formasına görə ən tükürpədici misal, 

fərdin son olaraq dünyasını dəyişməsidir. 

Aqibətlər  yüngül və çox ciddi də ola bilir. Onu dərhal hiss edib bilmək və ya əksinə, uzun 

müddətdə   aşkar   etmək   mümkün   deyil.   O,   müsbət   və   ya   mənfi   də   ola   bilir,   bəzən   çətin 

vəziyyətlərdə bunların hər ikisi də baş verir. Misal olaraq texnalogiyaların geniş yayılmasının 

nə ilə nəticələnmiş olduğuna nəzər salın. Səhiyyə və yem istehsalı sahələrində olan inqilabi 

inkişaf, populyasiyanın əhəmiyyətli dərəcədə artmasına səbəb olursa da, digər tərəfdən də 

böyük   sosial   gərginliklərə,   cəmiyyət   qarşıdurmasına,   ətraf   mühitin   korlanmasına   və   növ 

müxtəlifliyinin məhv olmasına gətirib çıxarır. 

Fakt isə yerində qalır yəni, bunların hər zaman nəiləsə nəticələnməsi mütləqdir və olanda hər 

zaman təsirli olur. Ona görə heç zaman məhfumu da yoxdur və bu barədə deyildiyi  kimi, 

hoppanmamışdan əvvəl baxmalı və yaxud da fəaliyyətə başlamamışdan əvvəl düşünməli kimi 

olan belə fikirlər Predikativ Prinsipin əsası sayılır. Buna baxmayaraq bir çox insanlar bilə-bilə 

nadanlıq edirlər.  Görüləsi hər hansı bir işin nəticədə pis ola biləcəyini anlamaq və ondan 

müdafiə olunmaq əvəzinə onlar, belə bir şeyin olmasını inkar edərək, ümumiyyətlə mövcud 

olmadığını fikirləşirlər və belə olduğu təqdirdə də, adətən bu, qan-qaraçılıq davam edərək və 

sonda   daha   ciddi   nəticələrə   gətirib   çıxarır.   Buna   əyani   misal   xüsusi   ilə   Birləşmiş   Statlar 

tərəfindən qlobal istiləşmənin inkar edilməsi və ona qarşı olan hərəkətsizlikdir. Fəaliyyətsizlik 

özü də bir nəticə kimi qiymətləndirilir.

Buradan göründüyü kimi, fəaliyyətsizliyin də nəticəsi olur.

-8-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə