üçlər: Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və Məmməd
Əmin Rəsulzadədir. Bunlardan Ağaoğlu “İrşadçı”, Hüseynzadə
“Füyuzatçı”, Rəsulzadə isə “Açıq sözçü” idi. Azərbaycan
kültür hərəkatının müxtəlif cəbhələrində söz və qələm sahibi
olan bu üç millət xadimi, milli şüurumuzun yüksəlişində, dil və
ədəbiyyatımızın gəlişməsində, nəhayət, istiqlalımız uğrunda
canü dildən çalışmış, tariximizə ölkəmizin etibarlı övladları
olaraq keçmişlər” (103, s. 25-26).
Bu ziyalıları həm də ümumilikdə Şərq mədəniyyətinin
Rusiyada və Qərb ölkələrində təmsilçiləri saymaq olar. Təbii
ki, belə qarşılıqlı əlaqələrin bir sıra müsbət təzahürləri də
özünü göstərdi. Lakin tədqiqatçılar bu fikirdədirlər ki, rus
ictimai və elmi fikrinin Azərbaycanda mənəvi mədəniyyətin
inkişafı tarixinə təsirini bayağılaşdırmaq və şişirtmək olmaz:
“Milli azəri-türk elmində Şərq dillərinə və filologiyasına ardıcıl
və sistemli maraq Azərbaycanın Avropaya (Rusiyaya) qatılma
sından sonra başlamışdı. Peterburqda da, Moskvada da Rusiya
şərqşünaslığını, əslində, azərbaycanlı alim və mütəfəkkirlər
yaratmışdılar. A.A.Bakıxanov da, İ.Qutqaşınlı da, Mirzə Cəfər
Topçubaşov da, Mirzə Kazım bəy də... milli mədəniyyətə
xidmət missiyası ilə yanaşı, həm də (hüquqi, rəsmi vəzifələri
etibarilə də) geosiyasi strategiyasında hakim rus doktrinasına
qulluq göstərmiş və elə bununla da Rusiyanın Şərq siyasətinə
kömək etmişlər” (52, s. 174).
İqtisadi və siyasi həyatın ümumi mənzərəsinin dəyişməsi
də mədəni canlanmaya rəvac verən faktorlardan biri olmuşdur.
Belə ki, artıq XIX yüzilliyin sonlarından rus çarlığı əcnəbi
kapitalının Rusiya imperiyasına daxil olmasına icazə verir və
məşhur Avropa kapitalistlərinin Azərbaycana axını başlanır.
Qərbin məşhur kapitalistlərindən Nobel, Rotşild, Simens,
Vişau və b. neft çıxarılan yerləri çox yüksək qiymətə satın
alırlar. Neft mədənlərindən bəzilərini rus kapitalistlərindən
Koqorev, Şibayev, Bengendorf, Çubonin və başqaları, erməni
lərdən isə Mirzoyev, Sarkisov, Kukasov və digərləri ələ
20
keçirirlər. Bunlar və başqa kapitalistlər Azərbaycanın neftini,
misini, duzunu, kənd təsərrüfat məhsullarını və s. xam mal
larını Rusiyaya və Qərb ölkələrinə daşıdırdılar. Sənayedə
Azərbaycan türklərini H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza
Muxtarov, Şəmsi Əsədullayev, Mirbabayev və b. təmsil edir
dilər. “Artıq Bakı Avropa anlamında sənaye şəhərinə çevril
mişdi” (91, s. 95-96). Bu illərdə yerli kapitalistlərlə əcnəbi
kapitalistlər arasında kəskin rəqabət başlamışdı. Əcnəbilərlə
mübarizədə yerli kapitalistlər milli ziyalı zümrəsinə böyük
ehtiyac hiss edirdi.
Həm bu amillər səbəbindən, həm də hələ XIX əsrin 70-80-
ci illərindən Azərbaycan ictimai-siyasi fikrinə sızan müxtəlif
inqilab nəzəriyyələrinin təsirindən milli ruhlu zənginlərlə, mü
tərəqqi düşüncəli ziyalıların həmrəyliyi formalaşmağa başladı.
Onların maarif, mədəniyyət işlərinə yardım göstərmələri, xey
riyyə cəmiyyətləri yaratmaları, mətbuat, nəşriyyat sahələrini
himayə etmələri və s. məhz bu ehtiyaclardan doğurdu.
M.B.Məmmədzadə bu barədə belə yazırdı: “Bakıya hər tərəf
dən əcnəbi kapitalistlər dolurdu. Azərbaycanın bu quru, duzlaq
torpaqlarının məgərsə hər parçası bir altun imiş. Əcnəbi isti
lasına qarşı məhəlli burjuazisinin müdhiş rəqabəti başlamışdı.
Vücudə gələn yeni sənaye burjuazisi mühitin milli şüurunu
qıcıqlıyor və bu yolda çalışanları təmin ediyorlardı. Topçubaşi
Əlimərdan bəy, Hüseynzadə Əli bəy və Ağaoğlu Əhməd bəy
yüksək Avropa kültürünü mənimsəmiş və eyni zamanda milli
tərbiyə ilə mücəhhəd hazırlanan bu üç şəxsiyyət Hacı Zeynal
abdin Tağıyevin maddi yardımları ilə 1905-dən sonra mətbə
ələr və qəzetlər təsis ediyorlardı. “Həyat”, “İrşad”, “Füyuzat”
və rusca “Kaspi” bu zaman meydana gəlmişdi” (121, s. 35; 91,
s. 96).
Rusiyanın bir çox qəzetlərinə nisbətən, “Kavkaz” və “Kaspi”
qəzetləri Şərq mövzularına daha artıq diqqət yetirdiyi üçün
M.Şahtaxtinski,
H.Zərdabi,
S.Mehmandarov,
E. Sultanov,
T.Bayraməlibəyov, Ə.Ağaoğlu kimi Azərbaycan ziyalıları bu
21
qəzetlərdə yayınladıqları yazıları vasitəsilə xalqı maarifləndir
məyə çalışırdılar. Belə bir tarixi gedişat nəticəsində XIX əsrin
əvvəlində “Zakirlə doğan “vətən” anlamı, bu yüzilin sonlarına
doğru təkamül edərək “millət” anlamı ilə birləşmişdi (67, s. 45).
XVIII əsrin sonları və XIX əsrin əvvəllərindən etibarən
mədəniyyət dünyası tarixində ən böyük rol oynayan fikir cərə
yanları XX əsrin astanasında daha qüvvətli xarakter daşımış,
Avropa və Amerika hüdudlarını aşaraq Yaxın və Uzaq Şərq
ölkələrini də öz təsir dairəsinə almışdı. Milliyyət, cümhuriyyət,
demokratiya və müasirlik kimi dörd mühüm əsasa istinad edən
bu fikir cərəyanları artıq Azərbaycanda da cövlan etməkdə idi
(126). Milli Azərbaycan hərəkatını ideoloji mənşəyi etibarilə
Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və
demokratiya cərəyanlarını öz növündə birləşdirmiş bir hərəkat
hesab edən M.Ə.Rəsulzadə yazırdı: “Müsəlman və türk məm
ləkəti olması etibarı ilə Qafqaz Azərbaycanı nə din, nə irq, nə
də kültür baxımından onunla qətiyyən əlaqəsi olmayan Rusiya
tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu
kimi, tarixi ənənəsi türk və islam düşmənliyinə dayanan bu
dövlətə heç bir zaman isinə bilmədiyindən istər türkçülük və
istərsə islamçılıq ideyaları burada canlı inikasını tapmışdır.
Zamanın keçməsi və ictimai qüvvələrin açılması sayəsində,
cəmiyyət hərəkatına geniş xalq təbəqələrinin daha çox qovuş
ması nisbətində, Müsəlman Şərqin digər hər hansı bir məmlə
kətindən daha əvvəl Azərbaycandakı milli hərəkat “avropai”
bir şəkil almışdır” (127, s. 163).
Milliyyət və millət anlayışları ilə bağlı mənbələrdəki ümu
mi fikir əsasən belədir ki, dilləri, dinləri, adətləri, ənənələri,
tarixləri, vətənləri və sairələri bir olan insanlar bir milliyyət
təşkil edirlər. Bir milliyyətin millət halına keçməsi üçün isə
ümumi şüur və kollektiv iradənin formalaşması zəruridir. Bu
da “ictimai hafizə” vəzifəsini daşıyan orqanın vasitəsilə müm
kündür. M.Ə.Rəsulzadəyə görə müxtəlif zamanlara görə bu
orqan dəyişik olmuşdur. Məsələn, orta əsrlərdə bu vəzifəni
22
Dostları ilə paylaş: |