1
MÜAS R TӘDR S N ӘSAS PR NS P VӘ
METODLARI
Elşәn Rәsul oğlu Bağırzadә,
AzD U, Magistr Hazırlığı Mәrkәzinin inspektoru
Tәdrisin bütün formalarında ilk görülmәli olan iş onun mәqsәdlәrinin
müәyyәn edilmәsidir. Ümumi şәkildә yanaşsaq, tәdrisin mәqsәdlәrini
müәyyәnlәşdirәn tәhsil siyasәti vә tәhsil fәlsәfәsidir.
Tәdrisin mәqsәdlәri müәyyәn edildikdәn sonra isә, bu mәqsәdlәrә hansı
proqram, prinsip vә metodlarla nail olunacağı mәsәlәsi qarşıya çıxır.
Göstәrilәn mәqsәdlәrә nail olmaq üçün zәruri olan tәdris proqramı
Proqram Tәkmillәşdirmә (Program Development) fәnni tәrәfindәn hazırlanır.
Hazırlanan proqramın hansı formada reallaşdırılacağını isә Tәdrisin Prinsip vә
Metodları müәyyәn edir.
Tәdris prinsipi
Tәdris prinsipi dedikdә, tәdris prossesindә daim әmәl edilmәli olan, ona
zidd hadisә vә prosseslәrin baş vermәsinin yolverilmәz olduğu prinsiplәr başa
düşülür. Prinsiplәr predmet vә metodun seçilmәsindә dә müәyyәnedicidir.
Tәdrisdә uğur qazanmaq üçün münasib metoddan istifadә etmәk nә qәdәr
zәruridirsә, bәzi prinsiplәrә әmәl etmәk dә bir o qәdәr mühümdür.
Tәdris metodu
Metod müәyyәn edilmiş mәqsәdlәrә gedәn yoldur. Bu yolun әvvәlcәdәn
doğru-düzgün düşünülәrәk, analiz edilib planlaşdırılması lazımdır. Әks halda
hәyata keçirilәn tәdris prossesi çox qarışıq bir labrintdә çıxış yolu axtarmağa
bәnzәmiş olacaqdır. Metodun formalaşması üçün mәqsәdlәrin konkret vә
düzgün şәkildә seçilmәsi, fәaliyyәt prinsiplәrinin şәffaf formada ortaya
qoyulması zәruridir.
2
Hәr tәdris prossesinә cavab verә bilәn yeganә metod yoxdur. Metod tәhsil
pillәsi, predmet, mәqsәd vә tәlәbәlәrin psixoloji xüsusiyyәtlәrinә görә müxtәlif
ola bilәr. Hәr tәdris prossesi vә dәrsdә tәtbiq olunacaq metod da fәrqli ola bilәr.
Metodlar ümumi şәkildә formalaşdırılmaqla yanaşı, hәr dәrs vә tәdris formaları
üçün xüsusi şәkildә dә seçilә bilәr.
Dәrsә, mövzuya vә tәhsil pillәsinә uyğun fәrqli metodlar olduğu kimi, bәzi
tәlәbәlәrin bәzi metodlarla daha yaxşı öyrәndiyi, bәzi müәllimlәrin isә bәzi
metodlardan daha yaxşı istifadә etdiyi dә nәzәrә alınmalıdır. Ancaq metodun
sehirli bir formul olmadığını da bilmәk zәruridir. Müәllim dәrs deyәn zaman
mövzuya vә situasiyaya әn uyğun gәlәn metodu seçmәyә çalışmalıdır. Tәlәbәlәr
dә öz üzәrindә işlәyәn zaman әn uyğun metodu seçә bilmәlidir.
Qeyd etdiyimiz kimi hәr metod, hәr dәrs vә mövzu üçün әn münasib
olmaya bilәr. Dәrsin mәqsәd vә prinsiplәri, tәxminәn hәmin dәrsdә istifadә
edilәn metodu da müәyyәn edir. Böyük bir tәlәbә qrupuna xitab edilirsә, burada
diskusiya metodundan istifadә etmәyin mәnası yoxdur. Yaxud da, 15-20 nәfәrlik
tәlәbә qrupuna da, onların sual vermәk vә müzakirә etmәk arzularını nәzәrә
almadan, bir növ yüzlәrlә insana xitab etmәyә bәnzәyәn konfrans tәşkil etmәyin
dә mәnası yoxdur. Tәlәbәlәrin yaşı, maraq vә bacarıq sәviyyәlәri, keçilәcәk
mövzu ilә bağlı әvvәlcәdәn müәyyәn informasiya sahibi olub-olmadıqları da,
dәrsdә istifadә edilәn metodun seçilmәsinә tәsir göstәrir. Digәr tәrәfdәn hәr
hansı bir mövzu izah edilәn zaman bir tәlәbә qrupunda uğurlu olan metod,
başqa bir tәlәbә qrupunda uğurlu olmaya da bilәr.
Son zamanlarda gedәn bәzi proseslәr, hәm tәdris prinsiplәrindә, hәm dә
tәdris metodlarında bir sıra yeni meyllәrin meydana gәlmәsinә sәbәb olmuşdur.
Mәsәlәn, insan psixologiyasında vә tәdris olunan fәnlәrin strukturundakı bәzi
dәyişikliklәr tәlәbәyә daha da әhәmiyyәt verәn metodların formalaşdırılmasına
sәbәb olmuşdur. Eynilә tәhsil texnologiyalarında, tәdris vasitәlәrindәki
dәyişikliklәr, kompüter texnologiyalarının tәhsil müәssisәlәrinә sürәtlә daxil
3
olması da, tәdrisin prinsip vә metodlarında bir sıra dәyişikliklәrә gәtirib
çıxarmışdır.
Belәliklә, deyә bilәrik ki, әn yaxşı tәdris metodu әmәyә vә vaxta qәnaәt
edәn, tәlәbәnin şәxsiyyәtinә, inkişafına vә mәntiqinә uyğun olan, monoton
olmayan, tәlәbәnin aktivliyini artıran, onu motivasiya edәn, maraq vә
ehtiyaclarına cavab verә bilәn vә fәrdi fәrqliliklәri nәzәrә ala bilәn olmalıdır.
Müasir tәdrisin ümumi prinsiplәri
Müasir tәhsil sistemindә mövcud olan müxtәlif dәrslәrin, hәmçinin dәrs
mövzularının seçilib dәrsliklәrinin yazılmasında, hәmçinin dә o dәrsin
auditoriyalarda müәllimlәr tәrәfindәn işlәnmәsindә әsas götürülәn ümumi tәdris
prinsiplәri bunlardır:
•
Tәlәbәlәrә uyğunluq prinsipi;
•
“Bilnәnlәrdәn bilinmәyәnlәrә doğru” hәrәkәt edilmәsi prinsipi;
•
“Mücәrrәd olandan konkret olana doğru” hәrәkәt edilmәsi prinsipi;
•
“Yaxın olandan uzaq olana doğru” hәrәkәt edilmәsi prinsipi;
•
Qәnaәtçilik prinsipi;
•
Dәrslәrdә әyani vә ya qiyabi tanışlığın tәmin edilmәsi prinsipi;
•
Dәrslәrdә tәlәbәlәrin aktivliyinin tәmin edilmәsi prinsipi;
•
Dәrslәrin real hәyata yaxınlığının tәmin edilmәsi prinsipi;
•
Tәlәbәlәrin universal yetişdirilmәsi prinsipi;
•
Tәlәbәlәrin sosiallaşdırılması prinsipi;
•
Bilik vә bacarığın davamlılığı vә varisliyinin qorunub saxlanılması prinsipi;
Tәdris metodunun seçilmәsinә tәsir göstәrәn
amillәr
Yuxarıda qısa şәkildә qeyd etdik ki, münasib tәdris metodunun seçilmәsinә
tәsir göstәrәn amillәr vardır. Bunları ümumi şәkildә aşağıdakı kimi fәrqlәndirә
bilәrik:
•
Dәrsin xarakteri vә mәzmunu;
4
•
Tәlәbәlәrin xüsusiyyәtlәri:
Yaş, cins, bacarıq vә maraq sәviyyәlәri,
motivasiya imkanları, ailәlәrin sosial-iqtisadi vә mәdәni xüsusiyyәtlәri vә.s;
•
Müәllimin xüsusiyyәtlәri:
Yaşı, cinsi, tәhsil sәviyyәsi, nәzәri, dindar,
iqtisadi, siyasi, estetik vә.s tipdә olması;
•
Tәdris vasitәlәrinin imkanları:
Kompüter, tәpәgöz, slayt proyektoru,
epidiaskop, labaratoriya, TV-video, kitabxana vә.s kimi tәdris vasitәlәrinin
olub-olmaması vә ya istismara yararlılıq sәviyyәsi vә.s;
stifadә edilәn tәdris metodları
Müasir tәdrisdә, xüsusilә universitet tәdrisindә istifadә edilәn tәdris
metodları aşağıdakılardır:
Prezentasiya(presentation) metodu
Müasir dövrdә әn çox istifadә edilәn әnәnәvi tәdris metodlarından biridir.
Әsasәn sosial elmlәr sahәsindә tәtbiq edilir vә digәr bütün metodların tәtbiqi
zamanı da ondan istifadә edilir. Hәm müәllimin şifahi şәkildә, hәm dә müasir
prezentasiya proqramlarından(mәs. PowerPoint) istifadә edәrәk, şifahi vә
görüntülü şәkildә öz mühazirәsini auditoriyaya tәqdim edmәsidir.
Üstünlüklәri:
•
qtisadi cәhәtdәn sәrfәlidir;
•
Müәllimin qısa zamanda dәrsә hazırlanmasına imkan verir;
•
Hәr cür bilik, müşahidә vә araşdırmanı tәqdim etmәyә imkan verir;
•
Hәr zaman vә mәkanda tәtbiq edilmәsi mümkün olduğundan çevikdir;
•
Dәrsin planlı şәkildә aparılmasına vә müәllimin tam nәzarәti altında
keçmәsinә şәrait yaradır;
•
Tәlәbәlәrlә daha asan dialoqun qurulmasına imkan verir;
•
Daha geniş tәlәbә kontingentinә tәtbiq etmәyә imkan verir;
•
Tәlәbәlәrdә uzun müddәt sәbrlә dinlәmәk vә qeydlәr götürmәk
vәrdişlәrini aşılayır vә.s;
5
Çatışmazlıqları:
•
Tәlәbәnin daha çox eşitmә qabliyyәtini inkişaf etdirir;
•
Tәlәbәni passiv vәziyyәtә saldığından bәzәn onun diqqәtinin yayınmasına
şәrait yaradır;
•
Müәllimin biliyi, sәs tonu, intonasiyası vә.s onun tәlәbәlәr tәrәfindәn
dinlәnmәsinә çox tәsir göstәrir;
•
Bu metod daha çox nәzәri informasiyalara әsaslandığından, bәzәn
tәlәbәlәri әzbәrçilik vә doqmatizmә meyllәndirir;
•
Mövzunun daha çox tәdris zamanı mәnimsәnilmәsini tәlәb edir vә.s;
Sual-cavab metodu
Tәdrisin sual-cavab metodu, digәr metodların tәrkibindә işlәdilәn sual-cavab
üsulundan fәrqli olaraq, dәrsin başdan-ayağa sual-cavab formasında
aparılmasıdır. Sokrat, Yusif Xas Nacib kimi mütәfәkkirlәr tәrәfindәn geniş
istifadә edilәn bu metodda hәqiqәt, sual-cavab formasında aparılan geniş fikir
mübadilәsinin nәticәsindә üzә çıxarılır vә ya tәlәbәlәrә çatdırılır.
Üstünlüklәri:
•
Tәlәbәlәrin dәrsdә aktivliyini artırır;
•
Tәlәbәlәrin dinlәmә vә dialoq qabliyyәtini yüksәldir, onlarda azad
düşünmә vә danışma vәrdişlәrini formalaşdırır;
•
Tәlәbәni sosiallaşdırır, ona öyrәndiklәrini şәrh etmәk imkanı yaradır;
•
Tәlәbәnin özü-özünü qiymәtlәndirmәsinә şәrait yaradır;
•
Tәlәbәnin yada salmaq, mühakimә etmәk, qiymәtlәndirmәk, ani qәrar
vermәk vә yaradıcı düşünmәk vәrdişlәrini möhkәmlәndirir;
•
Hәr dәqiqә suala “mәruz qalmaq” ehtimalı olduğunu düşünәn tәlәbәnin
dәrsә marağı vә diqqәti artır;
6
•
Müәllimin tәlәbәlәrinin bilik vә bacarığını, mövzunu qavrama sәviyyәsini,
verilәn dәrsin nә qәdәr effektli olmasını operativ qiymәtlәndirmәsinә
imkan verir;
•
Verilәn
biliklәrin
möhkәmlәndirilmәsinә
vә
әsas
hissәlәrinin
vurğulanmasına imkan vermәklә, әzbәrçiliyin dә müәyyәn qәdәr qarşısını
alır vә.s;
Çatışmazlıqları:
•
Bәzәn hәdsiz sual-cavab vә verilәn sualların cavabsız qalması, müәllim vә
tәlәbәlәr üçün yorucu ola bilәr;
•
Verilәn suallara vaxtaşırı cavab verә bilmәyәn tәlәbәnin özünә olan
inamının zәiflәmәsinә gәtirib çıxara bilәr;
•
Әn әsas çatışmazlıqlarından biri mövzuların haçalandırılması vә proqramın
tam mәnimsәnilmәsinә ayrılan vaxtdan sәmәrәli istifadәnin aşağı
düşmәsidir;
Diskussiya(discussion) metodu
Diskussiya iki vә daha çox insanın hәr hansı bir mövzunu qarşılıqlı müzakirә
edәrәk, bir-birini dinlәyәrәk, tәnqid edәrәk, zәruri olduqda bir-birinә suallar
verәrәk araşdırmasına әsaslanan tәdris metodudur.
Üstünlüklәri:
•
Tәlәbәlәrin sosial münasibәtlәrini inkişaf etdirir, onlarda yardımlaşmağı vә
dostluq
әlaqәlәrinin genişlәnmәsini tәmin edir;
•
Tәlәbәlәri yetkin insan kimi üzvü olduqları demokratik cәmiyyәtin
diskussiyalarına hazırlayır, onlara müzakirә mәdәniyyәtini öyrәdir;
•
Tәlәbәlәrdә әks fikirlәrә qarşı dözümlülük vә diqqәtlә yanaşmaq vәrdişi
formalaşdırır, hәmçinin onların hadisә vә prosseslәrә tәnqidi yanaşa
bilmәk qabliyyәtini artırır;
•
Tәlәbәlәrdә mәsuliyyәt hissini artırır, onlarda öz hüquqlarını ardıcıl vә sivil
qaydada müdafiә etmәk bacarığı formalaşdırır;
7
•
Tәlәbәlәrin nitq vә ünsiyyәt qabliyyәtinin inkişafına şәrait yaradır;
•
Tәlәbәlәrin elmi biliklәri ilә yanaşı, bir sıra ruhi vә sosial xüsusiyyәtlәrini
dә açıq şәkildә ortaya çıxardığından müәllimin tәlәbәlәrini hәrtәrәfli
tanımasına әn yaxşı şәraiti yaradır;
•
Dәrslәrin dinamkliyini artırır, tәlәbәlәrin könüllü şәkildә dәrsә qoşulmaq vә
öz bacarıqlarını nümayiş etdirmәk hissini güclәndirir;
•
Әnәnәvi metodlarda müәllimdәn tәlәbәyә istiqamәtlәnәn birtәrәfli vә
nisbәtәn avtoritar formada hәyata keçirilәn informasiya axınının әvәzinә,
tәlәbәdәn tәlәbәyә çoxtәrәfli vә demokratik formalı fikir mübadilәsi vә
informasiya axını tәmin edilir vә.s;
Çatışmazlıqları:
•
Diskussiyada iştirakçıların bir-birinin üzünü görmәsi zәruri olduğundan,
onun tәlәbәlәrin arxa-arxaya oturduqları auditoriyalarda tәtbiq edilmәsi
çәtindir;
•
Metod çoxlu tәlәbәlәrin olduğu dәrs qruplarında keçirilә bilmir. Bunun
üçün mәhdud qrupların formalaşdırılması zәruridir;
•
Diskussiyalarda fikir haçalanması, fәrqli mәnafelәrin ziddiyyәtә çevrilmәsi
imkanları geniş olduğundan tәdbiri ciddi şәkildә idarә edә bilәcәk rәhbәrә
ehtiyac yaranır;
•
Diskussiya eyni sәviyyәli iştirakçılar arasında aparılmalıdır, әks halda
müzakirәdә iştirakçılar arasında yaranan kәskin fәrqlәr mövzunun ciddi
şәkildә araşdırılmasına imkan vermir vә.s;
“Problem hәll etmә” metodu
nsan hәyatda qarşılaşacağı problemlәrә soyuqqanlı şәkildә yanaşmalı,
onları cәsarәt vә әzmlә, elmi metod vә üsullardan istifadә edәrәk hәll etmәyә
çalışmalıdır. Bu baxımdan dәrslәrdә keçirilәn mövzular “problem hәll etmә”
8
metoduna uyğun olaraq, konkret problemlәri hәll edә-edә izah edilir, tәlәbәlәrә
problem hәll etmә üsul vә metodları öyrәdilir.
Üstünlüklәri:
•
Tәlәbәlәrә irәlidә üzlәşәcәklәri problemlәri, elmi metodla hәll etmәk
bacarığı aşılayır;
•
Tәlәbәlәri dәrsliklәrlә yanaşı digәr mәnbәlәrә dә müraciәt etmәyә mәcbur
edir;
•
Tәlәbәlәrdә araşdırma vә öyrәnmәyә qarşı maraq vә istәk formalaşdırır;
•
Nәzәri biliklәrlә real hәyat hadisәlәrini birgә qavramağa imkan verir;
•
Tәlәbәlәrdә öyrәndiklәri biliklәrә inam vә mәsuliyyәt hissi formalaşdırır;
•
Tәlәbәlәrin praqmatikliyini artırır vә.s;
Çatışmazlıqları:
•
Bәzәn tәlәbәlәr problemlәri qavramaq vә ya doğru qavramaq yetkinliyindә
olmaya bilәr vә ya belә mühitdә formalaşmaya bilәr;
•
Bәzәn problemin hәlli üçün zәruri mәnbәlәr vә vasitәlәrin olmaması,
tәlәbәlәri әlavә maddi xәrclәr çәkmәyә mәcbur edir;
•
Problemin hәlli üçün çoxlu vaxt vә enerji sәrf edilmәsinә baxmayaraq,
әldә edilәn nәticәlәr bәzәn çox cılız görünür;
•
Tәbiәt vә texniki elmlәrdә asanlıqla istifadә edilmәsinә baxmayaraq, sosial
elmlәrdә istifadә edilmәsi bir qәdәr çәtinliklәr yaradır;
•
Biliyin qiymәtlәndirilmәsi çәtin olur vә.s;
Ekskursiya-müşahidә metodu
Tәdrisdә müşahidә, hadisә vә proseslәrin tәbii vәziyyәtindә planlı vә
mәqsәdli şәkildә tәdqiq edilmәsidir. Müşahidә metodu әsasәn maariflәnmә
xarakterli dәrs gәzintilәri kimi dә qәbul edilir. Çünki çox vaxt tәlәbәlәri fabrik,
muzey, kitabxana, müxtәlif dövlәt idarәlәri, dağ, meşә, göl vә.s yerlәrә apararq
orada birbaşa müşahidә etdirmәklә biliklәr әldә etmәlәrini tәmin etmәk
9
mümkündür. Hәmçinin müşahidә siniflәrdә dә aparıla bilәr. Auditoriyaya
gәtirilәn hәr hansı bir model, tablo, film vә.s müşahidәvi tәdqiq edilә bilәr.
Üstünlüklәri:
•
Tәlәbәlәr onları qapalı auditoriyalardan, sinifin cansıxıcı mühitdindәn
ayırdığı üçün ekskursiyaya könüllü, hәvәslә qoşularaq, biliklәr әldә
etmәyә çalışırlar;
•
Bu metod vasitәsilә tәlәbәnin bir sıra duyğu üzvlәri eyni zamanda aktiv
fәaliyyәt göstәrdiyindәn әldә edilәn biliklәr sağlam vә dayanıqlı olur;
•
stifadә sferası genişdir. Hәr bir dәrsdә ekskursiya vә ya müşahidә
metodu ilә izah edilә bilәcәk çoxlu problemlәr tapmaq mümkündür;
•
Bu metoddan intensiv istifadә etmәklә tәdris müәssisәsi ilә cәmiyyәt
arasındakı münasibәtlәr daha da inkişaf edir, insanlar tәdris
müәssisәsinin vә tәlәbәlәrin fәaliyyәti haqqında daha real informasiyalar
әldә edirlәr vә.s;
Çatışmazlıqları:
•
Ekskursiyalar zamanı çox vaxt bәzi yerlәri gәzmәk üçün dövlәt
idarәlәrindәn icazә alınması, tәhlükәsizlik tәdbirlәrinin görülmәsi, sәfәrin
ciddi çәkildә planlaşdırılması kimi problemlәr qarşıya çıxır ki, onların hәll
edilmәsi çoxlu vaxt vә xәrc tәlәb edir;
•
Ekskursiyanın effektli olması üçün ekskursiya prossesindә yüksәk sәviyyәli
tәşkil işlәri görülmәlidir;
•
Tәlәbәlәrdәn yüksәk müşahidә qabliyyәti, sağlam duyğu orqanlarının
olmasını tәlәb edir vә.s;
Labaratoriya(eksperimental) metodu
Tәlәbәlәrin biliklәrini müşahidә vә tәcrübә apararaq әldә etdiklәri, nәzәri
biliklәri praktiki şәkildә hәyata keçirdiklәri metoddur. Müasir dövrdә texniki
elmlәrlә yanaşı, sosial elmlәr sahәsindә dә tәtbiq edilir. Tәlәbәlәr öyrәnәcәklәri
10
mövzuları labaratoriya vә ya xüsusi tәchiz olunmuş dәrsliklәrdә fәrdi vә ya
qrup formasında tәcrübә, müşahidә, bir sözlә tәtbiq edәrәk öyrәnmәnin bütün
üsullarından istifadә etmәklә tәdqiq edirlәr.
Üstünlüklәri:
•
Bu metodla tәlәbә tәcrübәnin necә aparılacağını vә necә nәticәlәnәcәyini
açıq şәkildә müşahidә edir. Tәlәbә birbaşa vә aktiv şәkildә bilik әldә etmә
sisteminin içindәdir;
•
Bir sıra duyğu üzvlәrindәn aktiv istifadә edilmәsi tәdris prosesini
asanlaşdırır;
•
Tәdrisdә fәrdiyyәtçiliyә üstünlük verilir. Öyrәnilәnlәrin yaddan çıxmamasını
vә lazım gәldikdә tәtbiq vә ya istifadә edilmәsini tәmin edir;
•
Tәlәbәlәrin yaradıcılıq imkanlarını artırır vә.s;
Çatışmazlıqları:
•
Xeyli xәrc tәlәb etmәsi vә çox vaxt da bu xәrclәrin tәmin edilmәsindә
tәlәbәlәrin imkanlarından istifadә edilmәsi;
•
Çoxlu vaxt tәlәb etmәsi;
•
Tәdrisdә bacarığı zәif olan vә ya qapalı tәlәbәlәrin aktiv iştirakını tәmin
etmәk çәtin olur. Çox vaxt tәcrübә prosesindә tәlәbә hәdsiz ehtiyatlı vә
qorxaq davranır;
•
Eyni vaxtda çox az sayda tәlәbәnin tәcrübә aparması mümkündür;
•
Bәzәn biliyә yox, daha çox bacarığa üstünlük verilir vә.s;
Prinsipial mәqamlar:
•
Metod, labaratoriya tәcrübәsi olan bu sahәdә müxtәlif üsullardan istifadә
edә bilәn müәllimlәrin rәhbәrliyi altında aparılmalıdır;
•
Metod planlı aparılmalı vә labaratoriyanın bu cür tәdqiqata hazır olub-
olmadığı müәyyәn edildikdәn sonra onun mәqsәdlәri müәyyәn edilmәlidir.
Hәdәflәr tәyin edildikdәn sonra tәlәbәlәr xәbәrdar edilәrәk, hansı işlәrin
görülәcәyi onlarla birgә planlaşdırılmalıdır;
11
•
stifadә edilәn alәt vә vasitәlәr tәlәbәlәrin kömәkliyi ilә vә ya tәdris
müәssisәsinin imkanları ilә tәmin edilmәlidir;
•
Tәcrübә tәhlükәli olduğu halda, tәhlükәsizlik tәdbirlәri görülmәli, onun
kimlәrlә vә hansı tәlәbәlәrlә aparılacağı әvvәlcәdәn müәyyәn edilmәlidir;
•
Labaratoriya işinin necә qiymәtlәndirilәcәyi vә necә nәticә çıxarılacağı
planda nәzәrdә tutulmalıdır. Әldә edilәn nәticәlәrdәn ümumilәşdirilmә
aparılacaqsa, bu da plana daxil edilmәlidir vә.s;
Keys(case) metodu vә ya nümunәvi hadisәnin
tәdqiqi metodu
Son dövrlәr demәk olar ki, tәdrisin bütün sәviyyәlәrindә, xüsusilә ali tәhsil
pillәsindә daha çox istifadә olunan metoddur. ngilis dilindә “case-work”,
“case-study”, “case-method” kimi adlarla ifadә olunan bu metod, intensiv
şәkildә simulyasiya oyunları, qәrar qәbul etmә vә ya planlaşdırma oyunları kimi
üsullardan istifadә etdiyi üçün, bәzәn hәmin üsulların adları ilә dә tanınır. Mәs.
Situasiya oyunu metodu;
Nümunәvi hadisәlәr görüntülü, yazılı, sәsli vә.s mәnbәlәrdәn toplana bilәr.
Tәlәbәlәr vә ya müәllim, hәr hansı bir yol qәzasını, ekoloji problemi, idman
hadisәsini, tibbi vә ya hüquqi bir hadisәni şifahi formada vә ya rәsim, film
formasında auditoruyaya tәqdim edir. Qısa tәqdimatdan sonra tәlәbәlәr bu
mövzu haqqındakı fikirlәrini, yәni hadisәnin sәbәblәri, inkişafı vә mümkün
nәticәlәri haqqında baxışlarını irәli sürüb, müzakirә edirlәr. Seçilәn hadisә
müsbәt hadisәdirsә, onun inkişaf etdirilib yayılması yolları, mәnfi hadisәdirsә,
qarşısının alınması vә aradan qaldırılması yolları birlikdә axtarılır.
Demәk olar ki, bütün sahәlәrdә rahat şәkildә tәtbiq olunaraq, mәhsuladar
nәticәlәrin әldә edilә bilәcәyi metoddur. Tәlәbәlәr burada problem hәll etmә,
kollektiv şәkildә öyrәnmәk, rol oynamaq kimi üsullardan da rahat istifadә edә
bilirlәr.
12
Üstünlüklәri:
•
Real hәyata әn yaxın tәdris metodlarından biridir. Gündәlik hәyatda bir
çox hadisә barәsindә sosial, mәdәni vә elmi tәdris vә maariflәndirmә bu
metodla asan şәkildә hәyata keçirilә bilәr;
•
Tәlәbәlәrin hamısı bir mövzu vә ya hadisә haqqında gәrgin zehni әmәk
sәrf edirlәr. Bilik vә bacarıqlarını burada tәtbiq etmәyә çalışırlar. Abstrakt
fikirlәr burada praktikaya, real tәtbiqә istiqamәtlәnir;
•
Tәlәbәdә müstәqil düşünmәk, orjinal fikir irәli sürmәk vә bunu açıq ifadә
edәrәk müzakirә etmәk xüsusiyyәtlәri formalaşır;
•
Tәlәbәlәr problemlәri müzakirә edәrәk hәll etmәk vәrdişlәrinә yiyәlәnir
vә.s;
Çatışmazlıqları:
•
Әgәr nümunәvi hadisәlәr düzgün seçilmәzsә vә ya düzgün şәkildә tәqdim
edilmәzsә, hadisәdәki ziddiyyәt vә mübahisәlәr auditoriyaya da sirayәt
edә bilәr. Hadisәlәr tәlәbәlәrin sәviyyәsinә uyğun seçilmәzsә (mәsәlәn,
ibtidai sinifdә A DS vә ya mürәkkәb mәhkәmә posesi kimi), tәlәbәlәr
sağlam fikir irәli sürә vә ya müzakirә apara bilmәzlәr;
•
Tәlәbәlәr zәruri bilik vә tәcrübәyә malik deyilsә, iştirak sәviyyәsi aşağı ola
bilәr vә müxtәlif fikirlәr ortaya qoyula bilmәz;
Prinsipial mәqamlar:
•
Hadisәlәr düzgün seçilmәli, onlarda tәlәbәlәri qorxudacaq sәhnәlәr, әxlaqi
dәyәrlәrinә zәrbә vuracaq elementlәr olmamalıdır;
•
Pedaqoji baxımdan müzakirә edilә bilәcәk vә tәrbiyyәvi nәticәlәr çıxarıla
bilәcәk hadisәlәr seçilmәlidir. Seçilәn hadisәlәrin tәlәbәlәrin sәviyyәsinә
uyğun olması tәmin edilmәlidir;
•
Nümunәvi hadisә auditoriyaya mümkün qәdәr film, rәsim, sәs yazısı vә.s
formasında gәtirilmәlidir. Hadisәnin düzgün tәqdim edilmәsi ilә bağlı
şübhә olmamalıdır;
13
•
Hadisә aktual olmalı, auditoriyanın düşünmә vә müzakirәyә qoşulma
istәklәrini artırmalıdır;
•
Müәllim hadisә ilә bağlı mümkün ola bilәcәk müzakirәlәri әvvәlcәdәn
düşünmәyi bacarmalı, lazım olduqda mövzudan yayınmanın qarşısını
almaqla, lazım olduqda isә müzakirәlәri yumuşaltmaqla mövzunun
pedaqoji aspektini hәmişә üstün tutmalıdır;
•
Vaxta qәnaәt etmәk mәqsәdilә oxşar hadisәlәrin başqa sahәlәrdәki
inkişafı vә hәll yolları ilә bağlı informasiyaları hazır saxlamalıdır. Bunun
üçün zәruri olduqda, müәllim vә bir qrup tәlәbә, hadisә ilә bağlı
әvvәlcәdәn bәzi tәdqiqatlar aparmalıdır;
•
Nümunәvi hadisә barәsindә irәli sürülәn fikirlәrin hәyata keçirilmә
formaları da әtraflı müzakirә edilmәli vә nәzarәtdә saxlanılmalıdır;
Dram vә ya sәhnәlәşdirmә (dramatization) metodu
Real hәyatada baş vermәsi mümkün olan müxtәlif situasiyaları, tәlәbәlәrin
aktyor kimi iştirak etdiyi ayrı-ayrı tamaşalar yolu ilә tәqdim etmәk vә keçirilәn
dәrsi bu tamaşa әsasında qurmaqdır.
Üstünlüklәri:
•
Tәlәbәlәr oynadıqları rollarla öz hiss vә düşüncәlәrini daha yaxşı ifadә
etmәk imkanı әldә edirlәr;
•
Tәlәbәlәr başqaları ilә daha rahat münasibәt qurmaq bacarıqlarını inkişaf
etdirirlәr;
•
Tәlәbәlәrin dinlәmә vә danışıq vәrdişlәri inkişaf edir;
•
Tәlәbәlәrin davranış vә düşüncәlәrinin inkişaf etdirilmәsindә, sosial
proseslәri tәhlil etmәkdә, ictimai problemlәrin müxtәlif aspektlәrini
müәyyәn edib, hәll variantlarını işlәyib hazırlamaqda, liderlik vә
menecerlik xüsusiyyәtlәrini üzә çıxarmaqda faydalıdır;
14
•
Tәlәbәlәri müәyyәn mövzularda araşdırma aparmağa vә birgә fәaliyyәt
göstәrmәyә tәşviq edir;
Ev tapşırıqları metodu
Tәdris prosesindә pedaqoji dәyәri daim mübahisә doğuran, bәzәn
mәhdudlaşdırılması vә qadağan edilmәsi tәlәb edilәn, ancaq yenә dә valideynlәr
vә müәllimlәrin hәssaslıqla yanaşdığı digәr bir metod ev tapşırıqları vә ya
ümumi şәkildә tapşırıqlardır.
Tapşırıq, müәllimlәr tәrәfindәn tәlәbәlәrin dәrsdәnkәnar vaxtlarda
hazırlamaları üçün verilәn, bәzәn dәrslәrә hazırlıq vә çox vaxt da dәrsdә
öyrәnilәnlәri möhkәmlәndirmә, inkişaf etdirmә vә tamamlamağa xidmәt edәn
fәaliyyәtdir. Әsasәn yazılı, qismәn dә şifahi formalarda olan ev tapşırıqlarının,
fәrdi vә kollektiv şәkildә icra edilәn növlәrinә dә rast gәlmәk mümkündür.
Üstünlüklәri:
•
Tәlәbәlәrdә öyrәndiklәrini möhkәmlәndirmәk vә müxtәlif situasiyalara
tәtbiq etmәk vәrdişlәri formalaşdırır. Sinifdә aparılan dәrsi sağlamlaşdırır
vә әhatәlәndirir;
•
Tәlәbәlәrin yeni bilik, bacarıq vә faydalı vәrdişlәr qazanmalarını tәmin
edir. Onların özlәrinә inamını, mәsuliyyәt hissini artırır, özünәnәzarәt
vәrdişini formalaşdırır;
•
Böyük qruplarda tәlәbәlәrin fәrdi bacarıqlarında olan fәrqlәri nәzәrә
almaqla tәdrisi qura bilmәk imkanı yaradır;
•
Tәlәbәlәrin dәrsdәnkәnar vaxtlarını maariflәndirici vә faydalı işlәrә sәrf
etmәlәrini tәmin edir;
•
Tәlәbәdә müstәqil şәkildә işlәyә bilmәk vәrdişi formalaşdırır vә.s;
Çatışmazlıqları:
•
Tәlәbә üçün, xüsusilә tәdris müәssisәsinә qarşı istәkli olmayan tәlәbәlәr
üçün çoxlu vaxt sәrf edilmәli olan әlavә yükdür;
15
•
Evdә zәruri dәstәyi, kömәk edәn ailә üzvü, tәdris vasitәsi olmayan
tәlәbәlәr üçün qeyr-bәrabәr şәratin üzә çıxmasına xidmәt edir;
•
Tәlәbәlәrdә digәr tәlәbәlәrә qarşı asılılıq hissi formalaşdırır. Başqalarının
hәll etdiyi tapşırıqlardan köçürmәk, hiylәgәrlik etmәk kimi mәnfi şәxsi
xüsusiyyәtlәrin formalaşmasına xidmәt edir;
•
Tәlәbәlәrin ev tapşırıqlarına kömәk etmәk işindә, çox vaxt valideynlәri ağır
yükün altına salır;
•
Sәrf edilәn xәrc vә әmәylә müqayisә etdikdә, pedaqoji effekti xeyli
aşağıdır vә.s;
Dostları ilə paylaş: |