GİRİŞ
Müasir qloballaşan dünyada informasi-
yanın yüksək sürətlə istehsalı, emalı, yayılması,
informasiya texnologiyaları və kommunikasiya
vasitələrinin, elektron kitabxanaların yüksək
sürətlə həcminin artması, faktoqrafik və biblio-
qrafik məlumat bazalarının inkişafı və təkmill-
əşdirilməsi kimi xarakterizə olunan yeni infor-
masiya mərhələsinə daxil olur.
Texnoloji vasitələrin əsasında informa-
siyalaşdırılmış dünya informasiya sistemi durur.
İnsan həyatında informasiyanın rolunun artması
sahəsindəki dəyişikliklər özünü “informasiya
cəmiyyəti” termininin yüksək sürətlə yayılma-
sında göstərir. Bu gün informasiya - əsas sərvət-
lərdən biri kimi qəbul edilir. Belə bir təşəbbüs
meydana çıxır ki, informasiya istehsalının səmə-
rəli informasiya mexanizmini, informasiya xao-
su ilə əvəz etmək olar. İlk dəfə olaraq belə bir
təsvir 1973-cü ildə Almaniyada “Dünya 2000-
ci ildə” adı altında söylənmişdir. Qeyd etmək
lazımdır ki, müasir informasiya sistemləri təkcə
informasiya axınının öhdəsindən gəlmir, kifayət
qədər onu hərtərəfli özündə əks etdirə bilmir.
İnformasiya cəmiyyətində informasiya seli
ilə keyfiyyətli işləməyi bacaran, informasiya
quruculuğunu uğrla istiqamətləndirməyi ba-
caran vasitələr seçilməlidir. İnformasiya və ko-
mmunikasiya texnologiyalarının cəmiyyətin in-
formasiya quruculuğuna əsaslı təsir göstərməsi
müasir dövrdə daha da intensivləşmişdir.
Cəmiyyətin informasiyalaşdırılmasında digər
sosial qurumlarla yanaşı, kitabxanalarda yeni kit-
abxana-informasiya texnologiyalarının tətbiqi,
kitabxana-biblioqrafiya proseslərinin avtomat-
laşdırılması, ənənəvi kataloq və kartoçkaların el-
ektron formaya keçirilməsi zərurətini yar-
atmışdır. Müasir Azərbaycan kitabxanalarında
artıq bu proseslər başlamış, kitabxanaların bib-
lioqrafik fəaliyyət prosesləri ənənəvi formalara
yanaşı, avtomatlaşdırılmış idarəetmə sistemlərinə
də malikdirlər.
Kurs üzrə ümumi göstəriş
Müasir Azərbaycan cəmiyyətində gedən
bu əsaslı dəyişiklərlə əlaqədar olaraq Bakı
Dövlət Universitetinin Kitabxanaçılıq-infor-
masiya fakültəısində son illərdə həyata keçirilən
islahatlarla, yeniliklərlə əlaqədar, müasir dövrün
tələblərinə cavab verən, informasiya-kommu-
nikasiya texnologiyalarının tətbiqinə əsaslanan
yeni-yeni elmi fənnlərin tədrisi qərara alın-
mışdır.“Kitabxanaçılıq-informasiya” fakültəsində
tədris edilən “Ümumi biblioqrafiyaşünaslıq”
ixtisas fənninin nəzəri müddəalarına əsaslanan
“Biblioqrafik evristika” kursunun müstəqil fənn
kimi tədris edilməsi məqsədəuyğun hesab
edilmişdir.
Biblioqrafik fəaliyyətin ilkin əsası
informasiya axtarışı ilə başlayır. Biblioqrafik
fəaliyyət, onun nəzəri və təcrübi problemləri
Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr
pilləsində “Ümumi biblioqrafiyaşünaslıq” fənni
vasitəsilə tələbələrə öyrədilir. Müasir Biblio-
qrafiyaşünaslıq elminin vacib və aktual sahə-
lərindən biri olan “Biblioqrafik evristika” fənni
Kitabxanaçılıq-informasiya fakültəsində baka-
lavr hazırlığında tədris ediləcəkdir. Biblio-
qrafiyaşünaslığın nəzəri məsələlərində bir bölmə
olan “Biblioqrafik axtarış” informasiya proses-
lərinin müasir sürətli və mürəkkəb şəraitində
cəmiyyətin informasiyalaşdırılmasında mühüm
rol oynayır.
“Biblioqrafik evristika” fənnini öyrənmək-
lə tələbələr “evristika” anlayışının hərfi mənası,
fənnin tədrisinin məqsəd və vəzifələri, məzmunu,
digər elmlərlə qarşılıqlı əlaqəsi, biblioqrafik
evristikanın nəzəri məsələləri, informasiya ax-
tarışının məqsəd və növləri, informasiya ax-
tarışının metodları, informasiya axtarışı prosesi-
nə qoyulan ümumi tələblər haqqında ətraflı
təsəvvür əldə edə bilərlər. Tələbələr eyni zaman-
da fənni öyrənərkən biblioqrafik axtarışda əsas
olan kitabxana-biblioqrafiya biliklərinin əhəmiy-
yəti, informasiya axtarışında ilkin mənbələrlə ya-
naşı, ikinci dərəcəli biblioqrafik informasiya
mənbələri – xüsusilə, dövlət biblioqrafiya orqanı
nəşrləri, biblioqrafiyanın biblioqrafiyası kimi
biblioqrafik informasiya vəsaitləri ilə daha ya-
xından və ətraflı tanış olaçaqlar.
Bakı Dövlət Universitetinin Kitabxana-
çılıq-informasiya fakültəsinin bakalavr hazır-
lığında tədris olunan “Biblioqrafik evristika”
fənni - mühazirə və seminar məşğələləri forma-
sında tədris olunur və imtahanla nəticələnir.
Kursun ümumi həcmi 60 saatdır. O, cüm-
lədən mühazirə 30 saat, seminar məşğələsi 30
saat tədris olunur. Fənn fakültənin əyani şöbə-
sində tədris edilir.
“Biblioqrafik evristika” fənnini tələbələrin
müstəqil mənimsəməsi üçün metodik vəsaitdə
kurs üzrə tövsiyə olunan əsas və əlavə ədəbi-
yyatın siyahısı verilmişdir. Kurs üzrə dərslik və
dərs vəsaiti olmadığından, fənnin öyrənilməsi
zamanı təqdim edilən ədəbiyyatdan istifadə ol-
unması məsləhətdir.
Dostları ilə paylaş: |