Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Odsöndürən vəsaitlər və onların xassələri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə111/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   107   108   109   110   111   112   113   114   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

11.5. Odsöndürən vəsaitlər və onların xassələri
Ya
n
ac
aq
m
ad
d
ə
si
n
in
s
u
va

lm
as
ı
M
ay
e
y
an
ac

ın
q
ar
ış
d
ır
ılm
as
ı
Ya
n
ac
aq
m
at
e
ri
al
la

n
ın

çü

lm
ə
si
O
ks
id

şd
ir
ic
in
in
in
e
rt
q
az
v
ə
s
u
b
u
xa

il
ə
q
ar
ış
d
ır
ılm
as
ı
Ya
n
ac
aq
m
ad
d
ə
si
n
in
in
e
rt
q
az
v
ə
su
b
ix
ar
ı i

q
ar
ış
d
ır
ılm
as
ı
A
lo
vu
n
z
ə
rb
ə
d
al
ğa

il
ə

si
lm
ə
su
Ya
n
an
s
ət
h
in
s
u
, k
ö
p
ü


s
. i

ö
rt
ü
lm
əs

Ya
n
ac
aq
m
ad
d
ə

ri
n
in

çü

lm
ə
si
Ya
n
ac
aq
m
ad
d
ə
si
n
in
fl
e
q
m
at
m
ad
d
əl
ə
ri
n
in
t
o
z-
q
az
v
ə
b
u
xa

h
av


rk
ib

ri
il
ə 
q
ar
ış
d
ır
ılm
as
ı
Ya
n
m


th
in
in
fl
e
q
m
at
m
ad
d
ə

ri
il
ə 
su
va

lm
as
ı


Maye odsöndürən maddələr
. Su yüksək istilik tutumuna malik olduğuna görə, alışma
temperaturu 60°C-dən yuxarı olan mayelərin və bərk yanar maddələrin söndürülməsi üçün geniş
istifadə edilir. Adətən su 0°-dən 100°-yə qədər qızdırıldıqda 419 kilocoul, buxarlandıqda isə
2260 kC istilik udur. Bundan başqa, ilkin su buxarlandıqda atmosfer şəraitində 1700 litr buxara
çevrilir.
Bu xassələrindən asılı olaraq, su aşağıdakı odsöndürmə qabiliyyətinə malik olur:
1. Yanar maddənin və yanma səthinin soyudulması;
2. Yanar maddə ilə qarışaraq onun yanma effektinin azaldılması;
3. Yanar maddənin yanma zonasından izolə edilməsi;
4. Oksigenin yanma zonasına daxil olmasının məhdudlaşdırılması.
Yanğın zamanı su yanma zonasına aşağıdakı formada vurulur :
a) diametri 13-50mm olan oymaqlı lülələrdən çıxan güclü şırnaq şəkilində;
b) damcıların ölçüsü 100mk-dan böyük olan səpələnmiş axın formasında;
c) sabit və yaxud səyyar səpələyicilərdən alınan narın səpələnmiş axın (damcıların ölçüsü
100mk-dan kiçik) şəkilində;
d) səthi gərginliyi azaltmaq məqsədilə tərkibindəisladıcı maye olan məhlul şəkilində;
e) yanma reaksiyasının sürətinə müqavimət göstərmək üçün emulsiya şəklində (90% su,
10% etil-brom qarışığı) istifadə edilməsi.
Neft və neft-kimya sənayesində dayanıqlı sayılan iki növ odsöndürən köpük geniş tətbiq
olunur: – kimyəvi və hava-mexaniki köpüklər.
Kimyəvi köpük
tezalışan mayelərin hamısını söndürmək üçün işlədilir. Lakin, bunlar asan
alovlanan yüngül neft məhsulları üçün işlədilir.
Kimyəvi köpük qaz ilə maye qatışığından əmələ gələn damcılardır. Qaz qabarcıqlarının
ölçüsü və səthdə yaratdığı pərdənin gərginliyi az olduqda köpük dayanıqlı olur.
Köpük aşağıdakı kimyəvi reaksiya nəticəsində alınır:
Al
2
(
SO
4
)
3
+
6
NaHCO
3
=
2
Al
(
OH
)
3
+
3
Na
2
SO
4
+
6
CO
2
Köpük-generator tozuna təsərrüfat sabunu (2.3 hissə çəki hesabı ilə) qatıldıqda
sabunlanmış toz alınır ki, bu asan alovlanan mayeləri söndürmək üçün işlədilir. Toz suda
(spirtdə) əriyir.
Hava-mexaniki köpük
yanar mayeləri söndürmək üçün tətbiq edilir. Bu köpük, həcmi
1000m
3
-dək şaquli rezervuarlarda saxlanılan asan alovlanan mayeləri (təyyarə benzinlərindən
başqa) söndürmək üçün işlədilə bilər. Hava-mexaniki köpük 90% havanın, 9,6-9,8% suyun, 0,2-
0,4% köpükəmələgətirən maddələrin qarışdırılmasından alınır.
PO-I köpükəmələgətirəni tərkibində 44%-dən çox sulfat turşusu olan kerosin kontaktından,
yapışqandan (xammal), etil spirtindən, yaxud konsentrasiyası yüksək olan (95%) spirtdən,
etilenqlikoldan və kaustik sodadan ibarətdir. 
PO-6 köpükəmələgətirən buynuzlu heyvanların texniki qanından və sümük yapışqanından
hazırlanır. 
Halloidləşmiş karbohidrogenlər
. Yüksək söndürmək qabiliyyətinə malik olan maddələr
sırasına metil-bromid, xlorbrommetan, triflüorbrommetan, metilxlorid və s. halloidləşmiş
karbohidrogen birləşmələrinə daxildir.
Bu maddələrin havadakı konsentrasiyası 3-5% olduqda yanğının söndürülməsi təmin
olunur.
Tərkibində flüor və brom olan odsöndürən maddələr ən effektli birləşmələr sayılır.


Son illərdə, şərti olaraq 3,5B və 4DN adlanan yeni odsöndürən vasitələr (qaz tərkibli)
hazırlanmışdır. Bunların əsas komponenti bromlaşmış karbohidrogenlərdir. 3,5B tərkibli maddə
70% etil-bromid və 30% CO
2
-dən ibarət olur.
3,5B və 4DN odsöndürən maddələr tezalışan mayeləri, yanar bərk maddələri, daxili yanma
mühərriklərini, gərginlik altında olan avadanlıqları, habelə unikal avadanlıqları, (məsələn,
laboratoriya avadanlığını) söndürmək üçün tətbiq edilir.
BF-1, BF-2 və BM odsöndürən maddələr daha geniş yayılmışdır. Bu maddələr əsas
komponent kimi etil-bromiddən ibarət olunmaqla tetraflüordibrometil və ya metilen-bromid
əlavəsinə də malikdir.
BF-1,BF-2 tərkiblərinin gəmilərdə və sənaye stasionar odsöndürən qurğularda tətbiqi
məsləhət görülür.
Qaz və toz halında yanğınsöndürən vasitələr
. Yanğın nöqteyi-nəzərdən təsirsiz qazlar
(karbon qazı, azot) qapalı yerlərdə alovla yanan maye və qazların söndürülməsi üçün
müvəffəqiyyətlə tətbiq edilir. Bu qazlar maqnezium, kalium, alüminiumun yanmasını
dayandırmaq üçün işlədilir. Onlar pambığı, odunu, parça və s. közərə bilən materialları pis
söndürür. Təsirsiz qazlar başqa yanğınsöndürən vasitələrdən (su, köpük) onunla fərqlənir ki,
söndürülən materiallara və avadanlığa mənfi təsir etmirlər. 
Əksər maddələrin söndürülməsi üçün konsentrasiyası 30-35% olan CO
2
odsöndürənindən
istifadə edilir. Odsöndürən vasitə kimi CO

bərk halda da tətbiq edilir (qarabənzər kiçik kristallik
kütlə).
Buxar, əsasən, qapalı yerlərdə yanğın söndürən vasitə hesab olunur. İşlənmiş buxar , çox
qızdırılmış buxara nisbətən effektli söndürmə vasitəsi sayılır. Həcmi 500 m
3
-dən az və aralıqların
bağlanması asan olan binalarda yanğını söndürmək üçün buxar ən əlverişli vasitədir.
Su buxarı ilə yanğının müvəffəqiyyətlə dayandırılması üçün, onun həcmi yanğın baş verən
binadakı havanın həcminin 35%-dən az olmamalıdır.
Bərk və toz halında odsöndürən maddələrə qələvi və qələvi-torpaq metalların xloridləri,
karnalit, soda bikarbonatı, soda karbonatı, potaş, zəylər, sulfat tortaları buxarlandıqda alınan
quru qalıq qum, quru torpaq və s. daxil olur. Onlar mayeləri və bərk maddələri söndürmək üçün
işlədilir. Yanğını söndürmək və alovlanmağa başlayan kimi materialları təhlükəsiz yerə
köçürmək məqsədi ilə keçə, asbest, adyal, möhkəm parçalar və s. işlədilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə