-43-
2.2.1. Müstəqilliyin ilk illərində AzərTAc-ın fəaliyyəti
Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Əbülfəz Elçibəy 1992-ci il dekabırın
18-də “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərinformun) tarixi adının bərpa
edilməsi” haqqında Sərəncam imzaladı. Həmin Sərəncamdan sonra Azərinformun
Azərbaycan Dövlət Teleqraf Agentliyi –AzərTAc adı ilə fəaliyyətini davam etdirməyə
başlamışdı. Lakin heç bir diqqət,qayğı göstərilməyən agentliyin vəziyyəti gündən-günə
daha da çətinləşirdi. Çox cüzi miqdarda əmək haqqı və qonorar vermək imkanı olan
agentliyin təcrübəli, səriştəlı əməkdaşları bəzən aylarla məvacib ala bilmədiklərinə görə
doğma kollektivi tərk edirdi. Beləliklə, uzun illər ölkənin ən təcrübəli peşəsinin sirlərini
mükəmməl bilən, Azərbaycanda tərcümə və informasiya məktəblərinin yaradılmasında
böyük xidmətlər göstərmiş əməkdaşlar ağır problemlərlə üzləşmiş, agentlik isə öz
fəaliyyətini çox dar çərçivədə davam etdirməyə məcbur olmuşdu.
29
Yetmiş il tərkibində olduğu ,daha doğrusu, xidmət gostərdiyi Sovet İttifaqı Teleqraf
Agentliyi-SİTA isə Azərbaycan xalqının üzləşdiyi ağır faciələr barədə Azərinformun
xəbərlərini yaxın buraxmırdı. Çox çətinliklə qəbul etdiyi bəzi xəbərləri isə əsasən,
Ermənistanın mövqeyinə uyğunlaşdırıb yayırdı. Bu isə, əslində, Azərbaycanın xeyrinə yox,
ziyanına olurdu.
Həmin dövrdə agentliyin dünyaya çıxışı tamamilə bağlı idi. Azərbaycan bütünlüklə
informasiya blokadası şəraitində idi.Vaxtında lazımi tədbirlər görülmədiyi üçün
Azərbaycanın haqq səsinin dünyaya çatdırılması həlli müşkül problemə çevrilmişdi.
Lazımi maddi-texniki bazası, hətta qonşu ölkələrlə informasiya mübadiləsi təcrübəsi
olmayan agentlik, əslində, yalnız respublika daxilindəki bir sıra kütləvi informasiya
vasitələrinə xəbərlər göndərə bilirdi. Heydər
Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra AzərTAc-a münasibət də dəyişdi, agentliyin yenidən təşkili, maddi-
texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün ardıcıl
tədbirlər görüldü.
“Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc-ın) yenidən təşkil edilməsi haqqında”
Prezident 1995-ci il 3 mart tarixli Fərmanı ilə AzərTAc-ın ənənəvi adı saxlanılmaqla
Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradıldı, ona rəsmi dövlət
informasiya orqanı statusu verildi. Fərmanda Nazirlər Kabinetində AzərTAc-ın maddi-
texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və onun dünya standartları
səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görmək tapşırılmışdı.
29
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərinformun) tarixi adının bərpa edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəz., Bakı, 1992, 31 dekabr.
-44-
Fərmanın icrası ilə bağlı Nazirlər Kabineti 1995-ci il iyulun 3-də “Azərbaycan
Teleqraf Agentliyinin (AzərTAc-ın) yenidən təşkil edilməsi haqqında” qərar qəbul etdi.
Agentlik, əsasən dövlət büdcəsindən maliyyələşdirilməyə keçirildi. Bundan əlavə, Maliyyə
Nazirliyinə agentliyin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasını və
digər zəruri ehtiyacları təmin etmək məqsədi ilə lazımi vəsait ayrılması tapşırıldı.
AzərTAc-ın Türkiyədə, Rusiyada, ABŞ-da, İranda, Almaniyada, İngiltərədə, Türkmənis-
tanda, Gürcüstanda və Özbəkistanda müxbir məntəqələrinin açılmasına icazə verildi.
Nazirlər Kabinetinin həmin qərarı ilə AzərTAc- ın Nizamnaməsi təsdiq edildi.
Nizamnamədə deyilir:
“AzərTAc-ın əsas vəzifəsi informasiyasını toplamaq, onu respublikanın və xarici
ölkələrin kütləvi informasiya vasitələrinə, ölkənin dövlət orqanlarına, idarələr, müəssisələr
və təşkilatlara çatdırmaqdan ibarətdir.
AzərTAc ölkənin daxili və xarici siyasətinin ən mühüm hadisələri haqqında, daxili
ictimai siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası parlamentinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və başqa hakimiyyət və idarəetmə orqanlarının rəsmi bəyanatlarını
respublikanın və xarici ölkələrin kütləvi informasiya vasitələri və əhali üçün yayır.
AzərTAc informasiyanın toplanması, yayılması sahəsində öz fəaliyyətini xalqın və
dövlətin mənafelərini əsas tutmaqla, ölkədə və xaricdə baş verən hadisələri obyektiv və
hərtərəfli işıqlandırmaq prinsiplərini rəhbər tutaraq həyata keçir.
AzərTAc fəaliyyətində respublikanın bütün vətəndaşlarının istənilən məsələ barəsində,
ən əvvəl Azərbaycan Respublikası ali dövlət hakimiyyət və idarəetmə orqanlarının
fəaliyyəti, daxili və xarici siyasəti ilə bağlı doğru-düzgün və səhih informasiya almaq üçün
qanuni hüquqlarını təmin edir.
30
2.2.2. Son illərdə AzərTAc
Prezident Heydər Əliyev 2000-ci il yanvarın 17-də “Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin
təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən AzərTAc Nazirlər
Kabinetinin tabeliyindən çıxarılaraq, Prezidentə tabe olan müstəqil qurum –Azərbaycan
Dövlət Teleqraf Agentliyi adlandırıldı, agentliyin tərkibində xarici dillərdə xəbərlər
hazırlayan və yayan baş redaksiya yaradıldı, digər müvafiq tədbirlər görüldü.
30
Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 11-12