-59-
AzərTAc-ın əsasnaməsinin hazırlanması, ştat cədvəlinin və xərclər smetasının müəyyən-
ləşdirilməsi, milli xəbər agentliyinin ilk xəbərini yaymağa başlaması kimi də səciyyələndir-
mək olar.
2.
İkinci mərhələ 1920-ci lin may ayından 1921-ci ilin sonlarına qədər olan dövrü əhatə
edir. Bu mərhələnin özü də bir neçə dövrə bölünür. Azərbaycanın bolşevik Rusiyası tərəfin-
dən işğalından sonra AzərTAc-ın ilk aylar tarixi adını qoruyub saxlasa da, 1920-ci ilin avqust
ayında agentliyin tarixi adı ləğv olunur və o, AzQafROSTA adı ilə Rusiya Teleqraf Agentliyi-
nin bir filialı kimi fəaliyyət göstərməyə başlayır. 1921-ci ilin avqustunda agentlik müstəqil-
liyini bərpa edir, lakin bu, çox uzun sürmür. 1923-cü ilin martında Cənubi Qafqaz respublika-
larının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilir və 1936-cı ilə qədər bu ad
altında fəaliyyət göstərir.
3.
Üçüncü mərhələ 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən
sonrakı dövrü əhatə edir. 1992-ci ildə AzərTAc tarixi adını bərpa etsə də, müstəqilliyin ilk
illəri onun üçün heç də asan keçməmişdir. Heç bir hazırlıq olmadan agentliyin təsərrüfat
hesabına keçirilməsi ciddi maliyyə çətinliklərinə səbəb olmuş, peşəkar jurnalistlərin bir çoxu
kollektivdən getmişdi. Yalnız 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra bütün sahələrdə olduğu kimi, AzərTAc-ın da fəaliyyətində dönüş
yaranmışdır. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamların icrası sayəsində
agentlik yenidən dövlət himayəsinə keçirilmiş, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-
texniki bazasının möhkəmləndirilməsi və işçilərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün
ciddi tədbirlər görülmüş, AzərTAc-ın tarixində ilk dəfə olaraq xarici ölkələrdə müxbir
məntəqələri açılmışdır.
-60-
III FƏSİL
ÖLKƏNİN DÜNYA İNFORMASİYA ORBİTİNƏ
İNTEQRASİYASINDA AzərTAc-ın ROLU
3.1. AzərTAc və digər xəbər agentlikləri: oxşar və fərqli cəhətlər
AzərTAc-ın 1920-ci ildə dövlət informasiya agentliyi kimi fəaliyyət göstərdiyi ilk
aylarda xarici əlaqələri barədə konkret faktlar olmasa da, ötürücü radiostansiyadan istifadə
etdiyini nəzərə alsaq, qonşu ölkələrlə xəbər mübadiləsinin olmasını ehtimal edə bilərik.
Bütövlükdə isə AzərTAc-ın beynəlxalq əlaqələrinin təşəkkülü Azərbaycanın dövlət müs-
təqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Ermənistanın hərbi təcavüzü ilə
üzləşmiş, məkrli erməni təbliğat maşınının və xaricdəki güclü erməni lobbisinin məqsəd-
yönlü anti-azərbaycan fəaliyyəti nəticəsində informasiya blokadasına düşmüş Azərbaycan
Respublikasının haqq səsinin, ölkəmiz haqqında həqiqətlərin dünyaya bəyan edilməsi
AzərTAc-ın müstəqil dövlətin rəsmi xəbər agentliyinin dünya informasiya məkanına
çıxmasına nail olmağı, xarici tərəfdaşlarla sıx əlaqələr qurmağı zərurətə çevirmişdir.
Lakin bu, yalnız AzərTAc-ın səyləri sayəsində mümkün deyildi, bütövlükdə müstəqil
dövlət kimi Azərbaycanın özünü dünyada tanıtması ilə bilavasitə bağlı idi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyət qayıdışından sonra Azərbaycan
Respublikasını dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin
müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində
ölkəmizin regionda şəksiz lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun daha da
artması və mövqelərininin möhkəmlənməsi, habelə AzərTAc-ın maddi-texniki bazasının
gücləndirilməsi sahəsində dövlət səviyyəssində görülən ardıcıl tədbirlər agentliyin xarici
əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol oyna-
mışdır.
Azərbaycanın yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirilməsində,
ölkəmizin üzləşdiyi problemlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında
Bakıda keçirilən beynəlxalq tədbirlər, bu tədbirlərdə xarici kütləvi informasiya vasitələri
nümayəndələrinin iştrakı, dövlətimizin başçısının nüfuzlu nəşrlərə və telekanallara
müsahibələri də böyük rol oynayır.
Qlobal informasiya məkanında daha geniş təmsil olunması, Azərbaycan haqqında
obyektiv informasiyanın yayılma coğrafiyasının genişləndirilməsi AzərTAc-ın fəaliyyəti-
nin strateji istiqamətidir. Eyni zamanda, dünyanın aparıcı informasiya agentliklərinin
zəngin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi də daim diqqət mərkəzindədir. Hazırda
-61-
Anadolu Agentliyi (Türkiyə), İTAR-TASS (Rusiya), Sinxua (Çin), Unikform (Ukrayna),
ANSA (İtaliya), BTA (Bolqaristan), MENA (Misir), TANYUQ (Serbiya), MTİ (Maca-
ristan), İRNA (İran), Agerpres (Rumıniya), Antara (İndoneziya), BELTA (Belarus), ATA
(Albaniya), “Petra” (İordaniya), KUNA (Küveyt), Kazinform (Qazaxstan), “Kabar”
(Qırğızıstan), “Xovar” (Tacikistan), Yonhap (Koreya Respublikası), KYODO (Yaponiya),
BUANEWS (Car), AGİ (İtaliya), agentlikləri ilə qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli
sazişlər bağlanmışdır.
42
Həmin sazişlər bilavasitə AzərTAc-ın tərəfdaşlarının təşəbbüsü ilə imzalanmışdır və
agentliyin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının daha bir təsdiqidir. Regio-
nun informasiya agentliyi kimi tanınmış Azərbaycan Dövlət Teleqraf Agentliyi həm də bir
neçə regional informasiya qurumunun təsisçilərindəndir.
Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Türkdilli Ölkələrin Agentlikləri Birliyi adı
ilə 1992-ci ilin noyabrında Türkiyə Cünhuriyyətinin paytaxtı Ankarada Anadolu Agentliyi
(Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq (indiki Kazinform –Qazaxıstan), “Kabar”
(Qırğızıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır.
Bu birliyin təşkil edilməsinin məqsədi türk dünyası haqqında etibarlı informasiyanın
mənbədən bütün dünyaya qərəzsiz və obyektiv çatdırılmasına kömək etmək, əməkdaşlığı
tənzimləmək, informasiya agentlikləri arasında texniki infrastruktur və işçilərin yetişdi-
rilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi imkanlarını genişləndirməkdir.
43
TKA-nın Baş Məclisinin sonrakı iclasları Ankarada, Aşqabadda və Lefkoşada
olmuşdur. 2007-ci ilin mayında Türkiyə Cümhuriyyətinin Karaman şəhərində TKA Baş
Məclisinin 6-cı iclası keçirilmişdir. Türk dilinin Türkiyə Cümhuriyyətində dövlət dili elan
edilməsinin 730-cu ildönümü münasibətilə bayram şənlikləri çərçivəsində keçirilən həmin
iclasda Birliyin Nizamnaməsinə dəyişiliklər edilmiş, TKA-nın internet səhifəsinin yaradıl-
ması və növbəti iclasın 2008-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar TKA Baş
Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin rolu”
mövzusunda 7-ci iclası 2008-ci il aprelin 30-dan mayın 3-dək Bakıda keçirilmişdir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin xəbər agentlikləri
rəhbərlərinin iştrak etdiyi toplantıya Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan
respublikalarından və Ukraynanın Krım Muxtar Respublikasından xəbər agentliklərinin
nümayəndələri də dəvət olunmuşdurlar. Toplantının iştirakçıları qloballaşma dövründə
42
Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, səh. 205
43
Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq-Qərb, 2008, səh.168.