-49-
sizin rəqibinizi üstələdiyinizi nadir hallarda biləcəklər. Onlar bunun heç fərqinə varmaya da
bilərlər”
36
.
Beləliklə, ümumi fikir belədir ki, hadisənin aydın olmayan təfərrüatını tam
çatdırmaqdansa, yalnız təsdiq olunan faktlara istinad etmək ən düzgün yoldur. AzərTAc -ın
peşəkar əməkdaşları dəfələrlə sınaqdan çıxan bu təcrübələri kollektivin yeni üzvlərinə də
daim aşılayır, onların gələcək işlərində nəzərə alınmasına çalışır.
AzərTAc-ın xəbər yayımının sürətini artırmaq, istifadəçilərin agentliyin saytına girişini
asanlaşdırmaq üçün 2007-ci ildə yeni internet saytı hazırlanmış, böyük texniki imkanlara
malik müasir serverlər quraşdırılmışdır. Sayt 32 cədvəl üzərində qurulmuşdur ki, bu da onun
sürətli yüklənməsini təmin etmişdir.
2011-ci ildə isə AzərTAc-ın saytı daha da təkmilləşdirilmişdir. Sayt oxuculara mətn,
video və səsli xəbəri özündə birləşdirən multimedia xidmətindən istifadə etmək, xəbərləri
facebook, twitter, digg, google və s. sosial şəbəkələrlə paylaşmaq imkanı verir. Bundan əlavə,
saytın iphone əlavəsinin olması, xəbərlər lentinin təsviri və məqalələrin anonsu üçün RSS
texnologiyasından istifadə olunması oxucuların AzərTAc-ın xəbərləri ilə tanış olmalarını daha
da asanlaşdırır. Hər gün saytda indeksasiya işləri aparılır ki, bu da həm arxivin, həm də axtarış
sisteminin sürətli yüklənməsini təmin edir. Sabit işləməsi, çox sayda sorğuların qəbulu,
kibercinayətkarlığa qarşı dayanaqlığı təmin etmək üçün sayt bir serverdə deyil, iki və daha
artıq UNİX serverlərində yerləşdirilmişdir. Hazırda agentliyin qlobal internet şəbəkəsində
çıxışı çoxkanallı fiberoptik kabellə təmin olunur.
AzərTAc xəbər agentliyində daha cox siyasi xəbərlərə yer verilir. Bundan əlavə iqtisadi,
mədəniyyət, elm və təhsil və.s xəbərləri və dünyada baş verən ən son yeniliklər barədə də
geniş məlumat verilir.Siyasi xəbərlərdə əsasən Azərbaycanın xarici dövlətlərlə əməkdaşlı,
Milli Məclisdə qəbul edilən qərarlar,prezidentin xarici ölkələrə səfəri barədə və s informasi-
yalar təşkil edir.
AzərTAcın rəhbəri Aslan Aslanov Vəfalı Ənsərova verdiyi müsahibəsində bildirir ki,
dövlətin rəsmi xəbərlərinə daha cox yer verən AzərTAc, günümüzdə abunəsi olan 80 ölkəyə
xəbər ötürür. Rusca, İngiliscə, Almanca və ana dilində informasiya verən agentliyin xəbər
toplamaqda əməyi keçən 194 işçisi vardır. Agentlik günlük təqribi 400 xəbər yayır və bu
xəbərlərin də 20-25-i xarici ölkələrlə bağlı xəbərlərdir.
37
Hazırda qlobal İnternet şəbəkəsinə iki provayderlə qoşulan AzərTAc-ın müasir strukturu
və sürətli yükləməyə malik veb-saytı vardır.Azərbaycan,ingilis,rus,alman,fransız və ərəb
dillərində variantları olan bu saytı indi dünyanın hər yerində izləyirlər. AzərTAc-ın
36
Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 40
37
Enserov V., Azerilerin 90 yıllık sesi AZERTAC. Bizim Gazete.Turkiye, 2009, 26 Ekim, səh. 2
-50-
kitabxanasının, xüsusilə elektron kitabxananın təşkili üçün lazımi ədəbiyyat, ilk növbədə,
soraq kitabları, yeni lüğətlər alınmışdır və bu iş müntəzəm davam etdirilir.
2002-ci ildə agentliyin həyatında yeniliyin əsası qoyuldu. Prezident Heydər Əliyevin
2002-ci il 28 dekabr tarixli sərəncamı ilə AzərTAc fasiləsiz iş rejiminə keçmişdir.Bununla
əlaqədar ciddi struktur islahatları aparılmış,gecə istirahət və bayram gunu növbələri,
informasiyanın operativ hazırlanması və yayılması üçun yaradıcı heyətin ixtisaslaşdırılması
məqsədi ilə baş redaksiyaların tərkibində ayrı-ayrı sahələr üzrə buraxılış redaksiyaları və
bölmələr yaradılmışdır. Hazırda AzərTAcda 4 baş redaksiya, 8 buraxılış redaksiyasiyası, 13
bölmə 8 şöbə, 15 xarici ölkədə, Azərbaycanın 11 bölgəsində müxbir məntəqəsi fəaliyyət
göstərir.
Qloballaşma və modernləşmə bütün elm sahələrində, o cümlədən jurnalistikada yeni
nəzəri biliklərin yaranmasına, indiyədək mövcud olan norma və prinsiplər barədə baxışlarda
fərqlərin, ziddiyyətlərin, təzadlı yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur. Jurna-
listika sahəsində də biri digərini inkar edən yeni münasibətlər sistemi formalaşmaqda-
dır.Hazırda ən peşəkar jurnalist də yeni nəzəri biliklərə bələd olmadan inkişaf edə bilməz.
AzərTAc-da da yeniliklərin öyrənilməsinə və tətbiqinə xüsusi diqqət yetirilir, bu məqsədlə
əməkdaşlar xarici ölkələrin qabaqcıl media qurumlarına ezam olunur, onlardan ötrü seminar
və məşğələlər təşkil edilir.
Hazırda jurnalistikada ən çox mübahisə doğuran informasiya janrları məsələsidir. Janr
nədir? Klassik anlamda janr mətbu materialın məzmununu, fakt zənginliyini, xarakterini,
onun formasını müəyyənləşdirir. Dövri mətbuatın janr sistemi jurnalistikada geniş tədqiq
olunsa da, son vaxtlar janrın məcburi olmaması kimi fikirlər də mövcuddur. Belə fikirlərin
tərəfdarları hesab edirlər ki, guya ən əsası hadisənin mahiyyətinə dərindən nüfuz olunması,
onun təhlil edilməsi, konsepsiyası, proqnoz və təkliflərdir. 2000-ci ildə Moskvada müəlliflər
kollektivi tərəfindən nəşr olunmuş “Jurnalistin yaradıcı fəaliyyətinin əsasları” dərsliyinin
girişində israr edilir ki, “indi materialların əvvəlki ənənəvi üstün formaları, nəşrlərin
janrlarına dair mübahisə etmək lazım gəlir. Bundan başqa, yaradıcı işdə etalon mətnlər, bir
növ şablonlar mövcud ola bilməz, etiraf etmək lazımdır ki, hər bir forma ayrı-ayrılıqda
jurnalist əməyinin konkret nəticəsidir. Müxtəlif növlü, daim təkrar olunmayan materialın
təqdim edilməsindəki sxematiklik yaradıcılığı elə rüşeymində məhv edə bilər.”
38
Lakin elə həmin dərslikdə “Jurnalist janrları sistemi” fəslinin müəllifi L.Kroyçik kitabın
girişindəki tezisə zidd olaraq yazır ki, janr bu gün də “həyat materialının təşkilinin xüsusi
formasıdır, tarixi cəhətdən konkret, tipoloji, qnoseoliji, morfoloji, akseoloji, yaradıcı-qurucu
38
Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 35