-47-
AzərTAc-ın Türkiyədə, Rusiyada, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada,
Avstriyada, İranda, Ukraynada, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, Çində,
Yaponiyada, Baltikyanı ölkələrdə, Macarıstanda, eləcə də respublikamızın bölgələrində
müxbir məntəqələri fəaliyyət göstərir.
Müasir dövrdə dünya informasiya məkanına çıxmaq, regionun lider dövlətinə çevrilən
və beynəlxalq aləmdə öz nüfuzunu və mövqeyini getdikcə möhkəmləndirən müstəqil
Azərbaycanın xarici siyasətdə, daxili həyatın bütün sahələrində qazandığı uğurlar haqqında
məlumatların daha geniş miqyasda yayılmasını qarşıya məqsəd qoyan AzərTAc bu başlıca
vəzifənin layiqincə yerinə yetirilməsi üçün dünyanın tanınmış informasiya agentlikləri ilə
birbaşa əlaqələr qurulmasına xüsusi diqqət yetirirdi. Agentliyin xarici əlaqələrinin daha da
möhkəmləndirilməsi üçün internet saytı tamamilə yeniləşdirildi. Öz müasirliyi, gözəl
dizaynı ilə diqqəti cəlb edən sayt qısa vaxtda BMT-nin Cenevrə ofisinin İnformasiya
Mərkəzinin diqqətini cəlb etdi və AzərTAc-ın saytı bu qurumun internet səhifəsində yer
aldı. Dünyanın ən nüfuzlu axtarış –internet saytları olan yahoo.com, google.com və
digərlərində AzərTAc-ın xəbərləri operativ olaraq yerləşdirildi, CNN telekanalı,
“Vaşınqton Tayms” qəzeti, Türkiyənin aparıcı telekanalları AzərTAc-ın informasiyalarına
istinad etməyə başladılar.
2006-cı ildə ilk dəfə olaraq AzərTAc-ın loqotipi hazırlandı və Müəllif Hüquqları
Agentliyində qeydiyyatdan keçirildi.
2007-ci ildə AzərTAc-ın aylıq “Azərbaycan və dünya” analitik informasiya jurnalı
nəşrə başlamışdır. 2007-ci il mayın 23-də Bakıda keçirilmiş “Keçid cəmiyyətlərində
demokratiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları agentlik
tərəfindən ingilis və rus dillərinə tərcümə edilərək, üç dildə nəfis tərtibatda kitab şəklində
nəşr olunmuşdur. Həmin il AzərTAc ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan
“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” kitabı da oxuculara təqdim edilmişdir.
AzərTAc “NETTY-2007 milli internet mükafatı” müsabiqəsində “Dövlət saytı”
nominasiyasında birinci yeri tutmuş, “Gənc liderlər” təşkilatının keçirdiyi “Uşaqların
dostu” ənənəvi sorğusunun nəticələrinə görə, Qarabağ probleminə ən çox diqqət ayıran
informasiya agentlikləri arasında qalib elan olunaraq, “İlin informasiya agentliyi” seçilmiş,
Rusiya Jurnalistlər İttifaqının “Millətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə”
xüsusi diplomuna layiq görülmüşdür.
33
33
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli yol. Bakı: Şərq-
Qərb, 2008, səh. 182
-48-
2.3. Müstəqil AzərTAc-ın informasiya siyasəti
Xəbərçiliyin təməl prinsiplərindən biri informasiyanın obyektivliyidir. Xəbərin
obyektivliyinə təkcə müəllif deyil, bütövlükdə onu yayan mətbu orqan, qurum məsuliyyət
daşıyır. Bu məsuliyyətin arxasında onu yazan jurnalistlə, yayan informasiya agentliyi ilə
yanaşı, dövlət və onun strukturları da dayanır. Bütün bunlarla bərabər, başlanğıc kimi
müxbirin məsuliyyəti daha böyükdür. Obyektiv xəbər hazırlamağın qaydalarından danışan
Dünya Mətbuat Azadlığı Komitəsinin sədri Ceyms X. Ottauey yazır: “Müxbir düzgünlük,
mədəniyyət və səliqədən tutmuş, xüsusi xarakterik cizgilərə və peşəkar təcrübəyə malik
olmalıdır. Jurnalist elə informasiyanı əldə etməlidir ki, oxucular üçün dürüst və maraqlı olsun.
Elə faktları görməlidir ki, onlardan potensial material hazırlamaq mümkün olsun. Əslində,
müxbir bir bütünün hissələri olan, ilk baxışdan müxtəlif faktlar kimi görünən məlumatlar
arasındakı əlaqəni tutmağı bacarmalıdır.”
34
İnformasiyanın obyektivliyi məsələsində həm mətbuatın nəzəri problemləri ilə məşğul
olan tədqiqatçılar, həm də jurnalistlər iki qütbə bölünürlər.Bir qütbün təmsilçiləri xəbərin
obyektivliyi prinsipini qətiyyətlə müdafiə edir, obyektiv olmayan informasiyanı ən ciddi
qüsur sayırlar. Digər qütbün nümayəndlərinin fikrincə isə, “obyektivlik əlçatmazdır, çünki
informasiya üçün hər bir faktın seçilməsi subyektiv prosesdir. Ona görə də haqqında yazılan
bütün şəxslərə və ya təşkilatlara münasibətdə ədalətli olmaq vacibdir.”
35
Bu elmi mübahisələrdən doğan ümumi qənaəti belə ifadə etmək olar: jurnalist üçün əsas
prinsip hər şeyi göründüyü kimi qəbul etməməkdir. Sağlam şübhə jurnalistin ən qiymətli
keyfiyyətidir. Bu keyfiyyəti özünə aşılayan müxbir ya səhv etmir, ya da çox nadir hallarda
yanılır. Adətən, ciddi səhvə təcrübəsiz jurnalistlər tez-tez yol verirlər. Ona görə AzərTAc-da
işə qəbul edilən gənc jurnalistlər bir müddət sınaqdan keçir, peşəkar həmkarlarının təcrübəsini
öyrənirlər. İndi rəqabətin getdikcə gücləndiyi informasiya bazarında “Materialı ötürməli,
yoxsa dəqiqliklə hazırlamalı?” sualı son dərəcə aktualdır. “Onlayn jurnalistlər üçün vəsait”
kitabında bu barədə deyilir: “Hadisə baş verdikdən və məlumat ictimaiyyətə əlyetən olduqdan
sonra, adətən, xəbərin çatdırılmasında birinci olmaq uğrunda rəqabət gedir. Bu yarışda
üstələmək yalnız o zaman təqdirəlayiq hesab edilir ki, jurnalist bütün faktlara malik olduğuna
və onları dəfələrlə yoxladığına əmindir. Qaynar xəbər dərc edib sonra onu geri götürməkdən
pis şey yoxdur. İstifadəçiləriniz sizin bu xəbərdə yanlışlığa yol verdiyinizi anlayacaqlar. Onlar
34
Ottauey C.X. Jurnalistin məlumat kitabı / Tərcümə edəni S.Hüseynova, T.Əliheydəroğlu Bakı: Yeni Era,
2002, səh. 13
35
Yenə orada, səh. 17