Mövzu psixoanaliZDƏ CİNSİn problematizasiyasi



Yüklə 72,29 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü72,29 Kb.
#512


 

 

MÖVZU 2.



 PSİXOANALİZDƏ CİNSİN PROBLEMATİZASİYASI 

 

Məşğələnin planı 

 

1. Psixoanalizdə şəxsiyyətin strukturu 

2. Edip mərhələsi. Elektra kompleksi 

3. Psixoanaliz fransızca. Jan Lakan və onun ardıcılları 

4. Lüsi İriqarenin psixoanalizdə qender istiqamətinin inkişafındakı xidməti 

 

Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma 

Vena həkimi Ziqmund Freyd (1856-1939) tərəfindən işlənmişdir. «Psixodinamik» 

terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və  şüur arasında 

arasıkəsilməyən mübarizəni nəzərdə tutur. Psixoanalitik müəlliflər kişi və qadın 

arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın qender rollarının inkişafı barədə 

çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa 

cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir 

və qadın kiçilmiş kişi olaraq qəbul edilir. 

Lakin psixoanalizdə qadın haqqında təsəvvürü araşdırmaqdan  əvvəl  şəxsiyyətin 

psixoanalitik nəzəriyyədə irəli sürülən  əsas konsepsiya və strukturunu nəzərdən 

keçirmək lazımdır. 

XX-ci əsrin 20-ci illərinin əvvəlində Z.Freyd özünün hazırlamış olduğu psixi həyatın 

konseptual modelini irəli sürür və şəxsiyyətin anatomiyasına üç əsas struktur daxil edir: 

İd, Eqo və Supereqo. Bu üçhissəli  şəxsiyyət bölümü psixi həyatın struktur modeli kimi 

məlumdur, amma Freyd hesab edirdi ki, həmin tərkib hissələri  şəxsiyyətin xüsusi 

«strukturları» kimi deyil, müəyyən proses kimi nəzərdən keçirilməlidir. Freydin 

psixoseksual inkişaf nəzəriyyəsində cinsi eynilik konsepsiyası deyilən bir şey yoxdur. 

Düzdür, onun bütün əsərlərində kişilik və qadınlıq xatırlanır. Ancaq onun bu 

konsepsiyaları müəyyənləşdirməsi infantil seksuallığa  əsaslanır və ayrı-ayrı obyekt 

münasibətlərinin inikşafını, o cümlədən Supereqo və Eqonun inkişaf təsirini nəzərə 

almır. 


Freydin modelində birinci və  ən aşağı struktur İddir. «İd» sözü mənşəyini latınca 

«ono» sözündən alır və Freydə görə şəxsiyyətin istisna dərəcədə primitiv, instinktiv və 

anadangəlmə aspektlərini bildirir. İd tamamilə qeyri-şüuri mövcud olaraq davranışımızı 

enerji ilə dolduran instinktiv bioloji niyyətlərlə əlaqəlidir. Freydə görə id – nə isə qaranlıq, 

bioloji, xaotik, zahiri qanunları bilməyən və anlamayan bir şeydir. Freyd və onun 

ardıcılları hesab edirdi ki, İd insanın bütün həyatı boyu özünün mərkəzdəki yerini 

saxlayır. Psixikanın ən köhnə strukturu olaraq İd insan həyatının ilkin prinsipini – həzz 

prinsipini ifadə edir. Çıxış yolu tapmayan niyyətlər (seksual və mühafizəkar) şəxsiyyətin 

psixikasında gərginlik yaradır.  İdə qorxu və  təşviş yaddır, o ehtiyatlılıqdan uzaqdır.  İd 

bütün primitiv instinktiv niyyətlər üçün rezervuar rolunu oynayır və öz enerjisini 

bədəndəki proseslərdən alır. 

Freydin modelindəki psixi aparatın növbəti komponenti Eqodur. Eqo öz strukturu 

və funksiyasını  İddən alır, ondan təkamül edir və id enerjisinin bir hissəsini özünə 

götürür ki, sosial reallığın tələblərinə cavab verə bilsin. Eqo İdin istək və ehtiyaclarını 

ödəmək üçün koqnitiv və perseptiv strategiyalardan istifadə edir. İddən fərqli olaraq Eqo 

– məqsədi xarici mühitdə instinktləri ödəmək üçün imkan tapılana kimi onların müddətini 

uzatmaqdan ötrü orqanizmin bütövlüyünü saxlamaq olan reallıq prinsipi üzrə  hərəkət 

edir. Reallıq prinsipi fərdə kobud id enerjisini sosial məhdudluq və  fərdin vijdanı 

çərçivəsində  ləngitmək, başqa ünvana göndərmək yaxud da tədricən çıxmaq imkanı 

verir. 

Amma insanın cəmiyyətdə səmərəli fəaliyyət göstərməsi üçün o, dəyərlərə, norma 



və etika sisteminə malik olmalıdır. Bütün bunlara Supereqonun sosiallaşma və 


 

 

formalaşma prosesində nail olunur. Supereqo inkişaf edən  şəxsiyyətin son 



komponentidir. Freydin fikrinə görə, insan supereqo ilə doğulmur. Uşaqlar onu 

valideynləri ilə qarşılıqlı təsir zamanı mənimsəyir. Formal olaraq o, uşağın «düzgündür» 

– «düzgün deyil», «pisdir» – «yaxşıdır», «layiqlidir» – «layiqli deyil»i seçməyə başladığı 

vaxtdan aşkar edilir. Freyd supereqonu iki sistemə bölürdü: vicdan və eqo-ideal. Freyd 

həm də iki əsas instinkt – həyat və ölüm instinktləri qruplarının mövcudluğunu qeyd 

edirdi. O, bütün həyat instinktlərini  Eros kimi bir ad altında birləşdirir; həyat instinktləri 

arasında ən vacibi olaraq libido, yaxud libido enerjisi adını almış seksual instinkti qeyd 

edirdi. Freyd hesab edirdi ki, bir yox, bir neçə seksual instinkt mövcuddur və onların hər 

biri eroqen zona adlanan bədənin müəyyən sahələri ilə bağlıdır. İnstinktlərin ikinci qrupu 

Tanatos ölüm instinktidir ki, o qəddarlığın, mühafizəkarlığın, özünəqəsdin və 

qətləyetirmənin əsasında durur. 

Yuxarıda adları  çəkilən bütün şəxsiyyət komponentlərini nəzərə alaraq Freyd 

özünün psixodinamik nəzəriyyəsində  şəxsiyyətin psixoseksual inkişaf mərhələlərini 

qeydə alır. Hər bir mərhələ libidonun hansısa bir erogen zonada cəmlənməsi ilə 

xarakterizə olunur ki, buna müvafiq olaraq Freyd bu yaxud digər inkişaf mərhələsinə 

adlar verir. Qender aspekti nöqteyi-nəzərindən şəxsiyyətin Edip inkişaf mərhələsinə ilə 

bağlı, o cümlədən «balaca qız/böyük qız/qadın»ın inkişafı haqda Freydin təsəvvürlərini 

nəzərdən keçirmək maraqlı olardı. 

Göstərilən inkişaf mərhələsindəki üstün münaqişə  qızlarda Elektra kompleksinin, 

oğlanlarda isə Edip kompleksinin olmasıdır. Adlar yunan mifologiyasından 

götürülmüşdür. Freyd iddia edirdi ki, hər bir balaca qız qardaşı Oresti anaları  və onun 

aşnasını öldürməyə sövq edərək atasının qisasını almağa çalışan yunan ilahəsi 

Elektranın keçirdiyi hissləri keçirir. 

Psixoanaliz nöqteyi-nəzərindən anasını  məhv etmək istəyi qızda özündə kişi 

orqanlarının olmamasını  kəşf etdikdən və anasının onu hansısa bir qəbahət üstündə 

axtaladığı fikrinə  gəldikdən sonra yaranır. Bunun nəticəsində  qız anasına qarşı açıq-

aşkar düşmənçilik mövqeyi tutur və özünün fiziki «çatışmazlığında» ananı günahkar 

görür. Fantaziyalarında anasını  sıxışdırıb çıxarsa da qız ideallaşdırılmış gözəl ana 

obrazının dəstəyinə ümid etməkdə davam edir. Əslində onun fantaziyaları  məhz bu 

obrazla əlaqədar inkişaf edir və əgər onun libid istəkləri anası ilə əlaqəni təhlükə altına 

alırsa, qızcığaz bundan bir narahatlıq duyur. 

Elektra kompleksi ana ilə eyniləşmə yolu ilə  həll edilir. Bu inkişaf mərhələsində 

Edip istəyi  əlaməti olaraq çox zaman toy barəsində fantaziyalar yaranır; həmin 

fantaziyalar ilk dəfə yarananda bu, ideallaşdırılmış ana fiquru ilə birlikdə qadın işlərində 

iştiraka və qadın cinsi rolunun işlənməsinə dəlalət edir. Sevginin yeganə obyekti olmaq 

arzusu bu fantaziyalardan doğur; o, ana ilə eyniliyi genişləndirərək və  dərinləşdirərək, 

daha yetkin qadın dərəcəsində atası ilə birgə olmaq hüququ uğrunda mübarizə edir. 

Lakin qızların Edip inikşafı həmişə hamar olmur. Bəzən anaya qibtə, yaxud Edip istəyi 

ilə bağlı günah hissi uşağa ana sevgisini itirmək qorxusu gətirir. Üstəlik də Supereqonun 

tez formalaşmağa başlaması ilə əlaqədar ananın ideallaşdırılması və özünütənqid qızın 

qadın roluna inamını poza bilər. Bu amillərin bir-birinə qarışması  qızı Edip yarışından 

imtina etməyə  və  uşaq asılılığı  vəziyyətində donub qalaraq kiçiklikdən anaya bağlılığa 

məcbur edə bilər. Belə halda onun xarakterində itaət, güzəşt və mazoxistlik kimi 

xüsusiyyətlər üstünlük təşkil etməyə başlayır. Anasına daha çox oxşamağa başlayan 

qız ataya rəmzi yaxınlıq  əldə edir və beləliklə, onun nə vaxtsa atasına oxşayan kişiyə 

ərə getmək şansını artırır. 

1920-ci ildə özünün «Seksuallıq nəzəriyyəsi üzrə üç mühazirə»sinə qeyddə Freyd 

kateqorik  şəkildə elan edirdi: « bizim həmçinin qadınlarda axtalıq kompleksi haqda 

danışmağa  əsasımız var. Həm oğlanlar, həm də  qızlar qadınların ... bunu axtalamaq 

yolu ilə itirdiyi barədə nəzəriyyəni formalaşdırır» (Freud, S. Three Essays on the Theory 

of Sexuality, 1905, c.195). Psixoanalitiklər qeyd edir ki, ilkin genitali dövründə hər tərəfi 




 

 

kişilərə paxıllıq hissi bürüyür, lakin o daha tez də başlaya bilər. Bu mərhələdə oğlanlarla 



spesifik faza rəqabətində ifadə oluna bilmək meyli var və özünəvurulma kimi 

qiymətləndirilən qadın bədəni obrazının davam edən formalaşma prosesinin bir 

hissəsidir. Böyüyəndə və özünəhörmət hissi azalanda və o, qeyri-mükəmməllik hissi ilə 

müşaiyət olunanda həmin paxıllıq obyektiv münasibətlərdə ilkin yaranan problemlərə 

səbəb olur. 

Şəxsiyyətin inkişafında valideyinlərin rolu və  uşaqlıq amili psixoanalizdə üstünlük 

təşkil edən leytmotiv olaraq qalır: doğulan zaman bioloji cinsin müəyyən olunması 

valideynləri balaca ilə müəyyən davranış  tərzinə sövq edir. Onlar uşağa bu ailədə 

kişiliyin və qadınlığın nə olduğu və  nədə ifadə olunduğu barədə çox sayda verbal və 

qeyri-verbal xəbərlər göndərir; burada həmin cinsə aid olan balacaya münasibətdə 

valideyinlərin, bacı  və qardaşın mövqeyi, həmçinin müxtəlif  şüurlu və qeyri-şüurlu 

fantaziyalar  əksini tapır. Psixoanaliz nöqteyi-nəzərindən ana və  qızın qarşılıqlı 

münasibəti onların hər ikisinin inkişafına böyük təsir göstərir. Qadının ilkin münaqişələri 

nə dərəcədə həll edə bilməsi və ilkin istək və fantaziyaları cəmləyə bilməsi onun uşağa 

münasibətinə  və onunla davranışına dərin təsir edir. Məsələn,  əgər balaca qızdırsa, 

qadın öz anası ilə olan münaqişələrəin təkrar olunacağından qorxmağa başlayır. Ən pis 

halda ana qızını öz obrazının növbəti hissəsi ilə eyniləşdirə bilər. Əksetmə mexanizmləri 

sonradan balacanın davranışında müvafiq şərhlərə  səbəb olur. Belə ki, Stilin 

əsərlərində, məsələn, «analardan biri danışırdı: «Mən ilk dəfə onu əlimə alanda o mənə 

soyuq, buz kimi nəzərlə baxdı və üzünü çevirdi» (Steel, B.F. Parental abuse of infants 

and small children. 1970. N-Y: Little, Brown, c.449). Bunun ardınca biganəlik və ya 

xoşagəlməz davranış yarana bilər. Digər tərəfdən, qadın qızının doğulmasını ana-qız 

münaqişələrini yenidən yaşamaq və fantaziyalarında mövcud olan ilkin uşaqlığın 

ideallaşdırılmış, itirilən simbiotik münasibətlərini bərpa etmək şansı kimi qəbul edə bilər; 

daha uğursuz variantda o, uşağı tamamilə «udmağa» cəhd göstərə, onun müstəqilliyinə 

və azadlığına mane ola bilər və onda balaca qıza onun qoynundan qurtulmaq çox çətin 

olar.  

Psixoanalitiklər qeyd edir ki, bir çox həllini tapmayan münaqişə  və patoloji 



fantaziyalar üzündən qadın üçün analıq və mazoxizm uşağın cinsindən asılı olmayaraq 

təxminən eyni şeydir. Belə hallarda uşağın dünyaya gəlməsi qadın üçün azadlığın və 

müstəqilliyin itirilməsi demək olur ki, bu da müxtəlif sadomazoxist hərəkətlər üçün zəmin 

yaradır. Lakin kişinin dominantlığında diqqəti cəmləşdirən psixoanaliz hesab edir ki, 

anadan fərqli olaraq ata uşağın həyatdakı ilk anından başlayaraq onunla bir başqa 

əlaqədə olur. Həm oğlu, həm də qızı ilə ata daha fəal olur və daha çox stimul və həvəs 

oyadır. Daha «dolu» obyekt olaraq ata münaqişənin tamamilə həll olunmasına yardımçı 

ola, birliyə kömək edə və ana ilə həddindən artıq güclü əlaqəni zəiflədə bilər. Ata oğluna 

özünün kişilik və qender rolları haqqındakı təsəvvürünü ötürür ki, onlar adətən ideal kimi 

qəbul olunur. Eyni zamanda ana qızının getdikcə qadınlaşmasına ambivalent yanaşırsa, 

ata qızının ana ilə eyniləşməsindən qürur duyur və buna rəğbətlə yanaşır. 

Fast  ən ilkin həyat mərhələsində ayrılmamış cinsi matrisanın mövcudluğu haqda 

təsəvvür irəli sürür, lakin müəlliflərin  əksəriyyəti bununla razılaşır ki, 15-ci-18-ci ayda, 

formalaşmaqda olan «mən» duyğusunun əlamətləri aşkar olunarkən uşaqda özünü kişi 

yaxud qadın cinsinə mənsub məxluq olaraq hiss etməyə başlamasını göstərən cəhətlər 

də biruzə verir. İki-üç yaş arasında artıq cinsi dərketmə daha dəqiq  əlamətlərlə  aşkar 

olunur, çünki bu yaşda oğlanlar özünü kişilik xasiyyətnaməsinə uyğun, qızlar isə 

qadınlıq xasiyyətnaməsinə müvafiq aparmağa başlayır. Bu dövrdə artıq cinsi eyniliyin 

mahiyyəti elə dəqiq müəyyənləşir ki, əksər müəlliflər tərəfindən dəyişməz sayılır. 

Cinsi-rol eyniliyi cinsi eynilik əsasında yaranır, amma onunla üst-üstə düşmür: bu – 

cinslə müəyyənləşdirilən digər insanlarla şüurlu və qeyri-şüurlu qarşılıqlı  təsirin 

patternalarıdır. Öz obrazının bu aspekti valideyin və  uşaq arasında o yeni doğulan 

zamandan başlayan incə əlaqə əsasında formalaşır və bu, valideyinlərin uşağın bioloji 



 

 

cinsinə münasibətdə mövqeyindən və onların başqaları ilə qarşılıqlı  təsir üslubundan, 



onların özünü nə  tərzdə kişi yaxud qadın hiss etməyindən asılı olur. Uşaqlarda 

başqaları ilə  ən ilkin qarşılıqlı  təsir, münasibət və dialoq təsəvvürləri ilə birlikdə «rol 

münasibəti» haqqındakı  təsəvvür cinsi şüurun digər aspektləri ilə birləşir və  nəticədə 

balacanın öz obrazı rolla və özünün kişiliyi yaxud qadınlığı ilə əlaqədə başqa insanlarla 

münasibət üçün qəbul edilən qarşılıqlı  təsir üsulu ilə birlikdə cinsi eynilik 

elementlərindən ibarət olur. Cinsi-rol eyniliyi başqa insanlarla qarşılıqlı təsirin şüurlu və 

xüsusən qeyri-şüurlu üsullarına adiddir ki, onlar insanın cinsi eyniliyini əks etdirir. Qadın 

rol eyniliyi kimi təsnif edilənlər çox kiçik yaşdan başlayır. Stoller müşahidə etmişdi ki, 

şəksiz qadın maneraları, hərəkətləri və  təsir üsulları balaca qızda hələ o gəzməyə 

başlamamışdan yaranır. Bu - nəinki ilkin qadınlıq hissiyyatının tez formalaşmasına 

sübutdur, eyni zamanda qadın cins-rol eyniliyinin ilkin başlanğıcıdır. 

Psixoanalizdə qeyd edilən cins-rol eyniliyinin daha bir mühüm aşkarlığı – uşaqların 

qayğısına qalmaq meylidir. Balaca qızın  12-18-ci aylardan başlayaraq kukla ilə 

oynaması buna misaldır. Freyd qızın uşağı olmaq meylinə onun özünün oğlan olmaq 

istəyinin  əvəzi, qadınınsa ilk övladının oğlan olmaq arzusuna onun kişi cinsinə etdiyi 

paxıllığın ifadəsi kimi yanaşırdı. Lakin müasir psixoanalitik fikir qızın bu arzusunu 

qadınlığın baza ifadəsi sayır. Məsələn, Kestenberq ana «instinkti»nin mövcudluğunu 

ehtimal edir. Perens və onun həmkarları qızın uşağı olmaq meylini anadangəlmə cinsi 

xasiyyətnami hesab edir. Neyfredistlər isbat etməyə çalışır ki, uşağı olmaq arzusu cinsi-

rol eyniliyinə  dəlalət edir. İlkin qadınlıq hissiyyatı  aşkar olunduqca və balaca bir qız 

özünün qadın cinsinə  mənsubluğunu dərk etdikcə o çox vaxt ətrafdakılarla anası kimi 

münasibətdə olmaq və özünə qarşı da ana qayğısı ilə yanaşmaqla özünü eyniləşdirir 

(əksərən qeyri-şüuri). Ana olmaq həvəsiylə dolu fantaziyaları sonradan onun qadın cinsi 

rolunun əsasını və onun Eqo-idealını formalaşdırır. 

Sonrakı latent dövrdə  qızlar daha ilkin münaqişələr yaşayır, özünün cinsi-rol 

inkişafının bütün aspektlərini duyur və cəmləyir. Latent dəyişikliklərin vasitəsi ilə cinsi-rol 

eyniliyi genişlənir və möhkəmlənir. Sosial münasibətlərin inkişafı ilə qızcığaz daha çox 

sayda həmyaşıdı ilə  əlaqəyə girir; ideallaşdırma və eyniləşdirmə  məqsədi ilə yeni 

obyektlər axtarmaq imkanı  əldə edir. Yaşıdları ilə ünsiyyətin rəqabətli ola biləcəyi və 

əvvəllər duyduğu özünəinamsızlığı yenidən oyada biləcəyi üçün qızlar stereotip və bir 

qədər səthi qadınlıq aspektlərindən istifadə edə və onu şişirdə bilər ki, özünün qadınlıq 

hissiyatındakı inamsızlığı saxlaya bilsin. Və  əksinə, latent dövründə  bəzi qızlarda 

müşahidə olunan oğlana xas davranış onlarda kişi əlamətlərinin yarandığına dəlalət edə 

bilər. Bu həmçinin hansısa bir səbəbdən zəif və  dəyərləndirilməmiş qadınlıq hissinə 

malik olan qızlar üçün kompensasiya rolunu oynaya bilər. Cinsi-rol eyniliyi getdikcə 

daha çox işlənir. «Bu illər ərzində qızcığız onun cinsi-rol eyniliyinin sosial qəbul olunmuş 

davranış asrektlərini nəzərə aldıqca müxtəlif dərketmə  səviyyələrində ana, dayə, ev 

qadını, müəllim və sairə iddiasında olur və anasından fərqlənən qadınlarla eyniləşdirilir» 

(Abelin,1971, c.57). Cinsi-rol eyniliyi yeniyetmə dövründə tamamilə formalaşmış olur. 

«O, ehtiyatlı  və utancaq qızcığazdan təkəbbürlü və nazlı, bəzən də  əks cinslə 

münasibətində – nəinki öz həmyaşıdları ilə, eləcə  də öz atası ilə – axtalayıcı  və 

sadizmlə hüdudlaşan şəxsə çevrilə bilər» (Abelin,1971, c.57). 

Beləliklə, Z.Freydin və ortodoksal psixoanalitiklərin nəzər nöqtələrini araşdırdıqdan 

sonra belə  nəticəyə  gəlmək mümkündür ki, onların bir çoxu qadını kişidənyaranma 

olaraq, lakin çoxlu çatışmamazlıqları olan, kişi anatomiyasına hədsiz paxıllıq duyan və 

qeyri-mükəmməllik kompleksindən əziyyət çəkən məxluq kimi nəzərdən keçirir. Klassik 

psixoanalizin fikrincə, «anatomiya – taledir», yəni insanın cinsi onun həyat 

funksiyalarını, qender rolunu müəyyən edir və bununla da qender stereotiplərinin 

dəyişməz olduğunu nəzərə çarpdırır. Alimlərin çoxu Freydin qadına aşağı  səviyyəli 

məxluq kimi patriarxal yanaşmasını  dəstəkləyir.  1931-ci ildə Freydin oxuduğu qadınlıq 

haqqında mühazirə heç də onun xeyrinə söz demir. Mühazirənin mənası bundan ibarət 



 

 

idi ki, qadın təbiətinə görə passivdir, mazoxizmə meyillidir, kişilərə paxıllıq edir, 



azsəmərəlidir və onun Supereqosu daha zəifdir.  Əgər nəzərə alsaq ki, psixoanaliz – 

insan varlığını dərk etmək üçün bir vasitədir, nə üçün qadınların Freyd üçün sirr olması 

özü elə sirrə çevrilir. Oçerklərinin birində o özü də deyirdi ki, onun deyə biləcəyi yeganə 

şey «əlbəttə ki, bitməmişdir, fraqmentardır və heç də  həmişə xeyirxah səslənmir». 

Freydin nə qədər çox şey yazmış olduğunu yada salsaq, qadın haqqında nə qədər az 

yazması onun qadınlara qarşı münasibətini aşkar mənalandırır. 

Lakin unutmaq olmaz ki, Freyd kişi və qadın haqqındakı təsəvvürləri XIX-cu əsrin 

burjuaziya cəmiyyətində olduğu kimi təsvir edirdi. Freydin əsas «kişi=aktiv» və «qadın= 

passiv» tənliyi kompleksdən başqa bir şey deyildir ki, qender fərqləri barədə ciddi 

danışıq aparmazdan əvvəl ondan yaxa qurtarmaq gərəkdir. Lap əvvəldən psixoanalizdə 

qadınlıq və kişiliklə bağlı fikir müxtəlifliyi mövcud idi və narazılıq bildirənlər əsasən qadın 

analitiklər idi. Eyni zamanda Anna Freyd, məsələn, ortodoksal ənənələrə sadiq 

qalmışdı. ABŞ-da psixoanaliz başlıca olaraq ortodoksal idi və «anatomiya – taledir» 

meylinin qəbulunda hətta mühafizəkar mövqedə idi, buna görə  də feministlərin müasir 

nəsli təbii olaraq Freydə qarşı  çıxdı.  İkinci dünya müharibəsindən sonra amerikan 

cəmiyyəti təbii analıq və analıq duyğusu ideyaları ilə gəzirdi. Freydin qadın passivliyi və 

mazoxizmi haqqında, qadında  ədalət hissinin zəifləmiş olması barədə fikirlərindən 

ailənin qoynuna qayıdışa bəraət üçün istifadə edirdilər. Hər halda bir çox alimlər bioloji 

determinizm və qadın passivliyini kişi hökmranlığına bəraətdən başqa bir şey hesab 

etməyərək onları qəbul etmədi. 

Tanınmış fransız psixoanalitiki J. Lakan (1901-1981) qender nəzəriyyəsinin müasir 

konsepsiyalarının inkişafında böyük rol oynadı. Lakanın qadın subyektivliyi və 

seksuallığı problemlərinə  həsr olunmuş yazıları onun məşhur «Əsərlər»i (1966) və 

«Seminarlar»ıdır (1973-1981).  1975-ci ildə onun qadın subyektivliyinə  həsr olunan 

mətnləri «Qadın seksuallığı» adı ilə toplanaraq ingilis dilinə tərcümə olundu; Jan Lakan 

və Ecole Freudienne» Lakan feminist psixoanalizi üçün əsas mənbə rolunu oynayır. 

Lakanın qender nəzəriyyəsi anlamı iki böyük düşərgəyə bölünür: Lakanın nəzəri 

aparatından patriarxat hakimiyyət mexanizmlərini təsvir və izah etmək üçün istifadə 

edənlər (Culiet Mitçell, Yuliya Kristeva, Katrin Kleman); və feminist tənqid nöqteyi-

nəzərindən Lakanın qadınlıq konsepsiyasını inkar edənlər (Cermen Qrir, Sulamif 

Fayerstoun, Betti Fridan, Keyt Millett). Eyni zamanda bir çox feminist müəlliflər Lakanın 

psixoanalitik aparatından özlərinin nəzəri konsepsiyasının qurmaq üçün istifadə 

etmişdir. Lakan iddia edir ki, şəxsiyyətin strukturundakı femin və maskulin parametrlər 

çevrilə, yerini dəyişə yaxud anatomik xasiyyətnamələrdən asılı olmayaraq şəklini dəyişə 

bilər. Başqa sözlə desək, Lakana görə, maskulinlik və feminlik – subyektivliyin rəmzi 

eyniliyi mərhələsində yaranan rəmzilik parametrlərindən başqa bir şey deyildir. 

Lakanın uşağın inkişafında «güzgü mərhələsi»ni aşkar etməsi ona subyektin ikili 

strukturu («mən» və «qeyri-mən», kişilik və qadınlıq eyni bir vaxtda) barədə  nəticə 

çıxarmağa  əsas verir; Lakan hesab edir ki, bu zaman uşağın güzgülü obrazı  həmişə 

fantaziyanın  rəmzi konstruksiyasıdır, çünki əslində onun klassik dərketmə strukturuna 

heç bir aidiyyəti yoxdur. Subyektivlik strukturundakı bu ilkin totallığa Lakan «mən» adı 

verirsə, «mən»in mənası tələffüz anındakı funksiya olaraq təyin edilir. Sonrakı anda bu 

funksiya radikal şəkildə  dəyişə bilər. Başqa cür desək, subyektin eyniliyi və bütövlüyü 

özünə yalnız fantaziya səviyyəsində yer alır. Lakan «təsəvvür olunan» terminindən 

subyektivliyin Edipdənqabaqkı inkişaf dövrünü təsvir etmək üçün istifadə edir ki, bu 

mərhələdə ayrıca «mən» hələ yoxdur, çünki uşaq ana ilə simbiotik əlaqədədir. Nəticədə 

Edipdənqabaqkı  mərhələdə  uşaq nə femin, nə  də maskulin deyildir. Yalnız sonrakı 

simvolik «güzgü dövrü»ndə balaca insan öz şəxsiyyətinin qender fərqini anlamağa, və 

deməli rəmzi mədəniyyət düzümündə öz yerini müəyyən etməyə qabildir. 

Ənənəvi psixoanalizdə qadın – özlazımlılığın rəmzi atributu olan kişi cinsiyyət 

orqanlarından məhrum, kişi isə elə özü olaraq lazımlı insan kimi şərh olunur. Ancaq 




 

 

Lakan hesab edir ki, subyektin cinsi heç bir vaxt sadəcə bioloji cinslə müəyyənləşdirilmir 



və cinsin hüdudsuz rəmzi işarələnmə  zəncirində tutduğu yerlə  təyin olunan qender 

rəmzi fərqlər zənciri kimi nəzərdən keçirilir. Eyni zamanda Lakan psixoanalizə sadiq 

qalır - onun fikrincə, «qadınlıq fenomeninin spesifikliyi o faktdadır ki, qadın özünün nə 

demək olduğunu Başqasında tapa bilir: onun adı həmişə onun Rəmzi atasının adıdır» 

ki, «bu adsız o adlanmamış, yersiz, öz eyniliyini tapmamış qalır». Buradan da Lakanın 

məşhur «qadın yoxdur» təbiri yaranmışdır (Lakan J. The Ethics of Psychoanalysis. The 

Seminar of Jacques Lacan, Book VII, c.73). Lakanın sözlərinə görə, fantazmatik yer 

vasitəsi ilə müəyyən olunan qadın mövcud deyil. Qadın Başqa kimi, misterial obyekt 

olaraq Allahın da mövcud olmadığı  dərəcədə mövcud deyil; eyni zamanda qadının 

absolyut «dostluluğu» - Allahın «dostluluğu» kimi – kişi özünüdərkinin təminatıdır. Lakan 

«maskarad» anlayışından istifadə edir. Maskarad əməliyyatı qadın tərəfindən kişi 

işarəsinə münasibətdə eyniləşmiş mövqeləri müntəzəm olaraq dəyişdirmək üçün həyata 

keçirilir. Bununla bağlı olaraq Lakan Freydin məşhur «anatomiya – taledir» ifadəsini bir 

qədər başqalaşdırır: «anatomiya – tale yox, rəmzi eyniləşmə maskaradının müxtəlif 

fiqurlarıdır» (Lacan J/ The Ethics of Psychoanalysis. The Seminar of Jacques Lacan. 

Book YII, c.74). Faktiki olaraq Lakan iddia edir ki, qadın həmişə kənardır, başqadır və o, 

repressiv dil və nitq aləmində öz mövqeyinə nail ola bilməz. Lakanın ilk baxışda insana 

radikallıq təsiri bağışlaması ilə onun qadına qarşı münasibətdə olduqca mürtəcə mövqe 

tutması arasındakı ziddiyyətə baxmayaraq o böyük populyarlığa malik idi. 

Jak Lakanın «sədaqətsiz»  şagirdi olan fransız nəzəriyyəçisi və psixoanalitiki Lüsi 

İriqarenin adı müasir qender nəzəriyyəsində  ənənəvi olaraq Avropa feminist nəzəri 

fikrinin yaradıcısı kimi səslənir. Lüsi İriqare müasir mədəniyyətdə «qadınlıq» anlayışının 

özünün yalnız kişiliyə  əks olan və istisna şəkildə  ənənəvi kişiliyin köməyi ilə müəyyən 

edilən maskulinlik modelləri hesabına təyin və mövcud olduğunu bildirir: məsələn, onun 

güzgü refleksi kimi. O, həm də yada salır ki, klassik psixoanalizdə qadın subyektivliyi 

təkcə subyekt inkişafının kişi modelləri ilə nisbətdə konseptuallaşır. Buna görə də Lüsi 

İriqarenin xüsusi fəlsəfi proyekti klassik psixoanalizin qender dekonstruksiyasından 

ibarətdir: mədəniyyətdə qadın avtonom subyektivliyinin inkişafı patriarxat mədəni 

normaların hüdudlarına yerləşmir və onun çərçivəsini aşır. Qadını  və  mədəniyyətdə 

qadınlığı  başqa cür  təsəvvür etmək lazımdır:  qadının  xüsusi və müstəqil 

genealogiyasını yaratmaq gərəkdir. Onun fikrincə, bu zaman kişi mədəniyyətindən asılı 

olmayan anlayışlarda qadınlığın və feminliyin yenidən nəzərdən keçirilməsi üçün 

seksual, linqvistik və sosiorəmz sistemlərini həqiqətən yenidən təşkil etmək lazım 

gələcəkdir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI  

 

1.  Лакан.Ж. Стадия зеркала и ее роль в формировании функции «я» // Инстанция 

буквы. Судьба разума после Фрейда. М., Логос, 1997, с. 7-14 

2.  Лакан Ж. Ниспровержение субъекта и диалектика желания в бессознательном 

у Фрейда// Инстанция буквы или Судьба разума после Фрейда. М., Логос, 1997, 

с. 148-183 

3.  Тайсон  Ф.,  Тайсон  Р.  Психоаналитические  теории  развития.  Екатеринбург, 

1998 


4.  Хьелл Л., Зиглер Д. Теории Личности. С-П., 1997 

5.  Осборн Р. Знакомтесь Фрейд. София, 1997 

6. Abelin, E.L. 1971/ The role of the father in the separation-individualization Essays. 

c.229-252 

7.  Freud, S. Three Essays on the Theory of Sexuality, 1905, c.195 

8.  Irigaray L. What Method Have You Adopted for This Research?// Irifaray L. This Sex 

Which is Not One. Ithaca: Cornell University Press, 1985,c/ 150-152. 



 

 

9. Kleeman, J.A. 1971/ Ehe establishment of core gender identity in normal girls 



10. Lacan J. God and the Joissance of The Woman. A Love Letter// Feminine Sexuality. 

C. 137-148 

11. Lacan J. The Ethics of Psychoanalusis. The Seminar of Jasques Lacan. Book YII, 

1959-1960. New York & London: W.W.Norton & Company, 1992, c. 73-74 

12. Lacan J.The Phallic Phase and the Subjective Import of the Castration Complex// 

Feminine Sexuality, c. 99-122 

13. Kacan J., Granoff W. Fetishism and Therapy// Balint M. London: Tavistock, 1956, c. 

265-276 


14. Lacan J. The Meaning of the Phallus// Feminine Sexuality, c. 74-85 

15. Steel, B.F. Parental abuse of infants and small children. 1970. N-Y: Little, Brown, c. 

449 

16. Mitchel U, Rose J. Feminine Sexuality: Jasques Lacan and the Ecole Freudienne/. 



New York & London: Pantheon Books, 1982/ 

17. Tyson,  P.  1982. A developmental Line of gender identity, gender role and choice of 



love object 

 

Document Outline

  • M?sg?l?nin plan?

Yüklə 72,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə