Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə8/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Mikroiqtisadiyyat- mühazirə

2.2. Tələb. Tələb funksiyası.

Tələb bazarda faktiki və potensial əmtəə alıcılarının davranışını xarakterizə edən termindir.

Tələbin həcmi-bazarda hər hansı dövrdə (gün, ay və ya il) müəyyən qiymətlə alıcının almaq istədiyi əmtəələrin miqdarını əks etdirir. Tələbin həcmi əmtəənin qiyməti və digər amillərdən asılıdır. Bu amillər içərisində alternativ əmtəələrin qiymətləri, alıcıların gəlirləri, onların zövqləri, alıcıların sayı və qiymətlərin gözlənilən səviyyəsi (inflyasiya gözləməsi) mühüm əhəmiyyət kəsb edirlər. Əhalinin tərkibinin dəyişməsi, yəni orada təqaüd alanların sayının artması dərmanlara, tibbi xidmətə tələbi artırır. Hökumətin az təminatlı ailələrə dövlət tərəfindən pul müavinətlərinin ödənilməsi kimi iqtisadi siyasəti, əhalinin bu qrupunun istehlak etdiyi əmtəələrə tələbini yüksəldir. Tələbin həcminin onu təyin edən amillərdən asılılığına tələb funksiyası (QD) deyilir.



QDA = f (Pa, Pb............Pz, İ, W, T, F, S)

burada


QDA - “A” əmtəəsinə vaxt vahidində tələbin həcmi;

PA – “A” əmtəəsinin qiyməti;

Pb...... Pz – “A” əmtəəsini istehlakda əvəz edə bilən digər alternativ əmtəələrin qiymətləri;

İ - alıcının gəlirləri;

W - alıcının rifahı səviyyəsi;

T - alıcının zövqü;

F - alıcının öz perspektivləri haqqında rəyi;

S - mövsümi tələbat və i.a.

Tələbin həcmi ilə faktiki alınmış əmtəələrin həcmini bir-birindən fərqləndirmək lazımdır. Qeyd edək ki, tələbin həcmi yalnız alıcıların davranışı ilə müəyyən edildiyi halda, alınmış əmtəələrin həcmi alıcılar və satıcılar tərəfindən birlikdə təyin olunur.

Tələb və təklif modelində qiymət aparıcı rola malikdir. Təcrübə göstərir ki, digər amillər dəyişməz qaldığı halda, əmtəələrə tələbin həcmi qiymətin aşağı düşməsi ilə artır və ya əksinə. Bu iki əsas səbəblə izah olunur:

- qiymət nə qədər aşağı olarsa, onu almağa meyli olan insanların sayı çox olacaq;

- qiymət nə qədər aşağı olarsa, istehlakçıların istənilən verilmiş vaxt dövründə onu almaq meylləri o qədər yüksək olacaq;

İstənilən əmənin qiyməti və ona tələbin həcmi arasındakı əlaqə tələb cədvəli formasında verilə bilər.

Tələb cədvəli digər amillərin dəyişməz olduğu halda əmtəəyə tələbin həcmi və həmin əmtəənin qiyməti arasındakı əlaqəni əks etdirir. Tələb cədvəli hər hansı qiymətlər çoxluğunda neçə alıcıların nə qədər əmtəə almaq istəyini göstərir.

Cədvəl 2.1

Tələb cədvəli



“A” məhsulunun qiyməti (P), manat

Ay ərzində tələbin həcmi (QD), ədəd

0

15

1

12

2

9

3

6

4

3

5

0

Cədvəldən aydın görünür ki, əmtəənin qiyməti artdıqca, daha az miqdarda əmtəəyə tələb təqdim olunur. Məhz bu tələb qanunudur. QD - yə təsir edən digər amillərin dəyişməzliyi şəraitində əmtəənin qiymətinin artması halında alıcıların bəziləri onu almayacaq və əvəzedici əmtəələrin istehlakına keçəcək, müəyyən qismi isə istehlakı ixtisar edəcəkdir. Bütün bunlar isə QD - nin azalmasına səbəb olacaqdır.

Satışı zəruri olan əmtəələrin miqdarı nə qədər çox olarsa, ona daha aşağı qiymət qoyulmalıdır. Başqa sözlə, tələbin ölçüsü əmmənin qiymətinin aşağı düşməsi ilə yüksəlir və qiymətin artması isə onu azaldır.

Bu asılılığının qrafiki forması tələb əyrisi adlanır.





P

5


4

3

2



1

0


D

3 6 9 12 15 Q




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə