17
olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu
forması və siyasi rejim, yaxud dövlət rejimi.
1. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu
və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin
bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün
dövlətlər monarxiya və respublikaya bölünür.
Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli
dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən
irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik
olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə
məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə
bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud
monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu
ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament
tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik
misal olaraq müasir Böyük Britaniyam göstərmək olar.
Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün
seçilir və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər.
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir.
Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter
daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır
və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə
etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla
bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl
buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil,
hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli respublika)
ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin
sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların
mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür.
Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə,
Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət
başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət
başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi
qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə
respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament
qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət
daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq
tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ
yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını,
Azərbaycan Respublikasını göstərmək olar.
Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması
mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı
əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.)
parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır,
18
prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.)
əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə
Fransanı, Rusiya Federasiyasını aid etmək olar.
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin
başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti
həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident
hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq,
referendum keçirmək və s. hüququ var).
2. Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi
təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən
ibarətdir və onların hüquqi vəziyyəti necədir.
Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin
birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə,
bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi
vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə
Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə
federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali
nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə -
kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar
dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən
bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların
mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb
ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının -
federasiya
subyektlərinin birliyinin nəticəsidir.
Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi
bölgüsünə malikdirlər.
Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki
sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət
orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin
hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir.
Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.
Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) -
federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti
olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam
şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə
dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən
olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq
hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə
konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın
tərkibinə
daxil
olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz
dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid
ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin
Dostları ilə paylaş: |