Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,42 Mb.
səhifə3/6
tarix19.04.2023
ölçüsü1,42 Mb.
#106362
növüYazı
1   2   3   4   5   6
Az.mədəniyyəti(milli mətbəxi və milli rəqslər)

Zarı-zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan “Zarı-zarı” rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.

Üç pəncə - Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında “Üç pəncə” yallısını düzəldir, qurur. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda və onun əhatə etdiyi kəndlərdə “Üç pəncə” yallısı maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs iki hissəlidir. Sakit və yeyin hissələrdən ibarətdir.

Arazı – Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı “Papuro” da adlanır.

Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld, çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə, toy və bayram mərasimlərində bu yallı növü folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə