Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan


Dövlətlərarası əlaqələr sistemində daima iki meylin toqquşması baş verir: siyasi sabitlik (güc nisbəti) meyli və siyasi sabitliyin (güc nisbətinin) pozulması meyli



Yüklə 40,68 Kb.
səhifə3/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   2   3   4   5   6   7   8   9   ...   12
beynelxalq teh-k

Dövlətlərarası əlaqələr sistemində daima iki meylin toqquşması baş verir: siyasi sabitlik (güc nisbəti) meyli və siyasi sabitliyin (güc nisbətinin) pozulması meyli. Siyasi sabitliyin saxlanılması – dövlətlərarası əlaqələr sisteminin hazırkı keyfiyyət vəziyyətində, yaranmış güc nisbətinin səviyyəsində saxlanılmasıdır. Siyasi sabitliyin pozulması – dövlətlərarası əlaqələr sisteminin nisbətinin pozulmasına, müharibələr vasitəsi ilə dünyanın yenidən bölüşdürülməsi və güc nisbətinin keyfiyyətcə yeni səviyyəsində sabitliyin bərpasına atılan addımdır.
Dövlətlər arasında qarşılıqlı əlaqələrin əsasını təşkil edən güc nisbətinin təhlili belə nəticəyə gətirir ki, güc tarazlığı siyasi sabitliyin gücləndirilməsinə, müharibələrin qarşısının alınmasına deyil, əksinə qızğın silahlanma, əhalinin yoxsullaşması, dövlət quruluşunun demokratik prinsiplərinin ləğv olunması, dövlətlər arasında permanent («soyuq müharibə») vasitəsi ilə sabitliyin pozulmasına təkan verir.
Nüvə əsrində güc nisbətinə ümid bəsləmək, yalnız ümumi məhvə səbəb ola bilər. Buna görə də, həyat təhlükəsizlik probleminə tamamilə yeni yanaşmanı tələb edir.
Nüvə əsrində bəşəriyyətin sağ qalma problemi ilə əlaqədar narahat olan alim və siyasətçilərin birgə axtarışları “Yeni siyasi təfəkkür” kimi tanınan müxtəlif dövlətlərin «mənafelərin nisbəti» konsepsiyasının formalaşmasına gətirib çıxarmışdır.
1980-90-cı illər ərəfəsində yeni siyasi təfəkkür ideyalarının uğur qazanması heç də təsadüfi hal deyildir. Əsasına qoyulmuş dünyanın qarşılıqlı əlaqəliliyi, bütövlüyü konsepsiyası XX əsrin sonunda yaranmış ictimai-siyasi reallığı nəzəri baxımdan tamamilə düzgün əks etmişdir.
Yeni siyasi təfəkkür – ilk növbədə, dövlətlər və millətlər arasında qarşılıqlı asılılığın, qarşılıqlı əlaqənin gücləndirilməsində özünü büruzə verən dünyanın iqtisadi, ictimai-siyasi və mədəni bütövlüyünün təşəkkülü prosesinin nəzəri cəhətdən dərk olunmasının nəticəsi hesab edilir. Beləliklə, yeni siyasi təfəkkür nüvə əsrində bəşəriyyətin sağ qalmasının təmin olunması üsullarına siyasətçilər və ideoloqların elmi cəhətdən əsaslandırılmış rəylər sistemi kimi təqdim olunmuşdur.
Dünya birliyini fəlakətə aparan nüvə müharibəsindən, ekoloji böhranların ağlasığmaz fəsadlarından söhbət açarkən, biz dünyanın bütövlüyünün formalaşması prosesinin səbəbindən yox, onun nəticəsindən danışırıq. Dünya sosiumunun formalaşması səbəbləri daha dərində – insanın yaranmasının, maddi və mənəvi istehsalın, bütün bəşəriyyətin tarixi taleyinin ümumiliyindən irəli gəlmişdir.
Müasir dünyanın bütövlüyü təkcə qlobal ekoloji problemlərin mövcudluğunda, dövlətlərarası əlaqələrin tamamlanmış sisteminin formalaşmasında və iqtisadiyyatın qloballaşmasında özünü büruzə vermir. Bütövlük müxtəlif dövlətlərin qarşısında duran mədəni, mənəvi problemlərin ümumiliyində də özünü göstərir. Mənəviyyatın, əxlaqın, ümumbəşəri mədəniyyətin qorunması məsələsi dövlət sərhədləri çərçivəsindən çox genişdir.
Dünyanın qarşılıqlı asılılığı, bütövlüyü ondan ibarətdir ki, mədəni böhran, qloballaşma problemləri hər hansı ölkə, ölkələr qrupu və hətta, ayrılıqda götürülmüş ictimai-iqtisadi formasiya çərçivələrində həll oluna bilməz. Nə vaxtilə mövcud olan sosializm, nə də bütün onun modifikasiyalarında kapitalizm dünyanın təcrid olmuş hissələri heç vaxt olmadıqlarına görə, birgə yaşama və birgə səylərlə qarşıda duran problemləri həll etməyə məcbur idilər.
Dövlətlərarası əlaqələr nöqteyi-nəzərindən maraqlar nisbəti – maraqlarına digər ölkələrin maraqlarını tabe etmək deyil, maraqları dairəsinə onları daxil etməkdir. Başqa sözlə, maraqlar nisbətinin saxlanılması həm müxtəlif dövlətlər, ictimai-siyasi sistemlər, həm də bu dövlətləri təşkil edən müxtəlif ictimai təbəqələr və qrupların müştərək tələblərinin əsasında mümkündür.
Milli, sinfi, dini və hər hansı digər bir ideologiyadan üstün duran nüvə müharibəsinin, ümumdünya ekoloji fəlakətinin qarşısının alınması, şübhəsiz ki, hər bir insanın və ümumiyyətlə, bütün bəşəriyyətin tələbləri olaraq müxtəlif dövlətlərin maraqlarında öz əksini tapmışdır.
Bütün ölkələr və millətlərə məxsus tələblərdən biri mədəni səviyyənin əldə edilməsi və təkmilləşdirilməsi, əxlaq və mənəviyyat kimi ümumbəşəri prinsiplərin geniş yayılması vasitəsi ilə insanın Homosapiens nəslinin nümayəndəsi kimi ardıcıl inkişaf etdirilməsidir. Hətta müxtəlif mədəni modellərin mövcudluğu şəraitində, dünya mədəniyyəti prosesinin ümumiliyi müasir dünyada maraqlar nisbətinin axtarışı üçün obyektiv əsas kimi çıxış edir. Bu maraqlar nisbətindən kənar hər hansı bir millətin və ya ümumiyyətlə, bəşəriyyətin mədəni tərəqqisi haqqında söhbət açmaq qeyri-mümkündür. Mədəniyyətin inkişafı maddi istehsalın, elm və texnikanın tərəqqisindən kənar mümkünsüzdür.
Ümumdünya təsərrüfatının, beynəlmiləlləşdirilmiş iqtisadiyyatın mövcudluğu müasir dövlətlərin maraqlar nisbətinin formalaşması üçün obyektiv əsas kimi çıxış edir. İstehsal və bazar inkişafının xüsusiyyəti ondadır ki, bu gün dünyanın heç bir ölkəsi, hətta ən zəngini və güjlüsü, qarşısında duran bütün problemləri təkbaşına həll etmək iqtidarında deyildir.
Bununla belə, maraqlar nisbətinin əsasında dövlətlərarası maraqlar sisteminin formalaşması üçün mahiyyəti olan obyektiv səbəblərin mövcudluğuna baxmayaraq, ziddiyyətlər dünyanı dağıtmaqda, müharibələr davam etməkdə, əsas məsələlərin çoxu isə həll olunmamış qalmaqdadır.
Hazırkı vəziyyətin səbəbləri ondadır ki, qlobal sosiumun mürəkkəb və ziddiyyətli formalaşması prosesi hələ yaranma mərhələsindədir. İqtisadi, ictimai, siyasi və mədəni inkişafları eyni səviyyədə olmadığı üçün, tarixi inkişafın məntiqi ilə tələb olunmuş yenidən yaranmış tələblərin dərk olunmasına dövlətlər və ya millətlərin hamısı hazır deyildir.




  1. Yüklə 40,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə