www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bax, budur yazıçı qələmini yandıran fikirlər, varaqlara od
vuran, barmaqları göynədən yaralı sətirlər, yarasından qan axan
yaralı cümlələr. Bu gün çəkdiyimiz ağrıların hamısı bic və gic
doğulanların, atasından, anasından xəbərsizlərin, dini, dili və
qanı qarışıqların, düşmən dəyirmanına su tökənlərin başımıza
gətirdiyi oyunlar, müsibətlərdir.
«Fikir verin, bəlkə də yüz-yüz illərdi yəhudi xalqı yoxdu,
yerinə millət var… öz içiylə getməyi bacaran xalq millətə
çevrilir».
Budur məntiqi nəticə, budur böyük həqiqət!
Əlləriylə qarnını sıxan ananın acı şikayətini eşidirsən.
Burdan çıxannan yoxsuz. Bala doğmadıq, qada doğduq… İndi
evdən gedənlərinki getməyə oxşamır, yox olmağa oxşayır.
Anam qorxusundan çır-çır çığırırdı: Nə vətənə oğul olduq, nə
anaya övlad. Nə evin kişisi oldun, nə çölün ağası. Hərə öz
başını qoruyanda nəticə ancaq bu cür olmalıdı.
Əlaçı olan türk balası Aytəki birinci partadan qaldırıb
axırıncı partada oturdan erməninin nifrəti yerə-göyə sığmır.
Aytək sinif otağından çıxır, bir də ora qayıtmır.
«Səhər tezdəndi. Yaxşı ki, erməni, rus, türk, gürcü səhər-
ləri yoxdu, yaxşı ki, səhərlər heyvanlara necə açılırsa insanlara
da elə açılır. Yaxşı ki, belədi… yaxşı ki, ermənilər səhərlərə
düzəliş eləyib, mənimdi deyə bilmir».
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Şalikoya oxşayan erməniydi, üzü Biləcəri stansiyasına
baxan sal daşlara erməni əlifbasıyla işarələr qoyurdu. «Alçaq
erməni, başına çalacam indi külüngü. Yiyəsiz görmüsən bu
torpağı, daşına erməni adı yazırsan, mərə kafir?!».
Bu fikirlər erməni eybəcərliyinə, erməni saxtakarlığına
qarşı İmirxanlının içindən qalxan nifrət dalğası, qəzəb qığıl-
cımıydı. İmirxanlının bu hadisəyə münasibəti Balacahunluya
dediyi bu cümlədə çox aydın açılır, dəqiq cavablandırılır. «Hör-
mətli akademik, tarixin sonradan qələmə alınması bicliyin
kağıza köçürülməsindən başqa bir şey deyil».
Əsərin ən faciəvi obrazlarından biri akademik Balacahun-
lu obrazıdı. Bu obraz öz taleyi və tərcümeyi-halı baxımından
böyük Hunların kiçilə-kiçilə, əriyə-əriyə, xırdalana-xırdalana
gəlib bu günə çatmış, balacalaşmış, Balacahunlu olmuş şəkli,
mənzərəsidir. Gözünü elə qırıblar ki, dediyi dilini yandırır, de-
mədiyi içini. Gözündən vurula-vurula, içindən qırıla-qırıla, lal
sular kimi bulana-bulana axıb gedən bir ömür yaşayır
Balacahunlu.
«1937-ci ildə özünə türk dediyi üçün atamı sürgün elə-
dilər. Səhər tezdən aparmışdılar, axşama yaxın gətirdilər. Üz-
gözündə sağ yer yox idi, qan içindəydi».
Nersesyanın səsi gəldi. «Buyur görək» - dedi atama – indi
biz sənin ailənə nə deyək, türk ailəsi, yoxsa…?!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu ailə də şura hökumətinin ailələrindən biridi, necə
istəyirsiz, elə də deyərsiz, hansı millətin adını istəyərsiz, onu da
götürəllər, ancaq mən türkəm, yoldaş Hersesyan! Sən nə qədər
ermənisənsə, mən də o qədər türkəm!
Atam əllərini mənə sarı uzatdı: Hə, o azərbaycanlıdı, yol-
daş Nersesyan, o türk deyil, ola da bilməz, nə yaşı var ki, onun,
türk olsun.
Mən atamı anlayıb:
Hə, -dedim.
– Yəni nə, – Nersesyan çənəmin altından qaldırıb gözləri-
min içinə baxdı.
– Mən türk deyiləm – Balacahunlu dalısını danışmadı, heç
vaxt da danışmayacaq.
1937-ci ilin payız aylarının birində axşam çağı qorxa-
qorxa, titrəyə-titrəyə «mən türk deyiləm» - dedi və yoldaş Ner-
sesyanın əlindən yapışıb dodaqlarına sıxdı… bununla da anasını,
balaca qardaşını, bir də özünü sürgündən, bəlkə də ölümdən qur-
tardı. Bu Balacahunlunun dəşhətli, qanlı ömür-gün tarixçəsidir.
İmirxanlı tələbəlik illərini başa vurandan sonra Balaca-
hunlu onu öz bağına qonaq apardı və dəhşətli bir etirafı dilə
gətirdi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
– Sən məni bağışla, – dedi – Balacuhunlu, – bu beş ildə
yola gedə bilmədim səninlə, çox şeyi düz deyirdin. Mənim yaz-
dığım tarix də özümə bənzəyir, mən erməni əlindən öpmüş ada-
mam. Özümüz necəyiksə bu xalqın tarixini də o cür yazdıq…»
1937-ci ildə sındırılan, qırılan, qorxusundan millətinin
halal adını dilinə gətirə bilməyən gözü qıpıq, bağrı yanıq, qəlbi
qırıq böyüyən böyük Hundan balaca Huna çevrilən, bütün
bunların hamısından sonra, üstəlik Universitetdə tələbələrə tarix
dərsi deyən bir müəllimin, alimin vəziyyətinə baxın. Erməni əli
öpən bir alim azərbaycanlı gənclərə dərs deyir. Balacahunlula-
rın tələbəsi olmuş Qara müəllimdən həqiqi tariximizlə bağlı bir
söz soruşanda cavabı bu olur.
– Mənə deyiblər ki, mən də sənə deyəm. Allah lənət eləsin
akademik Balacahunluya, dərs deyəndə rusun, erməninin
dediyini deyirdi…
Allah lənət eləsin Balacahunluya, heç öz tariximizə
yanaşmağa qoymadı, akademik idi özü də… Tarix deyir atdı,
yiyənini hara dartsan ora gedəcək».
Tarixin sərt və ciddi suallarını İmirxanlı dalbadal Balaca-
hunlunun üstünə yağdıranda bir dəfə Balacahunlu onu qov-
muşdu. Sonra da hərəkətinə peşman olub arxasınca adam
göndərib geri çağırtdırmışdı.
Balacahunlunun elə bil dizinə vurub çökdürdülər, bürüşüb
oturdu, auditoriyaya göz gəzdirdi.
Dostları ilə paylaş: |