Sanitar profilaktika məntəqəsinin süni ventilyasiya və gündüz işığı lampaları
ilə işıqlandırmanın mütləq tətbiqi ilə zirzəmi sahələrində qurulmasına icazə verilir.
İstehsal sexlərinin girişində əlüzyuyanla təchiz olunmuş sanitar postu qururlar.
12.1.5. İnzibati – təsərrüfat korpusu
İnzibati – təsərrüfat korpusuna aşağıda göstərilənlər daxil olur:
–
bütün şöbələri ilə zavod idarəsi;
–
zavodun ictimai təşkilatlarının otaqları;
–
tibb məntəqəsi;
–
bəzən yeməkxana;
–
texniki kitabxana;
–
konstruktor bürosu;
–
kommutator.
Zavod idarəsinin sahəsi bir işçiyə 3,25 m
2
, texniki şöbədə və konstruktor
bürosunda isə hər bir çertyoj stoluna 5 m
2
hesabı ilə qəbul edilir. Kontorun
qarşısında hər bir işçiyə 0,25 m
2
hesabı ilə soyunub – geyinmə yeri və vestibül
layihələndirilir.
Bundan başqa müəssisəyə gələn qonaqları nəzərə alaraq sahənin 10 % – i
qədər əlavə sahəni də nəzərdə tuturlar. Kontorda klub olmadıqda texniki tədris və
yığıncaq keçirmək üçün sahə nəzərdə tutulur. İşçilərin sayı 100 nəfərdən 150
nəfərədək olduqda bu sahə hər adama 0,9 m
2
, 150 nəfərdən 200 nəfərədək olduqda
– 0,7 m
2
, 200 nəfərdən çox olduqda isə – 0,5 m
2
planlaşdırılır.
Zavodun idarə binasına girişi küçədən, çıxışı isə zavodun ərazisindən, yəni
nəzarət – buraxılış məntəqəsindən layihələndirirlər. Bəzən inzibati – təsərrüfat
korpusunu əsas istehsal binasının bir qanadı kimi layihələndirirlər.
Ümumzavod kontoru ilə yanaşı istehsala bilavasitə xidmət göstərmək üçün
sexlərdə kontorlar qururlar. Sex kontoru iki otağa malik olmalıdır:
1 – ci otaq 6 – 8 m
2
sahəyə malik olmaqla sex
rəisi üçün nəzərdə tutulur;
2 – ci otaq isə 10 – 12 m
2
sahəyə malik olmaqla mühasibat – uçot işçiləri
üçün nəzərdə tutulur.
19
12.1.6. Nəzarət – buraxılış məntəqəsi
Nəzarət – buraxılış məntəqəsi, zavod ərazisinə əsas giriş sayılır və kontorda
yerləşən keçiddə nəzərdə tutulur. Keçid 8 – 12 m
2
sahəyə malik olur və kontorun
əndazə (qabarit) ölçülərinə daxildir.
Keçidi yaşayış məntəqəsi tərəfdən və sərnişin nəqliyyatı dayanacağına yaxın
sahədə yerləşdirirlər.
Avtomobil nəqliyyatının zavoda girişi üçün darvaza, keçidlə yanaşı elə
yerləşdirilir ki, bu hər iki obyektə eyni xidmət personalı nəzarət edə bilsin.
12.1.7. Avtomobil tərəziləri
Xammal və materiallar əsasən avtomaşınlarla daşınan bəzi balıq emalı
müəssisələrində (piy – un zavodları, yosunların emalı ilə məşğul olan zavodlar və
s.) avtomobil tərəziləri quraşdırırlar.
Tərəzi zavod ərazisində giriş darvazasından 8 – 10 metr kənarda yolun
qırağında yerləşdirilir.
12.1.8. Mexaniki – təmir emalatxanası
Emalatxanalar əsas və köməkçi avadanlıqlara cari və əsaslı təmiri həyata
keçirir, ehtiyat hissələri hazırlayır, səmərələşdirici təkliflərin həyata keçirilməsi
üzrə işləri yerinə yetirir.
Emalatxanaların ştat cədvəli, müəssisənin layihə gücündən və onun müxtəlif
mexanizmlərlə təminatlandırılmasından asılı olmaqla, 8 – 10 nəfərdən 18 – 25
nəfərədək və daha çox işçiyə malik ola bilir.
Emalatxanalar bir qayda olaraq, bir növbəli işləyir, qalan II və III
növbələrdə isə yalnız növbətçi çilingər və elektriklər işləyir.
Mexaniki – təmir emalatxanasının tərkibi görüləcək işin həcmi ilə təyin
olunur və orta hesabla aşağıdakı şöbələrə malik olmalıdır:
çilingər – dəzgah . . . . . 60 – 80 m
2
;
dəmirçi . . . . . . . . . 55 – 160 m
2
;
instrumental – itiləmə . . . . 8 – 12 m
2
;
elektrotəmir . . . . . . . 15 – 16 m
2
;
qaynaq . . . . . . . . . . 8 – 12 m
2
;
20
anbar . . . . . . . . . . 6 – 8 m
2
;
emalatxana rəisinin otağı . . 10 – 12 m
2
;
Mexaniki – təmir emalatxanalarını ayrı binalarda və ya baş korpusda
yerləşdirirlər, ən son halda onları istehsal sexlərindən izolyasiya edirlər.
Bundan başqa istehsal sexlərinin tərkibində xırda təmir işləri, bıçaqların və
digər əl və mexaniki alətlərin itilənməsi üçün çox da böyük olmayan emalatxanalar
nəzərdə tuturlar. Bu emalatxanalarda adətən növbətçi çilingər və elektriklər
mövcud olur. Sex emalatxanalarının ölçüləri sexin məhsuldarlığından asılı olaraq
12 – 36 m
2
civarında olur.
12.1.9. Qazanxana və tüstü borusu
Baş planda qazanxananı, müəssisə ərazisinin mümkün qədər uzaq
nöqtəsində, əsas istehsal sexlərindən küləklənən sahələrdə, imkan daxilində əsas
buxar istehlakçılarına yaxın məsafədə yerləşdirirlər.
Qazanxana yerləşdirildikdə yanacaq anbarlarının və şlak üçün
meydançaların yerləşməsini mütləq nəzərə almaq lazımdır (bərk yanacaq üçün
meydança, mazut üçün sisternlər).
Yanacaq anbarlarını qazanxanadan və digər sahələrdən müəyyən məsafədə
yerləşdirirlər:
daş kömür anbarı – 8 metrdən yaxın olmamalı;
odun və meşə materialları anbarı – 24 metrdən yaxın olmamalı;
maye yanacaq anbarları – 24 metrdən yaxın olmamalı.
Qazanxananı ayrıca korpusda layihələndirirlər. Tüstü borusunun
yerləşdirilməsi qazları kənarlaşdırmaq üçün olan qurğunun yerləşdirilməsi ilə
əlaqələndirilir.
Borunun hündürlüyü yanacaq sərfindən asılı olaraq müəyyənləşdirilir:
Sutkalıq orta
yanacaq sərfi,
tonadək
5 5 – 15 15 – 50 50 – 100
Tüstü borusunun
hündürlüyü,
metr
30
45
60
80
21