Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; 2002-
ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123,
№5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il,
№2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996,
№12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387,
№6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007-ci il, №2, maddə 80,
№6, maddə 560, №8, maddə 745, №10, maddə 937, Azərbaycan Respublikasının
2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli Qanunu) 50-ci fəslinin mətni
dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:
“50-ci Fəsil
Sığorta
§1. Sığorta haqqında ümumi müddəalar
Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi
883.1.
Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi
müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən
zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş
verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi
şərtlərinin təsbit edildiyi razılaşmadır.
883.2.
Təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta
haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin
təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi
razılaşmadır.
Maddə 884. Sığorta münasibətlərinin subyektləri
2
884.1.
Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı,
həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan
fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin
müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
884.2.
Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə
müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan
şəxslər sığorta münasibətlərinin subyektləridir.
884.3.
Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş
verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta
ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
884.4.
Sığortalı sığorta
haqqı ödəyən, sığorta obyektinin sığorta
etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.
884.5.
Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında
sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan
qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan
sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa
şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi
tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.
884.6.
Faydalanan şəxs icbari sığorta qanunvericiliyinə və ya sığorta
müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta
müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa,
sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
884.7.
Təkrarsığortaçı ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən
bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış
(təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən)
təkrarsığorta müqaviləsinin tərəfidir.
884.8.
Təkrarsığortalı sığortaladığı və ya təkrarsığortaladığı riskləri
təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən)
sığortaçı və ya təkrarsığortaçıdır.
Maddə 885. Sığorta sahələri
885.1.
Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat
sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti
baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
885.2.
Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri sığorta
qanunvericiliyində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir.
885.3.
Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə
görə yalnız şəxsi sığortaya aiddir.
885.4.
Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta sinifləri həm şəxsi,
həm də əmlak sığortasına aid ola bilər.
Maddə 886. Sığorta obyekti və sığorta predmeti