mım
jw uüm iiiii
m n ım ıı
mım
o
hun
i iiCJiuııwih
qomimi
ucüUHDfl
V3
Azərbaycan xalçaları cild 8, №25, 2018
akademik İsm ayıl Hacıyev
AM EA Naxçıvan Bölməsinin sədri
E-mail: ismayil_haciyev@yahoo.com
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Araz-Türk Respublikası,
Əmir bəy Nərimanbəyov, tabor, parlament, Müsəlman Milli Şurası, hökumət
Azərbaycan Xalq C üm huriyyətinin fəaliyyət göstərdiyi ilk ildə-1918-ci il noyabrın 3 (18)-
də Naxçıvan bölgəsini və ətraf əraziləri erməni daşnaklarının işğalından qorum aq üçün Araz-
Türk Respublikası yaradıldı. Bu respublikanın tarixi və fəaliyyəti barədə Q.Mədətov, Ə.Əliyev,
A.Hacıyev, İ.Musayev, Ş.Tağıyeva, N.Nəsibzadə, T.Əzizov, S.Sadıqov, N.Mustafa, İ.Atnur,
A.Gökdəmir, E.Mədətli, H.Cəfərov, A.Abbasoğlu, N.Əliyev, Z.Acar və başqaları monoqrafiya,
kitab və məqalələr yazmış, onlar haqqında bəhs etmişlər. Tədqiqatçılar içərisində A.Hacıyev və
İ.Musayevin araşdırm alarını xüsusilə qeyd etməliyik. A.Hacıyevin kitabında Qars (Cənub-Qərbi
Qafqaz Demokratik Respublikası) və Araz-Türk Respublikalarının tarixi (14), Ermənistanın
təcavüzünə qarşı bu respublikaların göstərdikləri m üqavim ət çoxsaylı yeni arxiv materialları
əsasında işlənmişdir. Lakin kitabda tarixi həqiqətə uyğun gəlməyən fakt və hadisələrə yer
verilməklə yanaşı, bu respublikaların tarixindən kənar məsələlərə də toxunulm uşdur. Prof.
İ.Musayevin tədqiqatlarında, xüsusilə Araz-Türk Respublikasının tarixinə aid m əqaləsində (19) bu
respublikanın yaranması, süqutu, ərazisi, mərkəzi, dövlət və idarəçilik orqanları və s. məsələlərlə
bağlı problemlərə aydınlıq gətirilmişdir. Bununla belə, hələ də Araz-Türk Respublikasının tarixi və
fəaliyyəti ilə bağlı fərqli fikirlər m övcuddur ki, bunların dəqiqləşdirilməsinə ehtiyac vardır.
46
Qeyd etdiyimiz kimi, Araz-Türk Respublikasının tarixi Azərbaycan tarixşünas-
lığmda "...ən çox m araq doğuran və səthi öyrənilən m ühüm elmi problem lərdən
biri"dir (19, s. 107). Bu respublikanın yaranması, fəaliyyəti və süqutu Naxçıvan
diyarının 1918-1919-cu illərdəki ictimai-siyasi vəziyyəti ilə əlaqədardır.
İlk növbədə, Araz-Türk Respublikasının nə vaxt, harada, hansı zərurətdən ya
ranm asına aydınlıq gətirilməlidir. M əlum dur ki, Azərbaycan Xalq Cüm huriyyəti
fəaliyyət göstərdiyi ilk ildə çətin daxili və xarici amillərlə qarşılaşdığından Nax
çıvan bölgəsinə istənilən səviyyədə diqqət yetirə bilməmişdir. Bundan istifadə
edən erməni silahlıları bölgəyə ardı-arası kəsilməyən basqınlar etmiş, əhalini
qorxu və vahimə içərisində saxlamış, onları soyqırıma m əruz qoymuş, Naxçıva
nı azərbaycanlılardan təmizləməyə çalışaraq onu "böyük Ermənistan" a qatmaq
istəmişlər. Ancaq yerli əhali mərdliklə m übarizə aparmış, erm əni cəlladlarına
layiqli cavab vermişdir. Bununla belə, erməni vəhşiliklərinin qarşısını almaq
üçün "1918-ci ilin m ayın sonunda Naxçıvan və Şərur-Dərələyəz qəzalarının
əhalisi Kərim xan İrəvanlının başçılığı ilə M ehmed Vehib paşanın yanma xü
susi nüm ayəndə heyəti göndərərək" (16, s. 49) Naxçıvan diyarına hərbi qüvvə
ilə kömək etməyi xahiş etmişlər. Naxçıvana gələn türk qoşunları yerli könüllü
dəstələrin köməyi ilə daşnak quldur dəstələrini qəzadan qovmuşlar.
Birinci Dünya m üharibəsində məğlubiyyətə uğrayan Osmanlı dövləti M udros
m üqaviləsinin (30 oktyabr, 1918) 11 və 15-ci m addələrinə görə, Azərbaycanı və
bütün Qafqazı tərk etməli, m üharibədən əvvəlki sərhədlərə çəkilməli idi (23, s.
372). N uru paşa Azərbaycandan qoşunları çıxardığı kimi, Kazım Qarabəkir paşa
da 1918-ci il noyabrın əvvəlində qərargahı ilə Naxçıvandan qatarla Qarsa yola
düşdü. M udros m üqaviləsinin şərtlərini eşidən paşa çox peşm an olmuş, demişdi
ki, "Qırx illik əsarətdən altı ay öncə qurtulan və erm əni m əzalim indən ağır ya
ralar alan... türk-m üsəlm an əhalisinin yaşadığı bu bölgələrdən biz 1914-cü ilin
hüdudlarına çəkilincə yenidən erməni zülm ünə m əruz qalacaqdır. Buna çarələr
düşünüb, tədbirlər görməliyik..." (16, s. 50).
Araz-Türk Respublikasının yarandığı tarixi şəraiti səciyyələndirərkən Türkiyə
qoşunlarının Naxçıvan bölgəsini tərk etmələri ilə əlaqədar olaraq onun ərazi və
əhalisinin taleyi üçün doğan təhlükə xüsusi ilə qeyd edilməlidir. Çünki Türkiyə
ordu hissələrinin bölgədən çıxdıqları, azərbaycanlı əhalinin özünü və torpağını
qorum aq üçün qüvvətli dövlət qurum una, nizam i hərbi qüvvələrə malik olma
dığı bir vəziyyətdə erm ənilərin siyasəti və fəallaşması ağır nəticələr verə bilərdi.
Yaranmış şəraitdə bölgənin m üsəlm an-türk əhalisinin başçıları məcburiyyət qar
şısında qalaraq məhəlli səciyyəli siyasi-dövlət birliyi yaratm aq qərarına gəldilər
(18, s. 68).
Bölgənin təhlükəsizliyini təm in etmək və erm ənilər tərəfindən işğala yol
verməmək üçün Araz-Türk Respublikası yaradıldı. Tarixi tədqiqatlarda Araz-Türk
Respublikasının yaranm a tarixi və yeri mübahisəlidir. Ə.Əliyevə görə, bu respub
lika 1918-ci ilin iyul-avqust aylarında, Q.Mədətov, L.Hüseynzadə, S.Sadıqova
görə, türk qoşunlarının Naxçıvanı tərk etm əsindən əvvəl, A.Hacıyevin fikrincə,
1918-ci il noyabrın sonunda, T.Əzizova görə isə 1918-ci ilin noyabrında yaradılıb.
M üəlliflərdən bəziləri (N.Mustafa, Ə.Gökdəmir, Z.Acar və b.) Araz-Türk Respub
likasının yaranm a tarixini noyabrın 3-ü götürürlər. Prof. İ.Musayev bu faktların
bəzilərini təhlil etdikdən sonra da dəqiq tarixi göstərməmiş, bunu "təxminən
1918-ci ilin noyabrına, yəni Türkiyə qoşunlarının Azərbaycandan, o cüm lədən də
Naxçıvan bölgəsindən getdikləri dövrə təsadüf etdiyini yazır" (19, s.112). Bunu
isə noyabrın 3-ü və 18-i kimi də götürm ək olar. N oyabrın 18-i tarixini isə İ.Atnur
qeyd etm işdir (25, s. 96). Nazim Mustafa "Milli m ücadilə qəhrəmanı-İbrahim bəy
Cahangiroğlu" məqaləsində yazır: "30 oktyabr 1918-ci ildə im zalanan M udros
sazişinə əsasən Türk ordusu 1914-cü il sərhədlərinə çəkilmək m əcburiyyətində
qaldığından və bununla da erm ənilərin həm in əraziləri işğal etmək təhlükəsi ya
randığından O rdubaddan Sürməliyədək ərazinin nüm ayəndələri noyabrın 3-də
Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökum əti qurm aq haqqında qərar çı
xardılar" (20).
Əhməd Gökdəm ir isə yazır: "Bölgənin türk-islam əhalisinin təmsilçiləri Ka-
merli (Qəmərli - İ.H.) qəsəbəsinə toplaşaraq böyük bir məclis qurm uşlardı. Başda
Naxçıvan olmaqla Rəvanın güneyindən, Şərur, Eçmiədzin və Sürməlidən gələn
nüm ayəndələr toplanmışdı. Yapılan m üzakirələrdən sonra bir hökum ət qurul
m asına qərar verilmişdi. Hökum ət altı üzvdən və bir hökum ət rəisindən ibarət
idi. 3 noyabr 1918-ci ildə mərkəzi İqdır olmaqla Araz-Türk hökum əti quruldu"
(26, s.45-46). Müəllif əsərinin qeydində yazır ki, burada hökum ətin bəyannam əsi
vardır və Rüştü bəyə m üraciət tarixi 3 noyabr 1918-ci ildir. Ona görə də, Araz-
Türk Respublikası bu tarixdə yaradılmışdır. Bu fikri və tarixi Ziya Zakir Acar da
təsdiq edir (23, s. 374). Fikrimizcə, bu müəlliflərin tədqiqatlarını, bir sıra məntiqi
mülahizələri, tarixi hadisələrin təhlilini əsas götürsək, Araz-Türk Respublikasının
1918-ci ilin noyabrın 3-də yarandığını təsdiq edə bilərik.
Araz-Türk Respublikasının yaradılm ası təşəbbüsü ilə Naxçıvan, Şərur m üsəl
m anları çıxış etmiş və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qo
şulmuşlar. O rdubad Milli Komitəsinin sədri M.Seyidzadə O rdubad əhalisinin
bu təşəbbüsü m üdafiə etmələrini aşağıdakı amillərlə əlaqələndirir: "Tiflis və
Gəncəyə yolların bağlanması; türklərin O rdubaddan getməsi ilə əlaqədar olaraq
şəhərə yardım - ərzaq gətirilməsinin dayandırılm ası və buna görə də 500 nəfərlik
dəstənin buraxılması və yalnız bir rotanın saxlanılması; çatışmazlıqların təşkilatı
zəifləməsi və kimə tabe olmağın, kim dən göstəriş almağın bilinməməsi; Naxçı
van qəzası və Şərurun m üsəlm anlarının da bu cür vəziyyətə düçar olmaları və
bizim bir m üsəlm an - Araz dövlətini yaratm aq qərarına gəlinməsi; Gəncə ilə
əlaqələrin kəsilməsi və həm də Araz hökum ətinin də AXC hökum əti ilə yaxınlaş
m aq istəməsi və s. (2,1919,14 yanvar).
G öründüyü kimi, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Nax
çıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunm aq və erm ənilərin burada öz
hökum ətini qura bilmək təhlükəsi diyarın yerli əhalisinin Araz Respublikasını ya
ratm aqla özünün m üvəqqəti müstəqilliyini elan etməsi ilə nəticələnmişdi.
Bu respublikanın mərkəzi barədə də fikirlər müxtəlifdir. Tədqiqatlarda Araz-
Türk Respublikasının m ərkəzinin Naxçıvan, Qars, İqdır, Qəmərli və b. şəhərlər
olduğu göstərilir. Q uruluş bəyannam əsində İqdır yazılmışdır. İ.Atnur yazır ki,
mərkəz rəsm ən İqdır göstərilsə də, burada heç bir yığıncaq keçirilməmişdir.
H ökum ətin elanı və bü tü n tədbirlər Qəmərlidə olm uşdur (25, s. 98). N.Mustafa
bir yazısında İqdır göstərsə də, sonradan fikrini dəyişərək yuxarıda adı çəkilən
m əqaləsində Qəmərli olduğunu yazm ışdır (20). Ə.Gökdəmir qeyd edir ki, mərkəzi
İqdır olmaq üzrə Araz-Türk Hökum əti quruldu (26, s.46). Z.Acar da m ərkəzin
İqdır olduğunu göstərm işdir (23, s. 375). A.Hacıyev, L.Hüseynzadə, İ.Musayev
və başqaları Naxçıvan şəhərinin Araz-Türk Respublikasının mərkəzi olduğunu
yazmışlar. T.Əzizov, Ş.Tağıyeva və N.Nəsibzadə isə m ərkəzin əvvəlcə Qəmərli
olduğunu, sonra isə erməni nizam i hissələrinin hücum u ilə bağlı Naxçıvana kö
çürüldüyünü yazırlar (12, s.194). Qars ərazisi Araz-Türk Respublikasının tərkib
hissəsi olm adığından onun mərkəzi Q arsda yerləşə bilməzdi. L.Hüseynzadə
"Araz şahiddir" kitabında Naxçıvandakı hadisələrdən bəhs edərək yazır: "Ok
tyabr ayının son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim
xanın evinin qarşısında çoxlu adam lar toplaşmışdı... Burada Naxçıvanın gələcək
taleyi - dövlətçilik statusu haqqında məsələ m üzakirə edilirdi. Bu iclasda Kazım
Qarabəkir paşa dedi: "Naxçıvanın gələcək m üqəddəratını təmin etmək üçün
burada bir hökum ət qurulm ası vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli
azadlıq m übarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna
və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş m eydanlarında düşm ənə
qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cüm huriyyət qu
rulm alıdır" (15, s. 46). Burada Araz-Türk H ökum ətinin Naxçıvanda yaradılma-
sından söhbət gedir. Qeyd etməliyik ki, L.Hüseynzadə o hadisələrin canlı şahidi
olm uşdur.
Araz-Türk Respublikasının m ərkəzi kimi, onun ərazisi barədə də müxtəlif
fikirlər irəli sürülm üşdür. General Veysəl Ü nüvar yazm ışdır ki, "Araz-Türk
Hökuməti O rdubaddan Gernibasar (Qəmərli-İ.H.) bölgəsinə qədər dağlarla Araz
çayı arasındakı ərazini əhatə edirdi" (13, s.16). N.Mustafaya görə, O rdubaddan
Sürməliyədək olan torpaqlar bu respublikanın ərazisinə daxildir (20). İ.Musayevlə
A.Hacıyevin bu barədə fikirləri üst-üstə düşür. Sadəcə A.Hacıyev Qəmərlini
Kəmərli kimi yazmışdır (27, s. 47). Beləliklə, Araz-Türk Respublikasının h ü d u d
ları Naxçıvan, Şərur-Dərələyəz qəzalarını, O rdubad mahalını, habelə Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əraziləri əhatə edirdi (8, v. 9-9; 19, s.
112). Sahəsi 8696 kv. km (22, s. 33), əhalisi bir milyon nəfərdən artıq olm uşdur.
Araz-Türk Respublikasının fəaliyyətə başlaması ilə bir sıra dövlət və idarəçilik
orqanları da yaradıldı. Araz-Türk Respublikası hökum ətinin tərkibi sədrdən və
6 üzvdən ibarət idi. H ökum ətin başçısı Əmir bəy Nərim anbəyov idi (15, s. 46;
17, s.105-108). Araz-Türk hökum ətinin Q uruluş bəyannam əsində Əmir bəyin
ünvanı "əvvəlinci diktator" kimi göstərilib. M.B.Əliyev "Qanlı günlərimiz"
gündəliyində "hərbi diktator" deyə ifadə olunan Əmir bəyin soyadı bir neçə yerdə
Nərimanbəyov yazılmışdır. İbrahim bəy Cahangiroğlu "Xatirə'Tərində Araz-
Türk hökum ətinin başçısını Əmir bəy Vəzirov olaraq ifadə etmişdir. Ə.Gökdəmir
əsərində (26, s.46, 49) hökum ət başçısını Əmir bəy Əkbərzadə kimi işlətmişdir.
İ.Atnur monoqrafiyasında (25, s. 97) Əmir bəyin soyadını Zimanbəyzadə, Z. Acar
da bunu Zam anbəyzadə (24, s.375) kimi qeyd edir. Nazim M ustafa qeyd etdiyi
miz məqaləsində "hökum ət rəisi naxçıvanlı Əmir bəy Ə kbərzadə"nin olduğunu
göstərir. İ. Musayev "Araz Respublikası hökum ətinin sədri Əmir bəy Əkbərzadə
olm uşdur" deyə bəhs edir (19, s.116). XX əsrin 20-ci illərinin hadisələrinin iştirak
çısı L.Hüseynzadə isə "Əmir bəy N ərm anbəyov ilk hökum ətin başçısı seçildi"
yazır (15, s. 46). G öründüyü kimi, Əmir bəyin soyadını müəlliflər müxtəlif forma
larda işlətmişlər. Müsəlman Milli Şurasının katibi olmuş Mirzə Bağır Əliyevin və
Lətif Hüseynzadənin fikirlərini əsas götürərək Əmir bəyin soyadı Nərimanbəyov
olaraq qəbul edilmişdir. Əldə etdiyimiz yeni materiallar Əmir bəyin soyadının
Nərimanbəyov olduğunu təsdiq edir. Əmir bəy 1871-ci ildə Şuşa şəhərində ana
dan olmuş, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, bir sıra dövlət
idarələrində işləmişdi. Qarabağın ulu soylarından olan Nərimanbəyovlardandır.
Ulu babası və atası Nərimanbəylər olm uşdur (11, s. 72-77). Soyadı da bununla
əlaqədardır. M əşhur rəssamlar Vidadi və Toğrul Nərimanbəyovlar Əmir bəyin
nəvələridir (11, s.74-75).
"Azərbaycan" qəzetinin redak
siya işçiləri və yazarları oian
fotonun rəngli versiyası.
Soldan sağa. Ön cərgədə
Piri Mürsəlzadə, Rəhim ağa
Və ki lov.
Orta cərgədə: Hənəfi Zey
nallı, Rübabə xanım Tağızadə
(Parlamentdə idarə qulluqçu
su), Şəfiqə xanım Əfəndizadə,
Məhəmməd Əmin Rəsulzadə,
Səhra xanım Paşazadə
(Parlamentdə idarə qulluq
çusu), Üzeyir bəy Hacıbəyli,
Mustafa ağa Vəkilov.
Ayaq üstə duranlar: Əbdül
Əbdülzadə, Mirzə Hadi Atla-
sov, Hacı ibrahim Qasımov,
Məhəmmədəli Sidqi Səfərov,
Şəfi bəy Rüstəmbəyli, Se
yid Hüseyn Sadiq, Xəlil
ibrahim, Qədir Heydərov, Əli
Yusifzadə, Məhəmməd Hadi
Əbdüssəlimzadə.
49
Bəhram xan və Kamran xan
Naxcıvanskilər
Araz-Türk hökum ətinin tərkibində aşağıdakı nazirliklər ya
radılmışdır: Hərbi (İbrahim bəy Cahangiroğlu), İnzibati (Ba
ğır bəy Rzazadə), Maliyyə (Qənbər Əli bəy (Qənbəralı bəy)
Bənəniyarlı), Ədliyyə (Məmməd Bəyzadə), Xarici İşlər (Həsə
nağa Şəfizadə), Şeyxülislam (M irzəhüseyn Mirzə Həsən
zadə və Lütfi Xoca Ekid Əfəndi), Fəxri üzv və aşirət rəisi
(general Əli Əşrəf bəy) (25, s. 46-49; 26, s. 98-99).
Nazirlər Şurasının sədri Əmir bəy Nərim anbəyov
bölgə əhalisi arasında və siyasi dairələrdə çox baca
rıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi
dəyərləndirilirdi (21, s.32). Osmanlı dövlətinin
Araz-Türk Respublikası hökum əti yanındakı dai
mi hərbi m üşaviri Xəlil bəy, Kalbalı xan, Cəfərqulu
xan, Abbasqulu xan və başqaları da respublikanın
fəaliyyətinə yaxından yardım göstərənlərin sıra
sında idilər.
Araz-Türk Respublikasında bir sıra dövlət və
idarəçilik orqanları təşkil edilmişdi. Araz-Türk
Respublikasının Parlamenti yaradıldı, lakin Parla
m ent fəaliyyətini genişləndirə bilm ədi (29, s.55).
"Azərbaycan Xalq Cüm huriyyəti Parlam entinin təsisi
haqqında qanun"da Azərbaycan Parlamentinə Nax
çıvan, Şərur və O rdubaddan üç nəfər millət vəkilinin
seçilməsi nəzərdə tutulm uşdu (21, s.32). Azərbaycan Xalq
Cüm huriyyəti Parlamentinin açılışında Araz-Türk Respublika
sının rəsmi nüm ayəndəsi Paşa Əliyev də iştirak etmişdi (14, s. 50).
Azərbaycan Xalq Cüm huriyyəti Parlam entinin təşkili Araz-Türk Res
publikasının türk-m üsəlm an əhalisi tərəfindən razılıqla qarşılanmışdı. O rdu
baddan səlahiyyətli müvəkkil A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə
təbrik teleqramı göndərilmiş, onun "Qafqaz m üsəlm anlarının arzularını doğ
ruldacağına, öz fəaliyyəti ilə bizim də m üstəqil yaşam ağa layiq, öz taleyimi
zi həll etmək və hüquqlarım ızı müdafiə etmək iqtidarında olduğum uzu bütün
dünyaya sübut edəcəyinə" əmin olduqlarını bildirm işlər (10, 1918, 10 dekabr).
Diqqətəlayiqdir ki, ordubadlılar bu Parlamenti "öz parlam entləri" adlandırır və
m əlum at verirdilər ki, "onun yaradıcı işinə hər cür yardım etməyə hazırdırlar" (2,
1918,10 dekabr).
Araz-Türk Respublikası hökum ətinin əsas vəzifəsi bölgənin təhlükəsizliyini
erm əni basqınlarından qorum aq üçün silahlı dəstələr yaratm aq və onların
fəaliyyətini təm in etm ək idi. H ökum ətin ilk iclaslarının birində aşağıdakı m ühüm
qərarlar qəbul edilmişdi: 1. Məcburi səfərbərlik; 2. Əsgərləri batalyonlara bölmək
və kazarm alarda yerləşdirmək; 3. Hökum ət anbarlarında olan buğdadan əsgər
lərin qidalanm ası üçün 14 m in pu d verilməsini təm in etmək; 4. Təzə əsgərlərə
hökum ət tərəfindən geyim və lazımi əşyaların verilməsi; 5. Əsgərliyə getməyən
əhalidən silahları yığaraq silahı olm ayan əsgərlərə paylamaq; 6. 20-35 yaşları ara
sında olan kişilərin hamısını əsgərliyə çağırmaq (15, s. 106). Respublika ərazisində
milis idarələri və onların sahə şöbələri yaradıldı. Könüllü xalq dəstələri - taborlar
(batalyonlar) yaradılm asına da başlandı. Hərbi nazir İbrahim bəy Cahangiroğlu-
n u n köməyi ilə qısa m üddətdə silahlı qüvvələr təşkil olundu, 500 nəfərlik süvari
alayı yaradılm ağa başlandı. Yaradılan könüllü xalq dəstələri təxminən 20 tabor
dan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə
Zəngəzur, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi. H ər taborda əsgərlərin sayı
250 ilə 500 arasında dəyişirdi (23, s. 375).
Nehrəm taboruna Kalba Muxtar, Cəhri taboruna Kalba Kərim, Dizə taboru
na Qulu bəy, M əmm əd Rza bəy, Şərur taboruna H üseyn Əliyev, Yengicə qüvvə-
50
lərinə Məşədi Ələsgər ağa, Kərkər qüvvələrinə M öhsün Camalov, Baş Noraşen,
Düdəngə və Zeyvə kəndlərində yerləşən tabora Kərbəlayı Həbib bəy və Fətulla
Hüseynov, O rdubad taboruna Ibrahimxəlil Axundov, Şərur-Sədərək taboruna isə
Həsən Şahverdi oğlu başçılıq edirdilər (14, s. 52; 25, s. 103-104). Araz-Türk Res
publikasının hərbi hissələrinin yaradılm asında və onların fəaliyyətinin təşkilində
Osmanlı dövlətinin 9-cu ordusunun kom andanı Yaqub Şövqü paşa və 9-cu di
viziya kom andiri polkovnik Rüştü bəyin böyük əməyi olm uşdu. Araz-Türk
hökum ətinin başçısı Əmir bəy Nərim anbəyov türk ordusundan 18 m addə üzrə
silah-sursat, canlı qüvvə, hərbi ləvazimat, paltar, yük arabaları və m addi vəsaitlə
kömək göstərilməsini xahiş etmişdi (23, s. 376-377).
Yaradılan bütü n qüvvələr Naxçıvanın, Araz-Türk Respublikasının başqa
ərazilərinin qorunm asına və idarə olunm asına yönəldilmişdi. Könüllü m üqavim ət
dəstələri erməni daşnaklarına layiqli cavab vermişdi. Xüsusilə, Şərur-Dərələyəz
m ahalm dakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə 6 min nəfərlik könüllü
m üqavim ət dəstələri erm əni hərbi qüvvələrini darm adağın etm işdi (12, s. 194).
Araz-Türk Respublikasının yaradılm asında başlıca m əqsəd bölgəni erməni
işğalından qorum aq idi. Hökum ətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı və
osmanlıların yardım ından istifadə edirdi. Türkiyə dövlətinin Araz-Türk Respub
likası hökum əti yanındakı daimi hərbi m üşaviri Xəlil bəy və Osmanlı qoşunla
rının Naxçıvanda saxlanılan 5 zabiti və 300 əsgəri bu istiqam ətdə m üəyyən işlər
görm üşdülər (29, s. 55). Xəlil bəy Türkiyə ilə Araz-Türk Respublikası arasında
əlaqəni təm in edirdi. O istər Araz-Türk Respublikası dövründə, istərsə də sonrakı
illərdə (1919-1920-ci illərdə) bölgə əhalisinin erm ənilərin hücum və zorakılıqla
rından qorunm asında xüsusi xidm ətlər göstərmişdir.
Araz-Türk Respublikası Parlam entinin üzvləri, yerli ziyalılar, İrəvan quberni
yası əhalisinin nüm ayəndələri bölgəni qorum aq üçün bütün im kanlardan istifadə
etməyə çalışır, müxtəlif təşkilatlarla danışıqlar aparır, erməni basqınlarının qar
şısını almaq üçün onlara m üraciət edirdilər. Parlam ent üzvlərindən T.Makinski,
Ə.Makinski, R.İsmayılov, A.Şeyxülislamov, M.Məhərrəmov, P.Bayrambəyov,
Y.Tahirov və A.Sultanovun Azərbaycan Xalq Cüm huriyyəti hökum ətinə ünvan
ladıqları m üraciətdə deyilirdi: "Erməni qoşun hissələri bü tü n Sürməli qəzası və
İrəvan, U çm üədzin və Şərur qəzalarının m üsəlm anlar yaşayan hissəsini tutm uş
lar və Naxçıvana sarı hərəkət edirlər. Bu zam an dinc əhalinin bir hissəsi qılıncdan
keçirilmiş, bir hissəsi isə öz kəndlərindən qovulm uş və dağlardan keçərək İrana
qaçmaq m əcburiyyətindədir, bu isə labüd ölüm dem əkdir" (7, v. 21-22). Həsən
bəy Ağayev parlam ent üzvlərinin bu m üraciətini Azərbaycan Parlamentinin
1919-cu il yanvarın 8-də çağırılan 7-ci iclasında oxudu. Bu faciəli faktları kədərlə
qarşılayan Azərbaycan Parlamenti hökum ətə təklif etdi ki, "sərəncam ında olan
bütün tədbirləri görsün ki, b ü tü n bu bədbəxtliklərin qarşısı alınsın" (7, v. 23).
Araz-Türk Respublikası Azərbaycan Xalq Cüm huriyyəti ilə sıx əlaqələr ya
ratm ağa çalışmış, onunla birləşm ək üçün yollar aramışdı. Araz-Türk Respublika
sı hökum əti Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə elan
edərək, Azərbaycan hökum ətindən yardım istəmişdi. Bunlar Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən razılıqla qəbul olunm uş və kömək göstərm ək üçün
tədbirlər görülm üşdü. Lakin Azərbaycan Xalq Cüm huriyyəti Araz-Türk Respub
likası əhalisinin gözlədiyi köməyi ona göstərə bilm irdi (14, s. 50).
Azərbaycan Xalq Cümhuriyyəti Araz-Türk Respublikasının əhalisinin vəziy
yətini öyrənmək üçün İrəvan quberniyası m üsəlm anlarının həmyerlilər cəmiy
yətinin nüm ayəndəsi Mirabbas Mirbağırovu ora göndərdi. Araz-Türk Respublika
sına kömək üçün göndərilən 12 zabit də Gəncədə M.Mirbağırova qoşuldu (3, s. 8).
Azərbaycan Xalq C üm huriyyətinin nüm ayəndələrini O rdubadda və Naxçı
vanda böyük ruh yüksəkliyi və təntənə ilə qarşıladılar. M.Mirbağırov Naxçıvan
rəhbərlərinə m əlum at verdi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökum əti onlara
kömək göstərməyə hazırdır. Təsadüfi deyildir ki, Azərbaycan hökum əti bura-
ya 1 milyon m anat pul göndərmişdi. Pulu gətirən Paşa Bayramov və Yusif bəy
Qazıyev m üvəqqəti olaraq Tiflisdə ləngimişlər (14, s. 54). Tiflis yolu ilə gətirilən
pul Naxçıvana çatm adığından Bakıya qaytarıldı. Yardım pullarının Naxçıvana
gətirilə bilməməsi regiondakı mövcud sıxıntıları daha da artırdı.
M.Mirbağırov və onunla Naxçıvana gələn nüm ayəndələr 1919-cu il fevralın 23-
də Araz-Türk Respublikasının hökum ət üzvləri ilə iclasda iştirak etdilər. Naxçı
vanlılar Azərbaycanın tərkibində olmaq arzularını Bakıdan gələn nüm ayəndələrə
bildirdilər. Naxçıvanın könüllü surətdə Azərbaycan Xalq Cüm huriyyətinə
birləşməsi haqqında akt imzalandı. Akt siyasi, hərbi, iqtisadi, m addi və m ədəni
məsələlərə aid bəndlərdən ibarət idi. Akt hökum ət üzvləri, Milli Şura üzvləri və
əhalinin nüm ayəndələri tərəfindən imzalanmış, hökum ət m öhürü ilə təsdiq edil
mişdi.
Bu dövrdə Naxçıvanda Cəfərqulu xanın tərəfdarları ilə Araz-Türk Respubli
kası arasındakı m ünasibətlər lazımi səviyyədə deyildi. Bu isə təhlükəli vəziyyət
yaradırdı. Bunu bilən Azərbaycan Xalq Cüm huriyyəti nüm ayəndələri "Cəfərqulu
xanın tərəfdarları və əleyhdarları arasında qızışan ehtirasları söndürm əyə nail
oldular" (14, s. 55).
Araz-Türk Respublikasına gələn M.Mirbağırov onun işi ilə tanış olmuş, əhali
ilə söhbətlər etmişdi. Yekun olaraq o, diyar ilə bağlı maraqlı nəticələr əldə etmiş
və onu yazılı şəkildə Azərbaycan Xalq Cüm huriyyətinin Nazirlər Şurasına təqdim
etmişdi:
1. Bu diyarı idarə etmək üçün müttəfiqlərin, İranın, Ermənistanın təsiri ilə
m übarizə aparm aq qabiliyyətinə malik və xanlara, sahibkarlara rəğbəti
olmayan, başqalarının təsiri altına düşməyən, m üəyyən bir siyasəti inad
la yeridə bilən, mərd, qətiyyətli adam olan və rüşvətə meyl etm əyən
azərbaycanlı general-qubernatorun təyin olunm ası zəruridir.
2. Yuxarıda göstərilən keyfiyyətlərə malik bir adam ı hərbi nazirin
nüm ayəndəsi təyin etmək zəruridir.
3. Mülki və məhkəm ə idarələrini idarə etmək üçün baş m əm urlar m ütləq
azər-baycanlılardan təyin edilməlidirlər.
4. Yerli hərbi işin təşkili üçün əvvəl göndərilənlərin az olduğunu nəzərə ala
raq başçıları istedadlı polkovnik olmaqla daha bir dəstə zabit göndərm ək
lazım dır (14, s. 56).
M.Mirbağırovun təkliflərindən sonra Azərbaycan hökum əti Naxçıvanın
problemləri ilə sistematik məşğul olmağa başladı. Lakin 1919-cu ilin yanvar
ayında Naxçıvan ingilislər tərəfindən tutulm ası və onların Əmir bəy höku
mətinə m üsbət m ünasibət bəsləməməsi işi çətinləşdirirdi. Bununla belə Azər
baycan Xalq Cüm huriyyəti Araz-Türk hökum ətinə iqtisadi və hərbi yardım
göstərmək istəyirdi. Ö zünün çox ağır iqtisadi və maliyyə vəziyyətinə baxmaya
raq, Azərbaycan hökum ətinin 1919-cu ilə aid büdcə layihəsində yalnız Bakı-Culfa
dəm iryolunun tikintisinə vəsait ayırması da çox böyük əhəmiyyəti olan bir fakt
idi (5, v. 3).
Araz-Türk Respublikası Azərbaycan hökum əti ilə m ünasibətləri sıxlaşdırmaq
üçün bir sıra tədbirlər görm üşdü. Belə tədbirlərdən biri Araz-Türk Respublikası
nın hərbi rəisi Bəhram xan Naxçıvanskinin 1919-cu ilin m artın əvvəlində Bakıya
göndərilməsi idi. B.Naxçıvanski yolüstü Tiflisdə və Gəncədə danışıqlar aparm ış
dı (22, s.19). Məhz Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən və Azərbaycan
Xalq Cüm huriyyəti rəhbərləri ilə danışıqlarından sonra iki cüm huriyyət ara
sında əlaqələrin canlanması m üşahidə edilir. Danışıq və razılaşm alardan son
ra Azərbaycan hökum ətinin Naxçıvana göndərdiyi 10 nəfərlik zabit heyəti
Araz-Türk Respublikasının hərbi hissələrində təlim keçmiş, kəşfiyyat işlərinin
təşkilində və sərhəd xətlərinin m öhkəmləndirilməsində iştirak etmişdi.
Azərbaycan Xalq Cüm huriyyəti Naxçıvanla əlaqələrini yaxşılaşdırmaq üçün
Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salınması və mühafizə
edilməsinə diqqət artırdı. Nəticədə bu hissədəki poçt-teleqraf idarələrinə
silahlı mühafizə dəstələri ayrıldı (14, s. 61).
Azərbaycan hökum əti Naxçıvan, Şərur, Sürməli, Vedibasar və Milistan
bölgələrinə T.Makinski, R.İsmayılov və Q ənizadədən ibarət nüm ayəndə
heyəti göndərm ək qərarına gəldi. N üm ayəndə heyətinin məqsədi erməni
qoşunlarının təcavüzündən ziyan çəkmiş əhalinin ehtiyacı üçün onlara
yardım göstərmək, qaçqınların vəziyyətini m üəyyən etm ək idi.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökum əti Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvana, Araz-Türk hökum ətinə diqqəti artırm ağa ça
lışırdı.
Araz-Türk Respublikası ilə Cənub-Qərbi Qafqaz De
m okratik Cümhuriyyəti (Qars Respublikası) arasındakı
münasibətlər, qarşılıqlı əlaqələr də m araq doğurur. Son
illərə qədər bu iki cüm huriyyət arasında fərq tapm aq
çətinlik yaradırdı, bunlar bir-birinə qarışdırılırdı. Çox yaxşı
haldır ki, həm Azərbaycan Respublikasında, həm də Türkiyə
C üm huriyyətində hər iki cüm huriyyətin tarixinə dair araş
dırm alar aparılmış və bu indi də davam edir.
Qeyd etməliyik ki, XX əsrin əvvəllərində Cənub-Qərbi
Qafqaz ərazisində olan yerli türk əhalisinin şanlı hürriyyət və
istiqlal mücadiləsi, azadlıq uğrunda qeyri-adi qəhrəmanlıqla
mübarizəsi başlayır. Xalq birləşir, təşkilatlanır, siyasi tədbirlər
görür. Nəticədə, "Axıska hökum əti", "Araz-Türk Cüm huriyyəti",
"Qars M üsəlman Şurası", "Milli Şura hökum əti" və "Cənub-Qərbi Qaf
qaz Demokratik Cüm huriyyəti" adlanan türk respublikaları qurulurdu (1,14,19,
23, 26, 27).
Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Axıska hökum əti" ol
m uşdur. Bu hökum ət türk ordusu Axıska-Axılkələkdən çıxarılacağı ərəfədə qu
rulm uşdu (29 oktyabr 1918 - 30 noyabr 1918). Noyabrın 30-da (1918) isə "Qars
M üsəlman Şurası" adlı yerli hökum ət yaradılır. Noyabrın 15-də keçirilən I Qars
konfransında Qars, Axıska, A rtvin və Batum vilayətləri birləşdirilərək "Mil
li M üsəlman (İslam) Şurası" qurulur (20). Noyabrın 30-da keçirilən konfransda
Araz-Türk Respublikası ilə Milli M üsəlm an (İslam) Şurası birləşərək Batum dan
O rdubada qədər ərazidə "Qars M üsəlm an Şurası" hökum əti yaradılır. Araz-Türk
Respublikasının hərbi naziri İbrahim bəy Cahangiroğlu şura rəisi seçilir (26, s. 69).
17-18 yanvar 1919-cu ildə III Qafqaz konfransı keçirilir. Həmin gecə qəbul
edilən qərara əsasən sədr İbrahim bəy Cahangiroğlu olmaqla m üvəqqəti Milli
Cənub-Qərbi Qafqaz hökum əti təşkil edilir. Axıska, Axılkələk, Ərdahan, Oltu, Ka-
ğızman, İqdır, Şavşat, Qəm ərli, Naxçıvan, O rdubad, Qars, Batum bu hökum ətin
tərkibinə daxil idi. Yəni Milli Şuranın sərhədləri eyni ilə mühafizə edilirdi (25, s.
130).
Bu birləşməni əsas götürən bir sıra tədqiqatçılar Araz-Türk Respublikasının
m övcudluğunu 3 (18) noyabr 1918-30 noyabr 1918-ci il tarixləri ilə əlaqələndirir, 30
noyabr tarixini Araz-Türk Respublikasının fəaliyyətinin son tarixi hesab edirlər.
Lakin I.Musayev, A.Hacıyev, I.E.Atnurun da göstərdikləri kimi, bu birləşmə sırf
formal səciyyə daşımış, sadəcə 1918-ci il dekabrın 1-də Qars M üsəlman Milli Şu
rası tərəfindən "Cənub-Qərbi Qafqaz C üm huriyyətinin yaranm ası haqqında"
qərar-akt qəbul edilərkən onun ərazisi sayılan m ahalların sırasında Naxçıvan və
Şərur qəzalarının da adları çəkilmişdi". Araz-Türk Respublikası Cənub-Qərbi
Qafqaz Cümhuriyyəti ilə paralel olaraq öz fəaliyyətini davam etdirmişdi. 1919-cu
ilin yanvarında keçirilən böyük Qars konfransında (III konfrans) mərkəzi Qars
olmaqla Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan edilir və hökum ət rəisi yenə
də ibrahim bəy Cahangiroğlu seçilir. Müstəqil daxili və xarici siyasət yeridən bu
Mir Hidayət bəy Seyidov
yoldaşı Şövkət xanım
Kazımbəyova ilə
53
hökum əti 12 aprel 1919-cu ildə ingilislər süquta uğradır və İbrahim bəy Cahan-
giroğlu başda olmaqla 13 nəfər parlam ent üzvü Malta adasına sürgün edilir (27,
s. 77).
Bəzi tədqiqatçılar Araz-Türk Respublikasının fəaliyyətini 1919-cu ilin may-
iyun ayına qədər davam etdiyini yazmışlar (14, s. 237). Fikrimizcə, Araz-Türk Res
publikasının süqutu 1919-cu ilin m art ayına təsadüf edir. Bu barədə bir sıra faktlar
vardır. 1919-cu ilin m artın əvvəlində Araz-Türk hökum əti öz nüm ayəndələrini
Bakıya göndərmişdi. O dövrün m ətbu orqanlarında Araz-Türk Respublikasının
xüsusi missiyasının 1919-cu il m artın 8-də Naxçıvandan Bakıya gəlməsi haqda
m əlum at verilir (28,1919, 9 mart). Araz-Türk hökum əti tərəfindən Azərbaycana -
Bakıya göndərilm iş Paşa Bayramov Tiflisdə Bəhram xanla görüşm üşdür. Bəhram
xan ona Araz-Türk hökum ətinin yıxıldığını, yerində onun m ənsub olduğu
hökum ətin qurulduğunu bildirmişdi. Həqiqətən də, ermənilər 1919-cu ilin yan
var-fevral aylarında Qəmərliyə hücum edərkən keçmiş Araz-Türk Respublikası
öz-özünə dağıldı və Kalbalı xan Naxçıvan dəstəsi ilə Şərur əhalisinin köməyinə
gedərək erm əni silahlı dəstələrini darm adağın etdi. Bölgədə Cəfərqulu xanın, Kal-
balı xanın və Kərim xan İrəvanlının daxil olduğu hökum ət yarandı (6, v. 3). Başqa
bir arxiv materialı da bu faktı təsdiq edir: "Bütün bu hadisələrin nəticəsində Əmir
bəy hökum əti süquta uğradı, Naxçıvanda Cəfərqulu xan, Kalbalı xan və Kərim
xan başda olmaqla yeni hökum ət təşkil edildi" M.Mirbağırov 1919-cu il 25 fevral
da Naxçıvanda Kalbalı xanla görüşm üş və burada Araz-Türk Cüm huriyyətinin
artıq dağıldığını söyləmişdi (9, v. 87). Göstərilən fakt və nüm unələr təsdiq edir
ki, 1918-ci il 3 noyabrda yaradılan Araz-Türk Respublikası 1919-cu ilin m artında
süquta uğram ışdır.
Araz-Türk Respublikası qısa m üddət fəaliyyət göstərməsinə baxmayaraq,
bölgənin taleyində m ühüm rol oynayaraq, Azərbaycan Xalq Cüm huriyyətinin
ərazi bütövlüyünü təm in etdi. O, Naxçıvan, Şərur, O rdubad və digər bölgələrin
əhalisinin düşm ənə qarşı m übarizə üçün birləşdirilm əsində m ühüm rol oynam aq
la yanaşı, bölgənin ermənilər tərəfindən işğal edilməsinə imkan vermədi. Araz-
Türk Respublikası dövründə əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox,
bütövlükdə bölgənin taleyi, bu günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə
malikdir.
Mənbələr:
1. Abbasoğlu A. Qafqazda türk cümhuriyyətləri. "Ədəbiyyat" qəzeti, 1991, 4 yanvar.
2.
"Azərbaycan" qəzeti.
3.
Azərbaycan Republikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 2, iş 81.
4.
ARDA, f. 894, siy. 2, iş 95.
5.
ARDA, f. 894, siy. 10, iş 58.
6.
ARDA, f. 894, siy. 10, iş 76.
7.
ARDA, f. 895, siy. 1, iş 13.
8.
ARDA, f. 970, siy. 1, iş 215.
9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİ SSA), f. 277, siy. 2,
iş 22.
10. Cəfərov F. Naxçıvan qəza polisi. Bakı: Nurlan, 2008,192 s.
11. Çingizoğlu Ə. Nərimanbəyovlar/ Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. Səkkizinci buraxılış.
Bakı: "Adiloğlu", 2012, 206 s.
54
12. Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: 1997,256 s.
13. General Vesəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921). Türkiyə türkcəsindən çevirən
Əbülfəz Quliyev. Naxçıvan: 2006,104 s.
14. Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: 1994,119 s.
15. Hüseynzadə L. Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir paşa Naxçıvanda (1918-1920-ci illər).
Bakı: 2001, 80 s.
16. Mədətli E. 1918-1921-ci illərdə Türkiyə hökumətinin siyasətində Naxçıvan. "Naxçıvan" jurnalı, 2000,
№2, s. 48-54.
17. Mirzə Bağır Əliyev. Qanlı günlərimiz. (1918-1920. Naxçıvan). Bakı: 1993, 212 s.
18. Musayev I. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin
siyasəti (1917-1921-ci illər). Bakı: 1998, 385 s.
19. Musayev İ. Araz-Türk Respublikası // Bakı Universitetinin Xəbərləri (xüsusi buraxılış). Bakı, 1999, № 3,
s. 107-121
20. Mustafa N. Milli mücadilə qəhrəmanı - ibrahim bəy Cahangiroğlu. "Xalq qəzeti", 1998, 30 may.
21. Naxçıvan Ensiklopediyası: İki cilddə, I cild, İstanbul: 2005, 360 s.
22. Naxçıvan tarixi atlası. 2010, 56 s.
23. Acar Z.Z. Aras-Türk Cumhuriyeti /
II
Uluslararası Aras havzası sempozyumu. İstanbul, 13-15 Aralık
2001, s.372-386.
24. Acar Z.Z. Aras-Türk Cumhuriyeti. Ankara, 2013, 77 s.
25. Atnur İ.E. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçıvan (1918-1921). Ankara: 2001, 488 s.
26. Gökdemir A. E. Cenüb-i Garbi Kafkas Hükümeti. Atatürk Araştırma Merkezi, Ankara: 1998, 289 s.
27. Гаджиев А. Демократические республики Юго-Западного Кавказа (Карсская и Араз-Тюркская
республики). Баку: 2004, 280 s.
28. Газета "Азербайджан".
29. Мадатов Г. Победа Советской власти в Нахчыване и образование Нахчыванской АССР. Баку, 1968,
188 с.
academician Ismail Hajiyev
Establishment o f the Araz-Turk Republic
and struggle fo r protecting the
region from the armenian invasion
Keywords: Azerbaijan People s Republic,
Araz-Turk Republic, Amir bey Narimanbeyov, camp,
parliament, Muslim National Council, government
Summary
The article investigates socio-political situation
in Nakhchivan in 1918-1919, justifies the neces
sity of the emergence of the Araz-Turk Repub
lic, makes some clarifications about the period,
center, territory, population, leaders, describes the
efforts towards the establishment of government
agencies, armed groups and ensuring security
of the region and the relations of the Azerbaijan
Democratic Republic with other organizations.
академик Исмаил Гаджиев
Создание Араз-Тюркскойреспублики и борьба
против армянской оккупации
Ключевые слова: Азербайджанская
Демократическая Республика, Араз-Тюркская
Республика, Амир бек Нариманбеков, табор, парламент,
Мусульманский Национальный Комитет, правительство
Резюме
В статье исследована общественно-политическая
ситуация в Нахчыване в 1918-1919 годах, обосно
вывается необходимость создания Араз-Тюркской
Республики, сделаны некоторые уточнения о ее тер
ритории, населении, лидерах, повествуется о государ
ственных и управленческих органах, создании воору
женных отрядов, стараниях обеспечить безопасность
территории, о связях с Азербайджанской Демократи
ческой Республикой и другими структурами.
55
Dostları ilə paylaş: |