Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

54 MİRAS   SENTYABR   SEPTEMBER

tARİx   HISTORY



Furthermore,  such  attutides  did  not  prevent  Mughal  ruler  Hu-

mayun shah’s request of shelter and finding shelter in 1544 from 

Sefevyds ruler Shah Tehmasib. Mainly this historical event is con-

sidered a turning point between two states’ political relations. In 

Tabriz Palace with the shah’s instruction Mogol ruler is accepted 

as a real ruler in any province and finally is welcomed pompously 

by Shah Tehmasib in shah camp near Sorlug summer pasture and 

Sultaniyye. His contempraries characterize this meeting as “unity 

of two bright stars”. With Shah Tehmasib’s instruction, gizilbash-

lar -a military class of 6 thousand to 12 thousand people under 

Budaq khan Qajar and Shahverdi III bey Ustajli are given at dis-

posal of Humayun and with the troop’s help Mogol ruler restores 

the power in 1546 in Kabul and in 1555 Delhi. Instead of this 

help Humayun shah makes present Kandahar City being profit-

able of 40000 Tumen every year, to Sefevyds.

Wide diplomatic relations were built amongt two states in 17th 

century. In 1611 envoy of Shah Abbas leads to Delhi- Mogol Pal-

ace and welcomed grandiloquently by the ruler Jahangir shah. In 

1613 Mogol envoy is accepted in Isfahan Palace and afterwards 

Sefevyds envoys go to India three more times-in 1615, 1616-1617 

and  1620  years.  Marrying  of  Shah  Abbas’s  niece  Gulbadam  to 

Jahangir  shah’s  son,  princess  Khurram  (future  Shah  Jahan) 

strengthens  the attitudes amongst two states.

Strengthening of political relations amongst two states led to cre-

ation and widening of cultural relations. 

To this end the influence of Azerbaijani Sefevyds miniature school 

on miniature school in Mogol palace in the second half of 16th 

century  should  be  noted.  We  witness  dense  cultural  association 

amongst  two  countries  through  researches  of  a  well-known  re-

searcher of miniature school of North India, G.Gets. The motifs 

of “Khosrov və Shirin”, “Leyli and Majnun” and “Seven Beauties” 

poems of Nizami Ganjavi  occupy special place amongst miniature 

topics . 

History of Indian miniature school is estimated usually the date 

when  Humayun  shah  familarized  with  the  work  of  local  arti-

sans, as well as outstanding representatives of Tabriz and Shiraz 

schools upon residence in Sefevyds ruler, Tahmasib shah’s palace. 

Amazement of Humayun shah of this art leads to his getting pain-

try lessons from Sultan Muhammad. Simultaneously,  two young 

painters Mir Seyid Ali from Tabriz and Abd as-Samed from Shi-

raz start to work first in Tabriz Palace, later on go together with 

him to Mogol Palace. Mir Seyid Ali received “Nadir al mulk”, Abd 

as-Samed  “Shirin  kelam”  (sweet  aphorism)  titles  at  the  palace. 

Mainly the Indian miniature school was founded with the activity 

of these two artists.

Mir Seyid Ali created nearly 1400 miniature works together with 

large paintry group for 15 years of palace activity.

strateji əhəmiyyətə malik Qəndəhar şəhəri üstündə pozuldu.

Bununla belə bu cür münasibətlər 1544-cü ildə Moğol hökmdarı 

Humayun  şahın  Səfəvi  hökmdarı  Şah  Təhmasibdən  sığınacaq 

istəməsinə və tapmasına mane olmur. Məhz bu tarixi hadisə iki 

dövlət arasında siyasi münasibətlərdə dönüş nöqtə sayılır. Təbriz 

sarayına  gəlincə  şahın  göstərişi  ilə  Moğol  hökmdarı  hər  bir 

əyalətdə əsl hökmdar kimi qəbul edilir və nəhayət, Sultaniyyənin 

yaxınlığında Sorluq yaylağındakı şah düşərgəsində Şah Təhmasib 

tərəfindən  yüksək  təmtəraqla  qarşılanır.  Müasirləri  bu  görüşü 

“iki  parlaq  ulduzun  birləşməsi”  kimi  xarakterizə  edirlər.  Şah 

Təhmasibin  göstərişi  ilə  Budaq  xan  Qacar  və  III  Şahverdi  bəy 

Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş ordusu 

Humayunun sərəncamına verilir və məhz bu qızılbaş dəstəsinin 

köməyilə Moğol hökmdarı 1546-cı ildə Kabildə, 1555-ci ildə isə 

Delhidə hakimiyyətini bərpa etmiş olur. Bu köməyin müqabilində 

Humayun şah hər il 40000 tümən gəlir verən Qəndəhar şəhərini 

Səfəvilərə hədiyyə edir.

XVII  əsrdə  iki  dövlət  arasında  geniş  diplomatik  münasibətlər 

qurulmağa başlanılır. 1611-ci ildə Şah Abbasın səfiri Delhiyə - 

Moğol sarayına üz tutur və hökmdar Cahangir şah tərəfindən 

təmtəraqla  qarşılanır.  1613-cü  ildə  Moğol  səfiri  İsfəhan 

sarayında qəbul edilir və bundan sonra daha 3 dəfə 1615, 1616-

1617  və  1620-ci  illərdə  Səvəfi  səfirləri  Hindistana  yollanırlar. 

Şah  Abbasın  qardaşı  qızı  Gülbadamın  Cahangir  şahın  oğlu 

şahzadə  Xürrəmlə  (gələcək  Şah  Cahan)  evlənməsi  iki  dövlət 

arasındakı münasibətləri daha da möhkəmləndirir.

İki  dövlət  arasında  siyasi  əlaqələrin  möhkəmlənməsi  mədəni 

əlaqələrin  də  yaranmasına  və  geniş  vüsət  almasına  gətirib 

çıxarmışdır.  Bu  cəhətdən  XVI  əsrin  II-ci  yarısında  Moğol 

sarayında  yaranan  miniatür  məktəbinə  Azərbaycan  Səfəvi 

miniatür  məktəbinin  təsirini  qeyd  etmək  yerinə  düşərdi. 

Şimali Hindistanın miniatür məktəbinin tanınmış tədqiqatçısı 

Q.Qetsin araşdırmaları sayəsində iki ölkə arasındakı sıx mədəni 

bağlılığın şahidi oluruq. Miniatürlərin mövzuları arasında Niza-

mi Gəncəvinin “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Yeddi 

gözəl” poemalarının motivləri xüsusi yer tutur. 

Hindistan miniatür məktəbinin tarixini adətən Humayun şahın 

Səfəvi  hökmdarı  Təhmasib  şahın  sarayında  sığınacaq  tapdığı 

vaxt  yerli  sənətkarların,  Təbriz  və  Şiraz  məktəbinin  görkəmli 

nümayəndələrinin işləri ilə tanışlığından hesablayırlar. Huma-

yun şahın bu sənətə olan heyranlığı onun Sultan Məhəmməddən 

rəssamlıq  dərsləri  almasına  gətirib  çıxarır.  Eyni  zamanda  iki 

gənc  rəssam  təbrizli  Mir  Seyid  Əli  və  Şirazlı  Əbd  əs-Səməd 

Humayun üçün ilk əvvəl Təbriz sarayında işləməyə başlayırlar, 

daha sonra onunla birlikdə Moğol sarayına yollanırlar. Sarayda 

Mir Seyid Əli “Nadir əl mülk”, Əbd əs-Səməd isə “Şirin kəlam” 

titullarını alırlar. Məhz bu iki rəssamın fəaliyyəti ilə Hindistan 

miniatür məktəbinin əsası qoyulmuş olur.

Saray  mühitində  çalışdığı  15  il  ərzində  Mir  Seyid  Əli  böyük 

rəssam qrupu ilə birlikdə 1400 qədər miniatür əsər yaratmışdır.

Mədəni əlaqələrin genişlənməsi çox keçmir ki, memarlıqda da 

özünü göstərməyə başlayır. Və bu istiqamətdə ilk bariz nümunə 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə