Мир культуры



Yüklə 50,04 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü50,04 Kb.
#404
növüXülasə


 

169


MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIIII buraxılış, Bakı, 2012 



 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIII выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012 

 

 

PSİXOLOGİYA

 

 

UOT 159.95 

Şə

fahət   Abdullayeva  

psixologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Respublikası Prezidenti Yanında  

Dövlət İdarəçilik Akademiyası 

  Az 1001, Bakı şəhəri, Lermontov küç.,74 

E-mail: 

anfas.07@mail.ru

  

    



V.ŞTERNİN “ŞÜURUN YANLIŞLIQLARI” ANLAYIŞINA DAİR

 

 

Xülasə:  Məqalə görkəmli alman psixoloqu V.Şternin psixika, şüur, şüursuzluq, 

onların  fərqi  və  vəhdəti,  yaşantıların  dərk  edilməsinə  aid  fikirlərinə  həsr  olunmuşdur. 

Məqalədə  göstərilmişdir  ki,  V.Şternə  görə  şüurun  məzmunu  bu  dünyanın  dəqiqi  əkssi 

olmayıb,  onun  ayrı-ayrı  tərəflərinin  təxmini  əksidir.  Şüur  prinsipial  olaraq  “Mən”-in 

dərinliklərinə vara bilmir. 

Açar sözlər: şüur, şüursuzluq, yaşantılar, subyektivlik, şüurun yanlışlıqları 

 

                                                                        Bilik əldə etməyin istənilən üsuhlu risklidir 



                                                                                                                                Polani 

 

 Dünya haqqında bizim fikirlərimizi subyüktivlikdən azad etmək cəhdləri                                                                                                              

absurddur 

                                                                                                                                Polani 

 

                        O da absurddur ki, guya yeni istiqamət insan haqqında elmi xilas edəcək 

                                                                                                                              Rocers 

 

İlk  dəfə  psixologiya  elminə  “intellekt  əmsalı”nı  (İQ)  gətirən  görkəmli  alman 



psixoloqu və filosofu Vilyam Ştern (1871-1938) əsasən differensial və uşaq psixologiya 

ilə məşgul olsa da, personalitik psixologiya sahəsində də uğurlu tədqiqatların müəllifdir. 

“Personalitik psixologiya” (1) əsərində psixikanın mahiyyətini izah edən V,Ştern 

psixikanı “şəxsiyyəyin daxilinə yönəlmək” kimi təqdim etmiş və ilk dəfə “şüurun yan-

lışlıqları”  ifadəsini  işlətmişdir.  Psixikasının  mahiyyətini  “şüur  və  şüursuzluğun  məc-

musu”  kimi  izah  edən  V.Ştern  şəxsiyyətin  həyatında  şüurn  çöyük  rol  oynadığını  gös-

tərməklə  yanaşı,  şüursuzluğun  da  böyükb  rol  oynadığını  vurğulamışdır.  Onun  fikrincə, 



 

170


şüurla əlaqəli olan şüursuzluq şəxsiyyətin strukturunda pozitiv xarakterə malikdir, lakin 

belə əlaqəyə baxmayaraq, şüursuzluq “daxilə yönəlmiş aktın deyildir.” Deməli, Şternin 

“şüursuzluğu”  şüurla  əlaqəsi  olsa  da,  ondan  aslı  olmadan  mövcud  olan  mahiyyətidir. 

Lakin maraq doğuran başqa məsələdir: Şternə görə, şüursuzluq daxili xarakter alan dərk 

edilmiş  yaşantıların  (переживани)  nəticəsi  kimi  də  yarana  bilər.  Bu  məqamda 

V.Şternin  şüur haqqında  bir  fikrinə nəzər  salaq:-  Şüurun  məzmunu  bu  dünyanın  dəqiq 

əksi olmayıb, onun ayrı-ayrı tərəflərinin təxmini əksidir- və onu yadda saxlayaq. 

       İndi  qayıdaq  onun  yaşantılar  haqqındakı  fikrinə.  V.Şternə  görə  “həyat  hadisələri” 

daxili  aləmə  yol  tapanda  yaşantıya  çevrilir.  Lakin  həyat  hadisə-  lərinin  daxili  aləmə 

keçməsi  üçün  onlar  şüura  proyeksiya  etməlidirlər,  yəni  dərk  olunmalıdırlar.  Deməli, 

V.Şternə  görə  “hadisələr”  nə  qədər  daxilə  “girə”  bilirlərsə,  bir  o  qədər  də  yaşantıya 

çevrilirlər.  Bizcə,  bunun  belə  başa  düşmək  lazımdır  ki,  “hadisələr”  nə  qədər  dərk 



olunurlarsa,bir o qədər də “daxili” olurlar və həmin qədər də yaşanmış olurlar. Şüurun 

qeyri-dəqiqliyi  haqqındakı  yadda  saxladığımız  müddəaya  görə  “hadisələrin”əksinin  də 

qeyri-dəqiq olma ehtimalı böyükdür. 

    Yaşantı  nədir?  Şternə  görə  yaşantı  “Mən”lə  dünya,  subyektlə  obyekt  arasında  canlı 

vəhdətin daöılmasıdır. “Yaşantılar” “mən”in tam və aydın olmayan,fraqmentar və qeyri-

dəqiq  olan,  hətta  ola  bilər  ki,təhrif  olunmuş  proyeksiyasıdır,zira  şüur  prinsipial  olaraq 

“mən”in dərinliklərinə vara bilmir” (1,s.681).Eynilə qavrayışda və xatırlamada obyektiv 

aləmin müəyyən  sahələri  simvollaşır  və  bu halda,  yuxarıda qeydetdiyimiz  kim,  şüurun 

məzmunu  bu  dünyanın  dəqiq əksi  olmayıb,  onun ayrı-ayrı  tərəflərinin  təxmini əksidir. 

Bu,  məzmun  dünyanın  “işlənmiş”-  dəyişdirilmiş  modelidir.  Bu  məqamda  belə  bir  sul 

ortaya  çıxır  ki,”Şüur  nə  üçün  dünyanı  olduğu  kimi  əks  etdirmir?”  V.Ştern  belə  cavab 

verir:”İnsan  nə  qədər  obyektivliyə  can  atsa  da,  heç  vaxt  “Mən”lə  dünya  arasında  sıx 

konvergent əlaqələri tam qırmaq mümkün olmayacaq, insan həmişə obyektləri özbildiyi 

kimi,  öz  subyektivliyipərdəsi  ilə  qavrayır,  xatırlayır  və  fikirləşir”(1,s.681).  Və  V.Ştern 

bunu “şüurun yanlışlıqları” adlandırır. O, qeyd edir ki: “şüurun yanlışlıqları onu bildirir 

ki,  predmetlə  yaşantının  məzmunuarasında  fərqlər  ola  bilər”  (1,s.681).  Ən  maraqlısı 

insanın  daxili  aləmi  –  hiss-həyəcanları  obyektə  çevriləndə  baş  verir.  V.Şternə  görə, 

şüurun belə yanlışlıqları hisslərdə də ola bilər:”Mənim hisslərim mənim halətim haqda 

mənə  yanlış  informasiya  verər;mə  öz  motivlərimi  arzu-istəklərimi  səhv  olaraq 

hərəkətlərimin  (davranışımın-A.Ş.)  həqiqi  səbəbi  kimi  dərk  edirəm;  mənim  öz 

“Mən”im” haqqında biliklərim həqiqətə uyğun deyil (1,s.682). Deməli, hər cür yaşantı 

şəxsiyyətin özünüdərki ola bilməz. 

         Beləliklə, V.Şternə grə şüurun yanlışlıqları insanın dünyanı (həyat hadisələrini) və 

öz  daxili  aləmini  qavrayanda, dərk  edəndə  baş  verir  ki,bunu  da  səbəbi  subyektivlikdir. 

Sul  verək:  Subyektivlik  nədir?  Fenomenoloji  fəlsəfə  (Hüsserl  və  b.)və  ondan 

qaynaqlanaraq  yaranan  fenomenoloji  psixologiya,daha  dəqiq  desək  psixologiyada 

fenomenoloji  yanaşma (2,s.578) K.Rocersin timsalında buna cavab verməyə səhv edir. 

Belə  ki,  subyektivlik  K.Rocersə  görə  psixoloji  reallıqdır”(3).Psixoloji  reallıq  insanın 

daxili  aləmi  –  onun  hissləri,qavrayışı,  təsəvvürləri,  mühakimələri,  təfəkkürü,  arzuları, 

yönəlişliyi,  mövqesi,  dünyagörüşüdür.  Lakin  bu,  başqa  bir  məqalənin  mövzusudur  (4) 

(məsələn,subyektivliyin  kompanenti  kimi  çıxış  edən  yönəlişliyin  qavrayışa  nail  olmaq 

üçün  necə  formaladırmalı  və.s.)  Bizə  maraqlı  görünən  başqa  məsələdir:  Şüur  daxili 

aləmə  aid  deyilmi?  Əslində  şüur  həm  xarici,  həm  də  daxili  aləmlə  əlaqəli  olan 

fenomendir  və  fikrimizcə,  birbaşa  psixikaya  xidmət  edir.  Psixikanın  tamlığını, 

tarazlığını qoruyur. Şüurun səhvləri insanın daxili aləminə xidmət etmək üçündür. Məhz 

psixikanın  qorunması üçün  psixoloji  müdafiə mexanizmi  işə  düşür,şüurun  yanlışlıqları 

bu səbəbdən yaranır. Şüurun yanlışlıqları psixi müdafiə qatıdır. Mən hadisəni istədiyim 



 

171


kimi  qavrayıram,  onu  arzuladığım  kimi  “yozuram”,  mənim  interpreatsiyam  mənim 

yönəlişliyimə, mənim  mövqemə  uyğundur.  Əgər mən nə  isə hardasa  görüb,  onu  mənə 

uyğun qavrayırımsa, dəyərləndirirəmsə psixikam təmin olunur (hansısa maddi olmayan 

tələbatım  təmin  olunur),  razılıqyaşayır,  əks  halda  isə  dissonanas,  məhz  koqnitiv 

dissonanas baş verir. Şüurun yanlışlıqları bizim istədiyimiz “həqiqəti” var-o, yanlış olsa 

belə!  


         Lakin  şüurun  yalışlıqları  heç  də  həmişə  psixikaya  xidmət  etmir.  Əgər  bu 

yanlışlıqlar tarazlığı pozursa (məs.günah hissi), bu yanlışlıqlardan xilas olmağın da yolu 

elə  şüurdadır.  Alman  psixoloqu  Kurt  Teppervaynın  dediyi  kimi,  “zindandan”  (əzablar 

nəzərdə tutulur-A.Ş.) pəncərə daxilə açılır. Bircə anlıq, cəmi barcə anlıq “düzgün fikir” 

(bu,  obyektivfikirdirmi,  görəsən?!-A.S.)  şüurundan  keçirəbilsən  (şüurunda  yerləşdirə 

biləsən), zindandan qurtula bilərsən” (5,s.205). 

         Yuxarıda deyilənlər insanın öz daxili aləmini dərk edib-etməməsinə aiddir. İndi iki 

insanın  bir-birini,  bir-birinin  daxili  aləmini,  hisslərini  başa  düşməsi  prosesində 

V.Şternin  “şüurun  yanlışlıqları”nı  nəzərdən  keçirməyə  cəhd  edək.  Hətta  öz  daxili 

aləmini  dərk  etməkdə  yanlışlıqlara  yol  verən  əlahəzrət  şüur,görəsən  başqa  adamların 

daxilini başa düşməyə yönələndə nə baş verir? 

        Daxili  aləm-hiss  və  həyəcanlar  baxışlarda,  tutaq  ki,  jestlərdə,  səs  tonunda  və 

davranışda  təzahür  edir.  Və  biz  bunları  oxumağı  bacarmalıyıq  ki,  burda  şüursuz 

keçinmək olmaz. Məsələ bazam onları necə “oxumağımızdadır.” Əgər insan baxışlardan 

bir  şey,  davranışdan  başqa  şey  oxuyursa,  belə  informasiyaya  malik  olan  şüurun 

buraxacağı  yanlışlıqları  təsəvvür  etmək  olar.  Şübhəsiz  ki,  burda  şüurun  yanlışlıqları 

üçün  geniş  imkanlar  açılır.  İnformasiyanın  azlığından  təxəyyül  işə  düşür  və  fantaziya 

rəngarəng  ehtimalları,  necə  dəyərlər,şüura  təklif  edir.  S.Xəlilovun  sözləri  ilə  desək, 

“hisslərin dərk edilməsi və dərketdiyinin yaşanması” baş verir (6,s.192-197). S.Xəlilov 

bunu  şəxsin  öz  hisslərinin  dərki  haqqında  deyib,  bizim  dediyimiz  isə  başqasının 

hisslərinin  qavranılmasından  yaranan  yanlışlıqların  dərk  edilməsinə  aiddir.  Belə  şüur 

yanlışlıqlar,  istər  pozitiv,  istər  neqativ  istiqamətli  olmasından  asılı  olmayaraq,  tez-tez 

müşahidə  olunur.  Nə  yaxşı  ki,  insan  təkcə  şüur  hadisəsi  deyil,  nə  yaxşı  ki, 

subyektivliyin strukturunda başqa definisiyalar da vardır. Nə yaxşı ki, “duyğular duyğu 

vasitəsi ilə duyulur”(7,s.24) və bununla da şüurun yanlışlıqlarına yer qalmır. 

        Əlbəttə,  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəlləri  üçün  görkəmli  filosof  və 

psixoloqların  insanı  tədqiqat  obyekti  etmələri,onun  daxili  aləmini,  ümumiyyətlə, 

subyektivliyi  önə  çəkmələri  fenomenoloji  fəlsəfənin  və  psixoloji  fenomenologiyanın 

yaranması  üçün  elmi  zəmin  (elmi  lay)  yaradırdı  ki,  V.Şternin  fikirləri  də  məhz  bu 

baxımdan çox əhəmiyyətlidir. 

           

Ə

dəbiyyat

 

1.



 

Штерн  В.  Персоналитическая  психология.  //В  к  Н:  Историуа  психологии.  ХХ  век./Под 

ред.П.Я.Галъперина,  А.Н.Ждан.  4-е  изд.-  М.;  Академический  Проект;  Екатеринвург:  Дело-

вая книга, 2002-832с. 

2.

 

Хъелл Л., Зиглер Д. Теории личности.-СПв: Изд: «Питер», 2000-608с. 



3.

 

Роджерс  К.  Стонавление  личиости.  Взгляд  ИА  психотерапию.  Пер.  М.Злотника,  изд-во: 



Эксмо-Пресс, 2001,-416с. 

4.

 



Fbdullayeva  Ş.  Pozitiv  həyat  yönəlişliyi.//Dövlət  İdarəçiliyi:  nəzəriyyə  və  prakyika//,  2011,N2, 

səh.235-242 

5.

 

Tepperwein K/ Die Kraft der pozitiven Psychologie/ Goldmann Arkanan? 2007? -480s. 



6.

 

Xəlilov S.//Fəlsəfə və social-siyasi elmlər//, 2010,N4. 



7.

 

Xəlilov S.Məhəbbət və intellekt. Fəlsəfi esserlər. Bakı, “Nurlan”, 2006,-176s. 



 

 



 

172


Шафаят Абдуллаева 

 

 

О понятии «ощибки сознания» В.Штерна

 

Резюме

 

 

Статья  посвяшено  на  взгляды  В.Штерна  о  психике,  сознание,  вессознательное,  об  осознании 



переживаний и проекции «Я» на сознание. 

Автор  показывает,  что  согласно  Штерну  содержания  есть  неточное  отражение  этого  мира, 

приблизительное  отражение  его  отделных  сторон.  Ибо  сознание  принципиально  не  может  достичь 

глубочайших слоев «Я». 



Ключевые слова: сознание, бессознательное, пережевание, субьективности, ощивки сознания

 

                     



                                     

 

Shafayat Abdullayeva 



 

About Shtern”s consept of “error of consciousness” 

Summary 

 

The article is  devoted to  the prominent German  psycologist  V.Shtern’s thoughts regarding his  con-



sciousness and unconsciousness, their difference and combination, realization of experiences, the projection of 

“I”  in  consciousness.  The  author  shows  that  according  to  Shtern  the  content  of  consciousness  is  intexact 

reflection  of  this  world,  and  approximate  reflection  of  its  separate  sides.  Fundamentally  consciousness  is 

unable to reach the deepest layers of the “I”.    



Keywords: consciousness, experiences, subjectivity, errors of consciousness. 

 

 



      

Məqalənin redaksiyaya daxil olma tarixi: 05.03.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 13.03.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 13.04.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: pedaqogika üzrə fəlsəfə doktoru, 

dosent Zərifə Əliyeva 



ADMİU

-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur. 

 

 



 

 

Yüklə 50,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə