104
qol-budaqlı idi ki, Aksakın xristian oğulları (nəticələri) özləri ayrı-ayrı böyük soyları
yaratdılar. Voronets ləqəbli uĢağından Vorontsovlar, Veli Amindən Velyaminovlar
meydana gəldilər. Həmçinin məĢhur zadəgan nəsli Ġslenyevlər də Aksakovların bir
qoludur (3, s. 141-142; 44, s.23).
Bir zadəgan nəsli olmaq etibarı ilə Aksakovlar da ailə gerbinə malik
olmuĢlar. Onların gerbində gümüĢü qalxan üstündə ox sancılmıĢ qıpqırmızı ("odlu")
ürək-məhəbbət rəmzi nəqĢ olmuĢdu.
Bu ailədən rus taxt-tacına sədaqətlə xidmət edən adamlar çıxmıĢdı. Lakin
bu familiya içində məĢəl kimi yanan özündən əvvəlki sələflərin və sonrakı xələflərin
yolunu iĢıqlandıran Sergey Aksakovdan bəhs etməyi qərarlaĢdırmıĢıq.
Bu qoca "türk" ilk əsərini ömrünün son on illiyində yazmıĢdı, yaĢı 60-ı
keçirdi. Bu zamana kimi o varlı mülkədar, bütün Rusiyada "slavyanpərəstlik"
cərəyanının atəĢin nümayəndələri olan Ġvan və Konstantin Aksakovların atası idi,
həvəsdən həvəsə Ģeirlər yazırdı. Bu qədər. Anası da Ufalı xristianlaĢmıĢ baĢqırd
bəyinin nəvəsi idi, gözəlliyi ilə ad çıxarmıĢdı. Özü də evlənərkən tale onun yolunun
üstünə də türk qızı çıxardı; bu qız general Zaplatinlə əsir türk qızı Gülsümün qızı idi
(rus mətnlərində bu qadm elə beləcə - Oqyulsum deyə anılır).
Beləliklə, Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində
anadan olmuĢdu. Bütün yaĢadıqları və baĢı çəkənlər onun əsərlərinin mövzusuna
çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uĢaqlıq illəri" və "Xatirələr" bu mənada
trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk
əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər"
sözündən yaranmıĢ türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi
açılır. Yazıçı bilərəkdən adları dəyiĢmiĢdi, çünki hadisələri, əhvalatları
dəyiĢdirmədən elə təfərrüatı ilə təsvir etmiĢdi ki, həmin adamlar özlərini görüb,
tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmıĢdı; müəllifi
qınayırdılar. Ailənin baĢçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə
təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə
ata ocağının nağıllarını bədii yaddaĢlara köçürürdü, bunu isə hələ gözdə bilib
qiymətləndirən yox idi. Körpə Aksakovun danıĢmaq istədiyi ailə hekayətlərindən
görürük ki, bu ailə patriarxal ailədir, öz keçmiĢi ilə, qədimliyi ilə fəxr edən ailədir.
Ailə Ģəcərəsi göz önündə, evin baĢçısının əlinin altındadır. Ailədə oğlan uĢağının
doğuluĢuna çox sevinir, dalbadal doğulan qızlara darılırlar. Evdə ilk söz də, son söz
də ailə baĢısının - babanındır. Nə qədər ki, bu baba, atanın atası sağdır, hamı
dinməz-söyləməz ona tabedir. Xüsusən qadınlar söz deyib kiĢi qabağına keçə
bilməzdilər. Bu ailədə qız alanda cer-cehizdən qabaq ailənin mötəbərliyinə, əslinə-
kökünə baxırdılar. Aksakovlar da hər kəslə qohum olmağı özünə sığıĢdıran ailə
deyildi.
Amma bu avtobioqrafik əsərlər sözün həqiqi mənasında qəbul edilən,
memuar, xatirə təcrübəsi deyildi. Kitabın faktları təkcə real hadisə və Ģəxsiyyətlərin
həyatından götürülməklə qalmamıĢ, bütün bunlar reallıq və gerçəkliklə səslənməklə
105
bərabər gözəl, canlı və gizli poetik duyğularla süslənmiĢdi. Ana obrazı ilahi sevgi ilə
yaradılaraq vəsf (buna təsvir yox, məhz vəsf demək lazım gəlir) edilmiĢdi. Bu
nəhəng əsərdə - geniĢ, hüdudsuz ölçülərdə verilmiĢ romanda ana obrazı bircə anlığa
olsun gündəlik, adi münasibətlər çərçivəsinə salınmamıĢ, əsərdə ondan sanki
müəllifin hava-su kimi bəhs etdiyi varlıq qənaətini yaratmıĢdı. Bu pəri, daha çox
ilahə donunda nəqĢ olunan ana, dəlicəsinə sevən fədakar ana obrazıdır. Bununla
bərabər xaraktercə despotik, möhkəm, qəti, kiĢidən də qətiyyətli qadın...
Dedik ki, bu xatirələr onun ahıl vaxtında yazılmıĢdır. Lakin o uzaq uĢaqlıq
illəri sanki uĢağın öz dililə, öz əllərilə yazılmıĢ kimi oxucuya yetiĢir. Neçə dəfə
oxusan da...
Beləliklə, Aksakovun bütün yaradıcılığı avtobioqrafik və ya sənədli-
memuar əsaslara malik olmaqla həqiqi faktlara əsaslanmıĢdı. Bu kitablar yazılanda
oradakı personajların prototipləri hələ sağ idilər. Odur ki, Aksakov həm onların
adlarını dəyiĢdi, həm də hadisələrin vaqe olduqları yerlərə uydurma adlar verdi.
Aksakovun Ģirin duyğular içində və koloritli bir dillə təsvir etdiyi bu nəsil
babasının dövrünə qədər Sinbir vilayətində, öz mülk torpaqlarında yaĢamıĢdılar.
Sonralar bir neçə dönəmdə bu ailənin yalnız qızları doğulurdu, olsa-olsa bircə oğul
əta edirdi tanrı onlara. Torpaqlar kəsilib bölüĢdürülürdü, qızlara cehiz verildikcə
nəsillər dəyiĢir, yadlaĢma güclənirdi: öz torpağında yad familiyalar ağalıq edirdilər.
Vaxt o vaxt oldu ki, Aksakovların torpağı onların özünə darlıq etdi. Baba Aksakov
nəhayət yeni torpaqlara köçmək qərarına gəldi. Aksakov Volqanın o biri üzünə
köçüb Buquruslan çayı boyunca məhsuldar torpaqlara sahib olur. Simbirə qayıdıb
kəndlilərini yeni torpaqlara köçürür. Kəndlilər ağlaĢırdılar: "Kilsə olmadığı
basurman torpağında" nə edəcəkdilər? Yeni doğulan xaçlana bilməyən uĢaqlarıyla
nə etməli idilər, yaxud, tövbə etmədən necə öləcəkdilər? Bu qorxunc Ģaiyələrin
xofunda onlar da minlərlə köçürülən ailələrə qoĢulur, yenicə zəbt olunan təzə yerlərə
axın edirdilər. Hələ bu zaman yerli əhali baĢqırdlar, çuvaĢlar, marilər, çeremislər rus
dilində əməlli-baĢlı danıĢa bilmirdilər.
Aksakov da atası kimi bu yeni torpaqda, qədim bulqar çarlığı əhatə etdiyi
yerlərdə anadan olmuĢdu. Ufaya yerlilər Öfə deyirdilər. ġəhər yerli baĢqırdların
Qara Ġdil adlandırdığı Ufa çayı üzərində yerləĢirdi. Ruslar 1574-cü ildə bu torpaqları
istila etmiĢdilər. Sibirin tamamilə fəthi (1580-1600) nəticəsində yerli əhalinin
xristianlaĢdırılması güclənir. Elə bu vaxtlardan da bu torpaqları baĢdan baĢa bürüyən
üsyanlar baĢlayır. Tarixdə Seitov üsyanı (1662) və BatırĢa hərəkatı adı ilə tanınan
xalq hərəkatları yerli xalqların müstəmləkəçi çarizmə qarĢı müqavimət hərəkatı idi.
1735-ci ildə iĢğal olunan baĢqırd ölkəsində rus çarizmi əleyhinə Akayın baĢçılığı ilə
üsyan qalxdı. Çar üsyanı amansızlıqla yatırtdı və bu torpaqlara rusların
köçürülməsini sürətləndirdi. GeniĢ, bərəkətli baĢqırd torpaqları su qiymətinə
paylanırdı. BaĢqırdlar Puqaçov üsyanında da fəal iĢtirak etdilər. Üsyan
yatızdırıldıqdan sonra kütləvi edamlar baĢlandı. Qanlı tədbirlərin heç birisi baĢqırd
və tatarların əzmini qıra bilmədi; heç bu xalqları da özlərinin kölə vəziyyəti ilə
Dostları ilə paylaş: |